Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə19/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   15   16   17   18   19   20   21   22   ...   123

57 
 
iddia  təbiətli  olduğuna  dair  fikirlə  çıxış  edənlər  belə  iddianın 
xarakterinə dair vahid fikrə gələ bilməmişlər.  
İnzibati  iddia  ilə  əlaqədar  prosessualist  ailmlərin  fikirləri 
fərqlidir.  Onlardan  bir  qismi  hələ  keçən  əsrin  ortalarından 
etibarən belə hesab edirlər ki, inzibati xarakterli iddia mövcud 
ola  bilər
88
.  Əksər  alimlər  isə  hesab  edirlər    ki,  inzibati 
mübahisələr iddia xarakterli ola bilməz
89
. İnzibati mübahisələrin 
iddia xarakterli olmadığını göstərənlər hüquqi cəhətlərdən daha 
çox ideoloji amillərə əsaslanırdılar. 
Qüvvədə  olan  qanunvericilikdə  inzibati  məhkəmə  icraatı-
nın  predmeti  kimi  inzibati  mübahisələr,  pozulmuş  hüququn 
müdafiə  vasitəsi  kimi  isə  inzibati  iddia  nəzərdə  tutulmuşdur. 
İnzibati  iddia  iddiaçının  inzibati  orqana  qarşı  prosessual 
formada  məhkəməyə  təqdim  olunan  iddia  ərizəsində  ifadə 
olunmuş  tələbidir.  Məhz  inzibati  iddia  inzibati  məhkəmədə 
icraatın başlanmasının prosessual əsası kimi çıxış edir. İnzibati 
iddia  dövlət  idarəetməsi  sahəsində  qanunçuluğa  nəzarət  üçün 
həyata keçirilən ictimai nəzarətin üsullarından biri olmaqla həm 
profilaktik,  həm  də  hüquqbərpa  xüsusiyyətlərinə  malikdir. 
Hüquq ədəbiyyatında qeyd olunduğu kimi vətəndaşların qanun-
çuluğun  pozulması  faktına  əsas  reaksiya  vasitələrindən  biri 
məhkəməyə şikayətdir
90

                                                           
88
 Левин Р.Б. К вопросу об административной ответственности // Советское государство и 
право, 1947, № 6, c. 40-44; Полумордвинов Д.И. Закон от 11 апреля 1937 года // Советское 
государство  и  право,  1947,  №  5,  с.  55;  Попова  Ю.А.  Судопроизводство  по  делам, 
возникающим из публично-правовых отношений (теоретические проблемы). Краснодар, 
КГАУ, 2002, с. 21-22  
89
 Недбайло П.Е. О юридических гарантиях осуществления правовых норм // Советское 
государство и право, 1957, № 6; Салищева Н.Г. Административный процесс в СССР. М., 
1964, с. 153  
90
  Макарейко  Н.В.  Административное  право.  Конспект  лекций.  М.:  Высшее 
образование, 2009, c. 123
 


58 
 
İnzibati  iddianın  prosessual  tərəfi  onun  məcburi  ünsür-
lərindən biridir. Prosessual tərəfin əsas elementlərinə prosessual 
hüquq  və  fəaliyyət  qabiliyyətini,  iddianın  qaldırılması  üçün 
müəyyən olunmuş prosessual formaya və prosessual müddətlərə 
əməl  olunmasını  aid  etmək  olar.  Prosessual  hüquq  qabiliyyəti 
şəxsin  inzibati  məhkəmə  icraatında  iştirak  etmək  hüququnu 
nəzərdə tutur. AR İPM-in 25-ci maddəsinə əsasən, fiziki və ya 
hüquqi  şəxslər,  həmçinin,  dövlət  orqanları,  bələdiyyələr  pro-
sessual hüquq qabiliyyətinə malikdirlər.  
İnzibati  prosessual  qanunvericiliyə  əsasən,  yalnız  pro-
sessual fəaliyyət qabiliyyətinə malik olan şəxslər inzibati məh-
kəmə icraatında prosessual hərəkətləri etmək hüququna malik-
dirlər. İnzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək 
hüququna malik olan şəxslər aşağıdakı kateqoriyalara bölünür-
lər: 
1)  mülki  hüquq  normalarına  uyğun  olaraq  tam  fəaliyyət 
qabiliyyətli sayılan şəxslər; 
2)  mülki  hüquq  normalarına  əsasən  məhdud  fəaliyyət 
qabiliyyətli  hesab  edilən,  lakin  inzibati  məhkəmə  icraatının 
predmetinə  münasibətdə  ümumi  hüquq  normalarına  uyğun 
olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər
91
 . 
Məhdud  fəaliyyət  qabiliyyətli  və  ya  fəaliyyət  qabiliyyəti 
olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Res-
publikasının  Mülki  Prosessual  Məcəlləsinin  müvafiq  müddəa-
larına uyğun olaraq təmsil olunurlar. 
Dövlətin,  bələdiyyələrin  və  ya  hüquqi  şəxslərin  adından 
prosessual  hərəkətləri  onların  nümayəndələri  və  ya  dövlət, 
                                                           
91
  Azərbaycan  Respublikasının  İnzibati    Prosessual  Məcəlləsi.  Bakı:  Qanun,  2013, 
s.31 


59 
 
bələdiyyə  və  ya  hüquqi  şəxs  tərəfindən  xüsusi  səlahiyyət 
verilmiş şəxslər həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər 
tərəfindən  səlahiyyət  verilmiş  nümayəndə  ilə  təmsil  olunmuş 
inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata 
keçirə bilər.  
Göründüyü kimi, qanunverici iddia ilə inzibati məhkəməyə 
müraciət  edə  bilən  şəxslərin  geniş  dairəsini  müəyyənləşdir-
mişdir.  Bu  yanaşma  AR  Konstitusiyasında  təsbit  olunmuş 
müraciət  hüququndan  və  “Vətəndaşların  müraciətlərinə  baxıl-
ması  qaydası  haqqqında”  AR  qanununun  mahiyyətindən  irəli 
gəlir.  Bu  hal  özlüyündə  subyektiv  müdafiə  hüququna  malik 
şəxslərin  dairəsini  genişləndirməklə  inzibati  orqanların 
məsuliyyət  hissinin və ümumilikdə  idarəetmədə qanunçuluğun 
mühüm təminat mexanizmi kimi çıxış edir. 
İnzibati iddianın mümkünlüyü prinsipi də inzibati məhkə-
mə  icraatında  mühüm  şərtdir.  Belə  ki,  iddianın  qaldırılması 
avtomatik  olaraq  inzibati  məhkəmə  icraatının  başlanmasına 
səbəb    olmur.  Bu  zaman  iddianın  mümkünlüyü  məsələsi  ön 
plana çıxır. Əgər qaldırılan iddia mümkün sayılmazsa məhkəmə 
qərardad qəbul edir.  
İddianın mümkünlüyü prinsipinə əsasən, AR İPM-də başqa 
qayda  nəzərdə  tutulmamışdırsa,  iddiaçının  iddia  ərizəsində 
inzibati  aktın qəbul  edilməsi  və  ya qəbul  edilməsindən imtina 
olunması, yaxud, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi 
nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının 
pozulduğunu əsaslandırdığı hallarda aşağıdakı iddialar mümkün 
sayılır: 
1) mübahisələndirmə haqqında; 
2) məcburetmə haqqında; 
3) öhdəliklərin icrası haqqında; 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə