Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə16/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   12   13   14   15   16   17   18   19   ...   123

48 
 
larının  yaradılması,  dövlət  orqanlarında  şəffaflığın  təmin  edil-
məsi, ictimai nəzarətin formalaşdırılması kimi mühüm tədbirlər 
həyata  keçirildi.  Azərbaycan  xalqının  milli,  mədəni  və  tarixi 
ənənələrinə  söykənərək  hüquqi  və  demokratik  dövlət  yaradıl-
masına, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə yönələn bu 
tədbirlər  müvafiq  olaraq  insan  hüquqlarının  etibarlı  təminat 
mexanizminin formalaşdırılmasına da zəmin oldu. 
Qeyd  etmək  lazımdır  ki,  inzibati  orqanların  fəaliyyətinə 
nəzarət edən mexanizmlərin mövcudluğunu şərtləndirən ilkin və 
zəruri  meyar  dövlətin  mahiyyətidir.  Müasir  hüquqi  dövlətin 
ayrılmaz atributlarından olan inzibati məhkəmə icraatının keç-
miş sovet ittifaqı dövründə aktual olmaması, qanunvericinin diq-
qətindən kənarda qalması da buna bariz sübutdur. Hakim ideo-
logiya, dövlətin mahiyyəti və idarəçilik prinsipləri, formalaşmış 
hüquq düşüncəsi, subyektiv hüquq və vəzifələrə verilən önəm və 
s. demokratik mexanizmlərin yaradılmasını və fəaliyyətini şərt-
ləndirən mühüm meyardır.  
Hüquqi  dövlətin  mövcud  olduğu  cəmiyyətdə  vətəndaşlar 
dövlətin idarəçiliyində iştirak edir, hüquqları və ya qanuni mə-
nafeləri pozulduğu təqdirdə  isə  onların  bərpasını məhkəmədən 
tələb  eməklə  inzibati  orqanların  qanunauyğun  fəaliyyət 
göstərməsinə də nəzarət etmiş olurlar. Dövlət öz vətəndaşlarına 
inzibati  orqanların  aktlarını  təhlil  etmək,  qiymətləndirmək  və 
narazı  qaldığı  təqdirdə  isə  onları  mübahisələndirmək  imkanı 
verməklə  yalnız  şəxslərin  deyil,  həm  də  dövlətin  maraqlarını 
təmin etmiş olur. Bu baxımdan ədəbiyyatda haqlı olaraq inzibati 
mübahisə  təkcə  şəxslərin  deyil,  həm  də  dövlətin  maraqlarının 
müdafiəsi  üsulu  kimi  qiymətləndirilir
64
.  Belə  ki,  inzibati 
                                                           
64
Aslanov M.S. Azırbaycanda inzibati ədliyyə. Bakı, 2009, s. 111 


49 
 
orqanların  fəaliyyətində  özbaşınalıq,  səlahiyyət  həddini  aşma, 
qərəzlilik, korrupsiya, süründürməçilik kimi neqativ təzahürlər 
dövlətə  və  onun  mexanizminə  ictimai  etimadın  sarsılmasına 
səbəb olan ən mühüm meyarlar kimi çıxış edir. 
İnzibati  məhkəmə  icraatı  ilə  bağlı  bir  cəhəti  qeyd  etmək 
lazımdır    ki,  yalnız  onun  formalaşdırılması  deyil,  cəmiyyət 
tərəfindən qəbul olunması da önəmlidir. Ölkənin hüquq sistemi, 
dövlətin idarəçilik forması, siyasi rejim, inzibati icraat üsulları, 
hüquqi  ideologiya  inzibati  məhkəmə  icraatının  cəmiyyət 
tərəfindən qəbul olunmasını və səmərəli fəaliyyətini şərtləndirən 
mühüm  təminatlarıdır.  Təsadüfi  deyil  ki,  ilk  dəfə  Fransada 
inqilablar və Birinci imperiya dövründə yaradılan bu institutun 
ən qatı əleyhdarları məhz hakimlərin özləri idilər. Buna səbəb 
onların  köhnə  rejimdə  yiyələndikləri  və  administrasiyanın 
fəaliyyətinə  məhkəmələrin  nəzarətinə  yol  verməyən  hüquq 
düşüncəsini onlarda formalaşdıran hüquq təhsili idi
65
.  
İnzibati  məhkəmə  icraatının  kompleks  inzibati  hüquq 
institutu  kimi  formalaşdırılması və inzibati  icraat  qaydalarının 
tənzimlənməsi  inzibati  hüquq  sahəsində  islahatının  əsas 
istiqamətlərindən  olub  müasir  hüquqi  dövlətin  ideologiya  və 
prinsiplərinin  inzibati  hüquq  münasibətlərinə  tətbiqi  prosesini 
tənzimləyir. Hüquqi dövlətin fəaliyyətinin təminat forması kimi 
inzibati  məhkəmə  icraatı  inzibati  orqanların  fəaliyyətinə 
məhkəmə  nəzarəti  institutu  və  inzibati  aktların,  hərəkətlərin 
(hərəkətsizliyin) qanuniliyinin yoxlanmasını, pozulan hüquqla-
rın və qanuni maraqların bərpasını nəzərdə tutan normayaradıcı 
və hüquqtətbiqedici fəaliyyət kimi çıxış edir.  
                                                           
65
  Шарвен  Р.  Юстиция  во  Франции.  Судебный  аппарат  и  классовая  борьба. 
М.:Прогресс,1978,с.72-73  
 


50 
 
Mübahisələrin  inzibati  qaydada  həll  edilməsi  ilə  bağlı 
məsələlərin məhkəmədə baxılmasının böyük üstünlüklərə malik 
olması fikri hüquq ədəbiyyatında belə əsaslandırılır: “vətəndaş 
üçün  vəzifəli  şəxsin  qərarından  yuxarı  idarəetmə  orqanına 
şikayət  vermək  imkanı  zahirən  necə  əlverişli  təşkil  edilsə  də, 
şikayət  nəticəsində  əmələ  gələn  münasibətlər  həmişə  inzibati 
hüquqi  münasibət  olaraq  qalacaq,  yəni  onların  bir  tərəfində 
zavallı və kədərli vətəndaş, digər tərəfində isə inzibati idarə, çox 
vaxt dövlət hakimiyyəti orqanları olacaq”
66
.  
Azərbaycan  dilində  nəşr  olunmuş  “Hüquq  ensiklopedi-
yası”nda prosesə mühakimə icraatı kimi yanaşılır
67
. Türk hüquq 
lüğətində göstərilir ki, proses bir məhkəmənin və  ya qurumun 
mübahisəli məsələləri araşdıraraq həll etmək üçün bir dəfədə və 
fasiləsiz olaraq keçirtdiyi toplantıdır
68
.    Ə.T.Yılmazın fikrincə, 
proses – əvvəlcədən müəyyən olunmuş yerdə və vaxtda həyata 
keçirilir,  prosesdə  həyata  keçirilən  araşdırma  işləmləri  isə 
məhkəmə baxışı hesab olunur
69
.  İnzibati hüquq dərsliyində isə 
prosesə müəyyən nəticələrə nail olmaq üçün ardıcıllıqla həyata 
keçirilən hərəkətlərin məcmusu kimi anlayış verirlir
70
.  
İnzibati  məhkəmə  icraatının  inzibati  prosesdəki  yeri  və 
xüsusiyyətləri elmi cəhətdən kompleks şəkildə araşdırılmasa da, 
bu mövzunun ayrı-ayrı problemlər: müxtəlif səviyyələrdə tədqiq 
olunmuşdur.  Müəlliflərdən  A.O.Abdullayev,  F.S.Mehdiyev, 
F.F.Nağıyev,  N.Ş.Hüseynova,  Ə.T.Yılmaz,  A.M.Bandurka, 
A.Y.Yakimov, 
N.M.Tişenko,  Y.N.Starilov,  D.M.Çeçot, 
                                                           
66
 İnsan hüquqları /E.A.Lukaşevanın redaktəsi ilə. Bakı: Şirvannəşr, 2005, s. 378 
67
 Quliyev A.İ. Hüquq ensiklopediyası. Bakı: Qanun, 2007, s. 867 
68
 Ayverdi İ. Misalli Büyük Türkçe Sözlük. İstanbul: Kubbealtı Neşriyatı, 2010, s. 467  
69
 Yılmaz E. Hukuk Sözlüğü. Ankara: Yetkin Yayınları, 2011, s. 126   
70
 Abdullayev A., Nağıyev F. İnzibati hüquq: Dərslik. Bakı: Qanun, 2008, s. 761  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə