Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə17/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   13   14   15   16   17   18   19   20   ...   123

51 
 
Y.M.Manoxin,  A.F.Nozdraçyov,  V. D. Sorokin, S.N. Maxina, 
Y.M. Kozlov, E.B.Luparev, V.L. Loriya, D.N.Baxrax, A.T.Bon-
ner,  A.B.Zelentsov,  Y.A.Tixomirov,  V.İ.Remnev  və  başqaları 
inzibati məhkəmə icraatının və inzibati prosesin tədqiqinə dair 
elmə mühüm töhfə vermişlər. 
Qeyd  edək  ki,  mütəxəssislərin  əksəriyyəti  haqlı  olaraq 
inzibati  məhkəmə  icraatını  inzibati  prosesin  bir  hissəsi  kimi 
qəbul edir
71

İdarəetmə prosesi ilə inzibati prosesin ayrı-ayrılıqda möv-
cudluğunu israr edən S.N.Maxinanın fikrincə, inzibati proses – 
inzibati  işlər  üzrə  ədalət  mühakiməsinin  həyata  keçirilməsi 
formasıdır
72
. Y.N. Starilov da müəllifin bu fikrini dəstəkləyərək 
“inzibati  proses”  və  “inzibati  məhkəmə  icraatı”  anlayışlarının 
eyni mənalı olduğunu göstərir
73

Müəlliflərdən A.Ş.Gözüböyük
74
, N.Q.Salişeva və N.Y. Xa-
manyova da inzibati məhkəmə  icraatının  inzibati  proses  çərçi-
vəsində həyata keçirildiyi barədə fikri dəstəkləyirlər. Onlar inzi-
bati  orqanlar  tərəfindən  vətəndaşların  hüquqlarının  pozulması 
                                                           
71
Суворов  М.А.  Административное  производство:  понятие,  виды  и 
классификация // Сибирский юридический Вестник, 2002, № 3, с. 25-32; Бахрах 
Д.Н.  Административное  право  России:  Учебник  для  вузов.  М:  Издательство 
Норма, 2000, с. 307 
72
 Махина С.Н. Управленческий и административный процессы: Автореф. дис. 
... канд. юр. наук. Воронеж, 1998, с. 4 - 7, 14  
73
 Старилов Ю.Н. Административная юстиция. Теория, история, перспективы. 
М., 2001, с. 26-31; Старилов Ю.Н. Курс общего административного права. T. 2. 
М.: Норма – Инфра- М, 2002 ; Старилов Ю.Н. К вопросу о новом понимании 
административной юстиции // Правоведение, 2000, № 2, с. 101-114; Старилов 
Ю.Н.  Административный  процесс  в  системе  современных  научных 
представлений об административной юстиции // Государство и право, 2004, № 
6, с. 5-13 
74
  Gözübüyük  A.Ş.  Yönetsel  Yargı.  13.  Baskı.  Ankara:  Turhan  Kitabevi  Yayınları, 
1999,  s.  1-61;  Gözübüyük  A.Ş.,  Dinçer  G.  İdarî  Yargılama  usûlü.  Ankara:  Turhan 
Kitabevi, 1996,s.17 


52 
 
ilə  əlaqədar  şikayətlərə  məhkəmədə  baxılmasını  inzibati 
məhkəmə icraatı, ixtisaslaşdırılmış məhkəmələri isə bu icraatın 
subyekti kimi xarakterizə edirlər
75

Lakin,  hüquq  ədəbiyyatında  bu  fikri  inkar  edənlər  də  az 
deyil.  Məsələn,  F.T.Nağıyev,  M.S.Aslanov,  V.G.Abışov,  R.İ. 
Nəcəfquliyev,  C.İşıklar,  T.  İ.Ağıllıoğlu,  D.N.Baxrax,  V.D. 
Sorokin və bir sıra digər müəlliflər inzibati məhkəmə icraatının 
inzibati prosesin tərkib hissəsi hesab olunmasına etiraz edirlər. 
Onların  fikrincə,  inzibati  məhkəmə  icraatı  icra  hakimiyyəti 
orqanı tərəfindən deyil, məhkəmə tərəfindən həyata keçirildiyi 
üçün inzibati proses hesab oluna bilməz. 
Məsələn, türk alimi T.İ.Ağıllıoğlu inzibati proseslə inzibati 
məhkəmə  icraatını  fərqləndirərək  yazır  ki,  inzibati  proses 
səmərəli şəkildə həyata keçirilərsə inzibati məhkəmə icraatının 
da yükü azalar
76
. Başqa bir türk alimi C. İşıklar inzibati proseslə 
inzibati  məhkəmə  icraatının  fərqli  cəhətlərini  müəyyənləş-
dirdikdən sonra inzibati məhkəmə icraatının prosesin tərkibində 
olmadığı  qənaətinə  gəlir.
77
  Azərbaycan  alimlərindən  M.S.As-
lanov  da  inzibati  məhkəmə  icraatını  inzibati  prosesin  tərkib 
hissəsi hesab etmir
78

Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  Polis 
Akademiyası  tərəfindən  nəşr  olunmuş    “İnzibati  hüquq”  adlı 
dərs  vəsaitinin  müəllifləri  yazırlar  ki,  idarəçilik  fəaliyyətinin 
tərkib hissəsi kimi inzibati proses dövlət idarəetməsinin ümumi 
                                                           
75
 
Салищева  Н.Г.,  Хаманева  Н.Ю.  Административная  юстиция  и 
административное судопроизводство в РФ.  Москва, 2001, s. 24   
76
  Akıllıoğlu  T.  İdari  Usul  ve  Kişisel  Verilerin  Korunması  (11  Ağustos  2004). 
www.idare.gen.tr/akkillioglu-idariusul.htm   
 
77
 Işıklar C. İdari yarğıda duruşma. TAAD, Cilt:2, Yıl:2, Sayı:4  (20 Ocak 2011), s. 
48 
78
 Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı, 2009, s. 87  


53 
 
prinsiplərinə  əsaslanır,  onun  məzmununu  isə  idarəçilik  sahə-
sində  öz  səlahiyyətlərini  və  vəzifələrini  yerinə  yetirən  inzibati 
hüquq subyektlərinin idarəçilik münasibətləri təşkil edir
79

Başqa  bir  Azərbaycan  alimi  F.F.Nağıyev  hesab  edir  ki, 
inzibati  proses  hüquq  qaydasının  möhkəmləndirilməsi  və 
qanunçuluğun  təmin  edilməsi  məqsədilə  icra  hakimiyyəti 
sahəsində  qanunla  nizamlanan  müəyyən  fərdi  işlərin  həll 
edilməsidir
80
. A.O. Abdullayev də inzibati prosesin yaranmasını 
idarəetmə  orqanlarının  fəaliyyəti  ilə  əlaqələndirir.  Müəllif 
inzibati prosessual münasibətlərin dövlət idarəetməsi sahəsində 
yaranan fərdi konkret işin həlli ilə bağlı olduğunu qeyd edir
81

N.Ş.Hüseynova  da  inzibati  prosesə  dar  yanaşmanı  qəbul 
etməyərək  inzibati  prosesin  meydana  çıxması  üçün  inzibati 
orqanın birtərəfli iradəsinin kifayət etdiyini göstərir
82

Hüquq prosesinin hər bir halda ədalət mühakimə icraatı ilə 
əlaqəli  olduğunu  qəbul  etməyən  bir  qrup  müəllif  inzibati 
məhkəmə icraatının inzibati proses kimi deyil, məhkəmə prosesi 
kimi  göstərilməsini  təklif  edir.
83
  Maraqlıdır  ki,  D.N.Baxrax 
2000-ci ildə nəşr etdirdiyi “İnzibat hüquq” dərsliyində inzibati 
                                                           
79
 Abışov V., İsmayılov  A., Nəcəfquliyev R. İnzibati hüquq: Dərs vəsaiti. II Hissə. 
DİN-in Polis Akademiyası. Bakı: Səda, 2007, s. 160-161  
80
 Abdullayev A.O., Nağıyev F.T. İnzibati hüquq: Dərslik. Bakı: Qanun, 2008, s. 761  
81
 Abdullayev A.O. İnzibati hüquq: Dərs vəsaiti. Bakı: Qanun, 2005, s. 69 
82
 Hüseynova N.Ş. İnzibati proses: mahiyyəti, məzmunu və məqsədi / Milli Aviasiya 
Akademiyası. Elmi Məcmuələr. Bakı, 2012, s. 16   
83
 Сорокин В.Д. Проблемы административного процесса. М.: Юридическая ли-
тература, 1968, c. 54-56; Сорокин В.Д. Административно-процессуальное право. 
М.: Юридическая литература, 1972, с. 47-51; Бахрах Д.Н. Административное су-
допроизводство,  административная  юстиция  и  административный  процесс  // 
Государство и право, 2005, № 2, с. 19-25; Лория В.А. Некоторые вопросы теории 
кодификации административного процессуального права. Тбилиси: ТГУ, 1974, 
с. 31  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə