Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə25/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   21   22   23   24   25   26   27   28   ...   123

75 
 
əsaslandırmağa  borclu  olması  ilə  xarakterizə  olunur.  İnzibati 
orqan etdiyi hərəkətə görə məhz inzibati prosesdə yazılı izahatla 
cavab verməli olur. Bu hal onu şikayətin predmeti olmuş hərəkəti 
barəsində  düşündürməklə  yanaşı,  həm  də  ictimai  etimadın 
zədələnməsilə  əlaqədar  özü  barəsində  rəhbərlikdə  və  ya  yuxarı 
orqanda yarana bilən münasibət barədə də düşündürür.  
İnzibati  məhkəmə  icraatının  yaratdığı  məsuliyyət  mexa-
nizmi onun prosessual xüsusiyyətləri ilə əlaqədar olaraq spesifik 
cəhətlərlə  xarakterizə  olunur.  Belə  ki,  mülki  prosesdən  fərqli 
olaraq inzibati prosesdə tərəflərin bərabərliyi prinsipi müəyyən 
fərqli  cəhətləri  ilə  seçilir.  Çünki,  inzibati  prosesdə  sübutetmə 
vəzifəsi  tərəflər  arasında  bərabər  qaydada  bölüşdürülmür  və 
inzibati orqan sanki təqsirli şəxs kimi çıxış edir.  
AR İPM-in 14-cü maddəsi ilə tərəflərin sübutetmə vəzifəsi 
müəyyən olunmuşdur. Həmin maddəyə əsasən inzibati orqanın 
üzərinə düşən sübutetmə vəzifələrini üç qrupa bölmək olar: 
Birincisi,  inzibati  orqanın  mübahisələndirilən  aktın  qəbul 
edilməsini  zəruri  edən  faktiki  şərtlərin  mövcudluğunu  sübut 
etmək vəzifəsi
İkincisi,  inzibati  orqanın  inzibati  aktın  qəbul  edilməsi  ilə 
əlaqədar  olmayan  və  bilavasitə  şəxsin  hüquq  və  azadlıqlarını 
pozan  qanunsuz  müdaxiləsindən  müdafiəyə  dair  iddialar  üzrə 
belə  müdaxiləni  zəruri  edən  faktiki  şərtlərin  mövcudluğunu 
sübut etmək vəzifəsi; 
Üçüncüsü, inzibati orqan iddiaçının arzuladığı inzibati ak-
tın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcud-
luğuna  istinad  etdiyi  hallarda,  belə  şərtlərin  mövcudluğunu 
sübut etmək vəzifəsi. 
İnzibati prosesdə iddiaçı bir neçə funksiyanı yerinə yetirir. 
Belə ki, o, həm iddiaçı, həm zərərçəkmiş, həm də sanki ittihamçı 


76 
 
funksiyalarını həyata keçirir. Onun üzərinə yalnız inzibati aktın 
qəbul  edilməsi  tələbinə  dair  (məcburetmə  haqqında)  iddialar 
üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin 
mövcudluğunu sübut etmək vəzifəsi düşür. Bu baxımdan hüquq 
ədəbiyyatında  haqlı  olaraq  iddiaçı  -  qarşı  tərəfin  hərəkətlərini 
mənfi qiymətləndirən və məhkəmədən onun verdiyi bu cür qiy-
mətin təsdiq olunmasını tələb edən tərəf kimi qiymətləndirilir
114
.  
İnzibati orqanın məsuliyyət mexanizmi olan inzibati məh-
kəmə icraatının hərəkətverici qüvvəsi iddiaçıdır. O, məhkəməyə 
hansı  hallarda,  hansı  qaydada  müraciət  edə  biləcəyi,  hansı 
orqanların hansı aktlarından, hansı müddət ərzində şikayət verə 
biləcəyi barədə ətraflı hüquqi biliklərə malik olmalıdır. Bunun 
üçün  internet  resurslarında,  kütləvi  informasiya  vasitələrində 
geniş  maarifləndirmə  işi  aparılmalıdır.  İnzibati  məhkəmələrin 
qənaətbəxş  fəaliyyəti,  vətəndaşların  xeyrinə  çıxarılan,  inzibati 
orqanların aktlarının ləğvini və ya dəyişdirilməsini nəzərdə tutan 
məhkəmə  qərarları və s.  geniş ictimaiyyətə  açıqlanmalıdır. Bu 
birdəfəlik deyil, müntəzəm şəkildə aparılan və inzibati məhkəmə 
icraatının  vətəndaşın  xeyrinə  olan  bir  mexanizm  kimi  yara-
dıldığını  geniş  kütləyə  inandırmağa  yönələn  təşkilati-maarif-
ləndirici tədbirlər sistemi olmalıdır. Hüquq ədəbiyyatında haqlı 
olaraq  göstərilir  ki,  əgər  vətəndaşlar  əmin  olsalar  ki,  inzibati 
məhkəmədə  müstəqil  surətdə  fəaliyyət  göstərən  hakim  onların 
pozulmuş  hüquqlarının  müdafiəsini  təmin  edir,  onlar  məhkə-
məyə tez-tez müraciət edəcəklər
115

                                                           
114
 Усанов В.Е. Проблемы формирования административной юстиции в Российской Феде-
рации. М.: ОКТБ, 1999, c.47 
115
  Aslanov  M.S.  Azərbaycanda  inzibati  ədliyyənin  yaradılmasının    zəruriliyi  /  Azərbaycan 
Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. 
3-cü buraxılış. Bakı, 2002, s. 83 
 


77 
 
Hazırda  respublikamızda  yeni  yaradılmış  internet  resursu 
olan  inzibati.az  -dan  başqa  bu  sahədə  fəaliyyət  göstərən 
maarifləndirici qurum və ya vasitə mövcud deyildir. Bu sayt isə 
olduqca  bəsit  strukturda  olub,  bir-iki  qanunvericilik  aktı  və 
inzibati  məhkəmələrin  hələ  işlənilib  başa  çatmamış  linklərini 
yerləşdirməklə kifayətlənir. Vətəndaşlara inzibati iddialarla han-
sı  hallarda  müraciət  olunmasına,  iddia  ərizəsinin  necə  tərtib 
olunmasına,  aidiyyət  qaydalarına  və  s.  dair  geniş  informasiya 
verilməlidir  ki,  inzibati  məhkəmə  icraatı  həqiqətən  də  hüquqi 
dövlətin  mühüm  əlamətlərindən  biri  kimi  tam  potensialı  ilə 
fəaliyyət  göstərə  bilsin.  Fikrimizcə,  bütün  bunlar  geniş  əhali 
kütləsində  hüquq  düşüncəsinin  formalaşdırılmasına  və  nəticə 
etibarilə milli hüquq sisteminin inkişafına səbəb olar. 
Cavabdeh  qismində  çıxış  edən  inzibati  orqan  isə  artıq 
hazırlıq icraatından başlayaraq öz hərəkəti, sübut etməli olduğu 
halların  sistemləşdirilməsi  barədə  düşünür  və  iddiaçınin  ona 
qarşı  olan  tərzini  deyil,  öz  fəaliyyətini  qiymətləndirməyə  səy 
göstərir.  Hakimin  otağında,  məhkəmə  iclasında,  ictimaiyyətin 
iştirakı ilə iddiaçının onun fəaliyyətinə verdiyi neqativ qiymət-
ləndirmədən dolayı izahatı alınan vəzifəli şəxsdə inzibati proses 
müəyyən psixoloji məqamlarla şərtlənən davranış meyarlarının 
da  formalaşmasına  səbəb  olur.  Belə  ki,  şəxsiyyətinə,  qulluq 
funksiyalarına, vəzifə statusuna, işgüzar nüfuzuna biganə olma-
yan  hər  hansı  vəzifəli  şəxs  gələcəkdə  bu  kimi  halların  baş 
verməməsi  üçün  fəaliyyətində  obyektivliyin  maksimum  təmi-
ninə və yalnız əsaslı aktların qəbuluna çalışacaqdır. Bu isə təbii 
ki, ilk növbədə idarəetmə davranışı normalarının formalaşması-
na səbəb olacaqdır.  
İnzibati  mübahisəyə  baxılması  və  onun  həll  edilməsi  ilə 
bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə qərarları  özlüyündə 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə