Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə33/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   29   30   31   32   33   34   35   36   ...   123

100 
 
Qeyd edək ki, hələ XIX əsrdə Fransada prefektura şuraları 
inzibati ədliyyə orqanı kimi administrasiyanın aktlarının qanu-
niliyi ilə yanaşı, həm də onların daxili mahiyyətini, məqsədini, 
motivini və məqsədəuyğunluğunu yoxlayırdılar. Hesab edirik ki, 
müasir dövrdə də bu meyarlara mühüm əhəmiyyət verilməlidir. 
Çünki, hüquq normasının mahiyyəti və faktiki əhəmiyyəti məhz 
məqsədəuyğun qərarın qəbul edilməsindən ibarətdir. 
İnzibati  prosesdə  inzibati  mübahisənin  həlli  üzrə  məhkə-
mənin çıxardığı qərar hüquqi, siyasi, ideoloji, sosial və iqtisadi 
funksiyaları  yerinə  yetirir.  Məhkəmə  öz  qərarı  ilə  vətəndaşla 
inzibati  orqan  arasındakı  sosial-hüquqi  münaqişəni  həll  edir, 
hüquq  subyektlərinin  hüquqlarını  və  qanunla  qorunan  maraq-
larını təmin edir. O, habelə, konkret hüquq münasibəti subyekt-
lərinin hüquq və vəzifələrinin həcminə və məzmununa aydınlıq 
və  dəqiqlik  gətirməklə  səlahiyyətverici  funksiyanı,  hüquq 
münasibəti iştirakçılarının subyektiv hüquqlarının mühafizəsini 
təmin  etməklə  hüquq  mühafizə  funksiyasını,  qüvvədə  olan 
qanunvericilikdəki boşluqları aradan qaldırmaqla hüquq təkmil-
ləşdirici funksiyanı da həyata keçirir. Bunlardan başqa məhkəmə 
aktı fərdi hüquqi tənzimləmə, hüquqi münasibətlərin yaranması, 
dəyişdirilməsi  və  ya xitamı üçün hüquqi  fakt  rolunda da çıxış 
edir. 
İkişaf  etmiş  ölkələrin  təcrübəsinə  nəzər  saldıqda  inzibati 
məhkəmə  icraatında  iddiaçının  hüquqlarının  və  maraqlarının 
müdafiəsi üçün spesifik prosessual müdafiə vasitələrinin tətbiq 
olunduğunu müşahidə edirik. Hətta, bəzən bu vasitələr inzibati 
orqanın  aktı  hələ  hazırlanma  mərhələsində  olduğu  zaman  isti-
fadə  olunur.  Məsələn,  Almaniya  qanunvericiliyində  fiziki  və 
hüquqi şəxslər inzibati orqanların hərəkətlərindən və ya qərar-
larından ilkin şikayət hüququna malikdir. İlkin şikayət hüququ 


101 
 
maraqlı şəxsə özünün hüquq və vəzifələrinə toxunan, azadlığına 
müdaxilə edən aktlardan onlar qüvvəyə minməmiş məhkəməyə 
şikayət etmək imkan verir. 
Qüvvədə  olan  inzibati  prosessual  qanunvericilikdə  “mü-
dafiə vasitələri” anlayışından istifadə olunsa da bu vasitələrin nə 
anlayışı,  nə  də  sistemi  müəyyən  olunmamışdır.  Fikrimizcə, 
inzibati prosessual qanunvericilikdə ümumi (publik) hüquqların 
prosessual  müdafiə  vasitələrinin  anlayışı  və  sistemi  müəyyən-
ləşdirilməlidir. Bu cür vasitələrin sisteminə aşağıdakı prosessual 
müdafiə vasitələri aid edilə bilər: 
- inzibati aktın ləğvi və ya dəyişdirilməsi
- inzibati orqanın  üzərinə inzibati aktın qəbul  edilməsi  ilə 
bağlı müvafiq öhdəliyin qoyulması; 
- subyektiv hüquq və azadlıqların bərpası; 
- ziyana görə kompensasiyanın ödənilməsi
- tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur 
etmə; 
-  icranın  nəticələrini  aradan  qaldırmaq  barədə  öhdəliyin 
qoyulması və s. 
Beləliklə, inzibati  prosesdə  inzibati  məhkəmə  icraatı inzi-
bati mübahisənin həlli üzrə çıxarılan məhkəmə qərarı vasitəsilə 
aşağıdakı funksiyaları həyata keçirir: 
-  inzibati  aktın  ləğv  olunması  və  ya  dəyişdirilməsi  funk-
siyası; 
- normativ xarakterli aktların qanunauyğunluğunun yoxla-
nılması funksiyası; 
- inzibati orqanın  üzərinə inzibati aktın qəbul  edilməsi  ilə 
bağlı müvafiq öhdəliyin qoyulmasında ifadə olunan məcburetmə 
funksiyası; 


102 
 
- inzibati orqan tərəfindən müəyyən hərəkətlərin edilməsini 
nəzərdə tutan icra funksiyası; 
- inzibati orqanı müəyyən hərəkətləri etməkdən çəkindirmə 
funksiyası; 
- inzibati hüquq münasibətinin müəyyənləşdirilməsi və ya 
tanınması funksiyası; 
- sosial münaqişələrin həlli funksiyası; 
-  hüquq  normalarının  arasındakı  kolliziyaların  aradan 
qaldırılması funksiyası və s. 
Beləliklə, inzibati proses hüquqi prosesin xüsusi növü olub, 
inzibati  hüquqi  mübahisələrin  inzibati  məhkəmə  icraatı  vasi-
təsilə  həll  olunmasına  yönələn,  inzibati  prosessual  normalarla 
tənzimlənən məhkəmə baxışında təzahür edir. Onun prosessual-
hüquqi  əsasını  inzibati  ədalət  mühakiməsi  təşkil  edir.  Hesab 
edirik  ki,  demokratik  və  hüquqi  dövlətdə  inzibati  məhkəmə 
icraatının  realizə  forması  kimi  inzibati  prosesin  formalaşdırıl-
ması  və  təkmilləşdirilməsi  hüquq  sistemini  inkişaf  etdirmək 
üçün mühüm vasitə kimi çıxış edir. 
Məhkəmənin  normativ  və  inzibati  aktları  yoxlamaq  və 
onlardan  bəzilərini  etibarsız  və  ya  qanunsuz  hesab  etmək 
imkanına  malik  olması  məhkəmə  təcrübəsinin  hüququn  mən-
bəyinə  çevriləcəyinə  dəlalət  edən  hal  kimi  də  qiymətləndirilə 
bilər.  Bu  kimi  iddiaların  baxılıb  həll  edilməsi  zamanı  qəbul 
olunan məhkəmə qərarı həmçinin normayaradıcı xüsusiyyət də 
kəsb  edir.  Belə  ki,  o,  hüquq  subyektlərinin  yeni  hüquq  və 
vəzifələrini formalaşdırır, etibarsızlıq halını müəyyənləşdirır və 
ya aktı ləğv edir. 
Müasir məhkəmə təcrübəsində normativ aktların qanunauy-
ğunluğu motivinə əsasən mübahisələndirilməsi xüsusi əhəmiy-
yət  kəsb  edir.  Obyekti  normativ  akt  olan  mübahisələndirmə 


103 
 
işlərinin  özü  həm  milli  məhkəmə  təcrübəsi,  həm  də  qanun-
vericilik  praktikası  üçün  novelladır.  Normativ  aktın  qüvvəsi 
qeyri-məhdud  şəxslər  dairəsinə  şamil  olunduğu  üçün  onların 
mübahisələndirilməsi ilə bağlı işlər üzrə məhkəmə müdafiəsi də 
qeyri-müəyyən  dairəyə  aid  şəxslərin  ümumi  maraqlarına 
toxunur.  Bu  kimi  işlərə  baxıb  həll  etməklə  məhkəmə  müba-
hisələndirilən normativ aktın daha yüksək hüquqi qüvvəyə ma-
lik olan normativ akta uyğunluğu üzərində məhkəmə nəzarətini 
həyata keçirir. 
Aparılmış tədqiqat inzibati prosesdə həyata keçirilən inzi-
bati məhkəmə icraatının aşağıdakı xüsusiyyətlərini göstərməyə 
imkan vermişdir: 

 
inzibati mübahisə məhkəməyə təqdim olunan inzibati 
iddianın qəbul olunması ilə başlayır; 

 
ədalət mühakiməsinin həyata keçirilməsi formasıdır; 

 
aidiyyətı məhkəmə tərəfindən iddia icraatı qaydasında 
həyata keçirilir

 
inzibati  prosessual  qaydalarla  tənzimlənir  və 
ixtisaslaşdırılmış məhkəmələr tərəfindən həyata keçirilir

 
xüsusi subyekt tərkibinə malik olur

 
inzibati mübahisənin həll olunması ilə sona çatır; 

 
inzibati orqanların fəaliyyətinə məhkəmə nəzarətinin 
həyata keçirilməsi formasıdır; 

 
inzibati 
mübahisənin 
prosessual-hüquqi 
həlli 
formasıdır; 

 
məhkəmə  hakimiyyətinin  müstəqil  predmetlə 
səciyyələnən qoludur; 

 
subyektiv  hüquq  və  vəzifələrin,  qanunla  qorunan 
mənafelərin müdafiəsinə və bərpasına xidmət edir; 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə