Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə32/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   28   29   30   31   32   33   34   35   ...   123

96 
 
dolğun  şərhini,  təcrübədə  düzgün  və  hərtərəfli  tətbiqini,  nor-
manın  məzmununa  aydınlıq  gətirilməsini  və  inzibati  hüququn 
əsas  cəhətlərinin  elmi  baxımdan  dərk  olunmasını  təmin  edir. 
K.S. Belski haqlı olaraq qeyd edir ki, inzibati hüquq normalarını 
idarəçiliyə aid olan əsas anlayışların köməyi olmadan anlamaq 
və şərh etmək mümkün deyildir.
138
 
İnzibati  prosesdə  məhkəmə  hüquq  normalarını  təfsir 
edərkən  yeni  inzibati  hüquq  norması  yaratmır,  normanın  məz-
mununu dəyişdirmir və ləğv etmir, yalnız  təfsir olunan norma-
nın  məzmununu  açır  və  onun  həyata  keçirilməsi  qaydasını 
müəyyənləşdirir. Dövlət - hakimiyyət xarakterinə malik olan bu 
cür  təfsir  konkret  olaraq  hüququn  tətbiqi  subyektlərinə  ün-
vanlanır. 
İnzibati-hüquqi mübahisənin ədalətli həlli inzibati prosesdə 
həyata keçirilən məhkəmə icraatının yekun mərhələsidir. Əsaslı 
və ədalətli məhkəmə qərarının qəbul olunması ilə inzibati müba-
hisənin  həll olunması qanunçuluğun təmininə  və vətəndaşların 
hüquq və maraqlarının bərpasına səbəb olur. İnzibati prosessual 
qanunvericiliyə  əsasən  inzibati  mübahisəyə  baxılması  nəticə-
sində  qəbul  olunan  məhkəmə  qərarında  aşağıdakılar  nəzərdə 
tutula bilər: 
-  İnzibati  aktın  qanuna  zidd  olduğu  və  bunun  nəticəsində 
iddiaçının hüquqlarını pozduğu hallarda, həmçinin, inzibati akt 
qəbul  edilərkən  inzibati  icraatın  inzibati  orqanın  qərarına  təsir 
edən  şəkildə  pozulduğu  hallarda  həmin  inzibati  aktın  ləğv 
edilməsi (AR İPM-in 70.1- ci maddəsi). 
                                                           
138
 Бельский К.С. О предмете и системе науки административного права // Гос-
ударство и право, 1998, № 10, с. 2 


97 
 
- İddiaçı hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini 
tələb  etməyə  haqlı  olduğu  hallarda,  həmin  icraat  zamanı  tələb 
olunan öhdəliyi  (vəzifəni) yerinə  yetirməyə məcbur etmə (AR 
İPM-in 70.3-cü maddəsi). 
-  İnzibati  orqanın  üzərinə  icranın  nəticələrinin  aradan 
qaldırılması  barədə  öhdəliyin  qoyulması  (AR  İPM-in  71.1-ci 
maddəsi). 
- İcranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası 
barədə  göstərişlərin  (təkliflərin)  verilməsi  (AR  İPM-in  71.2-ci 
maddəsi). 
-  İnzibati  aktın  icrasının  nəticələrini  aradan  qaldırmaq 
mümkün olmadıqda, inzibati orqan tərəfindən kompensasiyanın 
ödənilməsi  barədə  qərar  qəbul  edilməsi  (AR  İPM-in  71.3-  cü 
maddəsi). 
-  İnzibati  aktın  inzibati  orqanın  özü  tərəfindən  ləğv 
olunduğu və ya digər əsaslara görə qüvvədən düşdüyü hallarda, 
həmin  aktın  etibarsız  (qanunsuz)  sayılması  (AR  İPM-in  72-ci 
maddəsi). 
-  İnzibati  orqanın  üzərinə  inzibati  aktın  qəbul  edilməsi 
barədə öhdəliyin qoyulması (AR İPM-in 73.1-ci maddəsi). 
- İnzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini 
nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul 
edilməsi  barədə  öhdəliyin  qoyulması  (AR  İPM-in  73.2-ci 
maddəsi). 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  inzibati  mübahisə  üzrə 
məhkəmə qərarının qəbul edilməsi faktının özü cəmiyyətdə əda-
lətin və qanunçuluğun təmini üçün kifayət etmir. Bu qərarların 
çevik  icra  mexanizminin  formalaşdırılması  inzibati  məhkəmə 
icraatının vəzifələrinin yerinə yetirilməsində zəruri əhəmiyyətə 
malikdir. Əgər vətəndaş inzibati məhkəmənin çıxardığı qərardan 


98 
 
yararlana bilmirsə onun hüquq və azadlıqlarının təmin olunması 
real deyil, formal xarakter daşıyacaqdır. 
Qeyd edək ki, inzibati prosessual qanunvericilikdə inzibati 
orqanlara öz mülahizələrinə əsasən fəaliyyət göstərərək icranın 
nəticələrini hansı üsulla aradan qaldıracaqlarını müəyyənləşdirə 
bilmələri  üçün  diskresiyon  səlahiyyətlər  də  verilmişdir.  Fikri-
mizcə, bu qərarların icrası elə hüquqi mexanizmlərlə təmin olun-
malıdır  ki,  onları  icra  edib-etməmək  inzibati  orqanın  müla-
hizəsindən asılı olmasın. Hüquq ədəbiyyatında haqlı olaraq gös-
tərilir ki, əgər inzibati məhkəmənin qərarlarının yerinə yetirilib 
-  yetirilməməsi  inzibati  orqanın  təqdirinə  aiddirsə,    yaxud  bu 
qərarın  icrası  məcburi  deyilsə  həmin  sistemdə  ədalətin  təmin 
olunması mümkün deyildir
139
. Məhkəmə inzibati orqana müəy-
yən  hərəkətlərin  edilməsinin  həvalə  olunması  barədə  qərara 
gəldikdə, qərarın icra üsullarını da müəyyən edərsə, daha çevik 
icra mexanizminə nail olmaq olar. 
Fikrimizcə,  inzibati  məhkəmə  nəzarətinin  hüdudları  da 
prinsipial  əhəmiyyətli  məsələlərdəndir.  Məhkəmə  nəzarətinin 
real  və  səmərəli  olması  onun  meyarlarından  birbaşa  asılıdır. 
Qüvvədəki  qanunvericilik  məhkəmə  qərarı  vasitəsilə  həyata 
keçirilən  məhkəmə  nəzarətinin  hüdudlarını  dəqiq  müəyyən-
ləşdirmişdir. Hazırda bu nəzarət çox məhdud çərçivədə həyata 
keçirilərək  aktın  yalnız  qanuniliyinin  yoxlanmasını  nəzərdə 
tutur. İnzibati prosessual qanunvericilikdə məhkəmənin inzibati 
orqanın qəbul etdiyi aktın məqsədəuyğunluğunu, səmərəliliyini 
və  əsaslığını  yoxlamaq  imkanı  nəzərdə  tutulmamışdır.  Bu, 
                                                           
139
 Candan T. İnsan hak və özgürlüklerinin etkin korunmasında idari  yargının rolu. 
İdari yargı sempozyumunun materialları. Ankara, 2009 


99 
 
inzibati məhkəmə icraatında həyata keçirilən nəzarət funksiya-
sının əsaslarının təkmilləşdirilməsi zərurətini üzə çıxarır. Çünki, 
hüquqi  aktların  qanuniliyinə  dair  ümumi  tələblər  onun  yalnız 
qanuna əsaslanmaqla qəbul olunmasını deyil, həm də onu qəbul 
edən  subyektə,  hüquqi  aktın  formasına,  məzmununa,  qəbul 
olunması qaydalarına qarşı olan tələbləri də əhatə edir. Səmə-
rəlilik inzibati orqanlarının fəaliyyətində əsas şərtdir. O, bir çox 
amillərdən  (məqsədəuyğunluq,  əsaslılıq,  icranın  təşkili  və  s.) 
asılıdır. Məqsədəuyğunluq – aktın ümumi maraqlar baxımından 
faydalı olmasını və onu qəbul edən inzibati orqanın mülahizəsini 
deyil, ictimai faydanın əsas götürülməsini nəzərdə tutur. 
Səmərəli  nəzarətin  düzgün  müəyyənləşdirilmiş  nəzarət 
meyarlarından  bilavasitə  asılı  olduğunu  nəzərə  alaraq  hesab 
edirik ki,  inzibati  aktların  yoxlanılmasının meyarları  genişlən-
dirilməli  və  məqsədəuyğunluq,  səlahiyyət  hüdudunda  qəbul 
edilmə, formaya riayət olunma, səmərəlilik, əsaslılıq da bu me-
yarlar sırasına daxil edilməlidir.  
Aktın məqsədəuyğun olması üçün o, məsələnin mahiyyəti 
üzrə  kompleks  həllinə  yönəlməli,  vaxtında  qəbul  olunmalı, 
yönəldiyi  subyektlərin  təfəkkür  səviyyəsini,  kütlə  mədəniy-
yətini, maraqların və rəylərin plüralizmini və s. nəzərə almalıdır. 
Məqsədəuyğun olmayan akt səmərəsiz olmaqla yanaşı, cəmiy-
yətə  böyük  ziyan    vura  bilər.  Bu  baxımdan  inzibati  məhkəmə 
icraatı çərçivəsində inzibati aktın qanunauyğunluğunun yoxlan-
ması onun qanuna əsaslanması ilə yanaşı, inzibati orqanın səla-
hiyyəti çərçivəsində, tələb olunan formaya riayət olunmaqla, qa-
nunla müəyyən olunmuş müddətdə prosessual qaydalara uyğun 
şəkildə qəbul olunmasını, məqsədəuyğun və əsaslı olmasını da 
ehtiva etməlidir. 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə