Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə30/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   26   27   28   29   30   31   32   33   ...   123

90 
 
və konkret olmaqla 2 növə bölür və onların predmetinə, forma-
sına,  proseduruna  və  hüquqi  nəticələrinə  görə  bir-birindən 
fərqləndiyini qeyd edir
128

Məhkəmənin  prosessual  qaydada  inzibati  orqanların, 
onların  vəzifəli  şəxslərinin  fəaliyyətini  yoxlamaq  üçün  həyata 
keçirdiyi  nəzarət  nəzəriyyədə  abstrakt  (vasitəli  və  ya  düzünə) 
norma nəzarəti adlanır.
129

Qeyd edək ki, abstrakt norma nəzarətinin predmeti konkret 
nəzarətdən  daha  genişdir.  Abstrakt  norma  nəzarəti  zamanı 
məhkəmə  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  ya 
qanununa  zidd  olan  normativ  xarakterli  aktı  qəbul  edildiyi 
gündən bütövlükdə və ya qismən etibarsız sayılır. Məhkəmənin 
bu  cür  vasitəli  norma  nəzarətini  həyata  keçirtdiyi  akt  hüquq 
tətbiqetmə  aktı  olub,  fərdi  hüquqi  tənzimləmə  funksiyasını 
yerinə yetirir. Müəlliflərdən V.M. Lebedev haqlı olaraq yazır ki, 
vasitəli norma nəzarəti zamanı məhkəmə Konstitusiyaya uyğun 
olmayan normativ hüquqi aktı ləğv etmir, sadəcə onu qüvvədən 
məhrum edir.
130
 
İnzibati prosesdə həyata keçirilən inzibati məhkəmə icraatı 
vasitəsilə  qanunla  müəyyənləşdirilmiş  formada  və  səlahiyyət 
çərçivəsində  normativ  xarakterli  aktlara  nəzarət  olunur.  Nor-
mativ xarakterli akt – həmin qanunda nəzərdə tutulan dövlət və 
ya  yerli  özünüidarə  orqanı  tərəfindən  qəbul  edilmiş,  məhdud 
                                                           
128
  Молотов  А.  В.  Абстрактный  и  конкретный  судебный  конституционный 
нормоконтроль  в  деятельности  Конституционного  Суда  Российской 
Федерации: Дис. ... канд. юр. наук: Тюмень: Тюм.ГУ, 2002, с.17 
129
  Фетисов  А.К.  Нормоконтроль  и  преюдиция  //  Российский  ежегодник 
гражданского  и  арбитражного  процесса,  2001,  №  1,  с.  315-328;  Лебедев  В. 
Совершенствование правосудия - существенный фактор устойчивого развития 
России // РЮ,  2003,  № 3, с. 3 
130
  Лебедев  В.М.  Судебная  власть  в  современной  России.  Проблемы 
становления и развития. СПб., 2001,c.94  


91 
 
subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən 
və  dəfələrlə  tətbiq  olunmaq  üçün  nəzərdə  tutulmuş  müəyyən 
formalı  rəsmi  sənəddir.
131
  Normativ  xarakterli  aktlara  aşağı-
dakılar aiddir: 
-  Azərbaycan  Respublikası  Konstitusiyasının  130-cu 
maddəsinin  III  hissəsinin  1-7-ci  bəndlərinə  və  IV  hissəsinə 
əsasən  qəbul  edilmiş  Azərbaycan  Respublikası  Konstitusiya 
Məhkəməsinin qərarları; 
- Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 
qərarları, təlimatları və izahları; 
- Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları; 
- Məhkəmə-Hüquq Şurasının qərarları; 
- Milli Televiziya və Radio Şurasının qərarları; 
- yerli özünüidarə orqanlarının qərarları; 
- yerli icra hakimiyyəti orqanlarının qərarları.
132
  
AR  İPM-nin  122.1-  ci  maddəsinə  görə,  Konstitusiyanın 
130-cu  maddəsinə  əsasən  yoxlanılması  Azərbaycan  Respubli-
kası  Konstitusiya  Məhkəməsinin  müstəsna  səlahiyyətinə  aid 
edilmiş  normativ  xarakterli  aktlar  istisna  olmaqla,  dövlət  və 
bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli 
aktların qanunauyğunluğunun yoxlanılmasına və etibarsız (qüv-
vədən  düşmüş)  hesab  edilməsinə  dair  inzibati-iqtisad  məhkə-
məsində iddia qaldırıla bilər. 
Normativ  xarakterli  aktın  qəbul  edilməsi  və  ya  tətbiq 
olunması nəticəsində subyektiv hüquqların pozulduğunu və ya 
yaxın  gələcəkdə  pozulacağını  əsaslandıra  bilən  fiziki  və  ya 
                                                           
131
  “Normativ  hüquqi  aktlar  haqqında”  Azərbaycan  Respublikasının  Konstitusiya 
Qanunu. Bakı: Qanun, 2014, s.3 
132
  “Normativ  hüquqi  aktlar  haqqında”  Azərbaycan  Respublikasının  Konstitusiya 
Qanunu. Bakı: Qanun, 2014, s.6 


92 
 
hüquqi  şəxs  tərəfindən,  habelə  aidiyyətinə  toxunulan  digər 
orqanlar  tərəfindən  inzibati  iddia  appelyasiya  instansiyası 
məhkəməsinə  verilir.  Həmin  normativ  xarakterli  aktı  qəbul 
etmiş  dövlət  və  ya  bələdiyyə  orqanı  cavabdeh  qismində  çıxış 
edir.  Belə  işlərə  baxan  məhkəmə  mübahisələndirilən  aktla 
aidiyyətinə toxunulan digər dövlət və ya bələdiyyə orqanına da 
həmin aktla bağlı öz mövqeyini bildirmək imkanı ilə təmin edir. 
Normativ  xarakterli  aktın  etibarlılığının  Azərbaycan 
Respublikasının  Konstitusiya  Məhkəməsi  tərəfindən  baxılan 
konkret  hüquq  normasının  qanunauyğun  sayılmasından  asılı 
olduğu hallarda, məhkəmə tərəfindən işə baxılması Azərbaycan 
Respublikasının  Konstitusiya  Məhkəməsində  icraat  başa 
çatanadək dayandırılır. İddia əsaslı hesab edildiyi, yəni normativ 
xarakterli akt Konstitusiyaya və ya qanuna zidd olduğu hallarda, 
həmin  akt  qəbul  edildiyi  gündən  bütövlükdə  və  ya  qismən 
etibarsız  sayılır.  Lakin,  normativ  xarakterli  aktın  etibarsız 
sayılması  qanuni  qüvvəyə  minmiş  məhkəmə  qərarlarının  və 
barəsində  şikayət  verilə  bilməyən  inzibati  aktların  etibarsız 
sayılmasına,  icraatın  təzələnməsinə  səbəb  ola,  icraatın  təzə-
lənməsi üçün əsas kimi təfsir oluna bilməz. 
Yuxarıda qeyd olunanları ümumiləşdirərək belə bir qənaətə 
gəlmək  olar  ki,  inzibati  prosesdə  vətəndaş  hüquqlarının  və 
mənafelərinin  bərpası  üçün  həyata  keçirilən  inzibati  məhkəmə 
icraatı vasitəsilə inzibati məhkəmələr mövcud hüquq sisteminə 
də real təsir göstərmək imkanına malik olurlar. Onlar bu təsiri 
normativ xarakterli aktların mübahisələndirilməsinə dair verilən 
iddialar  üzrə  icraat  vasitəsilə  həyata  keçirirlər.  Bu,  onlara 
qanunvericiliyə dəyişiklik etmək səlahiyyəti verməsə də faktiki 
olaraq  norma  nəzarəti  funksiyası  mübahisələndirilən  aktın 
ləğvindən doğan nəticələrə də səbəb ola bilər. Belə ki, inzibati 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə