Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə26/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   22   23   24   25   26   27   28   29   ...   123

78 
 
prosessual  hüquq  sahəsində  hüquqi  faktlar  kimi  çıxış  edir  və 
müvafiq olaraq prosessual hüquq münasibətlərinin yaranmasına, 
dəyişdirilməsinə və ya xitamına səbəb olur. Buna görə də məz-
mununu  məhkəmənin  müəyyənləşdirdiyi  əsas  maddi-hüquqi 
münasibətlərə  məhkəmə  aktının  qəbulu  nəticəsində  prosessual 
hüquq  münasibətləri  də  qoşulur.  Bu  münasibətin  əsas  məz-
mununu  isə  məhkəmə  aktına  riayət  etmək  vəzifəsi  təşkil  edir. 
Hüququn  tətbiqi  aktlarından  olan  məhkəmə  qərarı  kompleks 
təbiətə malik olub, eyni zamanda həm fərdi hüquqi tənzimləmə 
vasitəsi,  həm  hüquqi  fakt  kimi  çıxış  edir, həm  də  tənzimləyici 
(hüquqverici), hüquq təminedici (hüquq mühafizə) funksiyaları 
yerinə yetirir. 
Beləliklə,  hüquqi  dövlətdə  inzibati  orqanların  məsuliyyət 
mexanizmi  kimi  çıxış  edən  inzibati  məhkəmə  icraatının 
aşağıdakı hüquqi nəticələri fərqləndirə bilərik: 
1)  məhkəmənin  inzibati  akt  qəbul  etmək  səlahiyyəti  olan 
qurumdan  öz hərəkətlərinin əsaslılığını və qanuniliyini əsaslan-
dırmağı tələb etməsi
2)  məhkəmə  qaydasında  müvəqqəti  xarakterli  müdafiə 
tədbirlərinin tətbiq edilməsi
3) inzibati aktın ləğvi, dəyişdirilməsi, inzibati orqanın üzə-
rinə  müəyyən  hərəkətləri  yerinə  yetirmək,  icranın  nəticələrini 
aradan qaldırmaq, inzibati akt  qəbul  etmək öhdəliyinin qoyul-
ması.  
Fikrimizcə,  inzibati  məhkəmələrin  səlahiyyət  dairəsini 
inzibati  orqanların  aktları  və  hərəkətləri  ilə  məhdudlaşdırmaq 
inzibati orqanlara aid olmayan, amma, ictimai xidmətlə məşğul 
olan qurumların  fəaliyyətini  diqqətdən kənar qoya bilər. Buna 
görə  də  inzibati  məhkəmə  icraatının  aidiyyət  dairəsinə  yalnız 


79 
 
inzibati orqanların aktlarının deyil, ümumiyyətlə inzibati xarak-
terli bütün hərəkətlərin aid edilməsi məqsədəuyğun olardı. 
Təsadüfi  deyildir  ki,  demokratik  və  qabaqcıl  avropa  döv-
lətlərində  qanunvericilik  funksiyasını  həyata  keçirən  nüma-
yəndə kimi hakim də xalqın hüquq düşüncəsinin ifadəçisi hesab 
olunur.  Bu  isə  onu  göstərir  ki,  yalnız  inkişaf  etmiş  hüquq 
düşüncəsinə malik olan xalq məhkəmənin cəmiyyətdəki rolunu 
dərk  edərək  onu  hüquq  qaydasının  qoruyucusu  kimi  qiymət-
ləndirə bilər.  
Yuxarıda qeyd olunanları ümumiləşdirərək belə bir mühüm 
nəticəyə  gəlmək  olar  ki,  inzibati  prosesdə  məhkəmənin  proses 
iştirakçılarına yardım etmək vəzifəsi özlüyündə inzibati orqan-
ların  fəaliyyətində  qanunçuluğun  və  intizamın  möhkəmləndi-
rilməsi  üçün  məhkəmənin  ədalətli  və  real  nəzarət  mexanizmi 
olduğunun  bariz  sübutudur.  Bu  cür  yardım  formal,  aydın 
olmayan  tələblər  üzündən  proses  iştirakçılarının  öz  subyektiv 
hüquqlarını  müdafiə  etmək  kimi  potensial  imkanlarından  is-
tifadə etməmək hallarının qarşısını almağa yönəlmişdir. İnzibati 
məhkəmə  icraatı  yalnız  formal  təşkil  olunduğu  halda  deyil, 
məhz  real  icra  mexanizminə  malik  olduğu  təqdirdə  hüquqi 
dövlətin zəruri elementlərindən biri kimi çıxış edir. Bunun üçün 
mükəmməl prosessual təminat və müdafiə tədbirlərindən ibarət 
olan məhkəmə icraatı formalaşdırılmalıdır. 
Hüquqi dövlətdə inzibati məhkəmənin mövqeyi maksimum 
dərəcədə fəal olduğundan inzibati proses obyektiv həqiqətin üzə 
çıxarılmasına,  inzibati  orqanların  məsuliyyət  mexanizminin 
möhkəmləndirilməsinə zəmin olan hüquqi-psixoloji təsir funksi-
yasını  da  yerinə  yetirir.  Müəlliflərdən S.R.Hondu haqlı olaraq 
inzibati  məhkəmə  icraatında  həyata  keçirilən  məhkəmə  baxı-
şının  psixoloji  funksiyasını  xüsusi  olaraq  vurğulayır.  Müəllif  


80 
 
yazır ki, tərəflər məhkəmə baxışında iddia və etirazlarını şəxsən 
hakimin  hüzurunda  anlatmaq  imkanına  malik  olduqları  üçün 
əhəmiyyəti və özəlliyi ilə seçilən cəhətləri daha qabarıq nəzərə 
çatdıra bildikləri üçün özlərini rahat hiss edirlər
116
.  
Məhkəmə prosesinin digər növlərində olduğu kimi inzibati 
prosesdə  də  hələ  qədim  romalıların  istifadə  etdiyi  "nemo 
inauditus  damnari  potest"  (heç  kim  dinlənilmədən  mühakimə 
oluna  bilməz)  prinsipi  qüvvədədir.  Məhkəmədə  izahat  vermək 
vəzifəsi  inzibati  orqanın  məsuliyyət  mexanizmində  mühüm 
faktorlardan  biridir.  Məhkəmə  işin  hallarının  tam  müəyyən-
ləşdirilməsi  və  obyektiv  qiymətləndirilməsi  üçün  əhəmiyyət 
kəsb  edən  bütün  yazılı  izahatların  təqdim  olunmasına  yardım 
etməlidir.Yazılı  izahatda  inzibati  orqan  iddiaçının  tələbinin 
mahiyyəti ilə əlaqədar olaraq işin halları ilə əlaqədar ona məlum 
olan məsələlər barəsində məlumat verir. 
İzahatın  inzibati  prosesdə  sübutetmə  funksiyası  və  məh-
kəmədə  şəxsən  iştirakın  təmin  olunması  kimi  iki  funksiyası 
vardır.  Sübutetmə  izahatın  əsas  funksiyası  olub,  mübahisənin 
mahiyyəti üzrə həlli üçün zəruri olan məlumatların verilməsinə 
yönəlir. Məhkəmədə şəxsən iştirakın təmin olunması isə inzibati 
orqanın  cavabdeh qismində məhkəmə zalında iştirak etməsinə 
və  bununla  da  onun  izahatının  daha  mötəbər  və  inandırıcı 
olmasına yönəlir.  
Müəlliflərdən  S.S.  Kurılyev  şəxsi  izahatın  mahiyyəti  ilə 
əlaqədar  olaraq  yazırdı  ki,  məhkəmədə  işə  bir  tərəfin  iştirakı 
olmadan  baxılması  ona  zəngin  sübutetmə  mənbəyi  olmadan 
                                                           
116
  Hondu  S.R.  İdarî  Yargılama  Usulünde  Duruşma  Yapılması  ve  Uygulamadaki 
Durum // Danıştay Dergisi, 2012, № 89,s. 6 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə