Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə36/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   32   33   34   35   36   37   38   39   ...   123

111 
 
edilməsinə,  yaxud  edilməsinin  ehtimal  olunmasına  subyektiv 
yanaşmadakı fərqlilikləri əks etdirən normal təzahürdür.
162
 
Mübahisə  o  zaman  inzibati  hesab  olunur  ki,  onun  məz-
mununu  təşkil  edən  hüquqi  məsələ  inzibati  hüquqa  aid  olsun. 
Qeyd  edək  ki,  vətəndaşların  hakimiyyət  orqanları  ilə  istənilən 
münasibətləri  hüquqi  münaqişənin  yaranması  üçün  potensial 
təhlükə daşıyır. İnzibati hüquqi mübahisə obyektiv təzahür olub, 
hətta ən demokratik ölkələrdə də vətəndaşla inzibati orqan ara-
sında yarana bilər. 
Çünki, inzibati münasibətlərdə vətəndaş əsasən xahiş edən, 
ya  da  fəaliyyətinə  nəzarət  olunan  subyekt  kimi  çıxış  edir. 
Ümumi  idarəetmə  sahəsində  vətəndaş  müxtəlif  subyektiv  və 
obyektiv səbəblər üzündən inzibati orqanların və onların vəzifəli 
şəxslərinin  özbaşınalığı,  hakimiyyət  səlahiyyətlərini  aşması, 
qanunsuz  müdaxiləsi  ilə  üzləşməsi  təbii  olaraq  vətəndaşla 
inzibati orqanlar arasında inzibati hüquqi mübahisə formasında 
ifadə  olunan  münaqişəli  münasibətlərin  meydana  çıxmasına 
səbəb olur. 
Hüquqi forma almış mübahisə artıq inzibati hüquqi müba-
hisənin tərkib hissəsinə çevrilir. Bu cür mübahisələrin mövcud 
olma  ehtimalı  onların  həlli  üçün  səmərəli  müdafiə  mexaniz-
minin formalaşdırılmasını tələb edir. Belə mexanizmlərdən biri 
də inzibati məhkəmə icraatıdır.  
 İnzibati orqanlar öz səlahiyyətlərindən hüquqazidd istifadə 
edərək  vətəndaşların  subyektiv  hüquqlarını  pozduqda  onlar 
arasında inzibati hüquqa aid mübahisə yaranır.
163
 Lakin, onu da 
                                                           
162
  Лупарев  Е.Б.  Административно-правовые  споры.  Дисс.  …  докт.  юр.  наук.  Воронеж, 
2003, с. 27 
163
  Зеленцов  А.Б.  Административно-правовой  спор  (теоретико-методологические  под-
ходы к исследованию) // Правоведение, 2000, № 1, с. 74; Зайцев И.М. Сущность хозяй-
ственных споров. Саратов,1974, с. 40  


112 
 
qeyd etmək lazımdır ki, qurumun inzibati orqan olması heç də 
həmişə  həmin  qurumla  bağlı  mübahisənin  inzibati  hüquqi 
mübahisə  olmasına  dəlalət  etmir.  Bunun  üçün  həm  aktı  qəbul 
edən qurum inzibati orqan olmalıdır, həm onun vətəndaşla, hü-
quqi və fiziki şəxslə girdiyi münasibət inzibati hüquq münasibəti 
olmalıdır,  həm  də  onlar  arasında  yaranan  mübahisə  həmin 
münasibətlə bağlı olmalıdır. 
Hesab edirik ki, mübahisə hüquqa zidd olduğu kimi, hüquqi 
çərçivədə də inkişaf edə bilər. Mübahisə iki tərəfin arasındakı 
fikir  ayrılığından,  yaxud,    müzakirədə  hər  tərəfin  öz  fikrində 
israr  etməsindən  qaynaqlana  bilər.  İnzibati  hüquq  münasibət-
lərində inzibati hüquq və vəzifələr barədəki fikir ayrılığı həm də 
tərəflər arasında inzibati qərarların və hərəkətlərin qanuniliyinə 
dair yaranan fikir ayrılığıdır 
S.Popoviç  1968-ci  ildə  dərc  etdirdiyi  “İnzibati  hüquq” 
kitabında  inzibati  mübahisəni  inzibati  aktın  qanuniliyi  barədə 
meydana  çıxan  və  hüquqları  yaxud,  qanuni  mənafeyi  pozulan 
fiziki və ya hüquqi şəxs, yaxud dövlət orqanı tərəfindən ictimai-
siyasi  həmrəyliyə  müvafiq  olaraq  qaldırılan  hüquqi  mübahisə 
kimi  qiymətləndirirdi.
164
  Müəllif  inzibati  hüquqi  mübahisəyə 
verdiyi  anlayışda  onun  ayrı-ayrı  əlamətlərini  sadalayır,  lakin, 
inzibati hüquqi mübahisənin mahiyyətinə toxunmurdu. Bu isə öz 
növbəsində  inzibati  hüquqi  mübahisənin  hüquqi  və  idarəçilik 
təbiətini aydınlaşdırmağa imkan vermirdi.  
N.Y.Xamanyova  hesab  edir  ki,  inzibati  hüquqi  mübahisə 
bir  tərəfdən  dövlət  orqanları,  yerli  özünüidarəetmə  orqanları, 
vəzifəli  şəxslər  digər  tərəfdən  isə  hüququn  digər  subyektləri 
                                                           
164
 Попович С. Административное право. Часть общая. М.: Прогресс, 1968, с. 504 


113 
 
arasında  yaranan  hüquqi  münaqişəni  və  ya  hüquqi  kolliziyanı 
ifadə edir
165

Bəzi  müəlliflər  inzibati  hüquq  münasibətlərində  tərəflərin 
bərabər olmadığına əsaslanaraq yazırlar ki, burada mübahisədən 
deyil,  yalnız  vətəndaşın  inzibati  orqanın  hərəkətindən  verdiyi 
şikayətdən bəhs etmək olar
166
. Bu fikrin tərəfdarları haqlı olaraq 
elmi  ədəbiyyatda  tənqid  olunur
167
.    Belə  ki,  inzibati  mübahisə 
həqiqətən də  tərəfləri qeyri-bərabər olan hüquq   münasibətlər-
dən yaranır, lakin inzibati məhkəmə icraatının predmetinə çev-
rildikdən  sonra  tərəflərin  prosessual  vəziyyəti  bərabərləşir  və 
hakim  idarəetmə  təsiri  mövcud  olmur.  İnzibati  məhkəmə 
icraatında  inzibati  orqan  hakimiyyət  səlahiyyətlərini  deyil,  öz 
tələb və etirazlarının qanuniliyini əsaslandırmaqda ifadə olunan 
hüquqlara və vəzifələrə malik olur. 
A.B.Zelentsov  yazır  ki,  inzibati  münasibətlərin  iştirakçı-
larının arasındakı münaqişə hüquqi  mübahisə xüsusiyyətlərinə 
malikdir. Bu cür mübahisələr həmişə bərabər tərəflərin arasın-
dakı münaqişə hesab olunmalıdır.
168
 
Fikrimizcə, müəllifin bu fikri ilə razılaşmaq olmaz. Belə ki, 
inzibati  mübahisənin  subyektləri  faktiki  olaraq  qeyri  -  bərabər 
imkana malikdirlər. İnzibati orqanın sərəncamında kifayət qədər 
informasiya, insan və maliyyə resursları olduğu halda vətəndaşın 
                                                           
165
 Хаманева Н.Ю. Защита прав граждан в сфере исполнительной власти. Дис. ... докт. юр. 
наук. М., 1997, с. 115  
166
 Щеглов В.Н. Иск в судебной защите гражданского права. Лекции для студентов / Под 
ред. Г.Л.Осокина. Томск, 1987, с. 7 ; Судебная защита прав и свобод граждан.  Научно-
практическое пособие / Отв. ред. Кашепов В.П. М.: Норма, 1999, с. 19 
167
 Слепченко Е.В. Административное судопроизводство: понятие, единство и дифферен-
циация // Российская юстиция, № 3, 2009,с.51-56; Боннер А.Т. Судебная практика по де-
лам, возникающим из административно-правовых отношений // Советское государство и 
право, 1992, № 2, с. 42 
168
  Зеленцов  А.Б.  Административно-правовой  спор.  (Теоретико-методологические  под-
ходы к исследованию) // Правоведение, 2000, № 1, с. 68-79 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə