Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə13/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   9   10   11   12   13   14   15   16   ...   123

39 
 
məhkəmə  həm  də  özlüyündə  vətəndaş  cəmiyyətində  hüquq 
düşüncəsinin, hüquqi mədəniyyətin və qanunlara hörmət ruhu-
nun formalaşmasına səbəb olur. Ədəbiyyatda haqlı olaraq gös-
tərilir ki, məhkəmələr həm də vətəndaşlarda qanunlara, cəmiy-
yətdə qəbul olunmuş davranış standartlarına hörmət hissi tərbiyə 
etməklə əhəmiyyətli ideoloji rol oynayırlar. 
55
 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  əksər  alimlər  inzibati 
məhkəmə  nəzarətini  hüquqi  dövlətin  vacib  atributlarından 
saysalar  da,  onu  hüququn  üstünlüyünə  zidd  sayanlar,  inzibati 
məhkəmələrin  yaradılmasının  hakimiyyətlərin  bölgüsü  prin-
sipinə  qarşı  qoyanlar  da  vardır.  Onlar  öz  fikirlərini  fransız 
filosofu  və  mütəfəkkiri  Şarl  Lui  Mönteskyenin  (1689-1755-ci 
illər)  nəzəriyyəsi  ilə  əsaslandıraraq  qeyd  edirlər  ki,  o,  «Misir 
məktubları»  (1721-ci  il),  «Qanunların  ruhu  ilə»  (1748-ci  il) 
əsərində  bir  orqanın  nəzdində  inzibati  hakimiyyətlə  məhkəmə 
hakimiyyətinin  birləşdirilməsini  azadlıq  ideyasına  zidd  hesab 
edirdi. A. Daysi isə mühakiməni xüsusi inzibati orqana həvalə 
etməklə dövlət qulluqçularını öz çıxardıqları qərarların qanuni-
liyini  yoxlayan  hakimə  çevirmək  ehtimalının  mövcud  oldu-
ğundan bəhs edirdi.
56
  Hesab  edirik  ki,  İnzibati  məhkəmə  icra-
atının yaranması və inkişafı hakimiyyətin bölgüsü prinsipi ilə sıx 
bağlı olub, inzibati orqanlarla vətəndaşlar arasındakı hüquqi mü-
bahisələrin  baxılmasında  məhkəmə  hakimiyyətinin  rolunu 
artıran, məmurları öz işlərinin hakimi olmaqdan tədricən kənar-
laşdıran etibarlı nəzarət və müdafiə mexanizmidir. 
                                                           
55
 Dövlət idarəçilik nəzəriyyəsi / S.T.Qəndilovun redaktəsi ilə. Bakı: Elm və təhsil, 
2010, s. 361 
56
  Дайси  А.В.  Основы  государственного  права  Англии:  Введение  к  изучению 
английской  конституции  (перевод)  /  Под.  ред.  проф.  П.Г.  Виногорадова.  М., 
1905, с. 205 


40 
 
Hüquqi dövlətdə hakimiyyətin mənbəyi xalq olduğu üçün 
dövlət öz gücünü müvafiq olaraq xalqdan alır. Xalqdan öhdəlik 
kimi  alınan  bu  güc  isə  öz  növbəsində  xalqın  xeyrinə,  onun 
maraqlarının  və  hüquqlarının  pozulmaması  naminə  istifadə 
edilməlidir. Belə ki, vətəndaşların rahat həyat tərzi, rifahı dövlət 
orqanlarının düzgün və səmərəli işindən  asılıdır. Hüquqi döv-
lətdə inzibati orqanlar üçün inzibati hüquqla səmərəli fəaliyyət 
şəraiti yaradılsa da gözlənilən nəticə vətəndaşların xeyrinə olan 
səmərəli və şəffaf idarəçilik sisteminin qurulmasıdır.  
İnsan  hüquqları  ideyasının  ətrafında,  onun  gerçəkləşməsi 
üçün  meydana  gələn  hüquqi  dövlətin  təbiəti  və  mahiyyəti 
idarəetmənin  sadələşdirilməsini,  rasionallaşdırılmasını  və 
vətəndaşların  hüquq  və  azadlıqlarının  pozulmasının  qarşısını 
alan daha səmərəli təminat vasitəsinin yaradılmasını tələb edir. 
Bu  işdə  vətəndaşlara  inzibati  orqanların  fəaliyyətinin  qanuni-
liyinə nəzarət imkanını təsbit edən güclü siyasi iradənin nümayiş 
etdirilməsi  mühüm  əhəmiyyət  daşıyır.  Ədəbiyyatda  qeyd 
olunduğu kimi, dövlət orqanları tərəfindən göstərilən xidmətlər 
və onların təkmilləşdirilməsi barədə tənqidi konstruktiv düşün-
cənin  yaranmasına  mərkəz  tərəfindən  imkan  verilməyənədək  
heç bir real dəyişiklik mümkün deyildir.
57
 
İnzibati  məhkəmə  icraatının  rolundan  bəhs  edərkən  qeyd 
etməliyik  ki,  heç  də  bütün  inzibati  mübahisələr  aşkar  şəkildə 
hüquqazidd  olmur.  Bəzi  hallarda  inzibati  orqan  vətəndaşın 
tələbini  təmin  etmədikdə  onun  qanunda  göstərilən  sənədləri 
təqdim edə bilməməsinə əsaslanır. Bu cür mübahisədə zahirən 
                                                           
57
 Quliyeva G.Y., Yanq R.İ., Gilmor A.M. Azərbaycanda kadrların idarə edilməsinə 
müasir yanaşma. Bakı: Ozan, 2005, s. 37  


41 
 
inzibati  orqan  haqlı  görünməyə  çalışır  və  öz  hərəkətini  (hərə-
kətsizliyini)  qanunun  müvafiq  normasının  tələbinə  istinad 
etməklə “pərdələyir”. Məsələn, “Yaşayış yeri və olduğu yer üzrə 
qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci 
maddəsində  müəyyən  olunur  ki,  yaşayış  yeri  üzrə  qeydiyyata 
alınmaq  üçün  vətəndaş  ərizə  anketlə  birlikdə  yaşayış  sahəsinə 
köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat 
vəsiqəsi,  order,  icarə  və  ya  kirayə  müqaviləsi,  yaxud  Azər-
baycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa 
sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini də 
təqdim etməlidir. 
İddiaçı  E.N.  Əliyeva  Bakı  şəhər  Xətai  rayon  Polis  İda-
rəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin imtina qəra-
rını mübahisələndirərək özünün qeydiyyata alınması vəzifəsinin 
cavabdehin  üzərinə  qoyulması  barədə  iddia  ərizəsi  ilə  2  saylı 
Bakı  şəhəri  İnzibati-İqtisadi  məhkəməsinə  müraciət  etmişdir. 
Məhkəmə  1984-cü  ildə  evə  şəxsi  maliyyə  haqq-hesabının  id-
diaçının qaynatası R. R.Rüstəmovun adına açıldığını, iddiaçının 
2008-ci  ildən  əri  və  onun  ailəsi  ilə  birlikdə  həmin  evdə  yaşa-
yaraq  onlarla  birgə  təsərrüfat  apardığını  və  evdə  qeydiyyatda 
olanların  onun  evə  qeydiyyata  düşməsinə  etiraz  etmədiyini 
nəzərə  alaraq  hesab  etmişdir  ki,  iddiaçının  evə  qeydiyyatına 
alınması  tələbi  təmin  edilməli  və  onun  qeydiyyata  alınması 
vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
58
 
Qeyd  etməliyik  ki,  inzibati  məhkəmə  icraatı    hüquqi  mü-
dafiə, nəzarət vasitəsi olmaqla  yanaşı, hüquqi kolliziyaların həll 
edilməsi  vasitəsi  kimi  də  qiymətləndirilə  bilər.  Hüquqi  kolli-
ziyalar  vətəndaşlara  öz  hüquq,  azadlıq  və  qanuni  maraqlarını 
                                                           
58
 2 saylı İnzibati-iqtisadi Məhkəmənin arxivi.  İş № 2in (82)-128/2012   


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə