Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə9/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   5   6   7   8   9   10   11   12   ...   123

27 
 
qanuniliyi  üzərində  həyata  keçirilən  məhkəmə  nəzarətidir.
31
 
F.S.Mehdiyevin  fikrincə,  məhkəmə  nəzarəti  idarəetmə  orqan-
larının hüquqa uyğun davranmasını təmin edəcək yeganə və ən 
təsirli yoldur.
32
 
Respublikanın  inzibati  prosessual  qanunvericiliyində 
inzibati mübahisələrə  dair işlər üzrə  məhkəmə icraatı “inzibati 
məhkəmə icraatı” anlayışı ilə ifadə olunmuşdur.
33
 Qeyd edək ki, 
inzibati  məhkəmə  icraatıının  digər  məhkəmə  icraatlarından 
fərqləndirilməsinin  üç  əsas  səbəbi  kimi  hüquq  ədəbiyyatında 
bunlar göstərilir: 
1)  inzibati  aktların  baxılması  üçün  ixtisaslaşmanın  zəru-
riliyi; 
2)  xüsusi  hüquqda  fərdlər  arasında  hüquq  və  maraqların 
bərabərliyi ilə iradə azadlığı mövcudluğu olduğu təqdirdə inzi-
bati hüquqda dövlət orqanının üstün hüquqlara və səlahiyyətlərə 
malik olması; 
3)  inzibati  məhkəmə  icraatının  məqsədinin  inzibati  aktı 
qəbul etmiş orqanın hüquq müstəvisində hərəkət etməsini təmin 
etməkdən ibarət olması
34

Hesab edirik ki, inzibati məhkəmə icraatını hüquqi dövlətin 
fəaliyyətinin  təminat  forması  kimi  iki  aspektdən  təhlil  etmək 
olar:  1)  ixtisaslaşmış  məhkəmələrdə  inzibati  hüquqi  mübahi-
sənin  baxılıb  həll  edilməsi  vasitəsilə  vətəndaşların  subyektiv 
ümumi hüquqların, azadlıqların və qanunla qorunan mənafelərin  
                                                           
31
  Hüseynova  N.Ş.  İnzibati  icraatın  mahiyyəti  və  hüquqi  təbiəti  /  “Qloballaşan 
cəmiyyətdə hüquq elminin aktual problemləri” mövzusunda elmi-praktiki konfransın 
materialları. Bakı, 2009, s. 17 
32
 Mehdiyev F.S. İnzibati idarəetmə hüququ: Dərs vəsaiti. Bakı: Qafqaz Universiteti 
Yayınları, 2008, s. 273 
33
 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi. Bakı: Qanun, 2013, c.14  
34
 Yıldırım T. İdarı yargı. II Baskı. İstanbul: Beta, 2010, s. 9 


28 
 
müdafiəsinə  yönələn  hüquqi-prosessual  vasitələrin  məcmusu 
kimi;  2)  ümumi  idarəetmə,  normayaradıcılığı  və  hüquq  tət-
biqetmə fəaliyyəti üzərində həyata keçirilən məhkəmə nəzarəti 
institutu kimi.  
Hüquqi  dövlətdə  dövlət  orqanlarının  fəaliyyəti  qanun-
çuluğa və ədalətə əsaslanır, onlarla vətəndaşlar arasındakı müna-
sibətlərin prosedur qaydaları qanunla müəyyən olunur. İnzibati 
aktların qəbul  olunması  ilə maraqları  pozulan şəxslərin onlara 
təsir etmək imkanı mütləq qanunda təsbit olunur. İnzibati orqan-
lar xüsusi hakimiyyət səlahiyyətlərinə malik olan, lakin, bu sə-
lahiyyətləri digər subyektlərin hüquqları ilə məhdudlaşan hüquq 
subyekti kimi çıxış edirlər.  
Formal  hüquq  bərabərliyinin  elan  olunması  ilə  başlayan 
hüquqi  dövlət  quruculuğu  prosesində  vətəndaşların  hüquqi 
mövqelərindəki  bərabərliyinin,  ölkə  əhalisinin  rifah  səviyyə-
sinin,  hüquqi  müdafiəsinin  və  ən  əsası  isə  inzibati    aktları 
qiymətləndirmək  hüququnun  təmini  mühüm  əhəmiyyət  kəsb 
edir.  Ədəbiyyatda  haqlı  qeyd  olunduğu  kimi,  cəmiyyətin  de-
mokratikləşməsi  şəraitində  idarəetmədə  insanların  daxili  nəza-
rətini və məsuliyyətini gücləndirmək tədbirlərinə xüsusi yer ve-
rilməli,  inzibati  idarəetmə  metodları  demokratik  kollegial 
metodlarla, ictimai nəzarətlə əvəz olunmalıdır.
35
 
Hazırda respublika qanunvericiliyində hakimiyyət səlahiy-
yətinə malik olan inzibati orqanın qanunsuz inzibati aktından və 
hərəkətindən (hərəkətsizliyindən)  vətəndaşların   hüquqlarının 
müdafiəsinin  bir  neçə  mexanizmi  nəzərdə  tutulmuşdur  (məsə-
lən,  inzibati  şikayət  institutu,  ombudsman  institutu  və  s.)  ki, 
onlardan  biri  də  inzibati  məhkəmə  icraatıdır.  Qeyd  edək  ki, 
                                                           
35
 Haqverdiyev B.Y. İdarəetmə psixologiyası: Dərs vəsaiti. Bakı: Elm, 2008, s. 43    


29 
 
vətəndaşların  hüquq  və  mənafelərinin  inzibati  orqanların  qa-
nunsuz  hərəkətlərindən  və  qərarlarından  məhkəmə  müdafiəsi 
mexanizminin  qanunvericilikdə  təsbiti  hüquqi  dövlətin  inki-
şafının  mühüm  amilidir.  Ədəbiyyatda  haqlı  olaraq  məhkəmə 
müdafiəsi  cəmiyyətdəki  sosial  mübahisələri, münaqişələri  həll 
etmək üçün əsas üsul hesab olunur.
36
 İnzibati məhkəmə icraatı 
inzibati orqanların fəaliyyəti üzərində həyata keçirilən məhkəmə 
nəzarətinin əsas formasıdır. 
Məlum  olduğu  kimi,  demokratik  cəmiyyətlərdə  inzibati 
işlərin  sayında  müntəzəm  olaraq  artım  tendensiyası  müşahidə 
olunur.  Çünki, vətəndaşın etimadını qazanan inzibati məhkəmə 
icraatı  bütövlükdə  cəmiyyətin  maraqlarını  müdafiə  etməklə 
inzibati  orqanların  fəaliyyətinin  qanuniliyinə  real  və  səmərəli 
nəzarəti  həyata  keçirir.  Müəyyən  dərəcədə  ölkədəki  hüquq 
mədəniyyəti,  hüquq  düşüncəsi,  məhkəmələrin  müstəqilliyi  və 
qərəzsizliyi, hakimlərin peşəkarlığı ilə  də əlaqədar olan inzibati 
məhkəmə  icraatı  hüquqi  dövlətin  mühüm  atributu  kimi  çıxış 
edir.  Hüquq  ədəbiyyatında  bu  barədə  göstərilir  ki,  əgər  vətən-
daşlar  əmin  olsalar  ki,  inzibati  məhkəmədə  müstəqil  surətdə 
fəaliyyət göstərən hakim onların pozulmuş hüquqlarının müda-
fiəsini  təmin  edir,  onlar  məhkəməyə  tez-tez  müraciət  edəcək-
lər.
37
  
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan 
Respublikasının inzibati-iqtisadi məhkəmələrində baxılan inzi-
bati işlərin sayında da müvafiq artım tendensiyası özünü göstərir 
                                                           
36
  Əsgərov  Z.A.  Konstitusiya  hüququ:Dərslik.  Bakı:  Bakı  Universiteti  nəşriyyatı, 
2011, s. 128  
37
  Aslanov  M.S.  Azərbaycanda  inzibati  ədliyyənin  yaradılmasının    zəruriliyi  / 
Azərbaycan  Respublikasında  dövlət  və  hüquq  quruculuğunun  aktual  problemləri. 
Elmi məqalələr məcmuəsi. 3-cü buraxılış. Bakı, 2002, s. 83 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə