Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə10/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   6   7   8   9   10   11   12   13   ...   123

30 
 
ki, bunu həyata keçirilən məhkəmə icraatının səmərəli və ope-
rativ  olması  ilə  əlaqələndirmək  lazımdır.  2013-cü  ildə  2  saylı 
Bakı İnzibati-İqtisadi məhkəməsinə 2738, yəni ötən illə müqa-
yisədə 25, 2 % çox inzibati iddia ərizəsi daxil olmuşdur.
38
  
Hüquqi dövlətdəki  məhkəmə sistemindən asılı olaraq inzi-
bati  məhkəmə  icraatını  ümumi  və  ya  ixtisaslaşdırılmış  məh-
kəmələr  həyata  keçirir.  Bildiyimiz  kimi,  məhkəmə  vasitəsilə 
müdafiə mexanizmi ən əsas müdafiə mexanizmidir. Bu da ondan 
irəli  gəlir  ki,  məhkəmənin  birbaşa  təyinatı  insan  hüquqlarının 
müdafiəsidir.
39
  
 Respublikada  inzibati  mübahisələrə  dair  işlər  üzrə  məh-
kəmə  icraatı  inzibati-iqtisadi  məhkəmələr  və  inzibati-iqtisadi 
məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Qeyd edək ki, 
inzibati  aktların  qəbulu  ilə  yaranan  mübahisələrin  ixtisaslaş-
dırılmış  inzibati  məhkəmələr  tərəfindən  baxılıb  həll  olunması 
hüquqi dövlətin əsas  müddəalarının həyata keçirilməsinə yar-
dım edir. 
İnzibati məhkəmə icraatı mübahisəli inzibati-hüquq müna-
sibətlərindən  yaranan  işlər  üzrə  həyata  keçirilir,  mübahisənin 
həllinə  yönəlir  və  zərurət  olduğu  təqdirdə  prosessual  müdafiə 
tədbirlərinin  həyata  keçirilməsini  nəzərdə  tutur.  İnzibati  məh-
kəmə icraatı institutu normativ anlamda inzibati hüquqi müba-
hisənin  məhkəmə prosesində  həlli  zamanı meydana çıxan icti-
mai  münasibətləri  tənzimləyən  inzibati  prosessual  normaların 
məcmusu kimi çıxış edir. İnzibati məhkəmə icraatı öz xarakteri 
                                                           
38
  2013-cü  il  ərzində  ədalət  mühakiməsinin  həyata  keçirilməsi,  insan  hüquqlarının 
qorunması  sahəsində  2  saylı  Bakı  İnzibati-İqtisadi  məhkəməsinin  gördüyü  işlərin 
vəziyyəti,  qarşıda  duran  vəzifələr  barədə  Ümumiləşdirmə  /  2  saylı  Bakı  İnzibati-
İqtisadi məhkəməsinin arxivi, 2014 
39
  Əsgərov  Z.A.  Konstitusiya  hüququ:  Dərslik.  Бакы:  Бакы  Университети 
няшриййаты, 2011, s. 128 


31 
 
baxımından kompleks və çoxsahəli anlayış  kimi  çıxış edir. O, 
yalnız bu institut  daxilində edilən hərəkətlərə aid olan maddi-
hüquqi cəhətlərə deyil, həm də onun tətbiq edildiyi prosessual 
formaların  təhlili,  həmçinin,  onların  hüquqi  prosesin  ənənəvi 
növləri ilə müqayisəsilə bağlı olan prosessual-hüquqi cəhətlərə 
də  malikdir.  A.K.Salavyova  inzibati  məhkəmə  icraatının  3 
aspektini müəyyənləşdirir: 
- inzibati hüquqi mübahisənin təbiəti ilə bağlı olan  maddi 
aspekt; 
-  inzibati  hüquqi  mübahisəyə  baxan  xüsusi  orqanların 
mövcudluğu ilə şərtlənən - təşkilati aspekt; 
- xüsusi prosessual normaların və məhkəmə baxışı qayda-
larının mövcudluğu ilə şərtlənən formal aspekt.
40
  
İnzibati məhkəmə icraatı - inzibati orqanların fəaliyyətinin 
qanuniliyi  üzərində  həyata  keçirilən  məhkəmə  nəzarətidir. 
Nəzarətin bu növünü səciyyələndirən spesifik cəhət hakimiyyət 
orqanlarının  hərəkətlərinin  qanuniliyinin  ədalət  mühakiməsi 
orqanları tərəfindən yoxlanılmasında ifadə olunur. 
41
 F.S.Meh-
diyev haqlı olaraq  idarəçilərin hüquqa əməl edib-etmədiklərini 
müəyyən  etməyin  ən  təsirli  yolunu  məhkəmə  nəzarəti  hesab 
edir.
42
  Dövlət  idarəetməsi  sahəsində  qanunçuluğa  məhkəmə 
nəzarəti  –  məhkəmə  orqanlarının  inzibati  orqanların  hərəkət-
lərinə  (hərəkətsizliyinə)  və  inzibati  aktlarına  hüquqi  qiymət 
verməsində ifadə olunan fəaliyyətidir. Ədəbiyyatda haqlı olaraq 
                                                           
40
 Соловьева А.К. Концепция административной юстиции: материально-право-
вой аспект // Правоведение, 2008, № 4, c. 53 
41
  Hüseynova  N.Ş.  İnzibati  icraatın  mahyyəti  və  hüquqi  təbiəti  /  “Qlballaşan 
cəmiyyətdə hüquq elminin  aktual problemləri” mövzusunda elmi-praktik konfransın 
materialları. Bakı, 2009, s. 20 
42
 Mehdiyev F.S. İnzibati idarəetmə hüququ: Dərs vəsaiti. Bakı: Qafqaz Universiteti 
yayınları, 2008, s. 67  


32 
 
göstərilir  ki,  cəmiyyət  birinə  etibar  edərək  ona  idarəetmə 
səlahiyyətləri  verdikdə,  etibarı  nə  qədər  çox  olursa  olsun,  ona 
nəzarət  qurumu  da  yaratmalıdır.
43
  İnzibati  aktların  insan 
hüquqlarının  pozulmasına  səbəb  olması  güclü  ehtimallardan 
biridir.
44
İnzibati orqanların fəaliyyətinin qanuniliyinə məhkəmə 
nəzarətinin  həyata  keçirilməsi  vətəndaş  cəmiyyətinin  (demok-
ratik idarəetmənin) səsini eşitməyə, onlara öz maraqlarına uyğun 
gəlməyən  aktlarla  razılaşmamaq  və  inzibati  aktları  mübahi-
sələndirmək imkanını (inzibati ədliyyəni) təmin edir.
45
  
Qeyd  edək  ki,  dövlət  orqanlarının  fəaliyyəti  üzərində  və-
təndaş  müraciətindən  doğan  ixtisaslaşdırılmış  məhkəmə  nə-
zarətinin  mövcudluğu  beynəlxalq  aləmdə  də  yüksək  qiymət-
ləndirilən nailiyyətlərdəndir. Nəzarət insanlarda özlərini şəxsiy-
yət  kimi  dərk  etməyə,  özlərini  və  öz  potensial  imkanlarını 
qiymətləndirməyə,  onlarda  müvafiq  iddia  səviyyəsinin  forma-
laşmasına kömək edir.
46
 
Beləliklə,  qüvvədəki  qanunvericiliyin,  çoxsaylı  elmi 
baxışların təhlili əsasında inzibati orqanların fəaliyyəti üzərində 
həyata  keçirilən  məhkəmə  nəzarətinin  aşağıdakı  əsas  əlamət-
lərini müəyyənləşdirmək olar: 
1)  bü  cür  məhkəmə  nəzarəti  nəzarət  edilən  obyektdən  nə 
təşkilati,  nə  də  funksional  cəhətdən  asılı  olmayan  müstəqil 
məhkəmə orqanları tərəfindən həyata keçirilir
                                                           
43
 Mehdiyev F.S. İnzibati idarəetmə hüququ: Dərs vəsaiti.  Bakı: Qafqaz Universiteti 
yayınları, 2008, s. 67 
44
 Zehreddin A. İdari yargıda yürütmenin durdurulması. İstanbul: Alfa basım yayım, 
1994, s. 25    
45
 Кассезе С. Развитие административного государства в Европе // ДПП ИМП 2 
(2012), с. 269 
46
 Haqverdiyev B.Y. İdarəetmə psixologiyası: Dərs vəsaiti. Bakı: Elm, 2008, s. 42 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə