Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə11/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   7   8   9   10   11   12   13   14   ...   123

33 
 
2) bü cür məhkəmə nəzarəti vasitəsilə müstəqil, qarşılıqlı 
tarazlaşdırıcı  hakimiyyət  qolu  kimi  çıxış  edən  məhkəmə 
hakimiyyəti  inzibati  orqanların  fəaliyyətində  qanunçuluğun  və 
hakimiyyətdən sui-istifadəyə yol verilməməsinin təminatı kimi 
çıxış edir. 
3) bü cür məhkəmə nəzarəti məhkəmə prosesi çərçivəsində 
həyata  keçirilir  və  inzibati  prosessual  hüququn  normaları 
vasitəsilə tənzimlənir.  
4)  bü  cür  məhkəmə  nəzarətinin  həyata  keçirilməsi  pro-
sesində yaranan xüsusi növ prosessual münasibətlərin məcburi 
iştirakçıları kimi məhkəmə və inzibati orqan çıxış edir; 
5)  bü  cür  məhkəmə  nəzarətinin  əsasını  inzibati  hüquqi 
mübahisə təşkil edir; 
6) məhkəmə nəzarətinin bu növü ikili məqsədə malik olur: 
fiziki  və  hüquqi  şəxslərin  hüquqlarının  və  qanunla  qorunan 
mənafelərinin  mühafizəsinin  təmini  və  ictimai  maraqların 
müdafiəsi məqsədilə inzibati orqanın fəaliyyətində özbaşınalığa 
yol verilməməsi. 
Artıq qeyd edildiyi kimi, məhkəmələrin inzibati orqanların 
fəaliyyəti üzərindəki nəzarət səlahiyyəti heç də qeyri - məhdud 
deyildir. İnzibati məhkəmə icraatında təcəssüm edən məhkəmə 
nəzarətini  məhdudlaşdıran  aşağıdakı  müddəaları  müəyyənləş-
dirmək olar: 
1) bu nəzarət mexanizminin fəaliyyətə başlaya bilməsi üçün 
mütləq şəkildə hüquqlarına və ya qanunla qorunan mənafeyinə 
toxunulmuş şəxs iddia ilə məhkəməyə müraciət etməlidir
2) iddianın mümkünlüyü prinsipinə riayət olunmalıdır. AR 
İPM-in  35-ci  maddəsinə  əsasən,  iddiaçının  iddia  ərizəsində 
inzibati  aktın qəbul  edilməsi  və  ya qəbul  edilməsindən imtina 
olunması,  yaxud  inzibati  orqanın  hərəkəti  və  ya  hərəkətsizliyi 


34 
 
nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının 
pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqın-
da,  məcburetmə  haqqında,  öhdəliklərin  icrası  haqqında  və 
müəyyən  hərəkətləri  etməkdən  çəkinməyə  dair  iddia  mümkün 
sayılır; 
3)  məhkəmədə  iddianın  qaldırılması  müvəqqəti  xarakterli 
müdafiə  tədbirlərinin  avtomatik  olaraq  həyata  keçirilməsinə 
səbəb olmur. AR  İPM-in 40-cı maddəsinə əsasən, məhkəmədə 
iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə 
icraatının  gedişində  maraqlı  şəxs  inzibati  aktın  icrasının 
dayandırılması  barədə  və  ya  iddianın  təmin  edilməsinə  (iddia-
çının  hüquqlarının  qorunmasına)  yönəlmiş  digər  təminat 
tədbirlərinin  görülməsi  barədə  məhkəməyə  ərizə  ilə  müraciət 
edə  bilər.  Məhkəmə  müvəqqəti  xarakterli  müdafiə  tədbiri 
qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya 
müəyyən  hərəkətləri  etməkdən  çəkinmək,  yaxud  müəyyən 
hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. AR İPM-in 43.1-
ci  maddəsinə  əsasən,  müvəqqəti  xarakterli  müdafiənin  tətbiqi 
əsasları bunlardır: 
-  mövcud  vəziyyətin  dəyişəcəyi  təqdirdə  ərizəçinin 
(iddiaçının)  hüquqlarının  qorunmasının  (təmin  və  ya  bərpa 
edilməsinin)  mümkün  olmayacağı  və  ya  xeyli  dərəcədə  çətin-
ləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 
-  ilkin  məhkəmə  araşdırması  zamanı  ərizəçinin  maddi 
tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi
4)  inzibati  məhkəmə  icraatının  başlanılması  barəsində 
şikayət  olunan  inzibati  aktın  icrasının  dayandırılmasına  səbəb 
olmur. AR İPM-in 41-ci maddəsinə əsasən işin faktiki və hüquqi 
hallarının  ilkin  araşdırılması  nəticəsində  iddianın  böyük 
ehtimalla  uğurlu  olacağı  qənaətinə  gəldiyi  hallarda  məhkəmə, 


35 
 
iddiaçının  vəsatəti  əsasında  inzibati  aktın  icrasının  dayan-
dırılması  barədə  qərardad  qəbul  edə  bilər.  İddianın  uğurluluq 
ehtimalının  aydın  olmadığı  hallarda,  məhkəmə  ziddiyyətli 
maraqların  hərtərəfli  qiymətləndirilməsindən  sonra  qərardad 
qəbul etməlidir; 
5) inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların 
fəaliyyətinin  yalnız  qanunauyğunluğu  yoxlanılır,  məqsədəuy-
ğunluq meyarı isə yoxlanılmır və s. 
 İnzibati  orqanların  fəaliyyəti  üzərində  məhkəmə  nəzarəti 
vətəndaşların  pozulmuş  hüquqlarının  və  mənafelərinin  bərpa-
sında  təcəssüm  edir.  İnzibati  orqanların  üstün  səlahiyyətlərə, 
ictimai gücə malik olması, bəzən isə xüsusi hüququn subyekt-
lərindən daha məhdud hərəkət edə bilmələri kimi xüsusiyyətlər 
inzibati  məhkəmə  icraatının  məhkəmə  icraatının  müstəqil 
növlərindən biri kimi  fəqləndirilməsinin mühüm   əsaslarından 
biridir.
47
 
Dövlət  mühakimə  icraatının  bu  forması  vasitəsilə  vətən-
daşın hüquqlarının və maraqlarının hakimiyyətin əsassız müda-
xilələrindən  qorunmasına  zəmanət  verir.  Ədəbiyyatda  haqlı 
olaraq qeyd olunur ki, vətəndaşların və hüquqi şəxslərin hüquq 
və  azadlıqlarını  təmin  edən,  yüksək  səviyyədə  təşkil  olunmuş 
inzibati  məhkəmə  icraatının  mövcudluğu  hüquqi  dövlətin 
mühüm əlamətlərindən biridir.
48
 Hakimiyyət səlahiyyətlərinə və 
ictimai  təsir  gücünə  malik  olan  inzibati  orqanlara  qarşı  vətən-
daşın  tək  güvənc  yeri  “təsirli  məhkəmə  nəzarəti”  nin  mövcud 
olmasıdır.
49
 İnzibati orqanların hüquqauyğun fəaliyyətini təmin 
                                                           
47
  Onar  S.S.  İdare  hukukunun  umumi  esasları.  II  Cilt.  İstanbul:  İsmail  Akgün 
Matbaası, 1960, s. 18-25 
48
 Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009, s. 124  
49
 Yasin Y., Üstün Ö. İdare hukuku II. İstanbul, 2010,  s. 29  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə