Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə12/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   8   9   10   11   12   13   14   15   ...   123

36 
 
edəcək ən təsirli yol olan məhkəmə nəzarəti vətəndaşları onların 
özbaşınalığından qorumaqla bərabər, müvafiq olaraq onları da 
ictimai marağa zidd davranışdan çəkinməyə sövq edir.  İstənilən 
şəxs  müvafiq  inzibati  aktın  mübahisələndirilməsinə,  etibarsız 
sayılmasına, normativ xarakterli aktların qanunauyğunluğunun 
yoxlanılmasına  dair  iddia  ilə  inzibati-iqtisad  məhkəməsinə 
müraciət edə bilər (AR İPM-in 2-ci maddəsi)  
Bildiyimiz kimi, cəmiyyəti idarə edən siyasi hakimiyyətin 
yeganə təşkilatı kimi çıxış edən dövlətin məqsəd və vəzifələri, 
onun  ictimai  həyatdakı  roluna  və  təyinatına  uyğun  olaraq 
dəyişir. Ədəbiyyatda haqlı qeyd olunur ki, idarəçilik sistemində 
məqsədəuyğun  fəaliyyətin  təşkili,  onun  səmərəliliyi  müəyyən 
mənada  qarşıya  qoyulan  ideya  və  məqsədlərin  əhalinin  bütün 
təbəqələrinin  mənafelərinə  və  tələbatlarına  uyğunluğu  ilə 
ölçülür və qiymətləndirilir. 
50
 Obyektiv səbəblər üzündən dövlət 
onun üzvlərinin şəxsi və ümumi mənafelərini ifadə və mühafizə 
edən cəmiyyətin əsas təşkiledici qüvvəsinə çevrilir.
51
  
İnzibati məhkəmə icraatı müasir hüquqi dövlətin məzmunu 
və prinsipləri ilə qırılmaz əlaqədədir. Hüquqi dövlətin sistemi və 
fəaliyyəti  lazımi  şəkildə  təşkil  olunmuş  məhkəmə  hakimiyyəti 
ilə təmin olunur. Qorunması müasir hüquqi dövlətlərin başlıca 
vəzifəsinə çevrilən şəxsiyyətin hüquq və azadlıqları ədalət məh-
kəməsi  çərçivəsində  məhz  dəyər  kimi  qəbul  olunur.  Ədəbiy-
yatda  haqlı  qeyd  olunur  ki,  ədalət  mühakiməsi  məhkəmələrin 
əsas  funksiyası  olmasına  baxmayaraq  onlar  öz  fəaliyyətləri 
                                                           
50
 Dövlət idarəçilik nəzəriyyəsi / S.T.Qəndilovun redaktəsi ilə. Bakı: Elm və təhsil, 
2010, s. 142 
51
 Xrapanyuk V.N. Dövlət və hüquq nəzəriyyəsi. Bakı: Qanun, 2007, s. 40 


37 
 
prosesində digər funksiyaları, o cümlədən də məhkəmə nəzarəti 
funksiyasını həyata keçirirlər
52

Demokratik  ölkələrdə  insan  hüquqlarının  mexanizmində 
məhkəmə  müdafiəsi  xüsusi  rol  oynayır.
53
  İnzibati  orqanlar 
tərəfindən  pozulmuş  hüquq  və  azadlıqların  mühüm  müdafiə 
mexanizmi inzibati məhkəmə icraatıdır.  
Qeyd  edək  ki,  ölkədə  demokratik  institutların  inkişafı, 
məhkəmənin  vətəndaş  hüquqlarının  müdafiəsindəki  rolunun 
dərk edilməsi ilə bağlı olaraq vətəndaşlarda hüquq düşüncəsinin 
artması  da    inzibati  məhkəmə  icraatının  yaradılmasının  əsas 
səbəblərindən biri olmuşdur. Hüquqi davranışın daxili  tənzim-
lənməsi  kimi  çıxış  edən  sosial-hüquqi  qaydaların  formalaşdı-
rılmasında hüquqi gerçəkliyin təzahürü olan hüquq düşüncəsinin 
məzmunu  isə  onun  xarakterindən  asılıdır.  Qanunvericilikdə 
idarəçilik  funksiyalarının  dəqiq  bölüşdürülməsi  hüquq  və 
azadlıqların real təminat mexanizminin, həmçinin, dövlət orqan-
larının  səlahiyyət  hüdudlarının  dəqiq  müəyyənləşdirilməsi 
özlüyündə  fərdlərə  inzibati  aktları  sərbəst  hüquqi  düşüncəyə 
əsasən qiymətləndirmək imkanı yaradır.  
Akademik R.Ə.Mehdiyevin qeyd etdiyi kimi şəxsiyyət azad 
olmaqla tələbatını  hiss edir və  onun şəxsiyyət  olması da azad-
lıqdan başlanır.
54
 Nisbi müstəqilliklə şərtlənən  hüquq düşüncəsi 
fərdi  şəxsiyyətə,  onu  başqalarından  fərqlənən  ictimai  varlığa 
çevirən əsas xüsusiyyətdir.  
                                                           
52
 Abdullayev A.O. İnzibati hüquq. Dərs vəsaiti. Bakı: Qanun, 2005, s. 339  
53
 Hüseynova N.Ş. İnzibati prosesin mahiyyəti və prinsipləri / Azərbaycan Respubli-
kasında  dövlət  və  hüquq  quruculuğunun  aktual  problemləri.  Elmi  məqalələr 
məcmuəsi. 2009, №  4, s. 298 
54
 Mehdiyev R.Ə. Fəlsəfə. Bakı: Şərq-Qərb, 2010, s. 292   


38 
 
Bildiyimiz  kimi,  inzibati  məhkəmə  icraatının  səmərəli 
fəaliyyət  meyarlarından  biri  də  ictimaiyyətdə  məhkəmələrin 
roluna münasibətin dəyişməsi, məhkəməyə etimadın formalaş-
dırılmasıdır.  Bu  işdə  hüquq  düşüncəsi  də  əhəmiyyət  daşıyır. 
Əhalinin  geniş  kütləsinin  inzibati  məhkəmələrin  fəaliyyət 
istiqaməti,  funksiyası,  cəmiyyətdəki  rolu  barədə  məlumatlan-
dırılması da bu işdə mühüm fayda verə bilər. Belə ki, inzibati 
prosessual qanunvericilik təkmilləşdirilsə də, məhkəmələr mad-
di-texniki baza ilə təchiz olunsalar da hüququ pozulmuş vətən-
daş  inzibati  məhkəməyə  müraciət  etmədiyi  halda  inzibati 
orqanların  əsassız  aktları  öz  qüvvəsində  qalacaq,  vətəndaşın 
hüquqları və maraqları pozulmaqda davam edəcəkdir. 
 Müstəqil subyekt kimi öz maraqlarına toxunan aktlara təsir 
etmək  imkanına  malik  olmaqla  şəxsiyyətə  çevrilən  fərd  özba-
şınalıqdan müdafiə üçün dövlətə müraciət edir. Şəxsiyyətin və 
dövlətin  qarşılıqlı  münasibətlərinin  proritet  əhəmiyyət  kəsb 
etdiyi müasir hüquqi dövlətdə dövlət onların taleyi barədə qərar 
verməyib,  əksinə  qanunla  onların  hüquq  düşüncəsinin,  siyasi 
fəallığının,  idarəçiliyə  təsirinin  real  təminat  mexanizmini 
formalaşdırır.  
Qeyd  edək  ki,  inzibati  məhkəmə  icraatının  həyata  keçi-
rilməsi  məhkəmə  hakimiyyətinin  cəmiyyətdəki  roluna  ziddiy-
yətli  mövqe  qazandırmışdır.  Belə  ki,  məhkəmə  bir  tərəfdən 
dövlətin  adından  qərar  çıxarmaqla  dövlət  idarəetməsinin  legi-
timliyini  dəstəkləyərək,  onun  cəmiyyət  üzərindəki  nəzarətinə 
kömək edir. Digər tərəfdən isə qanuna zidd akt qəbul edən dövlət 
orqanına  qarşı  çıxaraq  onun  səlahiyyətlərini  məhdudlaşdırır, 
özünü  ona  qarşı  qoyur  və  vətəndaş  hüquqlarının  və  məna-
felərinin  özbaşınalıqlardan  mühüm  müdafiə  mexanizmi  kimi 
çıxış edir. Bununla da inzibati məhkəmə icraatını həyata keçirən 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə