Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə86/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   82   83   84   85   86   87   88   89   ...   123

265 
 
əsərində  yazırdı ki,  hüquqi  dövlət  barəsində düzgün təsəvvürə 
malik olmaq üçün inzibati ədliyyəyə dair elmi təlimə yaxından 
bələd  olmaq  lazımdır.
452
  O.  Mayer  isə  qeyd  edirdi  ki,  hüquqi 
dövlət  tərkibinə  inzibati  məhkəmələrin  də  aid  olduğu  idarəet-
mənin qurulmasını nəzərdə tutur.
453
 Digər alman alimi V.Aronş-
teyn “İdarəçilik haqqında təlim” adlı əsərində (1860) “adminis-
trasiya”  termininin  maddi  və  funksional  anlamda  fərqini  gös-
tərir,  habelə  qanun  və  inzibati  akt  kimi  anlayışları  tədqiq 
edirdi.
454
 
Beləliklə,  aparılan  nəzəri  tədqiqatların  nəticəsində  XIX 
əsrin  ortalarında  Almaniyada  inzibati  məhkəmələr  yaradıldı. 
Onların yaradılması bütün mülki və inzibati işlərə vahid məh-
kəmədə  baxılmasını  israr  edən  O.Berlə  xüsusi  inzibati  məh-
kəmənin yaradılmasını vacib hesab edən R.Qnayst arasında qız-
ğın mübahisələrin getdiyi zamana təsadüf etdi
455
. 1819-cu il ta-
rixli Vyurtemberq Konstitusiyasının 60 – cı paraqrafına əsasən, 
idarəetmə orqanlarının hərəkətlərindən verilən şikayətlərə baxıl-
ması üzrə Gizli Şura yaradıldı. Qeyd edək ki, bir çox hallarda 
Gizli Şura fransız nəzarət qurumunun (Dövlət Şurasının) ilkin 
formasının işini təqlid edirdi.  
Qeyd edək ki, XIX əsrdə ölkədə inzibati ədliyyə orqanları 
yaradılsa  da,  idarəetmə  sisteminə  aid  olan  bu  orqanlar  öz 
fəaliyyətləri  ilə  vətəndaşların  etimadını  qazana  bilmədilər.  Bu 
                                                           
452
 Гирке О. Рудольф фон Гнейст. Спб., 1900, c. 16 
453
Aslanov  M.S.  Azərbaycanda  inzibati  ədliyyə.  Bakı:  Azərnəşr,  2009,  s.  39  ; 
Загряцков М.Д. Административная юстиция и право жалобы. 2-е изд., перераб. 
и доп. М.: Право и жизнь, 1925, c. 6-7  
454
  Mehdiyev  F.S.  İnzibati  idarəetmə  hüququ:  Dərslik.  Bakı:  Qafqaz  Universiteti, 
2008,  s. 29  
455
  Заммерманн  К.П.,  Старилов  Ю.Н.  Административное  судопроизводство 
(юстиция)  в  Германии:  история  развития  и  основные  черты  //  Государство  и 
право, 1999, № 7, с. 70-77 


266 
 
səbəbdən də idarəetmə orqanlarının hüquqazidd hərəkətlərindən 
məhz məhkəmə qaydasında müdafiə üsulunun formalaşdırılması 
cəhdləri  müşahidə  olunmağa  başlandı.  Bununla  da  idarəetmə 
üzərində məhkəmə nəzarətinin formalaşdırılmasına dair qızğın 
müzakirələr  başlandı.  Müzakirələrin  mərkəzində  bir  məsələ 
dururdu: idarəetmə üzərində nəzarəti adi, yoxsa xüsusi inzibati 
məhkəmələr həyata keçirtməlidirlər? Ümumi hüquqların maksi-
mum  mümkün  dərəcədə  mühafizə  olunmasının  zəruriliyini 
əsaslandıran  alman  hüquqşünasları  dövlət  hakimiyyətinin  hü-
quqazidd hərəkətləri nəticəsində yaranmış mübahisələrin baxıl-
ması  üçün  ixtisaslaşdırılmış  qurumların  yaradılmasını  israr 
edirdilər.  
Aparılan  müzakirələr  ölkənin  məhkəmə  sistemində  əhə-
miyyətli  dəyişikliklərlə  nəticələndi.  1863-cü  ildə  Badendə  ilk 
inzibati  məhkəmə  yaradıldı.  Badendə  və  Prussiyada  xüsusi 
inzibati məhkəmə icraatının ayrılması barədə qərar qəbul olundu 
və Ali İnzibati Məhkəmə yaradıldı. 1880-ci il 24 fevral, 1884-cü 
il  14  iyun  tarixli  qanunlarla  bu  məhkəmələrin  qanunvericilik 
bazası formalaşdırıldı. Qeyd edək ki, Baden məhkəməsi yaradı-
lana qədər alman məhkəmə icraatı enumerativ prinsiplə xarak-
terizə  olunurdu.  Yəni,  yalnız  seçmə  inzibati  aktlardan  məhkə-
məyə şikayət etməyə icazə verilir, qanunda inzibati məhkəməyə 
aid olan mübahisələrin konkret siyahısı müəyyən olunurdu.  
Veymar Respublikası dövründə inzibati məhkəmələr siste-
minin bazası xeyli möhkəmləndi. Onların fəaliyyəti cəmiyyətdə, 
xüsusilə sadə insanlar arasında razılıqla qarşlandı. Lakin, inzi-
bati məhkəmə icraatında enumerativ prinsip qüvvədə qalmaqda 
davam edirdi. Yalnız II dünya müharibəsindən sonra Almaniya 
qanunvericiliyinə istənilən inzibati aktdan inzibati məhkəməyə 
şikayət  verilməsi  imkanını  nəzərdə  tutan  dəyişiklik  edildi. 


267 
 
Hazırda  Almaniya  inzibati  hüququnda  idarəetmə  orqanının 
ümumi hüquqlar sahəsindəki konkret halları tənzimləmək üçün 
tətbiq  etdiyi  və  bilavasitə  ətraf  mühitə  hüquqi  təsirin  göstəril-
məsinə yönələn istənilən sərəncam, qərar və ya digər hakimiyyət 
tədbiri inzibati akt hesab olunur.
456
 
Badendən  sonra  Prussiyada  (1872—1875  )  inzibati  məh-
kəmə  yaradıldı.  Prussiyada rayon, dairə  və  ali inzibati  məhkə-
mələrindən  ibarət  olan  üç  instansiyadan  ibarət  olan  inzibati 
ədliyyə  sistemi  formalaşdı.  Müəlliflərdən  M.S.Aslanov  haqlı 
olaraq qeyd edir ki, Prussiyada inzibati məhkəmə sistemi artıq 
keçən  əsrin  ikinci  yarısında  əsil  inzibati  yurisdiksiya  orqan-
larının  sitemi  kimi  çıxış  edir,  dövlət  orqanlarının  və  vəzifəli 
şəxslərin  aktlarının  və  hərəkətlərinin  həm  məqsədəuyğun-
luğunu, həm də qanuniliyini yoxlayırdı.
457
 
V.V.Sajina  Prussiyanın  yerli  inzibati  məhkəmələrinin  iki 
xarakterik  xüsusiyyətlərini  qeyd  edir.  Birincisi,  onlar  yalnız 
inzibati ədliyyə orqanı deyil, həm də fəal idarəetmə orqanı kimi 
fəaliyyət göstərirdilər. İkincisi isə, onlar öz tərkiblərinə görə bir 
hissəsi yerli hakimiyyət orqanları, digər hissəsi isə hakimiyyət, 
o cümlədən, kral tərəfindən təyin olunan şəxslərdən ibarət olan” 
qarışıq kollegiyalar” kimi çıxış edirdilər.
458
 
Y.N.Starilov haqlı olaraq, Prussiyada 13 dekabr 1872-ci il 
tarixli qanunla yaranan qəza idarələrini, Ali İnzibati Məhkəmədə 
həyata keçirilən ədalət mühakiməsini idarəetmə üzərində müasir 
məhkəmə nəzarətinin mənşəyi hesab edir
459

                                                           
456
 Смоленский Б.М. Административное право. Ростов-на-Дону: Феникс, 2005, c.195 
457
Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009, s. 60   
458 
Сажина В. В.  Административная юстиция: к  теории и истории  вопроса //  Советское 
государство и право, М: Наука, 1989, № 9, с. 40  
459
  Старилов  Ю.Н.Административная  юстииция:  конец  ХIХ,  начало  ХХ  века. 
Хрестоматия. Ч.1. Воронеж: Изд-во. Воронежского гос. унив-та, 2004, с. 661 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə