Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə94/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   90   91   92   93   94   95   96   97   ...   123

289 
 
olmadığı  təqdirdə  məhkəmə  qaydasında  müdafiə  edilə  bilərdi. 
Məhkəmənin  əsas  funksiyası  hüququ  pozan  şəxslərin  cəzalan-
dırılması  olduğundan,  hüquqların  müdafiəsi  və  bərpası  kimi 
funksiyalar  arxa  planda  qalırdı.  Ədəbiyyatda  qeyd  olunduğu 
kimi, Sovet hakimiyyəti dövründə məhkəmə müstəqil bir orqan 
olmayıb,  dövlətin  idarəetmə  orqanları  səviyyəsində  mövcud 
idi.
494
 Sosialist hüquq sistemində məhkəmə sisteminin təşkili və 
fəaliyyəti  hakim  sosialist  qanunçuluğuna  əsasən  həyata  keçi-
rildiyindən  məhkəmə  dövlətin  məcburetmə  vasitəsi  kimi  çıxış 
edir,  məhkəmə  sistemi  struktur-funksional  vahidlik  və  mər-
kəzləşmə  prinsiplərinə  əsaslanırdı.  Nəticədə  ictimai  hüquq 
düşüncəsində  məhkəmə  sistemi  “cəzalandıran  təşkilat”  imici 
qazanmışdı. 
Dövlət  müstəqilliyinin  bərpasından  sonra  ölkədə  idarəet-
mənin  funksiya  və  metodlarının  dəyişməsi,  yeni  idarəetmə 
təfəkkürünə,  səmərəli  inzibati  idarəetməyə  keçid  cəmiyyətdə 
inzibati  orqanlarla  vətəndaşlar  arasındakı  inzibati  münasibət-
lərin yenidən qurulmasını, bu münasibətlərin ənənəvi modeldən 
fərqli  tərzdə  tənzimlənməsini  tələb  etdi.  Konstitusiya  haki-
miyyət  bölgüsü  prinsipini,  demokratik,  hüquqi  və  dünyəvi 
dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azad-
lıqlarının  təmin  olunmasının  bünövrəsini  formalaşdırdı,  məh-
kəmə hakimiyyətinin müstəqilliyi konstitusion qaydada öz təs-
bitini tapdı, ölkədə üç pilləli məhkəmə sistemi yaradıldı. 
İnsan hüquq və azadlıqlarının qorunması və təmin olunması 
sahəsində dövlətin ardıcıl mövqeyi konstitusiya qanunvericiliyi 
ilə  yanaşı, bir sıra digər istiqamətlərdə həyata keçirilən tədbir-
lərdə  də  özünü  biruzə  verdi.  Bu,  bir  tərəfdən  dövlətin  insan 
                                                           
494
  Cəfərov  İ.M.  Azərbaycan  Respublikası    Konstitusiyasının    şərhi.  Bakı:  Hüquq  ədəbiyyatı, 
2003, s. 82  


290 
 
hüquqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxmasında, 
hüquq sisteminin demokratik prinsiplər əsasında tamamilə  ye-
nidən  qurulmasında,  yeni  təminat  mexanizmlərinin  yaradılma-
sında, digər tərəfdən isə mövcud müdafiə və təminat mexanizm-
lərinin,  o  cümlədən  şikayət  və  nəzarət  institutunun,  məhkəmə 
təminatının təkmilləşdirilməsində öz ifadəsini tapdı. 
Müasir demokratik dövlət quruculuğunun inkişafının dünya 
hüquq  məkanına  inteqrasiyadan,  mütərəqqi  və  çevik  hüquqi 
mexanizmlərin  yaradılmasından  və  tətbiqindən  bilavasitə  asılı 
olduğu  birmənalı  şəkildə  qəbul  olundu,  mütərəqqi  məhkəmə-
hüquq islahatlarının əsası qoyuldu. Ardıcıl şəkildə həyata keçi-
rilən islahatlar başlıca olaraq bir məqsədə - insan və vətəndaşla-
rın hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühaki-
məsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəldi. 
Xüsusilə qeyd etmək lazımdır ki, respublikamızda inzibati 
məhkəmə  icraatı  qanunvericilik  səviyyəsində  yenicə  təsbitini 
tapmış institut olsa da, onun kökləri qədim dövrlərə gedib çıxır. 
Belə  ki,  qədim  Albaniyada  kilsə  məhkəmələri  ilə  yanaşı, 
hökmdarın başçılıq etdiyi saray məhkəmələri də fəaliyyət gös-
tərmişdir. XIII-XIV əsrlərdə Elxanilər dövlətində islam məhkə-
mələri  ilə  yanaşı,  yarğu  məhkəmələri  də  fəaliyyət  göstərirdi. 
Onların tərkibinə hökmdarın feodalların sırasından təyin etdiyi 
yarğuçular  daxil  idi.  Onlar  yüksək  dövlət  vəzifələrini  tutan 
əmirlərin, məmurların işlərinə baxırdılar
495

Azərbaycanın  şimal  torpaqlarının  Rusiya  imperiyası  tərə-
findən işğal olunmasından sonra rusiya qanunvericiliyi və məh-
kəmə sistemi tətbiq olunmağa başladı və artıq XIX əsrin ikinci 
                                                           
495
 İsmayılov X.C. Azərbaycanın dövlət və hüquq tarixi. Bakı: Nurlan, 2006,
 
s. 180  


291 
 
yarısında inzibati ədliyyə orqanları 2 səviyyədə bölündü: mər-
kəzi (senat) və quberniya səviyyəsi (quberniya idarələri). XIX 
əsrin 70-90-cı illərində quberniyalarda yaradılan xüsusi inzibati 
məhkəmələr  vətəndaşların  yerli  hakimiyyət  orqanlarının  hərə-
kətlərindən verdikləri şikayətlərə baxaraq onları mahiyyəti üzrə 
həll  edirdilər.  1865-ci  ildə  verilən  “Kənd  Cəmiyyəti  haqqında 
qanun”la bəylər və ağalar kəndlərin inzibati məhkəmə işlərindən 
uzaqlaşdırıldılar,  kəndlərdə  idarəçiliyi  həyata  keçirmək  üçün 
vahid kənd idarələri yaradıldı. Bu çarizmin kənddə feodal-asılı 
münasibətlərini  sarsıtmağa  və  feodal-kəndli  münasibətlərini 
nizamlamağa yönəlmiş mühüm addımı idi
496

Azərbaycan Xalq Cümhuruyyəti dövründə  hüquqi dövlətin 
mövcudluğu müstəqil məhkəmənin olması ilə əlaqələndirilirdi. 
M.Ə.Dəmirov haqlı olaraq göstərir ki,  dövlət və vətəndaşların 
qarşılıqlı  məsuliyyətini  real  təmin  edən  əsas  orqan  kimi  məh-
kəmənin  rolu  haqqında  Azərbaycan  müstəqilliyinin  beşiyi 
başında  duran  şəxslərin  çıxardığı  nəticə  və  müddəalar  müasir 
dövlət-hüquq  həyatı  üçün  də  əməli  əhəmiyyətə  malikdir
497

F.X.Xoyski hüquqi dövlətdə məhkəmənin roluna yüksək qiymət 
verərək deyirdi:  «...yalnız o ölkə, o dövlət hüquqi  hesab edilə 
bilər  ki,  orada  ədalət  mühakiməsinin  həyata  keçirilməsi  üçün, 
həqiqətin  müəyyən  edilməsi  üçün  bütün  zəruri  təminatlarla 
təşkil  edilmiş  müstəqil,  qərəzsiz,  əhaliyə  yaxın  məhkəmə  var. 
Belə  məhkəmədən  məhrum  olan  ölkə  həmişə  özbaşınalıq  və 
anarxiyanın  hakimiyyəti  altında  olur  və  orada  hüquq  qayda-
sından  söhbət  belə  gedə  bilməz»
498
.  Y.V.Çəmənzəminli  qeyd 
                                                           
496
 http://www.istoriya.az/new_history.php 
497
  Dəmirov  M.Ə.    1918-1920-ci  illər  Azərbaycan  ictimai  fikrində  hüquqi  dövlət  ideyası  // 
Məşvərət, 1997, № 1-2 
498
 «Азербайджан»  qəz., 1919, 18 mart  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə