Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə96/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   92   93   94   95   96   97   98   99   ...   123

295 
 
Sovet  dövründə  inzibati  məhkəmə  icraatı  mövcud  olmasa 
da,    XX  əsrin  20-ci  illərin  əvvəllərində  inzibati  məhkəmələrin 
yaradılması  barədə  elmi  müzakirələr  keçirilirdi.  Bu  müza-
kirələrdə  inzibati  məhkəmələrin  yaradılmasının  ümumilikdə 
sovet ədliyyəsinin təşkilinin əsasında duran əsas prinsiplərə heç 
də  zidd  olmaması  əsaslandırılırdı
506
.  Lakin  sonradan  uzun 
müddət SSRİ-də inzibati məhkəmə icraatı barədə ümumiyyətlə 
söhbət getmədi. Bu vəziyyət Sov.İKP-nın XX Qurultayına qədər 
belə  davam  etdi.  Qurultaydan  sonra  20-ci  illərin  əvvəllərində 
müzakirəsi  gedən  nəzəri  problemlərə  qayıtmağın  zəruriliyi 
barədə  təkliflər  səslənsə  də  məsələnin  real  həlli  yenə  də  uzun 
zaman çəkdi. Yalnız keçən əsrin 70-ci illərin əvvəllərində həmin 
dövrün elmi ədəbiyyatında inzibati məhkəmələrin yaradılmasına 
dair fikirlər bildirilməyə başlandı .  
D.M.  Çeçot  inzibati  ədliyyəni  idarəçilik  sferasında  bir 
tərəfdən  vətəndaşlarla  hüquqi  şəxslər,  digər  tərəfdən  isə 
vətəndaşlarla  inzibati  orqanlar  arasında  yaranan  mübahisələrin 
məhkəmə  prosesi  formasında  xüsusi  olaraq  yaradılmış  yuris-
diksiyon orqanlar tərəfindən baxılıb həll edilməsi qaydası kimi 
qiymətləndirirdi
507
.  Elmdə  inzibati  məhkəmə  icraatının  forma-
laşdırılması  üçün  edilən  cəhdlərdən  biri  olsa  da  bu  anlayışın 
özündə  də  mühüm  ziddiyət  vardı.  Belə  ki,  bir  tərəfdən  qeyd 
olunurdu  ki,  mübahisələrin  həlli  üçün  məhkəmə  prosessual 
forması  müəyyən  olunur,  digər  tərəfdən  isə  yazılırdı  ki,  işlərə 
yurisdiksiyon  orqanlar,  yəni  ancaq  məhkəmələr  yox,  həm  də 
məhkəmədən kənar instansiyalar baxır.  
                                                           
506
 Задачи правового строительства 
//
 Пролетарская революция и право, 1921, № 15, с. 84-
85 
507
 Чечот Д.М. Административная юстиция. Теоретические проблемы. Л., 1973, с. 31 


296 
 
1975-ci  ildə  ilk  dəfə  olaraq  inzibati  işlər  üzrə  məhkəmə 
icraatının  diferensiasiyasıının  zəruriliyi  barədə  ideyanı  D.N. 
Baxrax və A.Q. Bonner irəli sürdülər
508
. Nəhayət ki, real olaraq 
inzibati məhkəmə icraatının təsbiti 80-cı illərin sonuna təsadüf 
etdi.  
80-cı illərin sonunda məhkəmələr dövlət idarəetmə orqan-
larının vətəndaşların subyektiv hüquqlarını pozan təxminən 30 
növdə fərdi aktlarının qanuniliyinin və əsaslılığının qiymətlən-
dirilməsinə  dair  işlərə  mülki  prosessual  qaydada  baxırdılar. 
1987-ci  ildə  SSRİ  Ali  Soveti  “Vəzifəli  şəxslərin  vətəndaşların 
hüquqlarını  pozan  hüquqazidd  hərəkətlərindən  məhkəməyə 
şikayət verilməsi qaydası haqqında” qanun qəbul etdi. Bu qanun 
ilə  məhkəməyə  şikayət  hüququ  vətəndaşların  malik  olduğu 
ümumi hüquqlara aid edildi. Amma, bu qanun vəzifəli şəxslərin 
yalnız  təkbaşına  hərəkətlərindən  şikayət  imkanını  nəzərdə 
tuturdu.  Bununla  da  qanun  vətəndaşların  məhkəmə  müdafiəsi 
imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırırdı. Belə ki, vətən-
daşların hüquqlarını pozan hərəkətlər adətən, ayrı-ayrı vəzifəli 
şəxslər tərəfindən təkbaşına deyil, dövlət orqanlarının və ictimai 
təşkilatların adından edilirdi.  
Məhkəməyə  şikayət  hüququ  “Dövlət  idarəçiliyi  orqanla-
rının və vəzifəli şəxslərin hüquqazidd, vətəndaşların hüquqlarını 
pozan  hərəkətlərindən  məhkəməyə  şikayət  vermə  qaydası 
haqqında”  2  noyabr  1989-cu  il  tarixli  qanunla  daha  da  ge-
nişləndirildi.  Lakin,  yenə  də  vəzifəli  şəxslərin  qərarlarından 
şikayətlərə əsasən inzibati formada - dövlət orqanları və partiya 
komitələri  tərəfindən  baxılırdı.  Lakin,  bu  halın  özü  belə 
                                                           
508
 Бахрах Д.Н., Баннер А.Г. Административная юстиция: развитие и проблемы соверщен-
ствования // Советское государство и право, 1975, № 8, с. 13-14 


297 
 
gələcəkdə  inzibati  məhkəmə  icraatının  yaradılacağına  ümid 
etməyə imkan verirdi.  
Keçmiş ittifaqın ərazisində yaranmış müstəqil dövlətlərdə 
inzibati  məhkəmə  icraatının  inkişafı  idarəetmənin  totalitar 
metodlarından  demokratik  metodlara  keçidlə  əlaqədar  oldu. 
Ədəbiyyatda  haqlı  qeyd  olunur  ki,  müasir  demokratikləşmə 
prosesində inzibati idarəetmənin demokratik idarəetmə ilə əvəz 
olunması  cəmiyyət  üzvlərinin  idarəetmədə,  idarəetmə  qərarla-
rının qəbul olunmasında yaxından iştirak etmələrini tələb edir
509

İnzibati  məhkəmə  icraatı  ilkin  olaraq  Baltik  ölkələrində  yara-
dıldı.  Litvada  inzibati  məhkəmələrin  iki  pilləli  sistemi  (dairə 
məhkəmələri və Ali İnzibati Məhkəmə) təsis edildi. Latviyada 
aşağı  səviyyədə  rayon  inzibati  məhkəmələri,  ondan  yuxarı 
səviyyədə regional inzibati məhkəmələr, ali instansiya qismində 
isə Ali Məhkəmə fəaliyyət göstərməyə başladı.  
Estoniyada 1992-ci il tarixdə qəbul olunan Konstitusiyanın 
149-cu  maddəsi  ilə  inzibati  məhkəmələr  birinci  instansiya 
məhkəmələri kimi təsis olundu. Burada apellyasiya və kassasiya 
instansiyası kimi ümumi məhkəmələrin ixtisaslaşdırılmış məh-
kəmə  kollegiyaları  çıxış  edir.  İnzibati  mübahisələrə  baxılma-
sının prosessual qaydası 25 fevral 1999-cu il tarixli AR-nın  İnzi-
bati Prosessual Məcəlləsi ilə tənzimlənir
510

Gürcüstanda  inzibati  mübahisələrin  inzibati  məhkəmələr 
tərəfindən baxılması və həll olunması qaydaları 23 iyul 1999-cu 
il  tarixdə  qəbul  olunan, 1  yanvar  2000-ci  ildə  qüvvəyə  minən 
İnzibati Prosessual Məcəllə ilə müəyyən olunur
511

                                                           
509
 Haqverdiyev B.Y.  İdarəetmə psixologiyası: Dərs vəsaiti. Bakı: Elm, 2008, s. 31  
510
 http://www.zakon.kz/analytics/188183-obzor-zakonodatelstva-ob.html#_Toc272859594  
511
 http://www.zakon.kz/analytics/188183-obzor-zakonodatelstva-ob.html#_Toc272859598  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə