Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə95/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   91   92   93   94   95   96   97   98   ...   123

292 
 
edirdi  ki,  hamı  heç  də  hər  cür  qanun  qarşısında  deyil,  yalnız 
qərəzsiz qanun qarşısında bərabər olmalıdır. O, hesab edirdi ki, 
belə  qanunların  ən  başlıca  əsasları  azadlıq,  bərabərlik  və 
ədalətdir
499

1919-cu  il  iyulun  19-da  hazırlanmış  və  inzibati  hüquq 
münasibətlərindən  yaranan  mübahisələrin  həlli  üzrə  kassasiya 
qaydasında  ikinci  instansiya  məhkəməsinin  təşkilini  özündə 
nəzərdə  tutan  “Azərbaycan  kassasiya  inzibati  məhkəməsinin 
təsisi haqqında” qanun layihəsi  məhkəmə icraatının  təkmilləş-
dirilməsinə yönəlmişdi
500
. 1920-ci ilin martında Ali məhkəmə-
nin funksiyalarını yerinə yetirəcək orqan - “Azərbaycan Senatı 
haqqında”  Əsasnamənin  layihəsi  hazırlanıb  müzakirə  üçün 
Parlamentə təqdim edildi. Əsasnaməyə gösrə Senat bütün inzi-
bati  işlərə  ali  inzibati  tribunal  kimi  baxa  bilərdi.  Təəssüf  ki, 
Cümhuriyyətin  süqutu  hüquqi  dövlətin  zəruri  atributlarının 
formalaşmasına yönəlmiş bütün bu səyləri yarımçıq qoydu.  
1920-ci ilin aprelin 28-də Azərbaycanın Rusiya tərəfindən 
təkrar  işğalından  və  SSRİ-nin  tərkibinə  qatılmasından  sonra 
sovet  qanunvericiliyi,  idarəetmə  və  məhkəmə  sistemi  tətbiq 
olunmağa başlandı.  
Hələ  1918-ci  ildə  Ümumrusiya  Dövlət  Nəzarəti  Komitə-
sində  hazırlanmış  İnzibati  məhkəmələrin  yaradılması  barədə 
birinci layihədə xüsusi olaraq Dövlət Nəzarəti Komitəsinin onun 
yerli şöbələrinin  nəzdində, həmçinin,  şikayətlərə baxan xüsusi 
Komitənin  yaradılması  nəzərdə  tutuldu
501
.  Ümumrusiya  Mər-
kəzi  İcraiyyə  Komitəsinin  1919-cu  il  9  aprel  tarixli  dekreti  ilə 
                                                           
499
 Çəmənzəminli Y.V.  Biz kimik və istədiyimiz nədir / Xarici siyasətimiz. Bakı, 1993, s. 10 
500
 İsmayılov X.C. Azərbaycanın dövlət və hüquq tarixi. Bakı: Nurlan, 2006, s. 428-447  
501
Загряцков М.Д. Административная юстиция и право жалобы: в теории и законодатель-
стве: (Развитие идеи и принципов административной юстиции. Административный про-
цесс и право жалобы в советском праве). М.: Право и жизнь, 1924, с. 34-35  


293 
 
şikayətlərə  baxan  xüsusi  aparat  yaradıldı
502
.  Dövlət  Nəzarəti 
Komitəsinin 4 may 1919-cu il tarixli  qərarı ilə  Şikayətlər üzrə 
Mərkəzi Büro, elə həmin ilin 24 may tarixində isə şikayətlər üzrə 
yerli büro yaradıldı
503
. Bir neçə il ərzində şikayət büroları həm 
ərizə və şikayətləri qəbul edir, həm də onlara baxıb həll edirdilər. 
Lakin,  1924-cü  ilin  sonu  bu  bürolar  inzibati  məhkəməyə  çev-
rilmədən ləğv olundular
504
 . Məhz onların ləğvindən sonra döv-
lət  idarəçiliyində  qanunçuluq  prokuror  nəzarəti  və  idarədaxili 
nəzarət vasitəsilə təmin olunmağa başladı. 
Qeyd etmək lazımdır ki, 1936-cı il tarixli SSRİ Konstitusi-
yasının  qəbulu  məhkəmə  nəzarəti  institutunun  inkişafına  yeni 
təkan verdi. SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 11 aprel 1937-
ci  il  tarixli  qərarı  bu  işdə  mühüm  rol  oynadı.  Qərara  əsasən, 
vətəndaşlardan, kolxoz və sovxozlardan vergi qalıqları, məcburi 
tarif  sığortları,  kənd  təsərrüfatı  məhsullarının  dövlətə  məcburi 
tədarükü,  əmlakın  götürülməsi  və  s.  məsələlər  üzərində  məh-
kəmə  nəzarəti  təsis  olundu.  Bu  qərarla  məhkəmələrdə  mülki 
işlərin  ümumi  sayı  3  dəfədən  çox  artsa  da  bu  hal  da  inzibati 
məhkəmə icraatı institutunun yaranmasına səbəb ola bilmədi.  
SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  21  iyun  1961-  ci  il 
“İnzibati  qaydada  təyin  edilən  cərimələrin  tətbiqinin  daha  da 
məhdudlaşdırılmasına  dair”  fərmana  əsasən,  inzibati  qaydada 
cərimə olunmuş bütün vətəndaşlara və vəzifəli şəxslərə cərimə 
barədə qərardan öz yaşayış yeri üzrə xalq məhkəməsinə şikayət 
etmək hüququ verildi
505
. Lakin, bu şikayət hüququ əvvəldə də 
                                                           
502
 СУ, 1919, № 12, с. 122 
503
 СУ, 1919, № 23, с. 271-272 
504
 Гражданский процесс //  Под ред. Мусина А.В., Чечиной Н.А., Чечота Д.М.  М.: Про-
спект, 1998, с. 228  
505
 Ведомости Верховного Совета СССР, 1961, № 35, с. 368 


294 
 
qeyd  etdiyimiz  kimi,  real  olmayıb,  yalnız  xüsusi  aktlarda 
nəzərdə tutulmuş hallara aid edilirdi.  
Məhkəmə  nəzarəti  institutunun  inkişafında  daha  mühüm 
rolu SSRİ İttifaqı və müttəfiq respublikaların mülki mühakimə 
icraatının Əsasları və eləcə də 1963-1964-cü illərdə qəbul olun-
muş mülki prosessual məcəllələr oynadı.  
1977-ci  il  SSRİ    Konstitusiyasının  qəbulu  ilə  administra-
siyanın  fəaliyyətinin  qanuniliyi  üzərində  məhkəmə  nəzarəti 
institutu  yeni  siyasi  və  hüquqi  əhəmiyyət  kəsb  etdi.  İlk  dəfə 
olaraq  vətəndaşların  administrasiyanın  hərəkətlərindən  şikayət 
hüququna konstitusiyon xarakter verildi. 
1937-1987-ci  illər  ərzində  qanunverici  yalnız  dövlət  yol 
polisinin sürücülük hüquqlarını 3 ilədək məhdudlaşdırması ba-
rədə qərarlarından məhkəməyə şikayət olunmasına icazə verirdi 
və  müvafiq  olaraq  qaldırılan  işlərin  aiddiyyat  dairəsi  geniş-
ləndirildi.  Lakin,  yenə  də  vətəndaşlara  idarəetmə  sahəsində 
özlərinin konkret marağına toxunan işlərdən məhkəməyə şikayət 
etməyə  icazə  verilmirdi.  Məsələn,  sosial  təminat  orqanlarının 
pensiya  təyinatı  barədə,  inzibati  orqanların  hüquqi  qeydiyyat 
məsələləri barədə qərarlarından və s. məhkəməyə şikayət etmək 
olmazdı. 
Azərbaycan SSR-in 1923, 1937 və 1978-ci il Konstitusiya-
larında  da  vətəndaşların  vəzifəli  şəxslərin  qərar  və  hərəkət-
lərindən şikayət hüququ təsbit olunmuşdu. Amma, bu hüquq real 
təminat  mexamizminə  malik  olmayıb,  əsasən  formal  xarakter 
daşıyırdı. Fikrimizcə, bu hüququn formal da olsa elan olunması 
mühüm addım kimi qiymətləndirilməlidir. Belə ki, həmin hüquq 
dövlətçiliyin  sonrakı  inkişafında  hüquqi  dövlət  quruculuğu 
mərhələsinə keçid üçün zəmin yaratdı. 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə