Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə103/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   99   100   101   102   103   104   105   106   ...   123

316 
 
qiymətləndirə bilməz. Bu qaydadan istisnanı yalnız, diskresion 
səlahiyyətlərin  məqsədəuyğun  həyata  keçirilməsi  baxımından 
qanunsuz  olub-olmadığının  yoxlanması  təşkil  edir.  Belə  ki, 
inzibati  prosessual  qanunvericilik  diskresion  səlahiyyətlər 
əsasında  qəbul  edilmiş  inzibati  aktların  yoxlanılmasını  və  ya 
həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyünü də 
nəzərdə  tutur.  İnzibati  orqanın  diskresiyon  səlahiyyətlər  əsa-
sında  hərəkət  etdiyi  hallarda  məhkəmə  inzibati  aktın  və  ya 
inzibati  aktın  qəbul  edilməsindən  imtinanın,  yaxud  inzibati 
orqanın  hərəkətsizliyi  səbəbindən  inzibati  aktın  qəbul  edil-
məməsinin  diskresion  səlahiyyətlərin  qanunla  müəyyən  olun-
muş  hədlərinə  əməl  olunmaması  və  ya  diskresion  hüququn 
həmin səlahiyyətlərin məqsədinə  uyğun şəkildə həyata keçiril-
məməsi baxımından qanunsuz olub-olmadığını da yoxlayır
536
.  
Yeri  gəlmişkən  qeyd  edək  ki,  heç  də  bütün  dünya  ölkə-
lərində  hakimiyyətin  digər  qolları  ilə  inzibati  məhkəmə  icra-
atının  arasındakı  münasibətlər  eyni  qaydada  tənzimlənmir. 
Məsələn, İtaliyada Dövlət Şurasına məhkəmənin qərarının icra 
edilmədiyinə  dair  şikayət  daxil  olduqda  xüsusi  komissiya 
yaradılır. Komissiya qərarı icra etməyən inzibati orqana gedərək 
icranın  gecikmə  səbəblərini  aydınlaşdırır.  Əgər  icranın  gecik-
məsi  inzibati  orqanın  məlumatsızlığı  və  ya  müəyyən  texniki 
səbəblərlə  əlaqədar  olarsa  komissiya  müvafiq  tövsiyyələrini 
verir  və  icra  üçün  ağlabatan  müddət  müəyyən  edir.  Müddətin 
sonunda  komissiya  yenidən  həmin  inzibati  orqana  gedərək 
qərarın icra vəziyyətini yoxlayır. Qərar icra olunmadığı təqdirdə 
                                                           
536
 Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi.Bakı: Qanun, 2013,c.56 


317 
 
isə komissiya özü həmin qərarın icrasını inzibati orqanın əvəzinə 
həyata keçirir.
537
  
Əsas  Qanunun  “Məhkəmə  hakimiyyəti”  adlı  VII  fəslində 
Azərbaycan  Respublikasının  məhkəmə  hakimiyyətinin  həyata 
keçirilməsi  qaydası,  əsas  prinsipləri  və  şərtləri,  məhkəmə  sis-
temi,  həmçinin,  məhkəmə  qərarları  və  onların  icrası  qaydaları 
müəyyənləşdirilir.  Konstitusiyada  məhkəmə  hakimiyyətinin 
Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsi ilə və 
qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirildiyi öz 
əksini tapmışdır. Qeyd edək ki, bu vasitələrin sırasında inzibati 
məhkəmə icraatı nəzərdə tutulmasa da, “qanunla nəzərdə tutul-
muş  digər  vasitələr”  anlayışı  vasitəsilə  qanunverici  yeni  vasi-
tələr  üçün  hüquqi  imkan  nəzərdə  tutmuşdur.  Bununla  yanaşı, 
hesab edirik ki, bu problemin aradan qaldırılması üçün Konsti-
tusiyanın məhkəmə hakimiyyətinin həyata keçirilməsini nəzərdə 
tutan  125-ci  maddəsinin  3-cü  hissəsinə  “inzibati  məhkəmə 
icraatı” da əlavə edilməlidir. 
Beləliklə,  Əsas  Qanun  dövlət  orqanlarının  öz  fəaliyyət-
lərində  və  vətəndaşlarla  olan  münasibətlərində  demokratik  və 
hüquqi dövlətin mahiyyətinə uyğun fəaliyyət göstərməsini təsbit 
etmişdir.  Geniş  mənada  yanaşdıqda,  konstitusiyanın  hər  bir 
müddəası və ya onun təsbit etdiyi hər bir demokratik institut bir-
başa  olmasa  da,  dolayısı  olaraq  hüquq  və  azadlıqların  təmi-
natçısı  kimi  çıxış  edir.  Dövlət  orqanlarının  və  onların  vəzifəli 
şəxslərinin qərar və hərəkətlərindən fərdlərin hüquq və azadlıq-
larının, qanuni maraqlarının qorunması üçün məsuliyyət mexa-
nizminin  mənbəyi  konstitusiyadan  irəli  gəlir.  Bu  baxımdan 
                                                           
537
İdari yargı kararlarının hukuk düzenindeki etkileri ve uyqulamadakı  sorunlar Sempozyumu 
(19 mart 2012). Türkiye Büyük Millet Meclisi Başkanlığı, 2012, s. 60 


318 
 
Konstitusiyanı  inzibati  məhkəmə  icraatının  formalaşdırılma-
sının ilkin zəmini, onun normativ hüquqi bazasının fundamenti 
kimi də qiymətləndirmək olar. 
Üçdə  bir  hissəsi  insan  və  vətəndaş  hüquqlarının  və  azad-
lıqlarının təsbitinə həsr olunan Konstitusiyada  İnsan hüquqları 
haqqında ümumi Bəyannamədə, “İqtisadi, sosial və mədəni hü-
quqlar haqqında” Beynəlxalq Paktda, “Mülki və siyasi hüquqlar 
haqqında”  Beynəlxalq  Paktda,  “İnsan  hüquqlarının  və  əsas 
azadlıqlarının müdafiəsi haqqında” Konvensiyada və digər insan 
hüquqlarına  dair  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulmuş 
insan  hüquq  və  azadlıqları  tam  və  əhatəli  şəkildə  təsbit  olun-
muşdur.Hüquqi  dövlətin  mahiyyəti  ilə  əlaqədar  olaraq  Əsas 
Qanunda hüquqların və azadlıqların həyata keçirilməsinin məh-
dudlaşdırılmasının,  Konstitusiyanın  heç  bir  müddəasının  insan 
və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş 
müddəa kimi təfsirinin yol verilməzliyi müəyyənləşdirilmişdir. 
Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə tə-
minat  verilmişdir  (Konstitusiyanın  60-cı  maddəsi).  Məhkəmə 
təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azad-
lıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüqu-
qunu,  digər  bir  tərəfdən  isə  məhkəmələrin  həmin  müraciətlərə 
baxmaq  və  onlara  dair  ədalətli  qərar  qəbul  etmək  vəzifəsini 
müəyyən edir.
538
  
Konstitusiyanın  “Əsas  insan  və  vətəndaş  hüquqları  və 
azadlıqları” adlı III fəslində insan və vətəndaş hüquqlarının və 
azadlıqlarının müdafiəsi hüququ nəzərdə tutulmuşdur. Hər kəsin 
qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını 
və  azadlıqlarını  müdafiə  etmək  hüququ  vardır.  Bu  müdafiə 
                                                           
538
  Cəfərov  İ.M.  Azərbaycan  Respublikası  Konstitusiyasının  şərhi.  Bakı:  Hüquq  ədəbiyyatı, 
2003,  s. 180  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə