Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə101/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   97   98   99   100   101   102   103   104   ...   123

310 
 
formalarından  biri  kimi  nəzərdə  tutulması  və  inzibati 
məhkəmlərin  iqtisad  məhkəmələrindən  ayrılması  labüddür. 
Ölkədə  inzibati  məhkəmə  icraatının  həyata  keçirilməsinə  dair  
ümumi konsepsiya hazırlanmalı, inzibati yurisdiksiyanın həcmi 
müəyyənləşdirilməli, xüsusi hakim kadrlar hazırlanmalı, habelə 
rayonlar arası inzibati məhkəmələr də yaradılmalıdır. Vətəndaş-
ların  yerli  hakimiyyət  orqanlarının  özbaşınalığından  müdafiə-
sinin təmin olunması üçün rayonlar üzrə inzibati məhkəmələrin 
yaradılması məqsədəuyğun olardı. 
Ölkədə aparılan məhkəmə-hüquq islahatlarının mərkəzində 
duran məsələlərdən biri də məhkəməyə ictimai etimadın forma-
laşdırılmasından ibarət oldu. İctimai etimad məhkəmə hakimiy-
yətini  xarakterizə  edən  mühüm  cəhətlərdən  biri  kimi  qəbul 
olundu.  Məlum  olduğu  kimi,  ictimaiyyətdə  ədalət  mühakimə-
sinə etimad formal qaydaların və prinsiplərin, normativ bazanın 
formalaşdırılması ilə deyil, məhz məhkəmənin səmərəli işi, real 
nəzarət imkanları ilə əlaqədar meydana çıxır. Məhkəmənin “po-
zulmuş  hüquq  və  azadlıqların,  mənafelərin  müdafiəçisi”  imi-
cinin formalaşdırılması  üçün o inzibati  orqanların fəaliyyətinə 
real nəzarət səlahiyyətinə malik olmalıdır.  
Ədalət mühakiməsinin səmərəliliyini yalnız kəmiyyət gös-
təricilərinə əsasən müəyyənləşdirmək mümkün deyildir. Səmə-
rəlilik göstəricilərinə məhkəməyə və onun fəaliyyətinə dair in-
formasiyaya asan çıxış imkanı, inzibati orqanların bütün qərarla-
rından məhkəməyə şikayət imkanı, məhkəmədə tərəflərin pro-
sessual vəziyyəti, sübutetmə yükü, inzibati orqanların real mə-
suliyyət mexanizmi, məhkəmələrin səlahiyyətinin həcmi, məh-
kəmə  qərarlarının  keyfiyyəti  və  onların  icra  olunma  vəziyyəti 
kimi çoxsaylı meyarları aid etmək olar.  


311 
 
Məlum  olduğu  kimi,  ölkədə  gedən  sürətli  sosial-iqtisadi 
dəyişikliklər,  dövlət  idarəçilik  mexanizmlərinin  müasirləşdi-
rilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demok-
ratik  təsisatların  möhkəmləndirilməsi  məhkəmə  sistemində  də 
yeni  iş  üsul  və  vasitələrinin,  bu  sahədə  yeniliklərin  tətbiqini 
zəruri  etdi.  Məhkəmə  sisteminin  dinamik  inkişafının  təmin 
edilməsi,  yeni  informasiya  və  kommunikasiya  texnologiya-
larının  tətbiq  edilməsi,  normativ  hüquqi  və  maddi-texniki  tə-
minatın  yaxşılaşdırılması  məqsədi  ilə  Azərbaycan  Respubli-
kasının  Prezidentinin  6  fevral  2009-cu  il  tarixli  sərəncamı  ilə 
"Azərbaycan  ədliyyəsinin  inkişafına  dair  2009-2013-cü  illər 
üçün  Dövlət  Proqramı"  təsdiq  edildi.  Həmin  proqramın  əsas 
vəzifələrindən  biri  kimi  məhkəmələrdə  yeni  informasiya  və 
kommunikasiya texnologiyalarının tətbiq edilməsi işinin sürət-
ləndirilməsi,  müasir  tələblərə  cavab  verən  yeni  iş  prosesinin 
təşkil  edilməsi  və  vətəndaşların  müraciət  etmək  imkanlarının 
genişləndirilməsi göstərildi.
527
 
Bununla əlaqədar Məhkəmə Hüquq Şurası və Azərbaycan 
Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazir-
liyi tərəfindən “Elektron məhkəmə bildirişlərinin tətbiqinə dair” 
Konsepsiya  hazırlandı  və  onun  əsasında  yeni  bir  proqram  - 
“Elektron-məhkəmə  məlumat  sistemi”  işlənərək  sınaq  dövrü 
üçün  tətbiq  edilməyə  başlandı.  Məhkəmələrin  fəaliyyətləri 
haqqında  informasiyaya  çıxış  imkanı,  vətəndaşların  həssas 
kateqoriyalarına xüsusi diqqət beynəlxalq hüquqda da müvafiq 
müdafiə  standartlarından  biri,  həmçinin,  korrupsiyaya  qarşı 
mübarizədə mühüm vasitə hesab olunur.  
                                                           
527
 http://www.e-qanun.az/files/framework/data/16/c_f_16162.htm  


312 
 
Dünya  ölkələrinin  böyük  əksəriyyətində  ədalət  mühaki-
məsinin səmərəli həyata  keçirilməsi  cəmiyyətin diqqət mərkə-
zində  olan  məsələlərdən  biridir.  Çünki,  səmərəli  ədalət  müha-
kiməsi  olmadan  nə  hüquqi  dövlət,  nə  insan  hüquqları,  nə  də 
demokratiya  mövcud  ola  bilməz.  Müvafiq  olaraq  Azərbaycan 
Respublikasında da dövlətin siyasəti vətəndaşların sosial rifahı, 
təhlükəsiz yaşayışı ilə yanaşı, onların hüquq və azadlıqlarının, 
qanunla  qorunan  maraqlarının  lüzumsuz  müdaxilələrdən,  po-
zulma  hallarından  müdafiəsinə  də  xidmət  edir.  Bu  məqsədlə 
aparılan  ardıcıl  xarakterli  qanunvericilik  və  institusional  isla-
hatların  nəticəsində  ölkədə  inzibati  məhkəmə  icraatının  nor-
mativ hüquqi bazası formalaşdırılmışdır. 
Hazırda  Azərbaycan  Respublikasında  inzibati  məhkəmə 
icraatının  normativ  hüquqi  əsaslarına  daxildir:  Azərbaycan 
Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haq-
qında”  Azərbaycan  Respublikasının  Qanunu,  “İnzibati  icraat 
haqqında”Azərbaycan Respublikasının Qanunu, İnzibati Proses-
sual  Məcəllə,  Ali  Məhkəmənin  inzibati  işlər  üzrə  qərarları, 
dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələr və s. 
Məlum  olduğu  kimi,  hüquqi  dövlət  konstitusiyaya 
əsaslanır.  Konstitusiya  siyasi  hakimiyyətlə  şəxsiyyət  arasında 
münasibətləri, hakimiyyətin səlahiyyətlərini, şəxsiyyətin hüquq 
və  azadlıqlarını  müəyyən  edir
528
.  Azərbaycan  Respublikası  öz 
dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  ümumxalq  səsver-
məsi ilə ilk milli Konstitusiya qəbul olundu. Milli qanunvericilik 
sisteminin  və  bütün  hüquq  sisteminin  əsasını  təşkil  edən 
Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının təmin 
edilməsi dövlətin ali məqsədi, onları gözləmək və qorumaq isə 
                                                           
528
 Mehdiyev R.Ə. Fəlsəfə: Dərs vəsaiti. Bakı: Şərq-Qərb, 2010, s. 292 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə