334
məhkəməyə müraciət etməsi faktı özlüyündə inzibati orqanın
qanunsuz fəaliyyətini dayandırmasına kifayət etmir. Hətta,
təcrübədə elə hallar da olur ki, cavabdeh əksinə öz hüquqazidd
fəaliyyətini sürətləndirərək məqsədlərinə nail olmaq üçün ardıcıl
surətdə müxtəlif hərəkətlər etməkdə davam edir.
İnzibati məhkəmə icraatının normativ-hüquqi əsaslarından
bəhs edərkən qeyd etməliyik ki, insan hüquq və azadlıqlarının
beynəlxalq hüquqi müdafiə mexanizmləri sırasında da inzibati
məhkəmə icraatı xüsusi əhəmiyyət kəsb edir. Normativ-hüquqi
aktların sistemləşdirilməsinin əsas növlərindən biri kimi inkor-
porasiya çıxış edir. Azərbaycan Respublikası da beynəlxalq hü-
quq normalarının həyata keçirilməsinin inkorporasiya üsulunu
müəyyənləşdirmişdir. Konstitusiyanın 148-ci maddəsinin II
bəndində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının
hüquq sisteminin ayrılmaz tərkib hissəsidir
571
L.H.Hüseynov
haqlı qeyd edir ki, bu maddə bütün beynəlxalq müqavilələrin,
yəni, təkcə dövlətlərarası deyil, habelə hökumətlərarası və ida-
rələrarası sazişlərin də ümumi inkorporasiyasını nəzərdə tu-
tur.
572
Məlumdur ki, dualizm nəzəriyyəsinə görə, beynəlxalq hü-
quqla daxili hüquq tamamilə fərqli sistemlərdir. Daxili hüquq-
dan fərqli olaraq, beynəlxalq hüquq fərdlər arasındakı münasi-
bətləri deyil, dövlətlər arasındakı münasibətləri tənzim etdiyi
üçün onun daxili hüquqla birbaşa qarşılıqlı əlaqədə olması
mümkün deyil. Hüquq ədəbiyyatında haqlı olaraq qeyd edilir ki,
məhz daxili hüquq normaları beynəlxalq hüquq normalarının
571
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2013, s.60
572
Hüseynov L.H. Beynəlxalq hüquq. Dərslik. Bakı: ABU, 2008, s. 50
335
realizəsini mümkün edir və beynəlxalq hüquqa münasibəti
müəyyən etmək hər bir dövlətin suveren hüququdur.
573
Beynəlxalq sənədlərdə inzibati idarəetmə sahəsində insan-
ların hüquq və azadlıqlarının müdafiəsi məsələsi böyük əhə-
miyyət kəsb edir. İnzibati məhkəmə icraatına dair beynəlxalq
sənədlər biri-birindən həm öz məzmunlarına, həm də metod-
larına görə fərqlənirlər. Bu sənədlərdə bir qayda olaraq “inzibati
məhkəmə icraatı” termininə rast gəlinməsə də, onlarda insan
hüquqlarının məhkəmə qaydasında müdafiəsinə mühüm əhə-
miyyət verilir. Lakin, ənənəvi məhkəmə icraatı növlərindən
fərqli olaraq, icraatın bu növünə nə ümumi prinsiplər və mər-
hələlər, nə də vahid forma xas deyil. Bir sıra ölkələrdə inzibati
məhkəmə icraatı mülki məhkəmə icraatı qaydalarına uyğun
aparıldığı təqdirdə, digər ölkələrdə xüsusi olaraq inzibati pro-
sesdə tətbiq olunmalı olan inzibati prosessual normalar hazır-
lanır və məcəllələşdirilir.
Xüsusilə qeyd edək ki, inzibati məhkəmə icraatı Avropa
Şurasının Nazirlər Komitəsinin də diqqət mərkəzində olan mə-
sələlərdən biridir. Komitənin bir sıra qətnamələri üzv dövlətlərin
milli qanunvericiliyinin və inzibati məhkəmə icraatının forma-
laşmasında mühüm rol oynamışdır. Bunlara aşağıdakıları aid
etmək olar:
- Şəxsin inzibati hakimiyyət orqanlarının aktlarından mü-
dafiəsi haqqında Qətnamə (71);
- İnzibati hakimiyyət orqanları tərəfindən diskresiyon
səlahiyyətlərin həyata keçirilməsi qaydası barədə Tövsiyə(80);
- Vurulmuş ziyana görə ümumi hüquqi məsuliyyət barədə
Tövsiyə (84);
573
Səfixanlı A.M., Əliyev Z. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq
konvensiyaların qanunvericilikdə təsbiti. Bakı: Qanun, 2003, s. 6
336
- İnzibati işlərdə müvəqqəti məhkəmə müdafiəsi barədə
Tövsiyə (89);
- İnzibati hüquq sahəsində inzibati və məhkəmə qərarlarının
yerinə yetirilməsi barədə Tövsiyə (2003);
- İnzibati aktlara məhkəmə qaydasında baxılması barədə
Tövsiyə (2004) və s.
Qeyd edək ki, Avropa Şurasının İnzibati sanksiyalar
haqqında
574
Tövsiyəsi və “Şəxsin inzibati hakimiyyət orqanla-
rının aktlarından müdafiəsi haqqında” Qətnaməsi ilə şəxslərin
prosessual hüquqlarının təminatları da müəyyən olunmuşdur.
Bunlara rəy bildirmək, faktları təqdim etmək, özünə qarşı olan
sübutlarla əlaqədar informasiya əldə etmək və iş üzrə çıxarılmış
qərarı əldə etmək hüquqlarını aid etmək olar.
Bildiyimiz kimi, hazırda BMT və Avropa Şurası səviy-
yəsində, yerli səviyyədə mübarizə aparılan məsələlərdən biri də
korrupsiyadır. Buna görə də korrupsiya ilə mübarizənin güclən-
dirilməsi üçün antikorrupsiya qanunvericiliyinin, həmçinin,
antikorrupsiya potensialına malik olan hüquq institutlarının
formalaşdırılmasına da xüsusi diqqət yetirilir. BMT Baş Assam-
bleyasının 34-cü sessiyasında “Hüquq qaydalarının qorunması
üzrə vəzifəli şəxslərin davranışı haqqında məcəllə qəbul olun-
muşdur. 1996-cı ildə Avropa Şurası tərəfindən “Korrupsiya ilə
mübarizə üzrə” Fəaliyyət Proqramı, 27 yanvar 1999-cu il tarixli
“Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında” Konvensiya,
4 noyabr 1999-cu il tarixində isə “Korrupsiyaya qarşı mülki-
hüquqi məsuliyyət haqqında” Konvensiya qəbul olunmuşdur.
Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Kon-
vensiyası Baş Assambleyanın 2003-cü il 31 oktyabr tarixli,
574
Avropa Şurasının İnzibati sanksiyalar haqqında Tövsiyyəsi.
№ R (91) 1
Dostları ilə paylaş: |