Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə108/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   104   105   106   107   108   109   110   111   ...   123

331 
 
fərqli  anlaşılmasından  irəli  gələn,  hüquqi  əhəmiyyətli  hərə-
kətlərdə ifadə olunan fikir ayrılığıdır. Mübahisə sosial subyekt-
lərin fərqli tələbatlarından, məqsəd və maraqlarından, eləcə də 
rolları və funksiyaları, sosial statusları ilə şərtlənən, biri-birinə 
əks fəaliyyətləri ilə xarakterizə olunan, qarşılıqlı sosial fəaliyyət 
prosesində  yaranan  təzahür  kimi  qiymətləndirilir.
563
  İnzibati 
münaqişənin  yaranmasının  əsası  kimi  maraqları  qəbul  edən 
qanunverici müvafiq olaraq inzibati prosessual qanunvericilikdə 
də  inzibati  işin  qaldırılmasının  əsası  kimi  şəxsi  və  kollektiv 
maraqları nəzərdə tutmuşdur. Çünki, inzibati işə məhz maraq-
ların və ya baxışların toqquşmasını ifadə edən inzibati mübahisə 
səbəb olur. İddiaçının şəxsi marağı hüquqi, iqtisadi və ya ideya 
xarakterli  ola  bilər.  Kollektiv  maraqların  müdafiə  olunması 
məqsədi ilə iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya 
qəbul  edilməsindən  imtina  olunması,  yaxud  inzibati  orqanın 
hərəkəti  və  ya  hərəkətsizliyi  nəticəsində  maraqlarının  pozul-
duğunu  əsaslandırdıqları  hallarda  qeyri-hökumət  təşkilatları 
(ictimai birliklər və ya fondlar) tərəfindən də AR İPM-in 35.1-
ci  maddəsində  nəzərdə  tutulmuş  müvafiq  iddianın  qaldırılma-
sına yol verilir.  
Artıq qeyd edildiyi  kimi,  inzibati  ədliyyənin  vətəni  hesab 
olunan  Fransa  qanunvericiliyində  də  ərizəçi  konkret  inzibati 
aktın ləğv olunmasında qanuni və ağlabatan marağının olduğunu 
sübut  etməlidir.  Ədəbiyyatlarda  da  inzibati  prosesin  əsasında 
qanunla  qorunan  maraqların  durduğuna  dair  fikir  öz  təsdiqini 
tapmışdır.  Müəlliflərdən  A.B.  Zelentsov  da  hüquqi  nəzarətin 
yalnız qanunsuz inzibati akt nəticəsində hüquqları və maraqları 
                                                           
563
  Социальные  технологии.  Толковый  словарь  /  Отв.  ред.  В.Иванов.  Москва-Белгород: 
Луч-Центр социальных технологий, 1995, с. 61  


332 
 
pozulmuş  şəxsin  ərizəsi  əsasında  qaldırılmasını  doğru  hesab 
edir.
564
  
Məlumdur  ki,  aktın  icra  olunması  onun  hüquqi  anlamda 
yaratdığı  nəticələrin maddi aləmə təzahürü kimi  başa düşülür. 
M.R.Günday aktın icra olunmalı olmasını onun ictimai faydaya 
yönəlməsi  ilə  əlaqədar  hüquqauyğunluq  xüsusiyyəti  ilə  izah 
edir
565
. R.Ə.Tiryaki isə haqlı olaraq inzibati aktların hüquqauy-
ğunluğunun  bir  prezumpsiya  kimi  çıxış  etdiyini  və  bunun  ək-
sinin iddia və sübut olunmasının da mümkün olduğunu yazır
566

İnzibati  aktın  mübahisələndirilməsinə  dair  iddia  vasitəsilə  id-
diaçı hüquqazidd inzibati aktın ləğv olunmasına nail ola bilsə də, 
vaxtında  həmin  aktın  icrasının  dayandırılmasını  tələb  etmək 
imkanına malik olmazsa məhkəmə icraatı onun iddiasının təmini 
ilə nəticələnsə də səmərəsiz qala bilər. Bu baxımdan müvəqqəti 
xarakterli müdafiə tədbirlərinin qanunvericilikdə təsbiti mühüm 
əhəmiyyət kəsb edir.  
İnzibati  prosessual  qanunvericilik  üçün  novella  hallardan 
biri olan müvəqqəti xarakterli müdafiə tədbirləri öz mahiyyətinə 
görə  iddiaçının  hüquqlarının  qorunmasına  yönəlir  və  “ilkin 
müdafiə  institutu”  adlanırlar.  Bu  tədbirlər  mübahisəli  aktın 
icrasının dayandırılmasını, müəyyən hərəkətlərin edilməsini və 
ya edilməsinin qadağan olunmasını, və ya müəyyən hərəkətlərə 
dözmək vəzifəsinin cavabdehə həvalə olunmasını nəzərdə tuta 
bilər. AR İPM-nin 40-cı maddəsinə əsasən, maraqlı şəxs inzibati 
aktın  icrasının  dayandırılması  barədə  və  ya  iddianın  təmin 
                                                           
564
  Зеленцов  А.Б.  Контроль  за  деятельностью  исполнительной  власти  в  зарубежных 
странах: Учебное пособие. М.: РУДН, 2000, с. 53 
565
  Günday  M.  Yürütmənin  durdurulması  kararları  və  uyqulamada  karşılaşılan  bazı  sorunlar. 
2000  yılında  idari  yargı  sempozyumu.  Ankara  11-12  mayıs  2000.  Ankara:  Danıştay  Yayın 
Bürosu Yayınları, 2000, № 59 s. 13  
566
 Tiryaki R.Ə. İdari yargıda yürütmənin durdurulması ve bazı sorunlar // Ankara Barosu dergisi, 
2002 /2, s. 191  


333 
 
edilməsinə  (iddiaçının  hüquqlarının  qorunmasına)  yönəlmiş 
digər  təminat  tədbirlərinin  (müvəqqəti  xarakterli  müdafiə 
tədbirlərinin)  görülməsi  barədə  ərizə  ilə  məhkəməyə  müraciət 
edə bilər. Məhkəmə cavabdehin, qanuni əsaslar olduğu hallarda 
isə,  həm  də  üçüncü  şəxslərin  üzərinə  müəyyən  hərəkətləri 
etmək, müəyyən hərəkətləri etməkdən çəkinmək və ya müəyyən 
hərəkətlərə dözmək barədə vəzifələr qoya bilər
567

Qeyd  edək  ki,  Avropa  Şurasının  Nazirlər  Kabinetinin 
İnzibati  işlər  üzrə  ilkin  məhkəmə  müdafiəsinə  dair  P(89)  8 
nömrəli  13  avqust  1989-cu  il  tarixli  Tövsiyyəsində  də  ilkin 
məhkəmə  müdafiəsi  institutu  kimi  məhkəmənin  tətbiq  etdiyi 
tədbirlərdən birini aktın icrasının müvəqqəti olaraq dayandırıl-
ması təşkil edir. Tövsiyyədə ilkin məhkəmə müdafiəsi institutu 
inzibati prosesdə hüquqların mühüm müdafiə vasitələrindən biri 
kimi  qiymətləndirilir.  Bu  Tövsiyəyə  əsasən,  məhkəmə  tərə-
findən qoyulan qadağan üç cür ola bilər: aktın icrasının müvəq-
qəti olaraq dayandırılması, kvo-statusun bərpası və administra-
siyaya müvafiq öhdəliklərin həvalə olunması.
568
  
Qeyd edək ki,  bəhs  edilən institutun  hüquq  ədəbiyyatında 
da  iki  əsas  forması  -  inzibati  aktın  icrasının  dayandırılması  və 
məhkəmə  tərəfindən  müvafiq  hərəkətin  qadağan  olunması 
formaları  göstərilir
569
.  Hüquqların  şaquli  müdafiə  mexanizm-
lərindən  biri  kimi  qiymətləndirilən
570
  aktın  icrasının  dayandı-
rılması vətəndaş hüquqlarının qorunması baxımından müstəsna 
əhəmiyyətə malikdir. Çünki, bəzən iddiaçının inzibati iddia ilə 
                                                           
567
 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi. Bakı: Qanun, 2013,s.14 
568
 www.americanbar.org/.../domestic_violence_practice_manual_azeri.pdf 
569
  Зеленцов  А.Б.  Контроль  за  деятельностью  исполнительной  власти  в  зарубежных 
странах: Учебное пособие. М.: РУДН, 2000, s. 88 
570
 Tiryaki R. İdari yargıda yürütmənin durdurulması ve bazı sorunlar. Ankara Barosu dergisi, 
2002 /2, s. 190    


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə