Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə107/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   103   104   105   106   107   108   109   110   ...   123

328 
 
ölkələrdə  (məsələn,  İtaliyada)  inzibati  prosessual  hüquq 
normalarının  əsas məqsədi  məhz inzibati  təcrübədə səmərənin 
və  şəffaflığın  təmin  olunmasında  ifadə  olunur.  Dövlət  idarə-
çiliyində şəffaflığın təmini korrupsiyanın qarşısının alınmasında 
və  dövlət  idarəçiliyinə  ümumi  inamın  artırılmasında  effektiv 
alətdir.
556
  Fikrimizcə,  bu  normalarla  tənzimlənən  institutların 
elmi araşdırmaların predmeti kimi çıxış etməsi, cəmiyyətdə baş 
verən  dəyişikliklərə  uyğun  olaraq  təkmilləşdirilməsi  nəticə 
etibarilə  inzibati  prosessual  hüququn  yeni  hüquq  sahəsi  kimi 
inkişafına  səbəb  olacaqdır.  İnzibati  prosesin  nəticəsində 
çıxarılan məhkəmə qərarları da müvafiq olaraq inzibati hüququn 
inkişafına, təkmilləşdirilməsinə səbəb olacaqdır. Məlumdur ki, 
məhkəmələr  inzibati  prosessual  hüququn  rasionallaşmasına  və 
onun  əsas  prinsiplərinin  (məsələn,  qərəzsizlik,  ədalətlilik,  mü-
tənasiblik və s.) işlənib hazırlanmasına, təkmilləşməsinə mühüm 
töhvə  verir.  Məsələn,  Fransa,  İngiltərə,  Almaniya,  İtaliya, 
İsveçrə kimi ölkələrdə inzibati hüququn inkişafına məhz inzibati 
qərarlar üzərində məhkəmə nəzarəti mühüm təsir göstərmişdir. 
Ədəbiyyatda  haqlı  qeyd  olunur  ki,  hüququn  digər  sahələri  ilə 
müqayisədə inzibati hüquq mahiyyətinə görə daha çox hakim-
lərin yaratdığı hüquq sahəsidir.
557
 
Beləliklə,  əvvəllər  inzibati  hüququn  predmeti  kimi  dar 
şəkildə  öyrənilən  mövzular  (məsələn,  inzibati  icraat,  inzibati 
ədliyyə,  inzibati  iddia  və  s.)  artıq  inzibati  prosessual  qanun-
vericilik bazasına əsaslanan hüquq institutları kimi çıxış edirlər. 
                                                           
556
  Greco  Dəyərləndirmə  I-II  Məruzə  (2005)  5E  (P2).  Birgə  birinci  və  ikinci  dəyərləndirmə 
raundları.  Azərbaycan  Respublikası  üzrə  dəyərləndirmə  Məruzəsi.  29-cu  plenar  iclasında  
GRECO  tərəfindən  qəbul  edilmişdir  (Strasburq,  19-23  iyun  2006).  GRECO  Katiblik.  Avropa 
Şurası. Strasburq, 2006, s. 37  
557
 Кассезе С. Развитие административного государства в Европе // ДПП ИМП, 2012, № 2 
с. 269-270 


329 
 
Məcəllənin  qəbulu  milli  hüquq  sistemində  məcəllələşdirmə 
ənənələrini  zənginləşdirməklə  yanaşı,  yeni  inzibati  prosessual 
hüquq  institutlarının  təsbitinə,  inzibati  prosessual  hüquq  ter-
minologiyasının  zənginləşməsinə  və  nəhayət,  inzibati  prosesin 
xüsusi  şərtlərinin  və  sahəvi  prinsiplərinin  formalaşdırılmasına 
səbəb olmuşdur.  
AR  İPM-in  “Ümumi  müddəalar”  adlanan  I  fəslinin  ilk 
maddəsi onun tətbiqi dairəsini müəyyənləşdirir. Qeyd olunur ki, 
məcəllə  inzibati  hüquq  münasibətləri  ilə  bağlı  mübahisələrin 
(inzibati  mübahisələrin)  məhkəmə  aidiyyətini,  həmin  müba-
hisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual 
prinsiplərini və qaydalarını müəyyən edir. Həmin fəsildə məh-
kəmə qərarının qəbul edilməsi qaydası, inzibati-iqtisadi məhkə-
mələrin və  ya məhkəmə  kollegiyalarının səyyar iclaslarının,  iş 
bölgüsünün  aparılması  qaydası,  mübahisə  ilə  bağlı  iş  üzrə 
icraatın dayandırılması, habelə, məhkəmə aidiyyətinin və ərazi 
aidiyyəti  üzrə  səlahiyyətli  məhkəmənin  müəyyən  edilməsi 
qaydaları da öz təsbiti tapmışdır.
558
 
Qüvvədəki  inzibati  prosessual  qanunvericilikdən  bəhs 
edərkən  novella  kimi  qanuni  nümayəndə  institutunun  təsbitini 
də  qeyd  etmək  lazımdır.  Məlum  olduğu  kimi,  əvvəlki  qanun-
vericilikdə inzibati münasibətlərdən yaranan işlər üzrə məhkəmə 
icraatında  qanuni  nümayəndənin  iştirakına  yol  verilmirdi. 
Ədəbiyyatda  bu  hal  yalnız  fəaliyyət  qabiliyyətli  şəxslərin 
inzibati  hüquq  münasibətlərinin  iştirakçısı  ola  bilməsi  ilə  izah 
olunurdu.
559
 Hazırda isə, AR İPM-in 26.3.-cü maddəsinə əsasən, 
məhdud  fəaliyyət  qabiliyyətli  və  ya  fəaliyyət  qabiliyyəti 
                                                           
558
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi. Bakı: Qanun, 2013,s.14 
559
  Cabbarlı  F.A.,  Mövsümov  M.A.  Azərbaycan  Respublikasının  mülki  prosessual  hüququ. 
Dərslik. Bakı: Qanun, 1998, s. 248  


330 
 
olmayan  şəxslər  də  inzibati  məhkəmə  icraatında  Mülki  Pro-
sessual Məcəllənin müvafiq müddəalarına uyğun olaraq təmsil 
olunurlar.  
Artıq  qeyd  edildiyi  kimi,  inzibati  prosesin  əsas  məqsəd-
lərindən biri də inzibati hüquq münasibətlərinin iştirakçılarının 
pozulmuş hüquq və mənafelərin bərpasıdır. Bu administrasiyaya 
nəzarət  hüququ,  vətəndaşı  inzibati  hakimiyyətin  özbaşına-
lığından qorumaq hüququ
560
  kimi yaranmış inzibati hüququn öz 
mahiyyəti  ilə  şərtlənir.  Əgər  əvvəllər  inzibati  hüquq  dövlətin 
idarəetmə aparatının müdafiəsinə  yönəlirdisə, hazırda dövlətlə, 
dövlət orqanları və onların vəzifəli şəxsləri ilə vətəndaşlar ara-
sındakı  ictimai  münasibətlərin  tənzimlənməsinə  yönəlir.  Təsa-
düfi  deyil  ki,  müasir  inzibati  hüququn  əsas  məqsədi  dövlətlə 
vətəndaş  arasındakı  labüd  hakimiyyət  fərqlərini  tarazlamaq 
hesab  olunur. 
561
  Müvafiq  olaraq,  inzibati  məhkəmə  icraatının 
funksiyalarından  biri  də  qanunla  qorunan  maraqların  bərpa-
sından  ibarətdir.  İnzibati  mübahisənin  yaranma  səbəblərindən 
biri məhz dövlət idarəetməsi sahəsində inzibati hüquq münasi-
bətləri subyektlərinin maraqlarının münaqişəsidir.
562
 Buna görə 
də inzibati prosesdə həyata keçirilən ədalət mühakiməsi inzibati 
mübahisənin həllinə yönəlməklə məhz vətəndaşların pozulmuş 
hüquq və maraqlarının bərpasında təcəssüm edir. 
İnzibati hüquqi mübahisə inzibati orqanla vətəndaş arasında 
hüquqların və qanunla qorunan maraqların pozulmasından, ya-
xud inzibati aktların, hərəkətlərin (hərəkətsizliyin) qanuniliyinin 
                                                           
560
 Rzayev Ə.H. Dövlət nəzarəti: nəzəriyyə və praktika. Bakı: Elm, 2008, s. 137 
561
  Herrmann  T.,  Knudsen  R.H.  Azərbaycan  Respublikasının  yeni  inzibati  hüququna    giriş  // 
Hüquqi dövlət və qanun, Bakı, 2006, № 3, s. 12  
562
 Лупарев Е.Б. Общая теория административно-правового спора. Воронеж, 2003, с. 134 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə