Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə105/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   101   102   103   104   105   106   107   108   ...   123

322 
 
çərçivəsində  vətəndaşlar  ilə  inzibati  orqanlar  arasında  müna-
sibətlərin  tənzimlənməsinə,  inzibati  idarəçiliyin  sadələşdiril-
məsinə  və  səmərəliliyinin  artırılmasına,  inzibati  orqanların  və 
vəzifəli  şəxslərin  məsuliyyətinə  dair  məsələlərin  nizamlan-
masına,  həmçinin,  adekvat  hüquqi  təminatlar  və  müdafiə 
mexanizmlərinin yaradılmasına xidmət edir. Məhz icraat qayda-
larının  vahidliyi,  şəffaflığı  və  sadəliyi  şəxsləri  inzibati  orqan-
ların  və  vəzifəli  şəxslərin  özbaşınalığından,  süründürməçili-
yindən qoruya bilər.
545
 
Qeyd edək ki, qanunun mühüm xüsusiyyətlərindən birini də 
yazılı  inzibati  aktın  rekvizitləri  sırasında  həmin  akta  qarşı 
mümkün  hüquqi  müdafiə  vasitələri,  bu  hüquqi  müdafiə  vasi-
tələrindən  istifadə  müddəti  və  bununla  bağlı  maraqlı  şəxsin 
şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məh-
kəmə)  haqqında  məlumatların  nəzərdə  tutulması  (qanunun 
59.1.5.-ci  maddəsi)  təşkil  edir.  Çünki,  vahid  inzibati  icraat 
qaydalarının, inzibati təcrübənin formalaşdırılması son nəticədə 
vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət edir. 
Vətəndaşlar  malik  olduqları  hüquqi  müdafiə  vasitələri  barədə 
məlumatlı olmazlarsa bu vasitələr də işlək mexanizmə çevrilə, 
real əhəmiyyət kəsb edə bilməz. İnzibati aktdan mümkün hüquqi 
müdafiə  vasitələri,  bu  hüquqi  müdafiə  vasitələrindən  istifadə 
(şikayət  vermə)  qaydası  və  müddəti  fərdin  hüquqlarının  və 
maraqlarının qorunmasına xidmət edir. Ədəbiyyatda haqlı qeyd 
olunur  ki,  inzibati  orqanın  qəbul  etdiyi  inzibati  aktda  şikayət 
müddətini və üsullarını göstərməməsi əslində maraqlı şəxslərə 
                                                           
545
 Kərimov S.Ə., Vəliyeva G.M. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu 
(Kommentariya).  Bakı: Hüquq ədəbiyyatı, 2006, s. 17 


323 
 
qarşı  müddət  tələbinin  irəli  sürülməməsi  kimi  qəbul  olun-
malıdır.
546
  Qeyd  edək  ki,  inzibati  orqanların  göstərdikləri 
xidmətlər və ya qəbul etdikləri qərarlar barədə fərdin əvvəlcədən 
xəbərdar olunması və bu cür fəaliyyətdə iştirakının təmin olun-
ması  dövlətin  idarə  olunmasında  iştirak  hüququnun  təmin 
olunması baxımından da mühüm əhəmiyyət kəsb edir.  
Qeyd  edək  ki,  Avropa  Birliyi  Şurasının  Nazirlər  Komitə-
sinin “Bir-neçə şəxsə təsir göstərən inzibati icraata dair R(87)16 
saylı tövsiyyə Qərarında
547
, Avropa Parlamentinin qəbul etdiyi 
“Yaxşı  inzibati  davranışa  dair”  Avropa  Məcəlləsində  (The 
European  Code  of  Good  Administrative  Behavieur)
548
  də 
inzibati  aktdan  mümkün  hüquqi  müdafiə  vasitələrinin  təsbit 
olunması  hüquq  və  maraqların  qorunmasında  mühüm  tədbir 
hesab  olunur.  Müəlliflərdən  Kuntbay  İ.  haqlı  olaraq  yazır  ki, 
Avropa Şurasının Nazirlər Komitəsinin 28 sentyabr 1977-ci  il 
tarixli  “İdarənin  aktlarından  fərdin  qorunması  haqqında” 
qərarı
549
  ilə  fərdlərə  nəzərdə  tutulan  təminatlardan  birini  də 
məhz  inzibati  aktlardan  şikayət  yollarının  göstərilməsi  təşkil 
edir. 
Beləliklə,  inzibati  aktdan  mümkün  hüquqi  müdafiə  vasi-
tələri,  onlardan  istifadə  müddəti  və  maraqlı  şəxsin  şikayət 
(iddia)  verə  biləcəyi  orqan  (orqanlar,  o  cümlədən  məhkəmə) 
haqqında  məlumatların  nəzərdə  tutulmasını  inzibati  hüququn 
Avropa  Şurası  tərəfindən  müəyyənləşdirilən  və  üzv  dövlətlər 
                                                           
546
 Chapus R. Droit du contentieux administratif. Paris: Montchrestien, 1996, p. 616  
547
  Recommendation  №  R  (87)  16  of  the  committee  of  ministers  to  member  states  on 
administrative procedures affecting a large number of persons / http:// www.dhv-speyer.de 
 
548
 The European Code of Good Administrative Behaviour. European Union. Luxembourg, 2013, 
p.17  
549
 Kuntbay İ. İdarenin İşlemleri Karşısında Bireyin Korunması. AİD, 1978, № 4, s. 3 


324 
 
tərəfindən  qəbul  olunan  əsas  müddəalarından  biri  kimi  də 
qiymətləndirmək olar.  
Bildiyimiz kimi, ictimai münasibətlərin mürəkkəb məzmunu 
ilə əlaqədar müntəzəm olaraq  yeni normativ-hüquqi aktlar qəbul 
olunur.  Müəyyən  müddətdən  sonra  isə  bu  aktlardan  bəziləri  öz 
qüvvəsini,  aktuallığını  itirir  və  hüquqi  göstərişlərin  arasında 
müəyyən  ziddiyyətlər  meydana  çxıır.  Bu  səbəbdən  də  sistem-
ləşdirməyə  zərurət  meydana  çıxır.  Qanunvericilik  sisteminin 
daxilən  uzlaşdırılmış,  ziddiyyətsiz,  normal  fəaliyyətinin  təmin 
olunmasında və mütəmadi olaraq təkmilləşdirilməsində və inkişaf 
etdirilməsində onun müntəzəm olaraq sistemləşdirilməsi mühüm 
əhəmiyyət  kəsb  edir.  Sistemləşdirmə  -  qanunvericiliyin  sistem-
liliyinin təmin olunması və hüquq subyektlərinin zəruri normativ-
hüquqi informasiya ilə təmin olunması üçün normativ materialın 
daxili və zahiri cəhətdən işlənilməsi yolu ilə qaydaya salınmasına 
və təkmilləşdirilməsinə yönələn fəaliyyətdir.  
Sistemləşdirmənin  növlərindən  biri  olan  məcəllələşdirmə 
normayaradıcı xüsusiyyətə malik olub, müəyyən sahənin vahid, 
məqsədəuyğun və daxilən uzlaşan hüquqi tənzimlənməsinə nail 
olmaq  üçün  mövcud  qanunvericiliyin  köklü  surətdə  yenidən 
işlənilməsi  yolu  ilə  yeni  normativ-hüquqi  aktın  yaradılmasına 
yönəlir.  
Məcəllələşdirmə  zamanı  nəinki normativ aktların təsnifatı 
həyata  keçirilir,  onların  məzmununa  əhəmiyyətli  əlavə  və 
dəyişikliklər edilir, köhnəlmiş prinsip və normalar da ləğv edilir, 
yeniləri  yaradılır.
550
Təbiidir  ki,  əgər  qüvvəsini  itirən,  təkmil-
ləşdirilən  və  yaxud  yeni  yaranan  norma  maddi  hüquq  norma-
sıdırsa, buna müvafiq olan prosessual norma da ya öz qüvvəsini 
                                                           
550
 Ümumi hüquq və dövlət nəzəriyyəsi / V.V.Lazarevin redaktəsi ilə. Bakı: Qanun, 2006, s. 184 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə