Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə113/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   109   110   111   112   113   114   115   116   ...   123

347 
 
uzaqlaşmaq  üçün  konstitusiya  qanunvericiliyi  səviyyəsində 
qeyd olunan problem aradan qaldırılmalı və inzibati məhkəmə 
icraatı  məhkəmə  icraatının  müstəqil  növlərindən  biri  kimi  öz 
təsbitini  tapmalıdır.  Daha  sonra  isə  AR  İPM-nin  mülki  pro-
sessual  müddəalardan  asılılığını  aradan  qaldırmaq  üçün  məh-
kəmə  icraatının  bu  qolunun  hüquqi  tənzimlənməsi  mümkün 
qədər  məcəllənin  öz  strukturu  daxilində  həyata  keçirilməli, 
istinadedici  normalar  minimuma  endirilməlidir.  AR  İPM-in 
mətnində    inzibati  məhkəmə  icraatına  dair  qanunvericiliyin 
vəzifələri  və  tətbiqi  dairəsi,  inzibati  məhkəmə  icraatının  əsas 
anlayışları,  vəzifələri,  inzibati  mübahisələrin  anlayışı,  aidiyyət 
və  protokollaşdırma  qaydaları,  müddətlər,  işdə  iştirak  edən 
şəxslərin və prosesin digər iştirakçılarının hüquqi vəziyyəti və s. 
anlayışlar  müəyyənləşdirilməli  və  onun  strukturu  yenidən 
nəzərdən keçirilməlidir.  
5.  İnzibati  məhkəmə  icraatına  dair  qanunvericilik  üçün 
novella olan müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi 
sahəsində  də  müəyyən  tədbirlərin  görülməsinə  ehtiyac  vardır. 
İnzibati məhkəmə icraatının sona çatmasını gözləmək vətəndaş-
ların ziyanının artmasına və hüquqlarının daha çox pozulmasına 
səbəb ola bildiyi üçün ilkin müdafiə tədbiri kimi aktın icrasının 
dayandırılmasının  qanunvericilikdə  təsbiti  mühüm  əhəmiyyət 
kəsb edir. Lakin, mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq 
müvəqqəti  xarakterli  müdafiə  tədbirlərin  tətbiqi  üçün  hazırda 
məhkəməyə  edilən  müraciətlərin  sayı  təəssüf  ki,  qənaətbəxş 
deyildir.  
Hesab  edirik  ki,  məhkəmənin  yardım  etmək  vəzifəsini 
nəzərdə tutan (AR İPM-in 13-cü maddəsi) müddəanın məzmu-
nunda  işin  halları  ilə  əlaqədar  zərurət  olduqda  müvəqqəti 
xarakterli müdafiə tədbirləri institutundan istifadə etmək imkanı 


348 
 
və onun faydaları barədə vətəndaşların məlumatlandırılması da 
nəzərdə tutulmalıdır. 
Qüvvədə olan inzibati prosessual qanunvericilikdə “müda-
fiə vasitələri” anla-yışından istifadə olunsa da bu vasitələrin nə 
anlayışı,  nə  də  sistemi  müəyyən  olunmamışdır.  Fikrimizcə, 
inzibati prosessual qanunvericilikdə ümumi (publik) hüquqların 
prosessual  müdafiə  vasitələrinin  anlayışı  və  sistemi  müəyyən-
ləşdirilməlidir. Bu cür vasitələrin sisteminə aşağıdakı prosessual 
müdafiə vasitələri aid edilməlidir: 
- inzibati aktın ləğvi və ya dəyişdirilməsi
- inzibati orqanın  üzərinə inzibati aktın qəbul  edilməsi  ilə 
bağlı müvafiq öhdəliyin qoyulması; 
- subyektiv hüquq və azadlıqların bərpası; 
- ziyana görə kompensasiyanın ödənilməsi
- tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur 
etmə; 
-  icranın  nəticələrini  aradan  qaldırmaq  barədə  öhdəliyin 
qoyulması və s. 
Qüvvədəki  qanunvericilik  inzibati  aktın  icrasının  dayan-
dırılmasını  nəzərdə  tutsa  da,  ondan  şikayət  imkanını  nəzərdə 
tutmamışdır.  Fikrimizcə,  bu  halın  da  aradan  qaldırılması 
zəruridir. Çünki,  məhkəmə icraatında “bərabərlik” dedikdə ilk 
növbədə çəkişməli məhkəmə icraatı kimi izah edilir. Bu prinsip  
prosesin  hər  bir  mərhələsində,  hər  bir  prosessual  hərəkətə 
münasibətdə  özünü  göstərməsi,  tərəflərin  bərabər  imkanlara 
malik olması zəruridir. Məhkəmə prosesində tərəflərin bərabər 
imkanlara malik  olması onların  prosesdə də bərabər hüquq və 
vəzifələrə malik olmasını nəzərdə tutur. 
Müvəqqəti  müdafiə  tədbiri  kimi  aktın  icrasının  dayan-
dırılması  üçün  iddiaçı  öz  prosessual  mövqeyini  məhkəməyə 


349 
 
etdiyi müraciətində bildirir. Prosesdə tərəflərin bərabər imkana 
malik olmasının təmini və müdafiə tədbirlərinin digər şəxslərin 
hüquq və azadlıqlarının pozulmasına səbəb olmaması baxımın-
dan  fikrimizcə,  cavabdehin  inzibati  aktın  icrasının  dayandırıl-
masından şikayət imkanı da nəzərdə tutulmalıdır.  
 
 
 
 
 
 
 
 
 
 
 


350 
 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 
 
Azərbaycan dilində 
1.
 
Abdullayev  A.O.  İnzibati  hüquq:  Dərs  vəsaiti.  Bakı:  Qanun, 
2005, 376 s. 
2.
 
Abdullayev A.O., Qədiməliyev A.R. İnzibati proses. Mühazirə 
kursu. Bakı: Qanun, 2012, 332 s. 
3.
 
Abdullayev  A.O,  Nağıyev  F.T.  İnzibati  hüquq:  Dərslik.  Bakı: 
Qanun, 2008, 800 s. 
4.
 
Abdullayev Ə., Azarov A., Hüfner K., Röyter V. İnsan hüquq-
ları. Beynəlxalq və milli müdafiə mexanizmləri. Bakı, 2008, 487 
s. 
5.
 
Abışov  V.G.,  İsmayılov  A.V.,  Eyvazov  N.Q.  İnzibati  hüquq: 
Dərs vəsaiti. I hissə. Bakı: Qanun, 2004, 316 s. 
6.
 
Abışov V.G, İsmayılov A.V., Nəcəfquliyev R.İ. İnzibati hüquq: 
Dərs  vəsaiti.  II  Hissə.  DİN-in  Polis  Akademiyası.  Bakı:  Səda, 
2007, 265 s. 
7.
 
Abilov  A.  F.  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  və  Azər-
baycan.  Milli  Virtual  Kitabxananın  təqdimatında  /  http:  // 
kitabxana.net / files / books / file / 1257161356.pdf 
8.
 
Aslanov  M.S.  Azərbaycanda  inzibati  ədliyyə.  Bakı:  Azərnəşr, 
2009, 178 s. 
9.
 
Aslanov M.S. Azərbaycanda inzibati ədliyyənin yaradılmasının  
zəruriliyi  /  Azərbaycan  Respublikasında  dövlət  və  hüquq 
quruculuğunun  aktual  problemləri.  Elmi  məqalələr  məcmuəsi. 
3-cü buraxılış. Bakı, 2002, s.54-67 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə