Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə111/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   107   108   109   110   111   112   113   114   ...   123

340 
 
hüquq  sistemlərinə  uyğun  olaraq  hakimlərin  və  məhkəmə 
orqanları  işçilərinin  peşəkarlıq  məcəlləsinin  və  etik  davranış 
qaydalarının  işlənib  hazırlanması  və  ya  nəzərdən  keçirilməsi 
prosesində  məhkəmə  orqanlarına  “Hakimlərin  Davranışı  üzrə 
Banqalor Prinsipləri”nin nəzərə alınmasını tövsiyə etməyi təklif 
etmişdir
583

Qeyd edək ki, 1992-ci il martın 2-dən BMT-nin üzvü olan 
Azərbaycan  Respublikasında  da  məhkəmə  icraatı  sisteminin 
təkmilləşdirilməsi  üzrə  BMT-in  standartlarına  mühüm  önəm 
verilir. Ölkədə ədalət mühakiməsinin səmərəliliyinin artırılma-
sında  BMT-in  Banqalor  prinsiplərinin  rolu  yüksək  qiymət-
ləndirilir, bu prinsiplərə dair maarifləndirmə işləri aparılır. Məh-
kəmə-Hüquq Şurası məhz bu prinsiplərə əsaslanaraq Hakimlərin 
Etik Davranış Məcəlləsini hazırlamışdır. 
Məlum  olduğu  kimi,  respublikanın  demokratik  inkişaf 
yoluna  keçməsi  məhkəmə-hüquq  sisteminin,  qanunvericilik 
bazasının,  normativ-hüquqi  tənzimləmə  sisteminin  əsas  müd-
dəalarının da yenidən nəzərdən keçirilməsi zərurətini meydana 
çıxardı.  Həyata  keçirilən  islahatlar  ilk  növbədə  vətəndaşların 
hüquq və azadlıqlarının, qanuni maraqlarının səmərəli müdafiə 
mexanizminin  yaradılmasına  istiqamətləndi.  Azərbaycan  Res-
publikasının Avropa hüquq məkanına inteqrasiya prosesi digər 
məsələlərlə  yanaşı,  məhkəmə  və  hüquq  sisteminin  də  ümu-
mavropa  səviyyəsində  formalaşmış  prinsiplərə  və  standartlara 
əsaslanan tam həcmli islahatını nəzərdə tutdu. Nəticədə ölkədə 
icraat  qaydalarının  sadələşdirilməsi,  ixtisaslaşdırılmış  məhkə-
mələrin  və  inzibati  məhkəmə  icraatının,  inzibati  prosessual 
                                                           
583
  Hakimlərin  davranışı  üzrə  Banqalor  prinsiplərinin    Kommentariyası.  Azərbaycan  Hüquq 
İslahatları  Mərkəzi  İctimai  Birliyi/http:  //  www.judicialintegritygroup.org  /  resources 
/BP_Commentary_Az.pdf 


341 
 
qanunvericiliyin  yaradılması,  məhkəməyə  çıxışın  asanlaşdı-
rılması və s. kimi cəhətlərlə xarakterizə olunan məhkəmə-hüquq 
islahatları həyata keçirildi.  
Ölkənin  demokratikləşmə,  insan  hüquq  və  azadlıqlarının 
təminatı  sahəsində  yüksək  nailiyyətlər  qazanması  bilavasitə 
vətəndaş cəmiyyəti quruculuğuna hesablanmış məhkəmə-hüquq 
islahatları ilə respublikanın sosial-iqtisadi inkişaf dinamikasının 
uzlaşdırılması  nəticəsində  mümkün  oldu.  Maddi  xarakterli 
inzibati hüquq normalarının inkişaf etdirilməsi üçün prosessual 
hüququn  formalaşdırılmasının  və  təkmilləşdirilməsinin  zəruri-
liyi  qəbul  olundu  və  bu  aparılan  hüquqi  islahatların  əsas  isti-
qamətlərindən  biri  kimi  çıxış  etdi.  Hazırda  inzibati  prosessual 
qanunvericilik  milli  qanunvericiliyin  dinamik  inkişafda  olan 
sahəsi kimi çıxış edir.  
İnzibati  məhkəmə  icraatının  milli  normativ-hüquqi  baza-
sının  formalaşdırılması  səmərəli  məhkəmə-hüquq  sisteminin 
formalaşdırılmasına,  inzibati  orqanların  fəaliyyətində  qanun-
çuluğun təmin olunmasına yönəlməklə dövlətdə sabitliyin, və-
təndaş  həmrəyliyinin  və  dinamik  inkişafın  başlıca  təminat-
larından biri kimi çıxış edir.  
 
 
 


342 
 
NƏTİCƏ 
 
Beləliklə, tədqiqat prosesində milli qanunvericiliyin, məh-
kəmə  təcrübəsi  üzrə  ümumiləşdirmələrin,  habelə,  xarici  ölkə-
lərin  qanunvericilik  praktikasının,  beynəlxalq  hüquq  normala-
rının təhlili nəticəsində gələcək islahatların əsas istiqamətlərinin 
müəyyənləşdirilməsinə  töhvə  ola  bilən  nəzəri  və  təcrübi  əhə-
miyyətli aşağıdakı müddəalar formalaşdırılmışdır: 
1. İnzibati proses hüquqi prosesin xüsusi növü olub, inzibati 
hüquqi  mübahisələrin  inzibati  məhkəmə  icraatı  vasitəsilə  həll 
olunması üçün həyata keçirilən, inzibati prosessual normalarla 
tənzimlənən məhkəmə baxışında təzahür edir. Onun prosessual-
hüquqi  əsasını  inzibati  mübahisələr  üzrə  ədalət  mühakiməsi 
təşkil  edir.  Demokratik  və  hüquqi  dövlətdə  inzibati  məhkəmə 
icraatının  realizə  forması  kimi  inzibati  prosesin  formalaşdı-
rılması  və təkmilləşdirilməsi  hüquq sistemini inkişaf etdirmək 
üçün mühüm vasitə kimi çıxış edir. 
İnzibati  prosesin  əsas  məqsədi  inzibati  hüquq  münasibət-
lərinin iştirakçılarının pozulmuş hüquq və maraqlarının bərpasıdır. 
İnzibati  prosesdə  inzibati  mübahisənin  həlli  üzrə  məhkəmənin 
çıxardığı  qərar  hüquqi,  siyasi,  ideoloji,  sosial  və  iqtisadi 
funksiyaları  yerinə  yetirir.  Məhkəmə  öz  qərarı  ilə  vətəndaşla 
inzibati orqan arasındakı sosial-hüquqi münaqişəni həll edir, hüquq 
subyektlərinin hüquqlarını və qanunla qorunan maraqlarını təmin 
edir. O, habelə, konkret hüquq münasibəti subyektlərinin hüquq və 
vəzifələrinin  həcminə  və  məzmununa  aydınlıq  və  dəqiqlik 
gətirməklə  səlahiyyətverici  funksiyanı,  hüquq  münasibəti 
iştirakçılarının subyektiv hüquqlarının mühafizəsini təmin etməklə 
hüquq  mühafizə  funksiyasını,  qüvvədə  olan  qanunvericilikdəki 


343 
 
boşluqları aradan qaldırmaqla hüquq təkmilləşdirici funksiyanı da 
həyata  keçirir.  Bunlardan  başqa  məhkəmə  aktı  fərdi  hüquqi 
tənzimləmə,  hüquqi  münasibətlərin  yaranması,  dəyişdirilməsi  və 
ya xitamı üçün hüquqi fakt rolunda da çıxış edir. 
2.  İnzibati  orqanların  fəaliyyətində  subyektivlik,  özbaşı-
nalıq,  süründürməçilik  kimi  neqativ  hallara  yol  verilməməsi 
üçün inzibati məhkəmə icraatı inzibati orqanların fəaliyyətində 
qanunçuluğun  və  intizamın  möhkəmləndirilməsinə,  şəffaflığın 
təmin olunmasına və bununla da cəmiyyətdə sosial münaqişə-
lərin  qarşısının  alınmasına  yönələn  bir  sıra  vəzifələr  daşıyır.  
İnzibati  prosesdə  səmərəli  və  ədalətli  inzibati  məhkəmə  icra-
atının həyata keçrilməsi ölkədə məhkəmə hakimiyyətinin nüfu-
zunun  yüksəlməsi  ilə  yanaşı,  dövlət  idarəçiliyində  qanunçu-
luğun və intizamın möhkəmləndirilməsinə də xidmət edir.  
İnzibati məhkəmə icraatının hüquqi dövlətin mahiyyəti ilə 
şərtlənən bu vəzifələri inzibati prosesdə aşağıdakı əsas funksi-
yalar vasitəsilə həyata keçirilir:  
- ədalət mühakiməsi
-  pozulmuş  hüquqların,  azadlıqların  və  qanunla  qorunan 
şəxsi və ictimai (ümumi) maraqların bərpası və inzibati orqan-
ların fəaliyyətinə nəzarət
-  inzibati  orqanlara  və  inzibati  funksiyaların  həvalə  olun-
duğu müəssisələrə hüquqi-psixoloji təsir; 
-  mübahisə  tərəflərinin  prosessual  statusundakı  bərabər-
sizliyini kompensasiya etmək məqsədilə sübutetmə vəzifəsinin 
inzibati orqanlara həvalə olunması; 
-  qaldırılan  iddialarda  yol  verilən  formal  xətaların  aradan 
qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdiril-
məsində,  yanlış  iddia  növlərinin  münasibləri  ilə  əvəz  olun-
masında,  natamam  faktiki  məlumatların  tamamlanmasında, 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə