Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə110/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   106   107   108   109   110   111   112   113   ...   123

337 
 
57/169  nömrəli  Qətnaməsi  ilə  qəbul  edilmişdir.  Konvensiya 
Azərbaycan  Respublikasının  ona  dair  qeyd-şərtləri  və  bəya-
natları  ilə  birgə  30  sentyabr  2005-ci  il  tarixli  qanunla  təsdiq 
edilmişdir.
575
  
Tarixi  dövlətin  və  hüququn,  vəzifəli  şəxs  institutunun 
formalaşması  tarixi  ilə  üst-üstə  düşən  korrupsiya  dövlətin  və 
cəmiyyətin  bütün  sahələrində,  o  cümlədən  də  inzibati  icraat, 
idarəetmə  sahəsində  təhlükəli  təzahürlərdən  biri  hesab  olunur. 
Prof. F.Y.Səməndərov korrupsiyaya vəzifəli şəxslərin dövlət və 
ictimai  mənafeyinin  zərərinə  olaraq  hüquqazidd  və  başqa 
əqdlərinə əsaslanan müəyyən münasibətlər sistemi kimi anlayış 
verir
576
 
Azərbaycan  Respublikası  korrupsiyaya  qarşı  mübarizə 
sahəsində bütün beynəlxalq təşəbbüslərin, həmçinin, BMT-nin 
Korrupsiyaya qarşı Mübarizə Konvensiyası, Avropa Şurasının 
korrupsiya  ilə  əlaqədar  cinayət  və  mülki-hüquqi  məsuliyyət 
haqqında  konvensiyalar  da  daxil  olmaqla  əksər  müvafiq  bey-
nəlxalq sənədlərin fəal iştirakçısıdır. Müvafiq olaraq respublika 
qanunvericiliyi bu beynəlxalq alətlərə kifayət dərəcədə uyğun-
laşdırılmış,  müvafiq  antikorrupsiya  mexanizmləri  formalaş-
dırılmışdır.  13  yanvar  2004-cü  ildə  “Korrupsiyaya  qarşı  mü-
barizə  haqqında”  qanun  qəbul  edilmişdir.  Qanun  vəzifəli 
şəxslərə  münasibətdə  eyni  zamanda  korrupsiya  ilə  əlaqədar 
hüquqpozmaları müəyyən edir və göstərir ki, bu hüquqpozmalar 
cinayət  məsuliyyəti  yaratmadığı  hallarda,  vəzifəli  şəxslər 
inzibati, mülki və ya intizam məsuliyyətinə cəlb edilə bilərlər. 
                                                           
575
 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 890 
576
 
Azərbaycan 
Respublikasının 
Cinayət 
Məcəlləsinin 
Kommentariyası 

Prof.F.Y.Səməndərovun  redaktəsi ilə. Bakı: Digesta, 2006, s. 6 


338 
 
Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı  ilə 
“Korrupsiyaya  qarşı  mübarizə  üzrə  Dövlət  Proqramı”  qəbul 
edilmişdir.  Proqramın  əsas  məqsədi  korrupsiyaya  qarşı 
mübarizəni  daha  səmərəli  həyata  keçirmək  üçün  vahid  sistem 
çərçivəsində kompleks tədbirləri təmin etməkdir.
577
 
Məlum  olduğu  kimi,  korrupsiyaya  qarşı  mübarizənin 
həyata keçirilməsində zəruri şərtlərdən biri də ədalətli, qərəzsiz 
və  müstəqil  məhkəmə  sistemi  vasitəsilə  inzibati  orqanların 
fəaliyyətinə səmərəli nəzarətin təmin olunmasıdır. Buna görə də 
beynəlxalq  təcrübədə  korrupsiyaya  qarşı  mübarizədə  yalnız 
cinayət hüquqi vasitələr deyil, səmərəli inzibati məhkəmə icra-
atının formalaşdırılması da aktual əhəmiyyət kəsb edir. Çünki, 
hakimiyyət  səlahiyyətlərinə  malik  olan  inzibati  orqanların 
fəaliyyət  sahəsində  də  korrupsiya  halları  geniş  yayılmışdır. 
Ədəbiyyatda haqlı olaraq qeyd olunur ki, korrupsiyanın növləri 
içərisində  inzibati  korrupsiya  daha  çox  təzahür  edir.
578
  Dövlət 
Proqramında da korrupsiyaya qarşı nəzərdə tutulan instusional 
islahatlar  sırasında  məhkəmə  sisteminə  aid  islahatlar    nəzərdə 
tutuldu  ki, bunlardan biri də inzibati məhkəmə icraatı oldu
579
.  
İnzibati  məhkəmə  icraatı  mühüm  antikorrupsiyon  po-
tensiala  malikdir.  O,  inzibati  orqanların  qanun  çərçivəsində, 
qərəzsiz fəaliyyət göstərməsini məhkəmə nəzarəti yolu ilə təmin 
etməyə  yönəlməklə  həm  vətəndaşların,  həm  də  dövlətin 
maraqlarının  müdafiəsinə  yönəlir.  Hüquq  ədəbiyyatında  haqlı 
                                                           
577
  Azərbaycan  Respublikası  Prezidentinin  3  sentyabr  2004-cü  il  tarixli  Sərəncamı  ilə 
“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”//http:www.e-qanun.az    
 
578
  Yolsuzlukla  mücadeleye  yardımçı  olmak  maksadıyla  alınması  gereken  tedbirlere  ilişkin 
inceleme raporu. Cumhurbaşkanlığı Devlet Denetleme Kurulu Başkanlığı yayımları. II. Haziran, 
1996, s. 1 
579
  Azərbaycan  Respublikası  Prezidentinin  3  sentyabr  2004-cü  il  tarixli  Sərəncamı  ilə 
“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı 


339 
 
olaraq inzibati mübahisə təkcə şəxslərin deyil, həm də dövlətin 
maraqlarının müdafiəsi üsulu kimi qiymətləndirilir.
580
  Belə  ki, 
inzibati orqanların fəaliyyətində özbaşınalıq, səlahiyyət həddini 
aşma,  qərəzlilik,  korrupsiya,  süründürməçilik  kimi  neqativ 
təzahürlər dövlətə və onun mexanizminə ictimai etimadın sarsıl-
masına səbəb olan önəmli meyarlardandır. 
Onu da xüsusilə qeyd etmək lazımdır ki,  hüquqi dövlətin 
fəaliyyətinin təminat forması kimi inzibati məhkəmə icraatının 
formalaşdırılması  özlüyündə  korrupsiya  ilə  səmərəli  mübarizə 
üçün  kifayət  etmir.  Onun  səmərəli  fəaliyyət  mexanizminin 
formalaşdırılması  üçün  hakimlərin  peşə  etikası  da  zəruri  əhə-
miyyət kəsb edir. Etika əxlaq şüurunun və əxlaqi münasibətlərin 
təbiətini  öyrənməklə  əxlaq  normalarının  və  əxlaqi  dəyərlərin 
səciyyəvi xüsusiyyətlərini, insanın davranışının başqa norma və 
qiymətlərlə müqayisədə onların tətbiq edilməsinin xüsusi üsul-
larını,  insanın  hərəkətlərinə  görə  cavabdehlik  və  məsuliyyətin 
xüsusi  şərtlərini,  insanın  tərbiyəsində  əxlaqın  xüsusi  rolunu 
aydınlaşdırır.
581
 
Məlumdur  ki,  bütün  hüquq  sistemlərində  insanların  məh-
kəmə hakimiyyətinin qərəzsizliyinə, müstəqilliyinə olan inamı-
nın  əsasında  hakimin  fərdi  və  peşə  etikası  durur.  Cəmiyyətdə 
hakimlərə kifayət qədər etimadın olmaması bütövlükdə qanunun 
aliliyi  sistemini  sarsılda  bilər.
582
  Təsadüfi  deyil  ki,  Birləşmiş 
Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası 27 iyul 2006-cı il 
tarixli  2006/23  saylı  qətnaməsində  üzv-dövlətlərə  öz  daxili 
                                                           
580
 Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009, s. 111 
581
 Mehdiyev R.Ə. Fəlsəfə. Dərs vəsaiti. Bakı: Şərq-Qərb, 2010, s. 301 
582
  Европейская  комиссия  по  эффективности  правосудия  (European  Commission  for 
efficiency  of  justice,  CEPEJ).  Контрольный  список  повышения  качества  правосудия  и 
судопроизводства (Checklist for promoting the quality of justice and the courts), принятый на 
11-ом пленарном заседании Комиссии в Страсбурге 2-3 июля 2008, с. 17 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə