319
hüququnun məzmununa dövlət orqanlarının, siyasi partiyaların,
həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli
şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən)
məhkəməyə şikayət etmək imkanı daxildir. Əsas Qanunun 71-
ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azad-
lıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll
edir.
539
Ədəbiyyatda da qeyd olunduğu kimi, konstitusiyanın,
demokratiyanın və hüquqi dövlətin zəruri şərti siyasi iqtidarın və
inzibati orqanların əsas hüquq və azadlıqların həyata keçiril-
məsini özbaşına əngəlləməsinə yol verməməkdir.
540
Onu da qeyd edək ki, heç də bütün ölkələrin konstitusi-
yalarında müdafiə hüququ “hüquqlar və azadlıqlar” bölməsində
yerləşdirilməmişdir. Məsələn, Yunanıstan, İspaniya, Portuqa-
liya kimi ölkələrdə müdafiə hüququ ədalət mühakiməsinin hə-
yata keçirilməsinin prinsiplərindən hesab olunur və müvafiq
olaraq Konstitusiyanın məhkəmə orqanlarından bəhs edən
bölməsində nəzərdə tutulur.
541
İnzibati məhkəmə icraatının normativ-hüquqi əsaslarından
biri olan 10 iyun 1997-ci il tarixli “Məhkəmələr və hakimlər
haqqında” AR-nın Qanunu ədalət mühakiməsinin həyata keçiril-
məsinin əsas müddəalarını və məhkəmə sistemini müəyyən-
ləşdirir. Qanunun 19-cu maddəsinə 22 iyun 2010-cu ildə edilən
dəyişikliklə yerli iqtisad məhkəmələrinin bazasında inzibati-
iqtisadi məhkəmələr yaradılmışdır. Qanun inzibati-iqtisadi məh-
539
Azərbaycan Respublikasının Konstitusiyası.Bakı: Qanun, 2013, s.24-25
540
Musa E. Kamu yönetiminde gizlilik geleneği ve açıklık ihtiyacı. Amme İdaresi Dergisi. 27-
ci cild, № 2, s. 41
541
Muraru I., Iancu Gh. Drepturile, libertăţile şi îndătoririle constituţionale. Bucureşti,1992, p.
39, 40
320
kəmənin səlahiyyətlərini, təşkili qaydasını və tərkibini müəy-
yənləşdirir. Qanuna əsasən, inzibati-iqtisadi məhkəmələr inzi-
bati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir.
İnzibati-iqtisadi məhkəmələr birinci instansiya məhkəməsi kimi
qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və iqtisadi müba-
hisələrə dair işlərə baxır, məhkəmə statistikasını təhlil edir, məh-
kəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsi-
ni öyrənir və ümumiləşdirir, respublika qanunvericiliyilə onlara
aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
542
Qeyd etmək lazımdır ki, həmin qanun inzibati-iqtisadi
məhkəmənin birinci instansiya məhkəməsi kimi, inzibati və
iqtisadi mübahisələrə dair işlərə baxdığını müəyyənləşdirsə də,
mübahisələndirilən inzibati akt və ya hərəkət (hərəkətsizlik)
barəsində hansı səlahiyyətlərə malik olduğuna aydınlıq gətirmir.
Bu məsələ AR İPM ilə tənzimlənir.
Əvvəldə də qeyd etdiyimiz kimi, inzibati məhkəmə icraatı-
nın normativ əsaslarından biri də “İnzibati icraat haqqında”
Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli
qanunudur. İnzibati mübahisələrin kökündə duran inzibati icraat
üçün vahid qaydaların formalaşdırılması məqsədilə həmin qanu-
nda milli qanunvericilik tarixində ilk dəfə olaraq inzibati
orqanın, inzibati icraatın və inzibati aktın anlayışları verildi,
inzibati aktların təsnifatı müəyyən olundu.Qanun inzibati
orqanlarla vətəndaşlar arasındakı münasibətlərin yeni tərzdə
inkişafına təkan verməklə yanaşı, milli hüquq sistemində pozitiv
inzibati hüququn da əsasını qoydu. Sovet dövründən miras qalan
“neqativ” inzibati hüququn əvəzinə “pozitiv” inzibati hüquqi
doktrinanın formalaşması üçün ilkin zəmin formalaşdırdı.
542
http://www.e-qanun.az/files/framework/data/3/c_f_3933.htm
321
Ədəbiyyatda haqlı olaraq qeyd olunur ki, adı çəkilən qanunun
qəbulu inzibati hüquq sahəsində yeni nəzəri baxışların forma-
laşdırlmasına əsas verdi.
543
Qanunda inzibati aktın formasının,
rekvizitlərinin, onun məzmununa dair tələblərin müəyyən-
ləşdirilməsi ölkədə vahid inzibati təcrübənin, inzibati orqanların
fəaliyyətinin hüquqi çərçivəsinin formalaşdırılması, həmçinin,
inzibati məhkəmə icraatında vahid yoxlama meyarlarının tətbiq
olunması üçün mühüm əhəmiyyət kəsb etdi.
Respublikada inzibati icraatın Azərbaycan Respublikasının
Konstitusiyasında və respublikanın tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə
hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri
əsasında həyata keçirildiyi müəyyən olundu. Qanun inzibati
aktların qəbulu, icrası və ya ləgv edilməsi ilə bağlı inzibati or-
qanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını,
prinsiplərini və təminatlarını, prosedur qaydalarını, iştirakçıla-
rını da təsbit etdi.
Qeyd edək ki, ölkədə hüquq qaydasının, vətəndaşların
hüquq və azadlıqlarının, qanunla qorunan maraqlarının təmini
üçün inzibati icraat qaydalarının dəqiq müəyyənləşdirilməsi
mühüm əhəmiyyət kəsb edir. Ədəbiyyatda qeyd olunduğu kimi,
qanunçuluğun yaradıcısı və “qoruyucusu” olmaq üçün dövlət öz
hakimiyyət funksiyalarını istisnasız olaraq qüvvədə olan
qanunlar əsasında və onların çərçivəsində həyata keçirməlidir.
Dövlət eyni zamanda, istər öz orqanları və vəzifəli şəxsləri,
istərsə də vətəndaşlar tərəfindən hər hansı qanun pozuntusunun
qarşısını almalıdır.
544
Bu baxımdan həmin qanun inzibati icraat
543
Cəfərov İ.M. İnzibati icraat (elmi – nəzəri şərh). Bakı: Adventa, 2011, s. 15
544
Xrapanyuk V.N. Dövlət və hüquq nəzəriyyəsi. Bakı: Qanun, 2007, s. 238
Dostları ilə paylaş: |