Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə98/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   94   95   96   97   98   99   100   101   ...   123

301 
 
ümumi məhkəmələrdə baxılması onların spesifik məzmununun və 
subyekt tərkibinin nəzərə alınmaması ilə şərtlənirdi. 
Bəhs  edilən  qanun  vəzifəli  şəxslərin  hərəkətlərindən 
(hərəkətsizliyindən)  məhkəmə  qaydasında  müdafiəni  nəzərdə 
tutsa da, bir çox məsələlərin həlli onun tənzimləmə dairəsindən 
kənarda qalırdı. Qanun vətəndaşların öz pozulmuş hüquqlarının 
müdafiəsi  üçün  iddia  deyil,  şikayət  institutundan  istifadə 
etməsini  nəzərdə  tuturdu.  Şikayət  edilə  bilən  qərarlar,  şikayət 
ərizələrinin  məzmunu,  ilkin  və  müvəqqəti  müdafiə  tədbirləri 
müəyyən olunmurdu. Qanunverici şikayət edilməli olan hərəkət-
lərin siyahısını vermir, sadəcə olaraq bir sıra hallarda bu barədə 
xüsusi  haşiyə  nəzərdə  tuturdu.  Məsələn,  “Ölkədən  getmək, 
ölkəyə gəlmək, pasportlar haqqında”(dəqiqləşdirmək) qanunun 
9-cü  maddəsində  deyilirdi  ki,  pasportun  verilməsi  haqqında 
ərizəyə baxılmasının süründürülməsindən və ya bundan imtina 
edilməsindən  məhkəməyə  şikayət  edilməsi  nəzərdə  tutulur.
517
 
Lakin,  müəyyən  çatışmamazlıqlarına  baxmayaraq  bu  qanun 
vətəndaşların hüquq və azadlıqlarının vəzifəli şəxslərin mümkün 
özbaşınalıqlarından  qorunması  istiqamətində  milli  qanunveri-
cilikdə atılan mühüm addımlardan biri oldu. 
Bu sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsi Azər-
baycan  Respublikasının  Prezidentin  18  iyun  1998-ci  il  tarixli 
sərəncamı  ilə  “İnsan  hüquqlarının  müdafiəsinə  dair”  Dövlət 
Proqramının təsdiqi ilə davam etdi. Proqramda İnsan hüquqları 
üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması, Azərbaycan 
Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə 
qoşulması,  normativ  hüquqi  aktların  insan  hüquqlarına  dair 
                                                           
517
 Азярбайъан Республикасынын ганунлар кцллийаты. ЫЫ китаб. Бакы: Ганун, 1997, s. 
235-252 


302 
 
beynəlxalq  standartlara  uyğunluğunun  tam  şəkildə  təmin  edil-
məsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları 
sahəsində  fəaliyyət  göstərən  beynəlxalq  qurumlarla  əmək-
daşlığın daha da inkişaf etdirilməsi və digər mühüm məsələlər 
nəzərdə tutuldu.
518
 
Məlum  olduğu  kimi,  dünya  hüquq  məkanına  inteqrasiya, 
beynəlxalq  müdafiə  mexanizmlərinin  qəbul  olunması  müasir 
dövlətin hüquqi təsisatlarının inkişafı üçün mühüm amillərdən 
biridir.  Konstitusiya  quruculuğunun  da  özülünü  təşkil  edən 
“hüquqlar” anlayışı keçən əsrdə insan hüquqlarının nəinki milli, 
həm  də  beynəlxalq  müdafiə  mexanizmlərinin  formalaşdırıl-
masına  da  səbəb  oldu.  XX  əsrin  başlanğıcına  kimi  insan 
hüquqları  yalnız  dövlət  daxili  hüquqla  tənzimləndiyi  təqdirdə, 
hazırda beynəlxalq  hüququn normaları da milli  qanunvericilik 
sistemlərində mühüm əhəmiyyət kəsb edir, beynəlxalq təşkilat-
ların müəyyənləşdirdiyi pinsiplər və standartlar islahatların isti-
qamətlərini müəyyənləşdirən önəmli meyar hesab olunur. Belə-
liklə, hazırda hüquqi dövlətlərin konstitusiyalarında və beynəl-
xalq  hüquqi  sənədlərdə  əks  olunmuş  insan  hüquqları–  müasir 
demokratik  cəmiyyətə  xas  olan  etalon  və  standartların  tarixi 
təkamülünün nəticəsi kimi çıxış edir.  
Azərbaycan Respublikası 2001-ci il yanvarın 25-də Avropa 
Şurasının üzvü olmaqla öz məhkəmə sistemini beynəlxalq hüqu-
qun tələblərinə uyğun olaraq formalaşdırmaq öhdəliyini üzərinə 
götürdü. 2001-ci il dekabr ayının 25-də “İnsan hüquqlarının və 
əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası və 
onun 1, 4, 6, 7 saylı Protokolları ratifikasiya olundu. Bildiyimiz 
                                                           
518
 http://e-qanun.az/files/framework/data/3/c_f_3635.htm  


303 
 
kimi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haq-
qında” Avropa Konvensiyanın əsasında səmərəli nəzarət mexa-
nizmi  fəaliyyət  göstərir.  Bu  mexanizmlərə  əsaslanan  iştirakçı-
dövlətlər Konvensiyaya və onun əsasında formalaşan presedent 
hüququna  söykənərək  bir  tərəfdən  milli  qanunvericiliyi,  digər 
tərəfdən  isə  dövlət  hüquq  təsisatlarının  fəaliyyətini  təkmilləş-
dirmək imkanı əldə edir. Qeyd olunan tendensiya Avropa Şura-
sına  daxil  olan  bütün  dövlətlərdə  özünü  biruzə  verir.
519
  Kon-
vensiyanın  6-cı  maddəsinin zəruri  prosessual təminatları haki-
miyyətdən  özbaşına  istifadəyə  qarşı  müdafiə  sisteminin  də 
əhəmiyyətli hissəsini təşkil edir.
520
 
Onu da qeyd edək ki,  İnsan hüquqlarının və əsas azadlıq-
larının müdafiəsi haqqında  Avropa Konvensiyası iştirakçı döv-
lətlərdə spesifik hüquqi statusa malikdir. Məsələn, Niderlandda, 
Belçikada, Lyuksemburqda və İsveçrədə o, konstitusiyadan üs-
tündür, Avstriyada isə konstitusiya statusuna malikdir. Fransada 
ölkənin konstitusiyası ilə adi qanunlar arasında aralıq yer tutan 
Konvensiya İtaliya, Yunanıstan və Almaniyada qanun statusuna 
malikdir. R.P.Arnold qeyd edir ki, Almaniyanın ümumi məhkə-
mələri  Avropa  Konvensiyasını  adi  qanun  kimi  tətbiq  edirlər. 
Burada beynəlxalq hüququn normaları adi federal qanunlardan 
daha  yüksək,  Əsas  Qanundan  isə  aşağı  hüquqi  qüvvəyə  ma-
likdir.
521
 
                                                           
519
  Səfixanlı  A.M.  “İnsan  hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında”  Avropa 
Konvensiyasında insan hüquq və azadlıqları ilə bağlı müddəaların Azərbaycan Respublikasının 
qanunvericilik sistemində təsbiti. Bakı: Azərnəşr, 2003, s. 3  
520
 İnsan hüququları üzrə Avropa Məhkəməsinin Bülleteni. Bakı: «Bakı Hüquq Mərkəzi» ММC, 
2008, № 4  
521
 Райнер А.P. Европейская конвенция о защите прав и основных свобод и её влияние на 
государства Центральной и Восточной Европы. Россия и Совет Европы: перспективы вза-
имодействия. Сборник докладов. Москва, 2001/ http://www.echr-base.ru/arnold.jsp  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə