Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə93/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   89   90   91   92   93   94   95   96   ...   123

286 
 
anlayışının  önə  çıxması  olduqca  yeni  və  son  dərəcə  həyəcan-
landırıcı  bir  inkişaf  kimi  qiymətləndirilir.
487
  İnzibati  orqanın 
üstünlük  hüququnun  inzibati  icraat  prosesində  qərəzliliyə, 
vətəndaşların  hüquq,  azadlıq  və  qanuni  mənafelərinin,  obyek-
tivliyin  pozulmasına  səbəb  olmasına  yol  verilməməsi  üçün 
vahid icraat qaydalarının, ümumməcburi davranış qaydalarının, 
fəaliyyət üslubunun formalaşdırılması zəruri şərtlərdən biridir. 
Ədəbiyyatda  qeyd  olunduğu  kimi,  yalnız  ümumməcburi  qay-
daların  müəyyən  edilməsi  ilə  inzibati  orqanların  özbaşına 
fəaliyyyətinin  qarşısını  almaq  olar.
488
  İnzibati  orqanların    real 
məsuliyyət  mexanizminin  və  səmərəli  hüquqi  müdafiə  vasitə-
lərinin və inzibati məhkəmə icraatının formalaşdırılması da bu 
işdə mühüm əhəmiyyət kəsb edir.  
Yeri  gəlmişkən  qeyd  edək  ki,  səmərəli  hüquqi  müdafiə 
vasitələri hüququ İnsan hüquqlarının və əsas azadlıqların müda-
fiəsi  haqqında  Avropa  Konvensiyasında  da  əsas  hüquqlardan 
biri  kimi  təsbit  olunmuşdur.  Konvensiyanın  13-cü  maddəsinə 
əsasən,  Konvensiyada  təsbit  olunmuş  hüquq  və  azadlıqları 
pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxs-
lər    tərəfindən  törədildikdə  belə,  dövlət  orqanları  qarşısında  
səmərəli  hüquqi  müdafiə  vasitələrinə  malikdirlər.
489
  "İnsan 
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konven-
siyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi 
barədə  Azərbaycan  Respublikası  qanununda  da  bu  hüquq  öz 
təsbitini tapmışdır.  
                                                           
487
 Dinç G. İnsan hakları hukuku və denge. TBB dergisi, 2005, № 57, s. 283  
488
  Herrmann  T.,  Knudsen  R.H.  Azərbaycan  Respublikasının  yeni  inzibati  hüququna  
giriş\\Hüquqi dövlət və qanun, Bakı, 2006, № 3, s. 12  
489
  Avropa  İnsan  Hüquqları  Konvensiyası.  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  Council  of 
Europe  F-67075  Strasbourg  cedex  www.echr.coe.int   
http://www.echr.coe.int/Documents/
 
Convention_AZE.pdf s. 13 (57 səh.)  


287 
 
Müasir inzibati hüquqi doktrinanın əsas vəzifələrindən və 
inkişaf  istiqamətlərindən  birini  də  məhz  hüquqi  dövlətin  təyi-
natına və prinsiplərinə uyğun inzibati qanunvericiliyin və inzi-
bati  məhkəmə  icraatının,  müvafiq  normativ-hüquqi  bazanın 
formalaşdırılması  təşkil  edir.  Çünki,  inzibati  məhkəmə  icraatı 
inzibati  orqanların  məsuliyyət  mexanizminin  hərəkətverici 
qüvvəsi,  inzibati  icraatda  süründürməçiliyin  və  korrupsiyanın 
qarşısının alınması üçün mühüm amildir.  
Məlum  olduğu  kimi,  sovet  dövründə  inzibati  məhkəmə 
icraatını tənzimləyən inzibati-prosessual qanunvericiliyin möv-
cud  olmaması  həmin  dövrün  hüquq  sisteminin  böyük  para-
dokslarından  biri  idi.  Bu  hal  sovet  inzibati  hüququnun  pro-
sessual aspektlərinin çox zəif olduğunu göstərirdi. XX əsrin 60-
cı illərinə qədər İttifaqda inzibati prosesə aid elmi işlər faktiki 
olaraq yox dərəcəsində idi. XX əsrin 60-70-ci illərində aparılan 
tədqiqatlarda  da  inzibati  prosesə  aid  məsələlərin  fundamental 
tədqiqi aparılmırdı.
490
 Hətta, 20-ci illərin elmi araşdırmalarında 
inzibati  hüquqa aid  olan  yurisdiksiya sahələrinin tədricən diq-
qətdən  kənar  qalması  nəzəriyyədə  inzibati  münasibətlərdən 
yaranan işlərin də mülki prosessual hüquqa aid edilməsinə səbəb 
olmuşdu. 
Qeyd etmək lazımdır ki, inzibati prosesin və inzibati məh-
kəmə  icraatının  elmi  araşdırmalardan  və  qanunvericinin  diq-
qətindən  kənarda  qalması  həmin  dövrün  hüquqi  doktrinası  ilə 
əlaqədar idi. Predmeti qadağanedici hüquq münasibətlərini ni-
zama salmaqdan ibarət olan neqativ inzibati hüquq vətəndaşların 
                                                           
490
  Салищева  Н.Г.  Административный  процесс  в  СССР.  М.:  Юридическая  литература, 
1964; Сорокин В.Д. Проблемы административного процесса. М.: Юрид. лит., 1968; Соро-
кин В.Д. Административно-процессуальные отношения. Л., 1968 ; Салищева Н.Г. Граж-
данин и административная юрисдикция. М.: Наука, 1970 


288 
 
yox, daha çox dövlətin maraqlarını qorumağa xidmət edirdi
491

Ümumi  inzibati  hüquq  repressiv  xarakter  daşıyırdı  ki,  bu  da 
dövlətin öz vətəndaşlarına qarşı tədbirlər görə bilməsi üçün əsas 
qismində  çıxış  edirdi.
492
  Sovet  doktrinası  hüquqi  dövlət  ide-
yasından tamamilə uzaq olan hüquq düşüncəsindən çıxış edərək 
dövlətin fərdlər qarşısındakı məsuliyyətini qəbul etmirdi. Buna 
görə  də  “inzibati  hüquq”  və  “inzibati  məsuliyyət”  anlayışları 
formal şəkildə mövcud olsa da, real inkişaf üçün heç bir ideoloji 
və siyasi zəminə malik deyildi. 
Sovet  hüququnda  inzibati  məsuliyyət  administrasiyanın 
fərdlər  qarşısındakı  məsuliyyəti  kimi  deyil,  əksinə,  fərdlərin 
administrasiya  qarşısındakı  məsuliyyəti  kimi  səciyyələndiyin-
dən  inzibati  məsuliyyətə  tamamilə  spesifik  yanaşma  formala-
şmışdı.  Hətta,  bu  mövqeyi  legitimləşdirmək  üçün  doktrinada 
inzibati  məsuliyyət  cinayətlərin  qarşısının  alınması  üçün  əsas 
vasitə kimi təqdim olunurdu. Ağır cinayət məsuliyyətinin əvə-
zinə bəzi hüquqpozmalara görə “yüngül” inzibati məsuliyyətin 
nəzərdə  tutulmasını qanunverici  “humanistlik” adı  altında pər-
dələyirdi.  Bu,  sovet  hüquq  siyasətinin  liberallığını  göstərməyə 
yönələn addım idi.
493
 
Həmin dövrdə məhkəmə icraatı ilk növbədə dövlətin ümu-
mi  maraqlarının  müdafiəsi  məqsədilə  tətbiq  olunan  idarəetmə 
vasitəsi  idi.  Vətəndaşların  və  təşkilatların  maraqları  ümum-
dövlət (ümumi) maraqlarına nisbətən törəmə xarakter daşıyırdı. 
Bu maraqlar yalnız sosialist qanunçuluğunun müddəalarına zidd 
                                                           
491
 Cəfərov İ.M. İnzibati icraat (elmi – nəzəri şərh). Bakı: Adventa, 2011, s. 16  
492
  Herrmann  T.,  Knudsen  R.H.  Azərbaycan  Respublikasının  yeni  inzibati  hüququna  
giriş//Hüquqi dövlət və qanun, Bakı, 2006, № 3, s. 9 
493
 Европейский инструмент в области демократии и прав человека. Европейский Союз - 
Казахстан. Семинар представителей гражданского общества по правам человека. Судеб-
ная система и места лишения свободы: на пути к достижению европейских стандартов / 
Cводный отчёт, 2009, с. 4 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə