Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə90/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   86   87   88   89   90   91   92   93   ...   123

277 
 
Almaniyada artıq formalaşmış inzibati ədliyyə nəzəriyyəsi 
Avstriyanın da qanunvericiliyinə öz mühüm təsirini göstərmiş-
dir.  Almaniyadan  sonra  Avstriya  konstitusiyasında  da  inzibati 
məhkəmələrin  təsis  olunması  nəzərdə  tutuldu.  Lakin,  Alman 
sistemindən fərqli olaraq burada paralel iki ali inzibati məhkəmə 
fəaliyyət göstərir. Avstriya məhkəmələrinin illik hesabatlarında 
çıxardıqları  qərarların  icra  vəziyyəti  dəyərləndirilir  və  kütləvi 
informasiya  vasitələrinin  vasitəsilə  ictimaiyyətə  çatdırılır.
474
 
Hesab edirik ki, inzibati məhkəmələrin qərarlarının, onların icra-
olunub – olunmaması barədə hesabatların dərc olunması inzibati 
məhkəmə  icraatının  səmərəliliyinin  artırılması  və  cəmiyyətdə 
etimad doğurması baxımından mühüm əhəmiyyət kəsb edir. 
Beləliklə,  apardığımız  tədqiqat  nəticəsində  belə  qənaətə 
gələ  bilərik  ki,  XIX  əsrin  ortalarında  inzibati  məhkəmə  icra-
atının  institusional  əsasları  “fransız  modeli”  ilə  formalaşdırıl-
mışdır. Bu model ilk vaxtlar Almaniyada tətbiq olunsa da, son-
radan tənqidi  yanaşmalar nəticəsində bir sıra islahatlara məruz 
qalmışdır.  Nəticədə  isə  spesifik  xüsusiyyətlərlə  səciyyələnən 
inzibati  ədliyyənin  “alman  modeli”  və  inzibati  məhkəmə  icra-
atını  tənzimləyən  dolğun  qanunvericilik  bazası  formalaşdırıl-
mışdır. 
Almaniyada inzibati  məhkəmə  icraatı məhkəmə  icraatının 
müstəqil  qolu  kimi  ölkənin  konstitusiya  qanunvericiliyi  çərçi-
vəsində təsbit olunmuşdur. Digər modellərdən fərqli olaraq bu 
model  inzibati  ədliyyə  orqanlarının  sitemində  mübahisənin 
yarandığı hüquq münasibətlərindən asılı olaraq ümumi inzibati 
məhkəmələrlə  yanaşı,  sosial  və  maliyyə  məhkəmələrinin  də 
yaradılmasını nəzərdə tutur. Həm inzibati, həm sosial, həm də 
                                                           
474
 Aydın O. İdari yargı kararlarının uygulanması sorunları və 2577 sayılı yasanın 28/4 maddes-
inin istisna hali. Yarsav 2011. http://www.yarsav.org.tr/index.php?p=171 


278 
 
maliyyə  məhkəmələri  vahid  inzibati  ədliyyə  sisteminə  aid 
olsalar da, hər birinin öz Ali Məhkəməsi vardır. 
Qeyd  edək  ki,  bəzi  fərqli  xüsusiyyətlərinə  baxmayaraq 
roman-german hüquq sisteminə malik olan dövlətlərin əksəriy-
yətində  fəaliyyət  göstərən  hər  iki  model  inzibati  məhkəmə 
icraatının administrasiyadan ayrılması və onun səmərəli təşkili 
və  ədalətli  fəaliyyəti  üçün  rəhbər  prinsiplərin  müəyyənləşdi-
rilməsi,  universal  aidiyyət  qaydalarının  formalaşdırılması  isti-
qamətində inkişaf etmişdir.  
Onu  da  qeyd  edək  ki,  inzibati  məhkəmə  icraatının  “alman 
modeli” son dövrlər dünya ölkələrinin diqqətini daha çox cəlb edir. 
Postsovet ölkələrində, eləcə də respublikamızda inzibati məhkəmə 
icraatının  formalaşmasına  bu  model  böyük  təsir  göstərmişdir. 
Alman  modelinin  təcrübədə  bu  cür  geniş  yayılmasının  bir  çox 
səbəbləri  var.  Bunlara  ilk  növbədə  alman  inzibati  hüququnun 
müasir, dəqiq formalaşdırılmış hüquq qaydalarına əsaslanmasını, 
inzibati məhkəmə icraatına dair dolğun qanunvericilik sisteminin 
formalaşdırılmasını,  ixtisaslaşdırılmış  inzibati  məhkəmələrin 
yaradılmasını və onların fəaliyyətinin təşkilati-hüquqi əsaslarının 
müəyyənləşdirilməsini, 
inzibati 
prosesin 
prinsiplərinin 
formalaşdırılmasını və s. aid etmək olar. X.H. Muradov haqlı qeyd 
edir  ki,  məhkəmələrin  ixtisaslaşdırılması  hakimlərin  də  ayrı-ayrı 
hüquq sahələri üzrə ixtisaslaşmasına, məhkəmə təcrübəsinin daha 
təkmil şəkildə formalaşmasına səbəb olmaqla yanaşı, vətəndaşların 
müraciətlərinə  operativ  şəkildə  baxılmasına,  onların  ətraflı 
araşdırılaraq daha düzgün qərarlar qəbul edilməsinə də öz müsbət 
təsirini göstərir.
475
 Fikrimizcə, inzibati ədiyyənin alman modelinə 
                                                           
475
 Muradov X.H. İnzibati mübahisələrin məhkəmə aidiyyatına dair mülahizələr. Naxçıvan MR 
Ali  Məhkəməsinin  Bülleteni.  2012  (1) 
http://www.supremecourt.nakhchivan.az/  bul-
leten_2012_1_s6c1.html
 


279 
 
xas olan bu cəhətlər vətəndaş hüquqlarının və mənafelərinin real 
təmininə  xidmət  edən  hüquqi  mexanizmin  mühüm  əsasları  kimi 
çıxış edirlər. 
Anqlo-sakson və fransız modellərindən fərqli olaraq, məh-
kəmə  presedentinin  hakim  roluna  imkan  verməyən  bu  model 
inzibati  məhkəmə  icraatının  qanunvericilik  qaydasında  hər-
tərəfli  və  dəqiq  tənzimlənməsini,  həm  ümumi,  həm  də  xüsusi 
yurisdiksiyalı  inzibati  məhkəmələrin  ədalət  mühakiməsini 
həyata keçirərkən yalnız məhkəmə icraatına dair qüvvədə olan 
aktlara əsaslanmalı olduğunu nəzərdə tutur. 
Fransız  modeli  inzibati  məkəmə  icraatında  həm  ümumi, 
həm  də  xüsusi  olaraq  inzibati  ədliyyə  orqanlarının  fəaliyyəti 
üçün hazırlanmış qaydaların tətbiqinə yol verdiyi halda, alman 
modeli  inzibati  məhkəmə  icraatının  təşkilinin  və  fəaliyyət 
qaydasının  qanunvericilikdə  tənzimlənməsinə,  inzibati  pro-
sessual  qanunvericiliyin  formalaşdırılmasına  mühüm  önəm 
verir. 
Onu  da  xüsusilə  vurğulamaq  lazımdır  ki,  hakimiyyətlərin 
bölgüsü  prinsipi  baxımından  yanaşdıqda  da  digər  modellərlə 
müqayisədə  daha  çox  məntiqi  ardıcıllıqla  xarakterizə  olunan 
alman  modelində  fransız  modelindən  fərqli  olaraq,  inzibati 
məhkəmələr  sırf  yurisdiksiyon  səlahiyyətlərə  malik  olub,  nə 
inzibati, nə də məşvərət funksiyalarını yerinə yetirmirlər.  
Fikrimizcə,  alman  modelində  hüquqi  müdafiə  sisteminin 
səmərəliliyi,  inzibati  məhkəmə  icraatının  vətəndaşların  etima-
dını doğrultması  və sosial  münaqişələrin  real həllini  təmin  et-
məsi  də  onun  geniş  yayılmasını  şərtləndirən  mühüm  meyar-
lardan biridir. Belə ki, vətəndaş məhkəməyə yalnız onun ədalətli 
və obyektiv fəaliyyətinə etibar etdiyi halda müraciət edir. İnzi-
bati mübahisələrə dair ixtisaslaşdırılmış qurumların yaradılması, 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə