Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə87/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   83   84   85   86   87   88   89   90   ...   123

268 
 
Ali inzibati məhkəmə idarəetmədən kənarda dayanır və sırf 
məhkəmə  instansiyası  kimi  fəaliyyət  göstərirdi.  Qeyd  edək  ki, 
Ali  Məhkəmənin  fəaliyyəti  administrasiyanın  üzərində  kifayət 
qədər  səmərəli  nəzarəti  təmin  edərək,  ictimai  etimad  qazan-
mışdı. Onun qərarları inzibati məhkəmə icraatı ideologiyasının 
hüququn bütün sferalarına sistematik şəkildə daxil olması üçün 
zəmin  rolunda  çıxış  edirdi.  Buna  görə  də  inzibati  hüququn 
inkişafında  və  onun  nəzəri  əsaslarının  dərinləşməsində  onun 
xüsusi xidməti olmuşdur. Prussiya Ali Məhkəməsinin dövlətin 
hüdudsuzluğuna  dair  fikrin  aradan  qaldırılmasına  yönələn  14 
iyun  1882-ci  il  tarixli  Kroytsberq  qərarı,
460
  Q.Qauptmanın 
eyniadlı tamaşasının qadağan olunmasına dair polis sərəncamını 
ləğv edən 1893 -1896-cı illər tarixli Veber qərarı
461
 kifayət qədər 
məşhurluq qazanmışdı. 
Prussiya  Ali  Məhkəməsinin  tərkibi  sədrdən  və  müşavir-
lərdən ibarət idi. Üzvlərinin heç olmazsa yarısı hüquq təhsilinə 
və məhkəmələrdə iş təcrübəsinə malik olmalı idi. Bütün üzvlər 
kral tərəfindən (sonralar isə imperator tərəfindən) ömürlük təyin 
olunurdular.  Qeyd  etmək  lazımdır  ki,  hələ  o  dövrdə  ölkədə 
inzibati  prosesin  prinsipləri  formalaşdırılmışdı.  Prussiyanın 
bütün  inzibati  məhkəmələrində  icraat  açıq  və  şifahi  şəkildə, 
çəkişmə prinsipinə riayət olunmaqla həyata keçirilirdi. Tərəflər 
prosesə vəkillə gələ və ya özlərinin əvəzinə vəkillərini göndərə 
bilərdilər.
462
 
                                                           
460
 Schodter H. Vom Kreuzbergurleil zur Bauregelungsverordnung // DVB1, 1975, p. 846-875 
461
 Frege L. Der Status des PreuBischen Oberverwaltungsgerichtes und die Standhaftig-keit sei-
ner  Rechtssprechung  auf  politischen  Gebiet  / H. R. Kiilz, R. Naumann (Hrsg.). Staatsbiirger 
und Staatsgewalt. Verwalt-ungsrecht und Verwaltungsgerichtsbarkeit in Geschichte und Gegen-
wart. Bd. I. Kacsruhe, 1963, p. 131-141 
462
 Хомяков А.Г.  Административный суд в РФ.  Kазань: Kазанский Гос. Унив, 
2001, с. 35 
 


269 
 
Prussiyadan sonra Hessendə (1874–1875), Vyurtemberqdə 
(1876)  və  Bavariyada  da  (1878)  inzibati  məhkəmələr  yara-
dıldı
463
.  Beləliklə,  Almaniyada  inzibati  məhkəmələrin  sistemi 
tam formalaşdırıldı və getdikcə daha da təkmilləşdirildi. Fransız 
modelindən  qaynaqlansa  da,  ölkənin  özünəməxsus  inzibati 
ədliyyə modeli formalaşdırıldı.  
İnzibati  məhkəmələrin  bu  cür  sistemi  1933-cü  ildə  haki-
miyyətə  milli-sosialistlərin  gəlməsi  ilə  ləğv  olundu.  Faşıstlər 
özlərinin  bu  addımını  tamamilə  məntiqsiz  və  qəribə  fikirlə 
əsaslandıraraq hesab edirdilər ki, inzibati məhkəmələrə ehtiyac 
yoxdur,  çünki,  onlar  dövlətin  yox,  vətəndaşın  maraqlarını 
qoruyurlar.
464
 Fyurerin və  İmperiya Kanslerinin “İdarəetmənin 
sadələşdirilməsi  haqqında” 28 avqust 1939-cu il tarixli dekreti 
ilə inzibati məhkəmə icraatı idarəetmədən asılı elan edildi. 1941-
ci  ildə  Prussiyanın  Ali  İnzibati  Məhkəməsi,  Vyananın  İnzibati 
Məhkəməsi  və  ali  xüsusi  məhkəmələr  Hitlerin  dekreti  ilə  ləğv 
olundu  və  Reyx  İnzibati  Məhkəməsi  yaradıldı.  Məhkəmələrin 
yurisdiksiyasından  ölkə  rəhbərliyinin  “siyasi”  qərarlarının 
çıxarılması,  eləcə  də  milli-sosialist  hüquq  təfəkkürünün  artan 
təsiri  nəticəsində  inzibati  məhkəmə  icraatı  praktiki  olaraq 
vətəndaşların  subyektiv  hüquqlarının  müdafiə  vasitəsi  kimi 
özünün  əhəmiyyətini  itirdi,  inzibati  məhkəmələrin  təsiri 
həddindən artıq zəiflədi. Almaniya Reyxstaqının 26 aprel 1942-
ci  il  tarixli  qərarı  ilə  ədalət  mühakiməsinin  digər  qolları  kimi, 
inzibati  məhkəmə  icraatı  da  ali  məhkəmə  instansiyası  kimi 
fyurerə və reyxskanslerə tabe etdirildi.  
                                                           
463
 Старилов Ю.Н. Административная юстиция. Теория, история, перспективы. М.: Изда-
тельство Норма (Издательская группа Норма – ИНФРА * М), 2001, c.113 
464
 Şabanov R., Yanq R. Azərbaycanda müasir dövlət qulluğu modeli axtarışı. Dünya təcrübəsi 
kontekstində. Bakı, 2004, с. 79 


270 
 
1945-ci  ildən  sonra  isə  mühüm  dəyişikliklərlə  məhkəmə 
sistemi yenidən bərpa olundu. Bu, ilk növbədə Sovet İttifaqının 
bölgü zonasında baş verdi. Milli – sosializm dövründə inzibati 
məhkəmə  icraatı  institusional  baxımdan  özünün  sonrakı  inki-
şafını  tapdı.1949-cu  il  tarixdə  Almaniyanın  Əsas  Qanununun 
qüvvəyə minməsi  ilə inzibati məhkəmə icraatının  məzmununa 
da  aydınlıq  gətirildi.  Belə  ki,  Konstitusiyada  fərdin  hüquqi 
müdafiəsi  ideyası  ön  plana  çıxdı.  Almaniyanın  Federal  Kons-
titusiya  Məhkəməsi  Əsas  Qanunun  19-cu  maddəsinin  4-cü 
abzasında  istifadə  olunan  “ümumi  hakimiyyət”  anlayışını  icra 
hakimiyyəti  kimi  təfsir  etdi.  Əsas  Qanunun  95-ci  maddəsində 
sadalanan  beş  ali  məhkəmədən  üçünün  (federal  inzibati  məh-
kəmə, federal maliyyə məhkəməsi və federal sosial məhkəmə) 
işlərə  məhz  inzibati  məhkəmə  icraatı  qaydasında  baxması 
müəyyən  olundu.
465
Qeyd  edək  ki,  ədəbiyyatda  məhz  bu  cəhət 
Almaniyada  inzibati  məhkəmə  icraatının  müstəqil  prosessual 
sahəyə çevrilməsi üçün əsas arqument kimi qiymətləndirilir
466

Məhz  bu  cəhətinə  görə  konstitusiyanın  qeyd  olunan  müddəası 
ümumi  inzibati  məhkəmə  icraatı  ilə  yanaşı,  onun  iki  xüsusi 
sahəsinin  (maliyyə  və  sosial  inzibati-hüquqi  yurisdiksiya)  də 
yaradılması üçün zəmin kimi çıxış etdi. Almaniya Demokratik 
Respublikası  Konstitusiyasının  138-ci  maddəsində  vətəndaş-
ların inzibati məhkəmələrdə müdafiəsini nəzərdə tutuldu.  
1950-ci  ildə  Myunxendə  Federal  Maliyyə  Məhkəməsi 
kassasiya  instansiyası  kimi  fəaliyyətə  başladı.  1952  -  ci  ildə 
ADR rəhbərliyi inzibati fəaliyyət üzərində məhkəmə nəzarətini 
                                                           
465
  Старилов  Ю.Н.  Административная    юстиция.  Теория,  история,  перспективы.  М.: 
НОРМА, 2001,c.117  
466
  Галлиган  Д.,  Полянский  В.В.,  Старилов  Ю.Н.  Административное  право:  история 
развития и основные современные концепции. М.: Юристъ, 2002, с. 352  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə