Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə91/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   87   88   89   90   91   92   93   94   ...   123

280 
 
onların  fəaliyyətinin  normativ-hüquqi  əsaslarının  və  maddi-
texniki bazasının təmin edilməsi hələ səmərəli müdafiə mexa-
nizminin mövcudluğuna dəlalət etmir. Hakimin mübahisəni həll 
edərkən  real  təsiretmə  tədbirləri  tətbiq  etmək  imkanına  malik 
olması və administrasiyanın müdaxiləsindən tam azad fəaliyyət 
göstərməsi də bu modelin mühüm keyfiyyətləri kimi çıxış edir.  
Ölkə  üzrə  vahid  və  sistemləşdirilmiş  inzibati  prosessual 
qanunvericiliyin  formalaşdırılması,  hakimlərin  inzibati  müba-
hisəyə  səbəb  olmuş  aktın  mübahisələndirilməsinə  dair  işə 
baxarkən onu nəinki dəyişdirmək, ləğv etmək, həm də yeni aktın 
qəbul  olunmasını  inzibati  orqanlara  həvalə  etmək  imkanına 
malik  olması  bu  modelin  səmərəli  məhkəmə  nəzarəti  forması 
olduğunun  mühüm  təzahürlərindən  biridir.  Ədəbiyyatda  haqlı 
olaraq Almaniyanın inzibati ədliyyə institutu məmurlar üzərində 
vətəndaş nəzarətini həyata keçirən xüsusi inzibati məhkəmələrin 
sistemi  kimi  qiymətləndirilir.
476
  Təsadüfi  deyildir  ki,  inzibati 
məhkəmə icraatının  klassik  modeli  hesab olunsa  da, müəyyən 
çatışmamazlıqlardan xali olmayan “fransız modeli” Almaniyada 
tənqidi yanaşma nəticəsində məhz müvafiq dəyişikliklərə məruz 
qalaraq təkmilləşdikdən sonra yenidən işlənmiş variantda tətbiq 
olunmağa başlamışdır.  
M.Fromon son dövrlər əsasən bu modelin diqqəti daha çox 
cəlb etməsinin səbəblərindən biri kimi, hakimlərin qərar qəbul 
edərkən mütəmadi olaraq inkişaf edərək təkmilləşən doktrinaya 
əsaslanmasını da aid  edir
477
. Ümumiyyətlə, qeyd etməliyik  ki, 
tarixi kökləri qədim olan hüquq doktrinası ənənəvi olaraq qitə 
                                                           
476
 Şabanov R., Yanq R. Azərbaycanda müasir dövlət qulluğu modeli axtarışı: dünya təcrübəsi 
kontektində. Bakı, 2004, s. 79 
477
  Фромон  М.  Типы  внутригосударственного  административного  права  в  Европе  // 
Дайджест публичного права Гейдельбергского Института Макса Планка, 2 (2012), с. 334, 
339 


281 
 
hüququnda  əhəmiyyətli  rol  oynasa  da,  statut  hüququ,  yazılı 
qanunlar  burada  prioritet  təşkil  edir.  Roman-german  hüquq 
ailəsinə aid olan bütün milli hüquq sistemlərində qanunlar hüqu-
qun əsas mənbəyi kimi çıxış edir, qanunyaradıcılığı prosesində 
məcəllələşdirməyə mühüm önəm verilir. 
Təşkilati  və  formal  baxımdan  yanaşdıqda  inzibati  ədliyyə 
inzibati  məhkəmə  icraatı  və  ya  kvaziməhkəmə  yurisdiksiyon 
icraat formasında həyata keçirilsə də, onun mahiyyəti dəyişmir. 
Hər  bir  dövlətdə  bu  institutun  əsas  məqsədi  vətəndaşların 
hüquqlarını və qanunla  qorunan maraqlarını administrasiyanın 
fəaliyyətindən  mümkün  həddə  qorumaqdan,  sosial  qruplar 
arasındakı  münasibətlərin  tənzimlənməsindən,  sosial  münaqi-
şələrə  yol  verməməkdən,  inzibati  orqanlara  ictimai  etimadı 
gücləndirmək  vasitəsilə  vətəndaşların  rifah  səviyyəsinin  və 
inzibati  orqanların  fəaliyyətindən    məmnunluq  səviyyəsinin 
təmin olunmasından ibarətdir.  
Qeyd edək ki, sosial münaqişələrin qarşısını almağa xidmət 
etməklə inzibati məhkəmə icraatı hüququn siyasi funksiyasını da 
yerinə  yetirməyə  istiqamətlənir.  Belə  ki,  hüququn  siyasi 
funksiyası  ilk  növbədə  hakimiyyət  münasibətlərinin  və  cə-
miyyətin  sosial  qrupları  arasındakı  münasibətlərin  təzimlən-
məsinə  xidmət  edir.  Ədəbiyyatda  haqlı  olaraq  qeyd  olunur  ki, 
dövlətin,  siniflərin  və  millətlərin  təşəkkül  tapdığı  zamandan 
etibarən  siniflər  arasındakı  münasibətlərin  tənzimlənməsində 
hüququn  rolu  mühüm  olmuşdur  və  belə  olaraq  da  qalmaq-
dadır.
478
  
Belə  qənaətə  gələ  bilərik  ki,  müxtəlif  inkişaf  mərhələ-
lərindən keçən inzibati məhkəmə  icraatı institutu  tarixi  inkişaf 
                                                           
478
  Ümumi  hüquq  və  dövlət  nəzəriyyəsi:  Dərslik  /  V.V.Lazarevin  redaktəsi  ilə.  Bakı:  Qanun, 
2006, s. 159 


282 
 
prosesində  nəinki  struktur,  həm  də  funksional  mahiyyət  baxı-
mından  mühüm  dəyişikliklərə  məruz  qalmışdır.  XIX  əsrin  bi-
rinci yarısında administrasiyanın müstəqilliyinin və onun məh-
kəmələrdən  asılı  olmadan  fəaliyyət  göstərməsinin  təminatçısı, 
“inzibati özbaşınalığın leqallaşdırılması vasitəsi” kimi yaranan 
inzibati  məhkəmə  icraatı  islahatlardan  sonra  hüquqi  dövlətin 
mühüm atributlarından birinə çevrilmişdir.
479
 Müasir dövrdə bu 
institut  hüquqi dövlətin vətəndaşlarının hüquq və maraqlarının 
administrasiyanın  özbaşınalığından  qorunmasına  xidmət  edən 
mühüm inzibati-hüquqi mexanizm kimi çıxış edir.  
Beləliklə,  apardığımız  araşdırmanı  ümumiləşdirərək  qeyd 
edə  bilərik  ki,  öz  mahiyyəti  etibarilə  maddi,  təşkilati  və  pro-
sessual  elementlərin sistemi  kimi  çıxış  edən inzibati məhkəmə 
icraatının  beynəlxalq  təcrübədə  mövcud  olan  bütün  əsas  mo-
delləri hüquqi dövlətin mühüm atributu kimi ümumi idarəetmə 
sahəsində  hüquq  qaydasının  və  qanunçuluğun  təmininə,  və-
təndaş hüquqlarının və maraqlarının əsassız müdaxilədən müda-
fiəsinə xidmət edən nəzarət mexanizmi kimi çıxış edir. 
 
 
 
 
                                                           
479
 Правилова А.Е.  Законность и права личности. Административная юстиция в России:  
Research Support  Scheme, Copyright  2000, с. 23  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə