58
subyektlərə münasibətdə məhdudlaşdırıldığının şahidi oluruq. Belə ki, əcnəbi və
vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar,
habelə xarici dövlətlər ölkəmizdə torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə
edə bilərlər.
Bazar prinsipləri baxımından torpaq islahatı prossesini qiymətləndirən zaman
nəzərə alınmalı olan kriteriyalardan biri torpaqların bölüşdürmə strategiyasıdır. Bu
baxımdan keçid iqtisadiyyatlı ölkələrdə pay bölgüsü formasında(the form of share
distribution) və fiziki formada(the form of physical plots) bölgü strategiyalarının
fərqləndiyini görürük.
Pay bölgüsü sisteminə görə torpaqların özəlləşdirilməsi bir-birindən elə də
ayrılmayan iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə torpaqlar vahid dövlət
mülkiyyətindən kollektiv təsərrüfatlarda çalışan və həmin ərazilərdə yaşayan kəndlilərin
kollektiv mülkiyyətinə verilir. Başqa sözlə torpaqlar fərdi qaydada deyil, kollektiv
formada “özəlləşdirilir”. kinci mərhələdə isə fərdlər həmin kollektiv mülkiyyətdə
özlərinin payını əks etdirən şəhadətnamələr əldə edirlər. Adətən “torpaq payları”(land
shares) kimi ifadə olunan bu şəhadətnamələr torpaqları fiziki baxımdan əks
etdirmədiyindən professor Zvi Lerman tərəfindən “sənəd payları”(paper shares)
adlandırılmışdır
32
. Tam şəkildə Rusiya, Ukrayna, Qırğızıstan, Qazaxıstan və
Tacikstanda tətbiq olunan bu sistem mütəxxəsislər tərəfindən mülkiyyətçilərin öz
torpaqları üzərində mülkiyyət və istifadə hüquqlarını ötürə bilmə imkanlarını
məhdudlaşdırdığından bazar prinsiplərinə tam uyğun hesab olunmur.
Fiziki formada bölgü sistemində isə torpaqlar birbaşa fiziki şəkildə mülkiyyətçilərə
paylanır. Mərkəzi və Şərqi Avropa, Baltikyanı ölkələr, Ermənistan və Gürcüstan
tərəfindən tətbiq olunan bu sistemi mütəxxəsislər əvvəlki sistemə nisbətən bazar
prinsiplərinə daha uyğun hesab edirlər. Çünki bu zaman torpaq sahibi öz torpağını
praktiki olaraq istənilən bazar əməliyyatlarına cəlb etmək imkanlarına malikdir.
Moldova və Azərbaycanda isə başlanğıcada Rusiya və Ukraynadakı kimi pay
bölgüsü sistemi qəbul edilsə də, sonralar kütləvi şəkildə həmin pay sənədlərinin fiziki
32
Johan Swinnen and Ayo Heinegg, “On the Political Economy of Land Reforms in the Former Soviet Union”,
Katholieke Universiteit Leuven, LICOS Centre for Transition Economics,
http://www.econ.kuleuven.ac.be/licos
, Belgium,
Discussion Paper 115/2002, səhfə: 4-5;
59
ə
razilərə çevrilməsi prossesi aparıldı
33
. Bu baxımdan ölkəmizdə tətbiq olunan sistemi
qarışıq bölüşdürmə strategiyası adlandırsaq daha doğru olar. Məhz pay torpaqlarının
bölüşdürülməsinin bu qədər uzanmasının əsas səbəblərindən biri də bu sistem olmuşdur.
Keçid ölkələrində torpaqların özəlləşdirilməsi zamanı qarşıya çıxan əsas prinsipial
məsələlərdən biri torpaq payı alacaq subyektlərin təyin edilməsi olmuşdur. Bu zaman
təzminat(restitution) və bölüşdürmə(distribution) adlı iki fərqli sistem ortaya
çıxmışdır.
Ə
sasən Mərkəzi və Şərqi Avropa və Baltikyanı ölkələrdə tətbiq olunan təzminat
sisteminə əsasən torpaqlar milliləşdirmə və kollektivləşdirmə nəticəsində torpaqlarından
məhrum olunmuş subyektlər və ya onların varisləri arasında bölüşdürülmüşdür.
Sovetlər Birliyinin əksər ölkələrinə xas olan bölüşdürmə sistemində isə torpaqlar
kəndlilər və təsərrüfat işçiləri arasında bölüşdürülmüşdür.
Rumuniya və Macarıstanda isə bu sistemlərin hər ikisindən istifadə edilmişdir ki,
bu da ədalətliliyin təmin edilməsi baxımından mütəxxəsislər tərəfindən ən yaxşı variant
hesab olunur.
Bu baxımdan ölkəmizdə təzminat sistemindən istifadə edilməmiş, bölüşdürmə
sisteminə üstünlük verimişdir. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 12-ci
maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilməsi zamanı pay almaq hüququ
olan subyektlər belə təyin edilmişdir:
Sovxoz və kolxozlarda daimi işləyən şəxslər;
“Torpaq islahatı haqqında” Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri
sovxozun və kolxozun ərazisində olan şəxslər;
Sovxoz və kolxozdan təqaüdə çıxmış və müvafiq rayonun(şəhərin) ərazisində
yaşayan şəxslər;
Sovxoz və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və
müvəqqəti qaib olmuş şəxslər;
“Torpaq islahatı haqqında” Qanun qüvvəyə mindiyi günədək sovxoz və ya
kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən
təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli(fermer)
33
Zvi Lerman, Csaba Csaki, and Gershon Feder, “Land Policies and Evolving Farm Structures in Transition
Countries”, World Bank, January, 2002,səhfə: 77;
60
təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və
ə
sas iş yeri həmin müəssisələr olan şəxslər;
Adı çəkilən Qanunun 14-cü maddəsinə əsasən AR-nin ərazi bütövlüyü uğrunda
döyüşlərdə həlak olanların ailələrinə, əlil olmuş müharibə veteranlarına və Çernobıl
qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə
bir torpaq payının verilməsi də nəzərdə tutulmuşdur ki, bu da özəlləşdirmə prossesinin
sosial tərəfinə misal ola bilər.
Göründüyü kimi ölkəmizdə aparılan torpaq özəlləşdirilməsi prossesində
milliləşdirmə və kollektivləşdirmə nəticəsində öz torpaqlarını itirmiş şəxslər və ya
onların varislərinin nəzərə alınmaması aparılan islahatların çatışmayan cəhəti kimi
qiymətləndirilə bilər.
Aqrar sektorda aparılan özəlləşdirmə prossesinin digər mühüm bir istiqaməti də
sovxoz və kolxozların resturkturizasiyası sahəsindədir. Ölkəmizdə bu məsələlərin
həllinin hüquqi bazası 18 fevral 1995-ci ildə sovxoz və kolxozların istifadəsindəki
torpaqdan və əmlakdan pay almaq hüququ olan şəxslər tərəfindən təsərrüfatın hər hansı
təşkilati-hüquqi formasının könüllü seçilməsinə və yaradılmasına təminat vermək
məqsədilə qəbul olunmuş “Sovxoz və kolxozların islahatı haqqında” qanundur.
Sovxoz və kolxozların islahatı prossesində islahatın obyekti kimi onların istifadəsində
olan torpaq və əmlak çıxış edir. Bu zaman torpaq islahatı “Torpaq islahatı haqqında”
qanunla tənzimlənsə də, əmlakın bölgüsü bu qanunla tənzimlənir. Qanunun 2-ci
maddəsinə əsasən sovxoz və kolxozun əmlakından pay almalı olan subyektlər
aşağıdakılardır:
Sovxoz və kolxozların daimi işçiləri və üzvləri;
Sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər;
Sovxoz və kolxozdan müddətli hərbi xidmətə çağrılmış şəxslər;
Sovxoz və kolxozdan seçkili dövlət orqanlarına seçilmiş şəxslər;
slahat zamanı dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən
və əmlakı dövlət mülkiyyətində saxlanılan müssisələrə bölünmüşdür. Belə ki,
toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və
tədris müəssisələrinin təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət
ə
həmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün
Dostları ilə paylaş: |