5
formalaşdırılması və bu formalaşan münasibətlərin daim inkişaf etdirilərək dövrün
tələblərinə uyğunlaşdırılmasına imkan verən səmərəli dövlət tənzimlənməsi sisteminin
yaradılması potensialını üzə çıxarmağa çalışmaqdır.
Obyekti bazar iqtisadiyyatına keçid şəraitində dövlətin aqrar siyasəti, predmeti isə
aqrar - sənaye kompleksinin(ASK) dövlət tənzimlənməsinin metodlar sisteminin,
xüsusilə də hüquqi tənzimləmə metodunun əsas məsələləri olan bu tədqiqat işində
ölkədaxili və ölkəxarici nəzəri-praktiki mənbələrdən, xüsusilə bu sahədə BMT, Dünya
Bankı, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Ticarət Təşkilatı, BMT-nin Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatı (FAO) kimi beynəlxalq qurumların, ayrı-ayrı dövlətlərin
aqrar sahə ilə bağlı hökümət, qeyri-hökümət qurumlarının araşdırma və normativ
xarakterli sənədlərindən və Azərbaycan Respublikasının aqrar siyasətini özündə əks
etdirən normativ-hüquqi aqtlardan ətraflı şəkildə istifadə edilmiş, ümumnəzəri
tədqiqat metodları (deduksiya, induksiya, analiz, sintez və.s) ilə yanaşı iqtisad elminin
özünəməxsus araşdırma metodları olan modelləşdirmə, indeksləşdirmə, müqayisəli
təhlil və.s metodlar da zaman-zaman geniş tətbiq edilərək qarşıya qoyulan məqsədlərə
nail olunmağa çalışılmışdır.
ş
in birinci fəslində aqrar münasibətlər sistemi və dövlətin aqrar siyasəti normativ
iqtisad metodologiyası baxımından iqtisadi nəzəriyyə məktəbəri üzrə araşdırılmış, bazar
iqtisadiyyatı şəraitində aqrar münasibətlərin tənzimlənməsi prossesində istifadə olunan
forma və metodlar ümumiləşdirilməyə çalışılmış və bu sahədə mühüm tənzimləmə
metodu olan hüquqi tənzimləmənin mahiyyəti və əsas prinsiplərinə nəzər yetirilmişdir.
kinci fəsildə pozitiv iqtisad metodologiyası baxımından mövcud keçid
iqtisadiyyatı şəraitində ölkəmizdə aqrar münasibətlərin yenidən qurulması və
tənzimlənməsi ilə bağlı həyata keçirilən dövlət siyasətinin əsas aspektlərinə nəzər
yetirilmiş, xüsusilə aparılan aqrar islahatların iqtisadi-hüquqi bazası geniş şərh edilmiş
və islahatlar nətcəsində formalaşan yeni iqtisadi münasibətlərin müasir vəziyyəti
qiymətləndirilməyə çalışılmışdır.
Sonuncu
fəsildə
isə
ölkədə
aqrar
münasibətlərin
tənzimlənməsinin
təkmilləşdirilməsi məsələlərinə diqqət yetirilmiş və bu məqsədlə dünya ölkələrinin
təcrübəsi onların iqtisadi inkişaf səviyyəsi üzrə öyrənilməklə bu təcrübədən istifadə
imkanları ümumiləşdirilməyə çalışılmışdır.
6
Beləliklə, əsas elmi yeniliyi aqrar münasibətlərin dövlət tənzimlənməsinin forma
və metodlarını kompleks şəkildə və dünya iqtisadiyyatında baş verən qlobal meyllər
işığında şərh etmək olan bu dissertasiya işi ölkəmizin yaxın illərdə ÜTT-ə qəbul
edilməsi perespektivini də nəzərə alsaq qeyd edə bilərik ki, yeni qaydalara uyğun və
milli mənafeləri qorumağa imkan verən dövlət siyasətinin formalaşdırılması yolunda
müəyyən praktiki əhəmiyyət daşıyacaqdır.
7
Fəsil I: Aqrar münasibətlər sistemi və onun tənzimlən-
məsinin nəzəri əsasları
1.1 Dövlətin aqrar siyasəti, onun mahiyyəti və vəzifələri
nsan övladının öz ehtiyaclarını təbiətin hazır resursları ilə ödəyərək yaşadığı
“mənimsəmə iqtisadiyyatı” mərhələsindən “istehsal iqtisadiyyatı” mərhələsinə keçdiyi
andan ilk fəaliyyət sahəsi olan aqrar sektor, iqtisadiyyatın ən qədim sahəsi olmaqla uzun
bir tarixi yol keçmişdir. Aqrar sektor fəaliyyətlərinin iqtisadi həyatdakı rolunun daim
dəyişildiyi və iqtisadi inkişafın hər bir mərhələsində yeni məzmun kəsb etdiyi bu
müddət ərzində təbii olaraq bu fəaliyyətlərlə bağlı nəzəri baxışlar və bir növ bu
baxışların ümumiləşdirilərək gerçək həyatda reallaşdırlma forması olan iqtisadi siyasət
doktrinaları da dəyişərək inkişaf etmiş və bu günkü səviyyəsinə gəlib çatmışdır. Bu
dəyişiklikləri dünya iqtisadi inkişaf tarixinin üç böyük mərhələsi üzrə xarakterizə etmək
mümkündür:
“Birinci dalğa” (first wave) kimi ifadə olunan, kənd təsərrüfatı və təbii resurslara
ə
saslanan inkişaf mərhələsi: Bu mərhələ əsasən sənaye kapitalizminə qədərki dövrü
ə
hatə edir və iqtisadiyyatda aqrar sektorun hakim olduğu dövrdür. Əhalinin
kəndlərdə yaşayaraq primitiv texnologiyalar əsasında istehsal fəaliyyətini davam
etdirdiyi bu dövrdə yaranan nəzəriyyələrin, həyata keçirilən iqtisadi siyasətin
mərkəzində aqrar təsərrüfat fəaliyyətləri dayanır;
kinci dalğa” (second wave) kimi ifadə olunan sənayeləşmə mərhələsi: Dünya
ölkələrində bütövlükdə həmin dövrə qədər olan sosial, iqtisadi, siyasi və mədəni
həyatı dəyişdirmiş sənayeləşmə prossesi iqtisadi nəzəriyyələri və dövlət siyasətini də
bu prossesin sürətləndirilməsi və sənaye sektorunun inkişaf etdirilməsi yolunda aqrar
sektorun rolunun qiymətləndirilməsi və artırılması istiqamətinə yönəltmişdir;
“Üçüncü dalğa” (third wave) kimi ifadə olunan post-sənaye mərhələsi: 1960-70-ci
illərdən başlayan elmi-texniki inqilabla ortaya çıxan və 1980-ci illərdən başlayaraq
liberallaşma və qloballaşma prossesləri ilə birləşən və digər adı informasiya
cəmiyyəti dövrü adlanan bu mərhələ iqtisadi nəzəriyyələr və həyata keçirilən iqtisadi
Dostları ilə paylaş: |