36
hesabla 1 ha əkilən əraziyə düşən məhsul istehsalı 237 $ olmuşdur ki, bu ABŞ - dakı
müvafiq göstəricidən 1,8 dəfə, Avropa Birliyindəkindən isə 3,4 dəfə, hər 1000 ha
ə
raziyə düşən işçi sayı 346,1 nəfər olmuşdur ki, bu ABŞ-dakı müvafiq göstəricidən 24,7
dəfə, Avropa Birliyindəkindən isə 2,4 dəfə yüksək, hər 1000 ha əraziyə düşən traktor
sayı 29 ədəd olmuşdur ki, bu ABŞ-dakı müvafiq göstəriciyə bərabər, Avropa
Birliyindəkindən 3,6 dəfə aşağı, hər 100 işçiyə düşən traktor sayı isə 10 ədəd olmuşdur
ki, bu da ABŞ-dakı müvafiq göstəricidən 18,2 dəfə, Avropa Birliyindəkindən isə 7,2
dəfə aşağı göstəricidir və bu göstəricilər Azərbaycan Respublikası üzrə daha da aşağı
səviyyədə olmuşdur.
Beləliklə, 1990-cı illərdən başlayaraq Azərbaycan da daxil olmaqla Sovetlər
Birliyindən ayrılan bütün ölkələrdə bazar iqtisadiyyatına keçid prossesi başlamış və bu
prosses əhalinin orta hesabla 45%-nin yaşadığı kənd yaşayış məskənlərini və ümumi
məşğuluqdakı payı orta hesabla 30%, ÜDM-dəki payı isə 25% olan aqrar sektoru da
ə
hatə etmişdir. Bu zaman mövcud qeyri-səmərəli aqrar sektorun səmərəli bazar
iqtisadiyyatı prinsipləri əsasında yenidən qurulması aparılan islahatlar qarşısında
makroiqtisadi və mikroiqtisadi səviyyələrdə bir sıra məsələlərin həll edilməsini zərurətə
çevirmişdir ki, bunlar da ümumi şəkildə 8 №-li Əlavədə verilmişdir.
25 may 1991-ci il tarixli “AR-nin iqtisadi müstəqilliyinin əsasları haqqında” və
18 oktyabr 1991-ci il tarixli “AR-nin dövlət müstəqilliyi haqqında” Konstitusiya
aqtlarının Ali Sovet tərəfindən qəbulundan sonra demokratiya, hüquq dövləti və bazar
iqtisadyyatı yolunu tutduğunu bəyan edərək iqtisadi və siyasi müstəqilliyini əldə edən
ölkəmiz də aqrar sektor da daxil olmaqla iqtisadiyyatın bütün sahələrində bazar
islahatlarının aparılması mərhələsinə daxil oldu.
Bazarın formalaşdırılması yolunda atılan ilk addımlardan biri mülkiyyət
münasibətlərinin hüquqi əsaslarının yaradılması olmuş və bu məqsədlə 9 noyabr 1991-
ci ildə “Mülkiyyət haqqında” qanun qəbul edilmişdir. Qanun ölkədə mülkiyyət
hüququnu tam olaraq təsdiq edir, mülkiyyətçinin öz mülkiyyəti üzərində sahibolma,
ondan istifadə və onun barəsində sərəncam vermə səlahiyyətlərini müəyyən edirdi.
Mülkiyyətçinin ixtiyarı var ki, ona məxsus əmlakı başqa şəxslərə əvəzli və ya əvəzsiz
olaraq, digər şəxslərin müvəqqəti istifadəsinə versin, girov qoysun, özü və ya başqaları
tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyətinə cəlb edərək gəlir əldə etsin.
37
Mülkiyyətçi onun öhdəliklərinin həyata keçirilməsi, törətdiyi qanun pozuntuları ilə
bağlı və təbii fəlakətlər və dövlət məqsədləri üçün milliləşdirmə halları xaricində
məcburi şəkildə əmlakından məhrum edilə bilməz. Milliləşdirmə zamanı əmlakın tam
dəyəri və bəhrəsi mülkiyyətçiyə dövlət tərəfindən ödənilir. Bundan başqa qanun
mülkiyyətin formaları, subyektləri və obyektləri ilə bağlı maddələri də özündə
birləşdirirdi. Hal-hazırda isə mülkiyyət hüququ ilə bağlı əsas normalar 1 sentyabr 2000-
ci ildən qüvvədə olan “AR-nin Mülki Məcəlləsi”ndə cəmləşmişdir.
Mübadilənin ilkin şərti olan mülkiyyət məsələlərinin aydınlaşdırılması işindən
sonra bazar iqtisadiyyatının formalaşdırılmasının digər mühüm bir şərti, qiymətlərin
sərbəstləşdirilməsi həyata keçirilməli idi. Əks halda nə xarici investisiyaları ölkəyə cəlb
etmək, nə özəlləşdirməni həyata keçirmək, nə də istehsalı genişləndirib ölkədə məhsul
bolluğu yaratmaq mümkün olardı. Həmin dövrdə ölkəmizdə topdansatış və
pərakəndəsatış qiymətləri arasında ziddiyyətlər açıq-aydın hiss olunur, onlar məhsulun
real dəyərini, tələb və təklifin təsirini əks etdirmir, daxili qiymətlər dünya bazarı
qiymətlərindən tamam təcrid olunmuş vəziyyətdə idi. Bu məqsədlə 1992-ci il 2
yanvarda prezidentin “Qiymət və tariflərin sərbəstləşdirilməsi haqqında” 540 saylı
tarixi fərmanı və buna müvafiq olaraq Nazirlər Kabinetinin “Qiymət və tariflərin
sərbəstləşdirilməsi tədbirləri haqqında” 3 saylı qərarı qəbul edildi və beləliklə
aşağıdakılar istisna olmaqla bütün məhsul və xidmətlərə tələb və təklifə əsaslanan bazar
qiymələrinin tətbiq olunması nəzərdə tutulurdu:
Neft və qaz kondensatı, təbii və sıxılmış qaz;
Mühərrik və soba yanacağı, ağ neft, benzin;
Elektrik və istilik enerjisi;
Çörək, uşaq qidasının əsas növləri, o cümlədən yeyinti konsentratları;
Tibbi təyinatlı məhsullar və dərman ləvazimatı;
Taksidən başqa, əhaliyə nəqliyyat xidməti;
Telefon üçün abonə haqqı;
Yataqxanada yaşamağa görə haqq da daxil olmaqla mənzil kirayəsi haqqı;
Kommunal xidmətlərin əsas növləri;
38
Məhz bu məhsulların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi təsbit
edilmişdir. Göründüyü kimi bu siyahı aqrar sektorda istifadə edilən bir sıra istehsal
faktorları ilə yanaşı bu sektorun bəzi məhsullarını da əhatə edir.
Aqrar sektorda bazar iqtisadiyyatı prinsiplərinin formalaşdırılması prossesində
maddi-maliyyə resurslarına, yeni texnika və texnologiyaya, yeni idarəçilik qaydalarının
tətbiqinə, bütövükdə mütərəqqi bazar üsul və metodlarının yayılmasına böyük ehtiyac
vardır ki, bunlar da yalnız daxili potensial hesabına həyata keçirilə bilməzdi. Bunun
üçün xarici investorların ölkə iqtisadiyyatına cəlb olunması zəruri idi. Məhz bu
məqsədlə 15 yanvar 1992-ci ildə AR-də xarici investisiya qoyuluşlarının iqtisadi və
hüquqi əsaslarını müəyyənləşdirən, xarici investorların hüquqlarının müdafiəsinə
təminat verən “Xarici investisiyaların qorunması haqqında” qanun qəbul edildi.
Qanunla AR-da xarici investorlar kimi xarici hüquqi şəxslər, xarici vətəndaşlar,
vətəndaşlığı olmayan şəxslər, xaricdə daimi yaşayış yeri olan AR vətəndaşları, xarici
dövlətlər və beynəlxalq təşkilatlar çıxış edə bilər və xarici investisiyaların aşağıdakı
formalarda qoyulmasının mümkünlüyü də göstərilir:
Ölkəmizin hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan müəssisələrdə,
təşkilatlarda payçılıq iştirakı;
Tamamilə xarici investorlara məxsus müəssisələrin yaradılması;
Müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak
payının, səhmlərin, istiqrazların və digər qiymətli kağızların və qanunla mümkün
olan digər əmlakın əldə edilməsi;
Torpaqdan və başqa təbii ehtiyatlardan istifadə hüquqlarının, habelə digər əmlak
hüquqlarının əldə edilməsi;
AR-nin hüquqi şəxsləri və vətəndaşları ilə xarici investisiya qoyluşunun başqa
formalarını nəzərdə tutan müqavilələr bağlanması;
Bununla yanaşı xarici investorlara dövlətsizləşdirmə və özəlləşdirmədə iştirak
hüququ verilməsi, onların fəaliyyətinin hüquqi rejiminin milli hüquqi və fiziki
şə
xslərinkindən az əlverişli ola bilməməsi, onlara vergi və başqa güzəştlərin verilə
bilməsi, qanunvericiliklə qadağan olunmayan istənilən fəaliyyət növü ilə məşğul ola
bilmələri, müdafiə, milli təhlükəsizlik və ictimai qaydaların təmin olunması, vergi,
kredit, maliyyə, ətraf mühit, əxlaq və sağlamlığın mühafizəsi ilə bağlı qanunvericilik
Dostları ilə paylaş: |