Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə14/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   10   11   12   13   14   15   16   17   ...   48

 
36 
hesabla  1 ha əkilən əraziyə düşən məhsul istehsalı 237 $ olmuşdur ki, bu ABŞ - dakı 
müvafiq  göstəricidən  1,8  dəfə,  Avropa  Birliyindəkindən  isə  3,4  dəfə,  hər  1000  ha  
ə
raziyə düşən işçi sayı 346,1 nəfər olmuşdur ki, bu ABŞ-dakı müvafiq göstəricidən 24,7 
dəfə,  Avropa  Birliyindəkindən  isə  2,4  dəfə  yüksək,  hər  1000  ha  əraziyə  düşən  traktor 
sayı  29  ədəd  olmuşdur  ki,  bu  ABŞ-dakı  müvafiq  göstəriciyə  bərabər,  Avropa 
Birliyindəkindən 3,6 dəfə aşağı, hər 100 işçiyə düşən traktor sayı isə 10 ədəd olmuşdur 
ki,  bu  da  ABŞ-dakı  müvafiq  göstəricidən  18,2  dəfə,  Avropa  Birliyindəkindən  isə  7,2 
dəfə  aşağı  göstəricidir  və  bu  göstəricilər  Azərbaycan  Respublikası  üzrə  daha  da  aşağı 
səviyyədə olmuşdur.     
Beləliklə,  1990-cı  illərdən  başlayaraq  Azərbaycan  da  daxil  olmaqla  Sovetlər 
Birliyindən ayrılan bütün ölkələrdə bazar iqtisadiyyatına keçid prossesi başlamış və bu 
prosses  əhalinin  orta  hesabla  45%-nin  yaşadığı  kənd  yaşayış  məskənlərini  və  ümumi 
məşğuluqdakı  payı  orta  hesabla  30%,  ÜDM-dəki  payı  isə  25%  olan  aqrar  sektoru  da 
ə
hatə  etmişdir.  Bu  zaman  mövcud  qeyri-səmərəli  aqrar  sektorun  səmərəli  bazar 
iqtisadiyyatı  prinsipləri  əsasında  yenidən  qurulması  aparılan  islahatlar  qarşısında 
makroiqtisadi və mikroiqtisadi səviyyələrdə bir sıra məsələlərin həll edilməsini zərurətə 
çevirmişdir ki, bunlar da ümumi şəkildə -li Əlavədə verilmişdir.   
25 may 1991-ci il tarixli “AR-nin iqtisadi müstəqilliyinin əsasları haqqında”  və 
18  oktyabr  1991-ci  il  tarixli  “AR-nin  dövlət  müstəqilliyi  haqqında”  Konstitusiya 
aqtlarının  Ali  Sovet  tərəfindən  qəbulundan  sonra  demokratiya,  hüquq  dövləti  və  bazar 
iqtisadyyatı  yolunu  tutduğunu  bəyan  edərək  iqtisadi  və  siyasi  müstəqilliyini  əldə  edən 
ölkəmiz  də  aqrar  sektor  da  daxil  olmaqla  iqtisadiyyatın  bütün  sahələrində  bazar 
islahatlarının aparılması mərhələsinə daxil oldu.   
Bazarın  formalaşdırılması  yolunda  atılan  ilk  addımlardan  biri  mülkiyyət 
münasibətlərinin hüquqi əsaslarının yaradılması olmuş və bu məqsədlə 9 noyabr 1991-
ci  ildə  “Mülkiyyət  haqqında”  qanun  qəbul  edilmişdir.  Qanun  ölkədə  mülkiyyət 
hüququnu  tam  olaraq  təsdiq  edir,  mülkiyyətçinin  öz  mülkiyyəti  üzərində  sahibolma, 
ondan  istifadə  və  onun  barəsində  sərəncam  vermə  səlahiyyətlərini  müəyyən  edirdi. 
Mülkiyyətçinin  ixtiyarı  var  ki,  ona  məxsus  əmlakı  başqa  şəxslərə  əvəzli  və  ya  əvəzsiz 
olaraq, digər şəxslərin müvəqqəti istifadəsinə versin, girov qoysun, özü və ya başqaları 
tərəfindən  həyata  keçirilən  sahibkarlıq  fəaliyyətinə  cəlb  edərək  gəlir  əldə  etsin. 


 
37 
Mülkiyyətçi  onun  öhdəliklərinin  həyata  keçirilməsi,  törətdiyi  qanun  pozuntuları  ilə 
bağlı  və  təbii  fəlakətlər  və  dövlət  məqsədləri  üçün  milliləşdirmə  halları  xaricində 
məcburi  şəkildə  əmlakından  məhrum  edilə  bilməz.  Milliləşdirmə  zamanı  əmlakın  tam 
dəyəri  və  bəhrəsi  mülkiyyətçiyə  dövlət  tərəfindən  ödənilir.  Bundan  başqa  qanun 
mülkiyyətin  formaları,  subyektləri  və  obyektləri  ilə  bağlı  maddələri  də  özündə 
birləşdirirdi. Hal-hazırda isə mülkiyyət hüququ ilə bağlı əsas normalar  1 sentyabr 2000-
ci ildən qüvvədə olan “AR-nin Mülki Məcəlləsi”ndə cəmləşmişdir. 
Mübadilənin  ilkin  şərti  olan  mülkiyyət  məsələlərinin  aydınlaşdırılması  işindən 
sonra  bazar  iqtisadiyyatının  formalaşdırılmasının  digər  mühüm  bir  şərti,  qiymətlərin 
sərbəstləşdirilməsi həyata keçirilməli idi. Əks halda nə xarici investisiyaları ölkəyə cəlb 
etmək, nə  özəlləşdirməni həyata keçirmək, nə də istehsalı genişləndirib ölkədə  məhsul 
bolluğu  yaratmaq  mümkün  olardı.  Həmin  dövrdə  ölkəmizdə  topdansatış  və 
pərakəndəsatış  qiymətləri  arasında  ziddiyyətlər  açıq-aydın  hiss  olunur,  onlar  məhsulun 
real  dəyərini,  tələb  və  təklifin  təsirini  əks  etdirmir,  daxili  qiymətlər  dünya  bazarı 
qiymətlərindən  tamam  təcrid  olunmuş  vəziyyətdə  idi.  Bu  məqsədlə  1992-ci  il  2 
yanvarda  prezidentin  “Qiymət  və  tariflərin  sərbəstləşdirilməsi  haqqında”  540  saylı 
tarixi  fərmanı  və  buna  müvafiq  olaraq  Nazirlər  Kabinetinin  “Qiymət  və  tariflərin 
sərbəstləşdirilməsi  tədbirləri  haqqında”  3  saylı  qərarı  qəbul  edildi  və  beləliklə 
aşağıdakılar istisna olmaqla bütün məhsul və xidmətlərə tələb və təklifə əsaslanan bazar 
qiymələrinin tətbiq olunması nəzərdə tutulurdu: 
 
Neft və qaz kondensatı, təbii və sıxılmış qaz; 
 
Mühərrik və soba yanacağı, ağ neft, benzin; 
 
Elektrik və istilik enerjisi; 
 
Çörək, uşaq qidasının əsas növləri, o cümlədən yeyinti konsentratları; 
 
Tibbi təyinatlı məhsullar və dərman ləvazimatı; 
 
Taksidən başqa, əhaliyə nəqliyyat xidməti; 
 
Telefon üçün abonə haqqı; 
 
Yataqxanada yaşamağa görə haqq da daxil olmaqla mənzil kirayəsi haqqı; 
 
Kommunal xidmətlərin əsas növləri; 


 
38 
Məhz  bu  məhsulların  qiymətlərinin  dövlət  tərəfindən  tənzimlənməsi  təsbit 
edilmişdir.  Göründüyü  kimi  bu  siyahı  aqrar  sektorda  istifadə  edilən  bir  sıra  istehsal 
faktorları ilə yanaşı bu sektorun bəzi məhsullarını da əhatə edir. 
Aqrar  sektorda  bazar  iqtisadiyyatı  prinsiplərinin  formalaşdırılması  prossesində 
maddi-maliyyə resurslarına, yeni texnika və texnologiyaya, yeni idarəçilik qaydalarının 
tətbiqinə,  bütövükdə  mütərəqqi  bazar  üsul  və  metodlarının  yayılmasına  böyük  ehtiyac 
vardır  ki,  bunlar  da  yalnız  daxili  potensial  hesabına  həyata  keçirilə  bilməzdi.  Bunun 
üçün  xarici  investorların  ölkə  iqtisadiyyatına  cəlb  olunması  zəruri  idi.  Məhz  bu 
məqsədlə  15  yanvar  1992-ci  ildə  AR-də  xarici  investisiya  qoyuluşlarının  iqtisadi  və 
hüquqi  əsaslarını  müəyyənləşdirən,  xarici  investorların  hüquqlarının  müdafiəsinə 
təminat  verən  “Xarici  investisiyaların  qorunması  haqqında”  qanun  qəbul  edildi. 
Qanunla  AR-da  xarici  investorlar  kimi  xarici  hüquqi  şəxslər,  xarici  vətəndaşlar, 
vətəndaşlığı  olmayan  şəxslər,  xaricdə  daimi  yaşayış  yeri  olan  AR  vətəndaşları,  xarici 
dövlətlər  və  beynəlxalq  təşkilatlar  çıxış  edə  bilər  və  xarici  investisiyaların  aşağıdakı 
formalarda qoyulmasının mümkünlüyü də göstərilir: 
 
Ölkəmizin  hüquqi  şəxsləri  və  vətəndaşları  ilə  birlikdə  yaradılan  müəssisələrdə, 
təşkilatlarda payçılıq iştirakı; 
 
Tamamilə xarici investorlara məxsus müəssisələrin yaradılması; 
 
Müəssisələrin,  əmlak  komplekslərinin,  binaların,  qurğuların,  müəssisələrdə  iştirak 
payının,  səhmlərin,  istiqrazların  və  digər  qiymətli  kağızların  və  qanunla  mümkün 
olan digər əmlakın əldə edilməsi; 
 
Torpaqdan  və  başqa  təbii  ehtiyatlardan  istifadə  hüquqlarının,  habelə  digər  əmlak 
hüquqlarının əldə edilməsi; 
 
AR-nin  hüquqi  şəxsləri  və  vətəndaşları  ilə  xarici  investisiya  qoyluşunun  başqa 
formalarını nəzərdə tutan müqavilələr bağlanması; 
Bununla  yanaşı  xarici  investorlara  dövlətsizləşdirmə  və  özəlləşdirmədə  iştirak 
hüququ  verilməsi,  onların  fəaliyyətinin  hüquqi  rejiminin  milli  hüquqi  və  fiziki 
şə
xslərinkindən  az  əlverişli  ola  bilməməsi,  onlara  vergi  və  başqa  güzəştlərin  verilə 
bilməsi,  qanunvericiliklə  qadağan  olunmayan  istənilən  fəaliyyət  növü  ilə  məşğul  ola 
bilmələri,  müdafiə,  milli  təhlükəsizlik  və  ictimai  qaydaların  təmin  olunması,  vergi, 
kredit,  maliyyə,  ətraf  mühit,  əxlaq  və  sağlamlığın  mühafizəsi  ilə  bağlı  qanunvericilik 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə