Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri


məhsullarının  istehsalçılarına  neft  m



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə17/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   13   14   15   16   17   18   19   20   ...   48

 
45 
məhsullarının  istehsalçılarına  neft  məhsullarının  güzəştli  satışı  barədə”(26  mart 
1999 NK, 49 №-li qərarı) kimi normativ-hüquqi aqtlar da qəbul edilmişdir.   
Aqrar sektor xarakter etibarilə əməktutumlu sahə olduğundan bazar iqtisadiyyatına 
keçid  şəraitində  aqrar  əmək  münasibətlərinin  tənzimlənməsi  məsələləri  də  xüsusi 
aktuallıq  kəsb  edir.  şçi-işəgötürən  münasibətlərinin  tənzimlənməsi,  işçilərin  sosial 
müdafiəsinin  təmini  kimi  məsələləri  əhatə  edən  bu  prossesi  ölkəmizdə  ümumi  əmək 
hüququ  çərçivəsində  əvvəllər  əsasən  Əmək  Qanunları  Məcəlləsi  tənzimləyirdisə,  indi 
artıq  başda  Konstitusiya(12  noyabr  1995)  olmaqla  “Əmək  məcəlləsi”(1  iyul  1999) 
Məşğulluq  haqqında”(2  iyul  2001),  “Sosial  sığorta  haqqında”(18  fevral  1996) 
qanunlar,  1992-ci  ildən  ölkəmizin  qoşulduğu  “Sosial-iqtisadi  və  mədəni  hüquqlara 
dair  Beynəlxalq  Pakt”  və  Beynəlxalq  Əmək  Təşkilatının( nternational  Labour 
Organization) iştirakçısı olduğumuz 50-dək konvensiyası tərəfindən tənzimlənir. Adları 
çəkilən qanunvericilik aqtlarında işləmək azadlığı, sərbəst əmək müqavilələri bağlamaq 
azadlığı,  təhlükəsiz,  sağlam  iş  mühitində  çalışmaq  hüququ,  istirahət  hüququ,  günlük  8 
saatlıq  iş  gününün  təmini,  istirahət  və  bayram  günlərindən  istifadə  etmək  hüququ,  ildə 
azı  bir  dəfə  21  gündən  az  olmayan  ödənişli  məzuniyyət  hüququ,  həmkarlar 
təşkilatlarında birləşmək hüququ, tətil hüququ, işçilər arasında dini, irqi, cinsi və digər 
ə
lamətlərə  görə  fərqlərin  qoyulmasının  yolverilməzliyi  kimi  vacib  prinsiplər  öz  əksini 
tapmışdır. Bununla yanaşı fəaliyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq hər 
bir təsərrüfat subyekti işə qəbul zamanı hər bir işçi ilə özündə işçi və işə götürənlə bağlı 
informasiyaları, müqavilənin müddətini, işçinin əmək funksiyalarını, işəgötürənin əmək 
şə
raitinin  şərtləri,  əməyin  mühafizəsi,  iş  və  istirahət  vaxtı  və  məzuniyyət  üzrə 
öhdəliklərini,  tərəflər  arasında  yaranan  maddi  məsuliyyət  şərtlərini,  sosial  müdafiə 
məsələlərini,  mülkiyyət  münasibətlərini,  əmək  müqaviləsinin  dəyişdirilməsi  və  xitamı 
şə
rtlərini  özündə  əks  etdirən  və  işçi-işəgötürən  arasındakı  münasibətləri  tənzimləyən 
ə
sas  sənəd  hesab  olunan  fərdi  əmək  müqaviləsi  bağlayır  və  onun  bağlanması 
məcburidir
25
.  şşilərin  sosial  müdafiəsi  isə  ikili  maliyyələşmə  qaydasında  aparılır.  lk 
növbədə  hər  bir  işçi  aldığı  əmək  haqqının  müəyyən  hissəsini(hal-hazırda  3%-ni), 
sahibkar  isə  əmək  haqqı  fondunun  müəyyən  hissəsini(hal-hazırda  22%-ni)  məcburi 
qaydada  Dövlət  Sosal  Müdafiə  Fonduna  köçürür  və  bununla  da  məcburi  sosial  sığorta  
                                                 
25
Bax: AR-nin  Əmək Məcəlləsinə 1-ci əlavə, “AR-nin Əmək Məcəlləsi”, Qanun-2003, səhfə: 165-172; 


 
46 
və  pensiya  təminatı  üçün  zəruri  vəsait  əldə  edilmiş  olur.  Bununla  yanaşı 
qanunvericilikdə  sosial  sığorta  və  pensiya  sisteminin  könüllü  formaları  da  nəzərdə 
tutulmuşdur. 
Onu  da  qeyd  edək  ki,  aqrar  sektorda  əmək  münasibətləri  yuxarıda  göstərdimiz 
ə
mək  hüququnun  ümumi  müddəaları  ilə  yanaşı  kənd  təsərrüfatının  spesifik 
xüsusiyyətlərindən irəli gələrək həmin təsərrüfatların nizmnamələrində göstərilən xüsusi 
müddəalarla  da  tənzimlənə  bilər
26
.  Məsələn,  deyək  ki,  mövcud  qanunvericiliyə  görə 
temperatur  45˚C-dən  çox    -10  ̊  C-dən  az  olarsa,  açıq  havada  görülən  bütün  işlər 
dayandırılır  və  işçilərə  sərinlənmək  və  ya  isinmək  üçün  imkan  yaradılmaqla  fasilələr 
verilir.  Bu  müddəa  təsərrüfatın  daxili  qaydalarına  görə  qanunda  göstərilən  həddi 
keçməməklə fərqli şəkildə də tətbiq edilə bilər. 
Bazar  iqtisadiyyatı  şəraitində  aqrar  təsərrüfatların  büdcə  ilə  münasibətləri  də 
yenidən  qurulmaqdadır.  Belə  ki,  təsərrüfatlar  öz  fəaliyyətlərində  qanunla  təyin  edilmiş 
bütün  vergi  və  gömrük  rüsumlarını  ödəməyə  borcludurlar  və  müvafiq  dövlət  orqanları 
da  bu  ödənişin  həyata  keçirilməsinə  nəzarət  edirlər.  Göstərilən  münasibətlər  əvvəllər 
ayrı-ayrı vergi və gömrük qanunları ilə tənzimlənsə də hal-hazırda 25 iyul 1997-ci ildən 
qüvvədə  olan  “Gömrük  Məcəlləsi”,  1  yanvar  2001-ci  ildən qüvvəyə minən  “Vergilə
Məcəlləsi”  və  müvafiq  il  üçün  hər  il  qəbul  edilən  “Dövlət  büdcəsi  haqqında” 
qanunlarla  tənzimlənir.  “Gömrük  Məcəlləsi”  gömrük  rejimləri,  gömrük  ödənişləri,  
gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti, valyuta nəzarəti, gömrük güzəştləri kimi bir 
sıra məsələləri tənzimləyir və hal hazırda hər bir təsərrüfat subyekti 0-15% arası gömrük 
rüsumlarını  ödəyərək  idxal-ixrac  əməliyyatlarını  həyata  keçirə  bilər.  2001-ci  ildən 
qüvvədə  olan  “Vergi  Məcəlləsi”  isə  ölkədə  büdcə-vergi  münasibətləri  ilə  bağlı 
qanunvericiliyin inkişafında növbəti bir mərhələ sayıla bilər. Vergi ödəyiciləri ilə dövlət 
vergi  orqanları  arasındakı  münasibətlərin  kompleks  şəkildə  tənzimlənməsini  həyata 
keçirən bu məcəllə vergitutmanın formaları, vergi nəzarəti və onun formaları, vergilərin 
konkret növləri və onların tutulma qaydaları, vergi ödəyiciləri, vergi orqanlarının hüquq 
və  vəzifələri,  səlahiyyət  və  məsuliyyətləri  konkret  şəkildə  öz  əksini  tapmışdır.  Hal-
hazırda  Dövlət,  Muxtar  Respublika  və  Yerli(bələdiyyə)  vergilərdən  ibarət  olan  vergi 
                                                 
26
Sahib  Məmmədov,  “Əmək  hüquqları:  işçilər  və  həmkarlar  ittifaqları  fəalları  üçün  soraq  kitabı”,  elektron  kitab, 
www.kitabxana.org
, səhfə: 29; 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə