Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə15/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

 
39 
istisna  olmaqla  digər  qanunların  dəyişilməsi  investisiya  qoyuluşu  şəraitini 
pisləşdirdikdə  10  il  ərzində  investisiyanın  qoyulması  zamanı  qüvvədə  olan 
qanunvericiliyin  tətbiq  olunması,  milliləşdirmə  və  rekvizisiya  zamanı  investora  təxirə 
salınmadan  müqabil  və  səmərəli  kompensasiyanın  ödənilməsi,  istehsal  etdiyi  məhsula 
qiymətqoyma,  satış  sərbəstliyinin  verilməsi,  məcburi  sığorta  xaricində  digər  sığorta 
növlərini  seçmə  sərbəstliyinin  verilməsi,  bəzi  gömrük  əməliyyatlarının  rüsumlardan 
azad  edilməsi  kimi  məsələlərin  qanunda  yer  alması  ölkədə  xarici  investorların 
fəaliyyətinə əlverişli mühit yaratmışdır. 
Aqrar  sektorun  yenidən  qurulmasında  mühüm  rol  oynayan  məsələlər  sırasında 
maliyyə-kredit sistemindəki islahatları da göstərmək zəruridir. Belə ki, 7 avqust 1992-ci 
il  “Milli  Bank  haqqında”    və  “Banklar  və  bank  fəaliyyəti  haqqında”  qanunlarının 
qəbulu  ilə  ölkədə  ilk  pillədə  pul-kredit  siyasətini  həyata  keçirən  Milli  Bank,  ikinci 
pillədə isə azad bazar subyektlərinə xidmət göstərən kommersiya bankları dayanmaqla 
ikipilləli  bank  sistemi  yaradıldı.  Bununla  da  bütün  bazar  subyektləri  kimi  aqrar 
təsərrüfat subyektləri də öz pul-kredit əməliyyatlarını müstəqil kommersiya bankları ilə 
bağladıqları  sərbəst  müqavilələr  əsasında  həyata  keçirməyə  başladılar.  Xatırladaq  ki, 
pul-kredit  sistemini  tənzimləyən  bu  qanunlar  indiyə  qədər  iki  dəfə,  1996  və  2004-cü 
illərdə yeniləri ilə əvəz edilmişdir.  
Aqrar  sektorda  iqtisadi  münasibətlərin  yenidən  qurulmasında  mühüm  rol  oynayan 
digər  bir  vacib  qanun,  15  dekabr  1992-ci  ildə  qəbul  edilən  “Sahibkarlıq  fəaliyyəti 
haqqında”  AR  qanunudur.  Qanuna  əsasən  fəaliyyət  qabiliyyəti  olan  AR  vətəndaşı, 
mülkiyyət  formasından  asılı  olmayaraq  hüquqi  şəxslər,  hər  bir  xarici  vətəndaş  və 
vətəndaşlığı olmayan şəxs və xarici hüquqi şəxslər sahbkarlıq fəaliyyətinin subyekti ola 
bilərlər. Sahibkarlara imkan verilir ki, qanunla qadağan olunmayan istənilən sahibkarlıq 
fəaliyyəti  növü  ilə  məşğul  olsunlar,  hüquqi  şəxs  yaradaraq  fəaliyyət  göstərmək 
istəyənlər  Ədliyyə  Nazirliyində  hüquqi  şəxs  kimi  qeydiyyatdan  keçsinlər,  hüquqi  şəxs 
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər sadəcə vergi orqanlarında 
fiziki şəxs kimi uçota alınsınlar, bəzi fəaliyyət növləri ilə məşğul olmaq üçünsə xüsusi 
lisenziya  əldə  etsinlər.  Bundan  başqa  qanunda  ölkəmizdə  sahibkarlığın  prinsipləri, 
sahibkarlıq subyektlərinin hüquq və vəzifələri, onun dövlət tərəfindən müdafiə və təqdir 
olunmasının  forma  və  üsulları,  sahibkarların  dövlət  orqanları  ilə  qarşılıqlı 


 
40 
münasibətlərini  müəyyənləşdirən  maddələr  öz  əksini  tapmışdır  ki,  bu  da  azad 
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə əlverişli şərait yaradır. 
Ölkədə 
azad 
sahibkarlıq 
genişləndikcə, 
dövlətin 
bazarda 
aktiv 
rolu 
məhdudlaşdırıldıqca  yeni  bir  problem-bazar  subyektləri  arasında  azad  rəqabətin  təmin 
olunması,  inhisarçı  meyllərin  qarşısının  alınması  məsələsi  ortaya  çıxırdı.  Bunu  nəzərə 
alaraq hələ XIX əsrin II yarısından Kanada və ABŞ-da, 1930-cu illərdə Qərbi Avropada 
tətbiq  olunan  “Antiinhisar  fəaliyyəti  haqqında”  qanun  4 mart  1993-cü  ildə  prezident 
tərəfindən imzalanaraq ölkəmizdə də qüvvəyə mindi. Qanun inhisarçılığın Dövlət, Sahə, 
Yerli,  Təsərrüfat  subyektlərinin,  Maliyyə-kredit,  Bazar  subyektlərinin  üfüqi  və  şaquli 
sazişləri  nəticəsində  yaranan,  Təbii,  Patent-lisenziya,  Yerin  təkindən  istifadə  növlərini 
fərqləndirməklə  bazarda  payı  35%-dən  çox  olan  təsərrüfat  subyektinin  hökmran 
mövqedə  sayılmasını  təsbit  etmişdir.  Bununla  yanaşı  təsərrüfat  subyektlərinin 
yaradılması,  yenidən  təşkili  və  ləğv  edilməsi,  onların  birliklərinin  yaradılması, 
səhmlərin  əldə  edilməsi  üçün  onlar  arasında  bağlanmış  əqdlərin  həyata  keçirilməsində 
antiinhisar  qanunvericiliyinə  əməl  olunmasına  dövlət  nəzarəti,  inhisarçı  fəaliyyətin 
məhdudlaşdırılması və aradan qaldırılması yolları, bu sahədə müvafiq icra hakimiyyəti 
orqanlarının  hüquq  və  vəzifələri,  qanunun  pozulmasına  görə  həm  bazar  subyektləri  və 
onlarının  rəhbərlərinin,  həm  də  dövlət  orqanları  və  onların  vəzifəli  şəxslərinin 
məsuliyyəti kimi məsələlər də qanunda öz əksini tapmışdır. 
Aqrar sektorda təşkilatı-idarəetmə münasibətlərinin yenidən qurulması da aparılan 
islahatların  mühüm  istiqamətlərindəndir.  Bazar  iqtisadiyyatında  müəssisələr  müxtəlif 
təşkilati-hüquqi  formalarda  qurulmaqla  əsasən  korporativ  idarəetmə  sisteminə 
malikdirlər.  Yəni  müəssisə  fəaliyyətinin  əsas  istiqamətləri  ilə  bağlı  qərarların, 
nizamnamənin  qəbulu  və  dəyişdirilməsi,  idarəetmə  orqanlarının  seçilməsi  kimi 
məsələləri  həll  edən  Ümumi  Yığıncaqla  yanaşı,  cari  idarəetməni  həyata  keçirən  darə 
Heyəti,  darə  Heyətinin  fəaliyyətinə  Ümumi  Yığıncaqlar  arası  dövrdə  nəzarət  edən 
Müşahidə  Şurası  və  maliyyə-təsərrüfat  fəaliyyətinə  nəzarət  edən  Maliyyə-təftiş 
Komissiyası  kimi  orqanlar  fəaliyyət  göstərir  və  bu  zaman  təsisçilər,  payçılar, 
səhmdarlar,  menecerlər  və  müəssisədə  marağı  olan  digər  şəxslərin  hüquqlarının 
reallaşdırılması  əsas  məqsədi  təşkil  edir.  Bu  münasibətlərin  tənzimlənməsində  təsis 
müqaviləsi,  müəssisənin  nizamnaməsi,  müəssisə  rəhbərinin  əmrləri,  kollegial  qərarlar 


 
41 
və.s  kimi  daxili  sənədlərlə  yanaşı,  “əssisələr  Haqqında”(  1  iyul  1994,  artıq 
qüvvədən  düşüb),  “Səhmdar  cəmiyyəti  haqqında”(12  iyul  1994),  “Hüquqi  şəxslərin 
dövlət  qeydiyyatı  haqqında”(6  fevral  1996,  12  dekabr  2003-cü  ildən  yenisi 
qüvvədədir),  “Kooperasiya  haqqında”(7  fevral  1996),  “Məhdud  məsuliyyətli 
əssisələr  haqqında”(29  dekabr  1998),“Mülki  Məcəllə”  (1  sentyabr  2000)  kimi 
normativ-hüquqi aqtlardan da istifadə edilir. 
 Bazar  iqtisadiyyatının  formalaşdırılmasında  xüsusi  mülkiyyətin  yaranma 
mənbələrindən 
biri 
də 
dövlət 
ə
mlakının 
özəlləşdirilməsidir. 
Azərbaycan 
Respublikasında  bu  prosses  7  yanvar  1993-cü  ildə  “Dövlət  mülkiyyətinin 
özəlləşdirilməsi haqqında” qanununun imzalanması ilə başlamışdır. Həmin qanunun 2-
ci  maddəsində  mənzil  və  torpaq  fondunun  özəlləşdirilmə  prossesinin  digər  qanunlarla 
həyata  keçiriləcəyi  nəzərdə  tutulmuşdur.  Göründüyü  kimi  həmin  qanun  aqrar  sektorda 
torpaq  və  mənzil  fondundan  başqa  digər  dövlət  əmlakının  özəlləşdirilməsini  əhatə 
etmişdir.  Qanuna  əsasən  özəlləşdirmənin  dövlət  proqramının  hazırlanması  da  nəzərdə 
tutulurdu  ki,  bu  da  “AR-də  1995-1998-ci  illərdə  dövlət  mülkiyyətinin 
özəlləşdirilməsinin  Dövlət  Proqramı”  adı  altında  29  sentyabr  1995-ci  ildə  prezident 
fərmanı  ilə  təsdiq  olunmuşdur.  Qanun  özəlləşdirmənin  obyekt  və  subyektlərini, 
prinsiplərini,  qaydalarını,  forma  və  metodlarını,  yerli  və  xarici  subyektlərin  prossesdə 
iştirak  qaydalarını  müəyyənləşdirirdi.  26  yanvar  1993-cü  ildə  isə  dövlət  və  ictimai 
mənzil  fondunun  mülkiyyətçisi  ilə  mənzil  kirayə  müqaviləsi  bağlamış  şəxslərə  həmin 
mənzilləri  pulsuz  özəlləşdirmək  hüququ  verən  “AR-də  mənzil  fondunun 
özəlləşdirilməsi  haqqında”  qanun  qüvvəyə  mindi.  Xatırladaq  ki,  göstərilən  bu 
normativ-hüquqi  sənədlər  kiçik  müəssisələrin  özəlləşdirilməsinin  nəzərdə  tutulduğu 
ilkin  mərhələni  əhatə  edir.  Orta  və  iri  müəssisələrin  özəlləşdirilməsini  nəzərdə  tutan 
ikinci  mərhələ  isə  16  may  2000-ci  il  “Dövlət  əmlakının  özəlləşdirilməsi  haqqında” 
qanun və 10 avqust 2000-ci il tarixli “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlə
Proqramı”nın qəbul olunması ilə başlamış və indi də davam edir. 
Ölkədə  aqrar  islahatların  aparılmasına  isə  18  fevral  1995-ci  ildə  qəbul  olunan 
Aqrar  islahatların  əsasları  haqqında”  qanunun  qəbulu  ilə  start  verilmişdir.  Aqrar 
bölmədə  aparılan  islahatların  əsas  istiqamətlərini,  onların  hüquqi  təminatını  müəyyən 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə