Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə12/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

 
31 
istifadə  sahəsində  yaranan  münasibətlərdir.  Bu  zaman  əmlakın  yaradılmasında 
təsərrüfat  üzvlərinin,  payçıların  iştirakı,  onların  nizmnamə  fonduna  verilmə  formaları, 
müəssisədə ümumi və fərdi mülkiyyətli əmlakın ayrılması, onlarla bağlı icarə, alqı-satqı 
münasibətləri, 
təsərrüfatın 
struktur 
vahidləri 
arasında 
ə
mlak 
hüquqlarının 
bölüşdürülməsi kimi məsələlər ön plana çıxır. Keçid iqtisadiyyatı şəraitində isə bu daha 
çox  köhnə  sistemdən  qalmış  təsərrüfatların  sahib  olduğu  əmlakı  təsbit  edilmiş 
subyektlər  arasında  bölüşdürülməsi  ilə  bağlı  olmaqla  əmlak  hüquqlarının  dəqiq 
bölünməsi,  onlar  üzərində  sahiblik,  istifadə  və  sərəncamvermə  hüquqlarının  sərbəst 
həyata keçirilməsi prinsipləri əsasında təmin edilir. 
Aqrar  təsərrüfatlarda  əmək  münsibətlərinin  hüquqi  tənzimlənməsi  işçilərin  öz  iş 
növünü seçib işləmə sərbəstliyi, əldə etdiyi gəlirlər üzərində sərəncamvermə sərbəstliyi, 
minimum  əmək  və  sosial  standartlardan  istifadə  etmə,  həmkarlar  təşkilatlarında 
birləşmə  hüququnun  təmin  edilməsi  kimi  prinsiplər  əsasında  işçi  işəgötürən 
münasibətlərinin qurulmasını nəzərdə tutur. 
Aqrar  sahibkarlıqda  təsərrüfatın  idarə  edilməsi  ilə  bağlı  yaranan  təşkilati-
idarəçilik  münasibətləri  də  müəyyən  hüquqi  normalar  əsasında  həyata  keçirilir.  Bu 
zaman  idarəçilikdə,  şəffaflıq,  cavabdehlik,  demokratiklik  kimi  prinsiplər  üzrə  onun 
rəhbər  orqanlarının  formalaşdırılması,  təsisçilər  və  payçıların  idarəetmədə  iştirakı,  ali 
idarəetmə  orqanları  ilə  törəmə  müəssisələr,  filiallar  arasındakı  münasibətlərin  hüquqi 
tənzimi kimi məsələlər ön plana çıxır və bu prossesdə təsərrüfatdaxili normativ aktlar da 
böyük rol oynayır.  
Aqrar  sahibkarlıqda təsərrüfat  xarici  münasibətlərin  əsasını  təşkil  edən  mülkiyyət 
hüququnun  həyata  keçirilməsi  sahəsində  yaranan  və  müqavilə  öhdəliklərindən  irəli 
gələn  münasibətlər  mülkiyyətin  toxunulmazlığı,  subyektlərinin  hüquq  bərabərliyi, 
müqavilə  azadlığı,  müqavilədən  irəli  gələn  öhdəliklərin  məcburiliyi  kimi  prinsiplər 
ə
sasında  tənzimlənir  və  bu  zaman  mövcud  qanunvericiliklə  yanaşı  subyektlərin  öz 
aralarında  bağladıqları  müqavilələrin  əhatə  dairəsinin  genişləndirilməsinə  böyük 
ə
həmiyyət verilir.   
Bazar  iqtisadiyyatında  dövlətlə  sahibkarlıq  subyektləri  arasındakı  münasibətlər 
xarakter  etibarilə  büdcə  -  vergi  münasibətləri  də  adlandırıla  bilər.  Çünki  dövlət  bu 
subyektlər  üzərində  nəzarətini  əsasən  maliyyə  mexanizmləri  əsasında  həyata  keçirir. 


 
32 
Belə  ki,  hər  bir  aqrar  təsərrüfat  subyekti  qanunla  müəyyən  edilmiş  miqdarda  və 
formada  ictimai  fondlara  öz  fəaliyyətindən  müəyyən  maliyyə  ayırmaları  həyata 
keçirməlidir  və  bu  vergi,  gömrük,  sosial  müdafiə  və  məşğulluğun  təmini 
istiqamətlərində  özün  göstərir.  Dövlət  orqanlarının  işi  də  məhz  adı  çəkilən 
istiqamətlərdə  ödənilməli  olan  vəsaitlərin  tam  və  vaxtında  dövlət  büdcəsinə 
ödənilməsinə  nəzarət  etməkdir  və  başqa  məqsədlərlə  sahibkarlıq  subyektlərinin  işinə 
müdaxiləyə  yol  verilmir.  Bu  zaman  hüquqi  tənzimləmə  dövlətin  mövcud  statusundan 
irəli gələrək müəyyən qədər imperativ xarakter daşıyır. 
Beləliklə,  aqrar  sahibkarlıqda  hüquqi  tənzimlənmənin  yuxarıda  göstərdiyimiz 
prinsip,  metod  və  xüsusiyyətləri  iqtisadi  cəhətən  mübadilələr,  hüquqi  baxımdan 
müqavilələr  zənciri  olan  bazar  iqtisadiyyatında  aqrar  subyektlər  arasındakı  bu 
münasibətlərinin  səmərəli  şəkildə  qurulmasının  və  stabilliyinin  dövlət  tərəfindən 
təminatına  xidmət  edir.  Məhz  dövlət  aqrar  sektorda  yeni  iqtisadi  münasibətlərin 
formalaşması  və  inkişafına  sistemli  yanaşmalı,  radikal  iqtisadi  islahatlar  və  onlara 
hüquqi  baza  yaradılmasında  obyektiv  iqtisadi  qanunlardan  və  qanunauyğunluqlardan 
irəli  gələn  dialektik  əlaqələrə  əsaslanan  qanunlar,  fərmanlar,  sərəncamlar,  qərarlar  və 
müxtəlif  səpkili  normativ-hüquqi  aqtlar  qəbul  etməlidir  ki,  bunlar  da  həyata  keçirilən 
hüquqi tənzimləmə prossesinin əsas vasitələridir.  
Nəhayət  bu  fəsldə  biz  aqrar  sektor  fəaliyyətləri  və  bu  sahədə  dövlət  siyasətinin 
mahiyyəti  və  əsas  vəzifələrinə,  bazar  iqtisadiyyatı  şəraitində  onun  dövlət 
tənzimlənməsinin  forma  və  metodlarına  və  bu  tənzimlənmənin  əsas  istiqamətlərindən 
biri  olan  hüquqi  tənzimləməyə  nəzəri-metodoloji  aspektlərdən  nəzər  saldıq.  Növbəti 
fəsldə  isə  bazar  iqtisadiyyatına  keçid  dövrünə  qədəm  qoymuş  Respublikamızda  bu 
sahələrdəki mövcud vəziyyət araşdırılacaqdır.   
 
 
 
 
 
 
 
 
 


 
33 
Fəsil  II:  Keçid  iqtisadiyyatı  şəraitində  aqrar  sektorun 
tənzimlənməsinin müasir vəziyyəti 
2.1 Aqrar münasibətlərin tənzimlənməsinin iqtisadi və hüquqi bazası 
XX  əsrin  sonlarına  doğru  dünya  iqtisadi  sistemi  həmin  dövrə  qədər  mövcud  olan 
komanda  və bazar iqtisadi sistemlərinin bir-biri ilə kəskin rəqabətinin son mərhələsinə 
daxil  oldu  və  bu  rəqabətə  davam  gətirməsinin  mümkün  olmadığı  açıq  aydın  ortaya 
çıxan komanda iqtisadiyyatı 1980-cı illərin ortalarından SSR -də M.Qorboçovun həyata 
keçirdiyi  “perestroyka”  və  “qlasnost”  siyasətinin  də  təsiri  ilə  dağılma  mərhələsinə 
qədəm qoydu və nəticədə Azərbaycan Respublikası da daxil olmaqla bu sistemə malik 
olan  ölkələrin  əksəriyyəti  bazar  iqtisadi  sisteminə  keçid  yolunu  tutaraq  sistem 
transformasiyası  prossesinə  başladılar.  Bu  prosses  iqtisadi  həyatın  bütün  sahələrini 
ə
hatə  etməklə  yanaşı  mühüm  bir  istiqamətini  də  həmin  sistemdə  yaşayan  xalqların 
ə
nənəvi  təsərrüfatçılıq  sferası  olan  aqrar  sektor  təşkil  edirdi.  Aqrar  münasibətlərin 
transformasiya  prossesini  və  bu  istiqamətdə  dövlətin  tənzimləmə  funksiyalarını  daha 
dərindən dərk etmək üçün ilk növbədə bütövlükdə sosialist aqrar sektoruna, onun əsas 
xüsusiyyətlərinə və bazar iqtisadi sistemində mövcud olan münasibətlərdən kəmiyyət və 
keyfiyyət baxımından fərqli cəhətlərinə diqqət yetirmək zəruridir. 
Aralarında  Azərbaycanın  da  olduğu  15  respublikanı  özündə  birləşdirən 
“sosializmin  qalası”  Sovetlər  Birliyi  II  Dünya  müharibəsindəki  qələbəsi  ilə  artıq  bu 
respublikalarda  sosial-iqtisadi  həyatın  bütün  sahələrində  başlatdığı  acı  milliləşdirmə  
prossesini başa vurdu və bu respublikaların hər birinin o dövrlərdə tipik kənd təsərrüfatı 
ölkəsi olduğunu nəzərə alsaq deyə bilərik ki, bu prosses birbaşa aqrar təsərrüfatla bağlı 
olmuşdur.  
Aqrar sektorda sosialist münasibətlərinin qurulması torpaq da daxil olmaqla bütün 
istehsal  vasitələrinin  “milliləşdirmə”  adı  altında  dövlət  mülkiyyətinə  keçirilməsini  və 
“kollektivləşmə”  adı  altında  kollektiv  təsərrüfat  formalarının  yaradılmasını  nəzərdə 
tuturdu.  Bununla  da  aqrar  sektorda  təsərrüfatçılığın  sovxoz  və  kolxoz  adlı  iki  forması 
yaradıldı ki, onları da bir-birindən ayıran əsas cəhətləri -li Əlavədə verilmişdir. 
Göründüyü  kimi  sosialist  aqrar  sektorunda  təsərrüfatçılıq  dövlət  və  kollektiv 
mülkiyyətə əsaslanırdı. Sovxoz adlanan dövlət təsərrüfatlarında bütün istehsal vasitələri 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə