Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə9/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

 
22 
məhdudlaşdırmanın 
üç 
forması 
tətbiq 
edilmişdir: 
1) 
Ə
kilən 
ə
razilərin 
məhdudlaşdırılması;  2)  Satış  kvotalarının  təyin  edilməsi;  3)  Torpaq  banklarının 
yaradılması; 
Ə
kilən  ərazilərin  məhdudlaşdırılması(acreage  allotment  system)  ilə  ümumi 
məhsul istehsalının aşağı salınması zamanı dövlət ayrı-ayrı fermerlər üçün hər il əkilən 
ə
razilərinin  nə  qədər  azaldılması  ilə  bağlı  öhdəliklər  qoyur.  Nəticədə  bazara  təklif 
olunan məhsulun həcmi potensial səviyyədən aşağı olur ki, bu da qiymətlərin müəyyən 
səviyyədə saxlanılmasına imkan verir. 
Satış  kvotalarının  təyin  edilməsi(marketing  quota  system)  zamanı  isə  əkilən 
ə
razilər məhdudlaşdırılmır, sadəcə fermerlərin bazara çıxardıqları məhsulların həcminə 
müəyyən  kvotalar  tətbiq  edilir  ki,  bu  da  dolayı  yolla  fermerləri  öz  istehsallarını 
azaltmağa məcbur edir. 
Təklifi  məhdudlaşdırıcı  digər  bir  addım  isə  dövlət  tərəfindən  torpaq 
banklarının(soil  bank)  yaradılmasıdır.  Bu  sistemin  birincidən  əsas  fərqi  odur  ki, 
fermerlərə birbaşa pul ödənərək onların torpaqlarının bir hissəsi əkindən kənarlaşdırılır. 
Lakin  hər  iki  sistemdə  də  fermerlər  əsasən  qeyri-məhsuldar  torpaqlarını  əkindən 
ayırırlar. 
c)  Hədəf  qiyməti  və  aradakı  fərqin  ödənilməsi  (target  prices  and  deficiency 
payments): Qrafikdən göründüyü kimi dövlət məhsullar üçün konkret hədəf qiyməti və 
ya  qarant  olunmuş  qiymət(P
2
)  müəyyənləşdirir  və  fermerlər  də  bu  qiymətə  uyğun 
məhsul  təklif(Q
1
)  edirlər.  Lakin  istehlakçılar  bu  qiymətlə  təklif  olunan  məhsulu  satın 
almırlar. Onlar yalnız P
1
 kimi aşağı qimət səviyyəsində təklif olunan məhsulun hamısını 
satın alırlar. Bu isə fermerlərin gəlirlərini xeyli azaldır. O zaman dövlət fermerlərə təklif 
edir  ki,  məhsullarını  istənilən  qiymətə  reallaşdırsınlar  və  əgər  hədəflənən  qimətdən 
aşağı  satarlarsa,  aradakı  fərq  dövlət  tərəfindən  subsidiya  şəklində  onlara  ödənəcəkdir. 
Beləliklə, ödənən subsidiya miqdarı belə hesablanıla bilər:  
Q
1
 x (P
2
 – P
1

Aydın  olur  ki,  bu  mexanizmdə  istehlakçılar  kənd  təsərrüfatı  məhsullarını  yüksək 
qiymətə  almağa  məcbur  olmurlar,  təklif  artıqlığı  yaranmır  və  dövlət  də  onu  ehtiyat 
fonduna satın almır. Sadəcə ödənən subvensiya vergi ödəyicilərinin yükünü artırır. 
 


 
23 
Qrafik  3: Hədəf qiyməti və aradakı fərqin ödənilməsi mexanizmi 
 
d)  kili qiymət mexanizmi (dual price system):  Bu mexanizmdə planlaşdırma və 
azad  bazar  mexanizmi  birgə  fəaliyyət  göstərir.  kili  qiymət  mexanizmində  dövlət 
fermerlər  qarşısında,  fermerlər  də  dövlət  qarşısında  öhdəlik  götürür.  Öhdəliyə  görə 
dövlət  fermerin  istehsal  etdiyi  məhsuldan  əvvəlcədən  müəyyənləşdirilmiş  miqdar  və 
qiymətdə tədarük edir. Əgər fermerin əlavə məhsulu qalarsa, ona imkan verilir ki, qalan 
hissəni azad bazarda mövcud sərbəst qiymətlər səviyyəsində reallaşdırsın. Bu sistemdə 
dövlət öz ehtiyat fondunu formalaşdırır və fermerlər üçün sabit qiymətli bazar qismində 
çıxış edir.   
Son  illər  qiymətlə  bağlı  həyata  keçirilən  bu  mexanizmlərin  bir  qədər  azaldığı  və 
yeni  bir  sistemin,  Birbaşa  Gəlir  Ödəməsi
20
  (direct  income  payment)  sisteminin  geniş 
yayıldığı  müşahidə  olunur.  Bu  sistemə  görə  artıq  qiymət  dəstəkləmələri  və  təklifin 
məhdudlaşdırılması  kimi  tədbirlər  azaldılır  və  konkret  təyin  olunmuş  təsərrüfat 
subyektlərinə illik birdəfəlik maliyyə yardımı göstərilir və bu zaman yardımlar məhsula 
görə  deyil,  istehsalçıya  verilir  və  qiymətlər  bazar  tərəfindən  sərbəst  müəyyənləşir. 
Sadəcə  fermer  əvvəlcədən  dövlət  tərəfindən  nə  qədər  yardım  alacağını  bilir  və 
istehsalını da elə istiqamətdə qurur ki, zərər çəkməsin. 
Aqrar sektorda maliyyə-kredit mexanizmlərinin isifadə olunduğu digər mühüm bir 
istiqamət  fermer  təsərrüfatlarında  istehsal  xərclərini  dolayı  yolla  aşağı  salmaqdır.  Bu 
zaman dövlət xüsusi ixtisaslaşdırılmış aqrar banklar vasitəsilə fermerlərə güzəştli kredit 
                                                 
20
Bax:  Aziz  Babacan,  “Genel  tarım  politikaları  çerçevesinde  doğrudan  gelir  ödemeler  sistemi”,  TC  Devlet  Planlama 
Teşkilatı, Aralık, 1999, 
http://ekutup.dpt.gov.tr/babacana/gelirode.pdf
 ;  


 
24 
imkanları  yaradır,  gübrə,  toxum  kimi  xammal  subvensiyaları  tətbiq  edir,  istehsal 
etdikləri  məhsulların  ğortalanmasını,  anbarlaşdırılmasını  həyata  keçirir,  onların 
tanıdılması  üçün  marketinq-reklam  sahəsində  yardımlarını  göstərir,  elmi-texniki  və 
informasiya dəstəyi təmin edir.    
Maliyyə-kredit  mexanizmlərinin  digər  mühüm  bir  növü  vergi  və  gömrük 
vasitələridir.  Belə  ki,  dövlət  aqrar  sektorun  cəzbediciliyini  artırmaq  məqsədilə  bəzən 
vergi  və  gömrük  güzəştləri  təyin  edir,  yerli  fermerlərin  qorunması  məqsədilə  əksər 
kənd  təsərrüfatı  məhsullarının  idxalına  yüksək  idxal  vergiləri  və  kvota,  yüksək 
keyfiyyət standartları kimi qeyri-tarif məhdudiyyətləri tətbiq edir.    
Məlum  olduğu  kimi  bazar  iqtisadiyyatı  şəraitində  bir  sıra  əmtəə  və  xidmətlər 
istehsalını  həyata  keçirmək  ya  özəl  bölmənin  imkanları  xaricindədir,  ya  onları  lazımı 
səviyyədə həyata keçirə bilmirlər, ya da ümumiyyətlə bu işdə maraqlı deyillər.  ctimai 
ə
mtəə və xidmətlər dediyimiz bu nemətlər əsasən infrastruktur sahələrini əhatə edir ki, 
onların  da  yaradılması  birbaşa  dövlət  investisiyaları  və  dövlət  sifarişləri  vasitəsilə 
həyata 
keçirilir. 
Dövlət 
sifarişləri 
dövlətin 
investisiya 
fəaliyyətinin 
ə
sas 
mexanizmlərindən biri kimi çıxış edir. Çünki bu investisiyalar həyata keçirilərkən lazım 
olan bir sıra əmtəə və xidmətlər dövlət kontrakt sistemi çərçivəsində dövlət və ya özəl 
bölmə müəssisələri ilə bağlanmış müqavilələr vasitəsilə təmin edilir. Bu zaman ən geniş 
yayılmış mexanizmlərdən biri də tenderlərin keçirilməsidir.  
Bu  baxımdan  aqrar  sahədə  dövlət  investisiyaları  suvarma  sistemlərinin  inkişafı, 
meliorasiya-irriqasiya  işlərinin,  enerji  təminatının  yaxşılaşdırılması,  təbii  fəlakətlərin 
qarşısının alınmasına və ya onun nəticələrinin aradan qaldırılmasına yönələn tədbirlərin, 
karantin  xidmətinin,  ölkədə  mövcud  qida  standartlarının  təyin  edilməsi  və  onların 
inkişaf  etdirilməsi  ilə  bağlı  tədbirlərin,  aqrar  elmin  inkişafı,  bu  sahədə  elmi 
araşdırmaların  aparılması  işlərinin,  fermerlərin  maariflənməsi  üçün  informasiya 
sistemlərinin  genişləndirilməsi  kimi  bir  sıra  ictimai  xarakterli  tədbirlərin  həyata 
keçirilməsi istiqamətlərinə yönəldilir. 
Bazar  iqtisadiyyatı  şəraitində  aqrar  bölmənin  tənzimlənməsi  prossesində  dövlə
sahibkarlığı  mexanizminin  də  mühüm  rolu  vardır.  Dövlət  mülkiyyətli  müəssisələrinin 
həyata  keçirdikləri  dövlət  sahibkarlığı  əsasən  aqrar  sektora  yönəlmiş  yardım  siyasətini 
həyata keçirməkdə  instutsional vahidlər kimi çıxış edirlər. Bunların tərkibinə müxtəlif 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə