Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə7/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   2   3   4   5   6   7   8   9   10   ...   48

 
16 
1.
 
Aqrar bazarın liberallaşdırılması: Aqrar sektorda istehsal olunan məhsulların və 
istifadə  edilən  resursların  bölüşdürülməsində  komanda  iqtisadiyyatına  xas  olan 
dövlət  inhisarını  aradan  qaldıraraq  bu  funksiyanın  azad  bazarlara  ötürülməsini 
nəzərdə  tutur.  Əsas  tədbirləri  də  qiymətlərin  və  ticarətin  liberallaşdırılması,  kənd 
təsərrüfatı  istehsalçı  və  istehlakçılarına  olan  subsidiyaların  məhdudlaşdırlımasıdır. 
Bu  zaman  dəyişən  qiymətlər,  gəlirlər  və  digər  monetar  kəmiyyətlər  istehsalçı  və 
istehlakçıların  bazar  qərarlarını  müəyyənləşdirən  əsas  faktora  çevrilməklə  ölkədə 
kənd  təsərrüfatı  istehsalı,  istehlakı  və  ticarətinin  həcm  və  strukturunun  daima 
dəyişməsinə səbəb olur; 
2.
 
Aqrar  sektorda  yeni  mülkiyyət  münasibətlərinin  formalaşdırılması:  Buraya 
dövlət  və  bələdiyyə  mülkiyyətində  olan  obyektlərin  müəyyənləşdirilməsi,  torpaq 
islahatı  və  onun  nəticəsində  dövlət,  bələdiyyə  və  xüsusi  mülkiyyətli  torpaqların 
ayrılması,  meliorasiya  və  su  təsərrüfatı  müəssisələri  üzərində  mülkiyyət 
münasibətlərini  dəyişdirməklə  onlardan  istifadənin  mütərəqqi  formalarının  təsbit 
olunması,  kənd  təsərrüfatı  emal  müəssisələrinin  və  infrastruktur  obyektlərinin 
dövlətsizləşdirilməsi  və  özəlləşdirilməsi,  sosial  infrastruktur  obyektlərində  yeni 
mülkiyyət  münasibətlərinin  formalaşdırılması,  istehlak  kooperasiyalarının  islahatı 
kimi məsələlərin yerinə yetirilməsi aiddir; 
3.
 
Aqrar  təsərrüfatların  restrukturizasiyası:  Özəlləşdirmə  və  torpaq  islahatı  kimi 
tədbirlərlə  aqrar  təsərrüfatlarda  mülkiyyət  münasibətləri,  təşkilatlanma,  idarəçilik 
formalarının  və  istehsal  üsulunun  kökündən  dəyişdirilməsini  və  bununla  da 
səmərəliliyin  yüksəldilməsini  nəzərdə  tutur.  Bu  zaman  kolxoz  və  sovxozların 
bazasında  və  dövriyyəyə  cəlb  olunmuş  yeni  torpaqlar  üzərində  xüsusi  mülkiyyətli 
fermer  təsərrüfatları  və  yardımçı  təsərrüfatlar,  birgə  mülkiyyət  hüququna  əsaslanan 
müştərək  təsərrüfatlar,  kooperativlər,  səhmdar  cəmiyyətləri  və  dövlət  mülkiyyətinə 
ə
saslanan  dövlət  kənd  təsərrüfatı  müəssisələri  və  səhmdar  cəmiyyətlərinin 
yaradılması əsas məsələlərdəndir; 
4.
 
Aqrar sektorda kommersiya infrastrukturunun yaradılması: Bazar orientasiyalı, 
səmərəli işləyən kənd təsərrüfatı iqtisadiyyatının ehtiyaclarını ödəyən özəl və dövlət 
institutlarının  və  ya  xidmətlərinin  yaradılmasından  ibarətdir.  Buraya  aqrar  bank, 
sığorta  və  digər  kredit  institutlarının,  bazar  informasiya  sistemlərinin,  təchizat, 


 
17 
bölüşdürmə  və  satış  sistemlərinin,  bazar  subyektləri  arasında  yaranan 
münasibətləri  tənzimləyən  hüquq  infrastrukturunun  yaradılması  kimi  məsələlər 
daxildir; 
5.
 
Aqrar  bölmədə  dövlət  təminatı  sisteminin  yaradılması:  Aqrar  sektorda  sosialist 
dövlətinə  xas  olan  sərt  inzibati-amirlik  idarəetmə  sistemindən  bazar  prinsiplərinə 
ə
saslanan və bütün ölkələrə xas olan aqrar sektorun dövlət təminatı sistemini özündə 
birləşdirən  iqtisadi  idarəetmənin  yaradılmasını  nəzərdə  tutur.  Bu  zaman  aqrar 
infrastruktur  müəssisələrinin  inkişafı,  bir  sıra  vergi  güzəştləri  və  maliyyə 
yardımlarının  tətbiq  edilməsi,  aqrar  bazarın  tənzimlənməsi,  kənd  əhalisinin  sosial 
müdafiəsi, aqrar bölmə  mütəxəssislərinin hazırlanması, sektorun elmi təminatı kimi 
məsələlər ön plana çıxır;  
Beləliklə,  yuxarıda  aqrar  sektor  fəaliyyətləri  və  dövlətin  aqrar  siyasətilə  bağlı 
nəzəriyyələrə, aqrar sektorun dünya iqtisadiyyatında rolunun tarixən necə dəyişməsi və 
buna  uyğun  olaraq  da  dövlətin  aqrar  siyasətinin  hansı  istiqamətlərdə  inkişaf  etməsi 
məsələlərinə,  müasir  dövrdə  dövlətin  aqrar  siyasətinin  formalaşmasında  mühüm  rol 
oynayan  bu  sektorun  spesifik  xüsusiyyətləri  və  onun  ölkə  iqtisadiyyatının  inkişafına 
göstərdiyi  müxtəlif  istiqamətli  təsirlərə,  bütün  bu  deyilənlər  fonunda  müasir  dövrdə 
ə
ksər  ölkələrdə  həyata  keçirilən  aqrar  siyasətin  mahiyyəti  və  onun  qarşısında  sabit 
iqtisadiyyat  və  keçid  iqtisadiyyatı  şəraitində  duran  əsas  vəzifələrə  nəzər  salınmış, 
növbəti  paraqrafda  isə  aqrar  siyasətin  qarşıya  qoyduğu  məqsəd  və  vəzifələrə  uyğun 
forma və metodları özündə birləşdirən, bazar iqtisadiyyatı şəraitində aqrar siyasətin əsas 
tərkib hissəsi olan aqrar sektorun dövlət tənzimlənməsi məsələləri şərh ediləcəkdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
18 
1.2  Bazar  iqtisadiyyatı  şəraitində  aqrar  münasibətlərin  tənzimlənməsinin 
forma və metodları 
Bazar  iqtisadiyyatına  keçid  iqtisadiyyatın  bütün  sferalarında  olduğu  kimi  aqrar 
münasibətlərin tənzimlənməsində də yeni forma və metodların işlənib hazırlanmasını və 
həyata  keçirilməsini  zəruri  edir.  Bu  zaman  azad  bazarın  əsas  atributları  olan  istehsal 
azadlığı,  qiymət  azadlığı,  xüsusi  mülkiyyət  prioritet  olmaqla  mülkiyyət  formalarının 
müxtəlifliyi,  azad  rəqabət,  müqavilə,  əmək  növünü  seçib  işləmək,  fəaliyyətdən  əldə 
olunan gəlirin xərclənməsi, mülkiyyət əldə etmək və informasiya əldə etmək azadlıqları, 
iqtisadiyyata  dövlət müdaxiləsinin  minimumlaşdırılması  kimi  prinsiplərin gözlənilməsi 
ilə yanaşı aqrar sektorda dövlətin proteksionist fəaliyyətinin həyata keçirilməsi prinsipi 
də təmin edilməlidir. 
Ə
lavə  1-  də  də  göstərdiyimiz  kimi  bazar  iqtisadiyyatı  şəraitində  aqrar 
münasibətlər iki formada, dövlət və təsərrüfatlar səviyyəsində tənzimlənir. Təsərrüfatlar 
səviyyəsində  tənzimləmə  əsasən  müəssisələrin  marketinq  xidmətlərinin  fəaliyyəti, 
onların  ayrı-ayrı  bazar  subyektləri  ilə  bağladıqları  müstəqil  müqavilələr,  üzv  olduqları 
və  ya  xidmətlərindən  istifadə  etdikləri  sahibkar  birlikləri,  müxtəlif  bazar  informasiya 
mərkəzlərinin  fəaliyyəti  vasitəsilə  həyata  keçirildiyi  halda,  dövlət  səviyyəsində  dövlət 
idarəetmə  orqanlarının  işləyib  hazırladığı  və  həyata  keçirdiyi  tənzimləmənin  müxtəlif 
üsul və mexanizmlərilə həyata keçirilir. Ümumi şəkildə tənzimləmə metodları adlandıra 
biləcəyimiz  bu  üsul  və  mexanizmlər  xarakter  etibarilə  birbaşa  və  dolayı  metodlara 
bölünürlər.  
Birbaşa  metodlar  dövlətin  inzibati-imperativ  xarakterinə  əsaslanmaqla  aqrar 
münsibətlərin  tənzimlənməsinə  birbaşa  müdaxiləni  nəzərdə  tutur.  Məs,  aqrar  sektorda 
bəzi  fəaliyyətlərin  həyata  keçirilməsi  üçün  dövlət  tərəfindən  tətbiq  edilən 
lisenziyalaşdırma mexanizmi kimi.   
Daha çox üstünlük verilməsi məqsədəuyğun olan dolayı metodlar isə əsasən  pul-
kredit    və  büdcə-vergi  mexanizmlərindən  istifadə  edərək    tələb,  təklif  və  qiymət 
səviyyəsinə  təsir  etməklə  aqrar  münasibətlərin  lazımı  istiqamətdə  tənzimlənməsini 
nəzərdə  tutur.  Məs.  fermerlərin  bir  sıra  vergilərdən  azad  edilməsi  və  ya  güzəşt  əldə 
etməsi kimi. 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə