Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə3/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   2   3   4   5   6   7   8   9   ...   48

 

siyasət mexanizmlərində də yeni reallıqları
1
 ortaya çıxarmışdır ki, bu aqrar sahədən 
də yan keçməmişdir. Bu dövrün əsas xarakterik xüsusiyyətlərindən biri aqrar, sənaye 
sektorları  ilə  yanaşı  digər  nəhəng  bir  sektor,  xidmətlər  sektorunun  inkişaf  edərək 
hakim mövqeyə yüksəlməsidir; 
Bu  baxımdan  aqrar  sektor  fəaliyyətləri  və  bu  sektorla  bağlı  dövlət  siyasətinin 
nəzəri  əsaslarının  inkişaf  istiqamətlərini  araşdıran  zaman  ilk  rast  gəldiyimiz  sistemli 
nəzəriyyə merkantilizmdir. Sənaye kapitalizminə qədərki dövrün iqtisadi nəzəriyyə və 
siyasi  doktrinalarından  biri,  əsas  prinsipləri  qızıl  və  gümüşün  sərvətin  əsas  mənbəyi 
sayılması,  ixracatın  artırılması  zəruriliyi,  iqtisadiyyata  dövlət  müdaxiləsinin  müdafiə 
edilməsi,  müstəmləkəçi  siyasətin  davam  etdirilməsi,  millətçi  siyasət  tədbirlərinə 
ə
həmiyyət verilməsi və əhali artımının təşviq edilməsi olan merkantilizmin çıxış nöqtəsi 
xarici  ticarət  balansında  daim  müsbət  saldo  yaratmaqla  ölkə  sərvətinin  artırılması  və 
bunun  üçün  lazım  olan  bütün  proteksionist  tədbirlərin  görülməsindən  ibarətdir.  Həmin 
dövrdə  xarici  siyasətdə  əsasən  kənd  təsərrüfatı  məhsulları  hakim  olduğundan  bu 
siyasətin davamı kimi aqrar sektorun himayə edilməsini də göstərmək mümkündür
2
.  
Tarixdə  aqrar  sektorun  iqtisadi  düşüncə  və  dövlət  siyasətinin  mərkəzində 
dayanması  isə  birbaşa  fiziokratizm  məktəbi  ilə  bağlıdır  və  hətta  o  səviyyədə  ki,  bu 
məktəbə  kənd  təsərrüfatı  fetişizmi  adı  da  verilmişdir
3
.  ctimai  həyatın  tanrı  tərəfindən 
mövcud  olan  təbii  qanunlarla
4
  idarə  olunduğunu,  dövlətin  bu  qanunlara  müdaxilə 
                                                 
1
Post-sənaye dövrünün reallıqları dedikdə əsasən bunlar nəzərdə tutulur: 1) Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə 
keçid;  2)  Fordist  istehsal  tərzindən  çevik,  elastik  (flexible)  istehsal  tərzinə  keçid;  3)  Milli  dövlətlər  sistemli  dünyadan 
qloballaşmış dünyaya keçid; 4) Modernist fəlsəfi düşüncədən post-modernist fəlsəfi düşüncəyə keçid;  
2
Məs: Fransada IV Henrinin maliyyə naziri olmuş merkantilist Maximilien Bethune Sully (1559-1641) kənd təsərrüfatının 
inkişafı  üçün  bir  sıra  tədbirlər  görmüş,  boş  əraziləri  ölkəyə  köçənlərə  paylamış,  kənd  təsərrüfatı  istehsalçılarını  müdafiə 
edən bir sıra hüquqi dəyişiklikləri müdafiə etmişdir. O, qeyd edirdi: ”Torpaq becərmək və heyvan saxlamaq Fransanın 
şləridir”(Doç. Dr Arif Ersoy, “ ktisadi teoriler ve düşüncelerin gelişme tarihi”, II Baskı,  zmir, 1990, səhfə: 101); 
taliyada  merkantilist  Ferdinands  Galiani  (1728-1787)  “Buğda  ticarəti  haqqında  dialoqlar”  adlı  əsərində  bəlkə  də  ilk 
dəfə olaraq  ərzaq  təhlükəsizliyi  məsələsinə  toxunaraq buğda  ixracını  bu prinsipi pozduğundan qəbul  etməmişdir.  Bundan 
başqa  xarici  ticarət  şərtlərinin  buğda  əleyhinə  olmasını  müdafiə  etmiş  və  göstərmişdir  ki,  bu  təbii  şərtlərə  bağlılığından 
yüksək  risqli  olan  kənd  təsərrüfatı  istehsalını  azaldar  və  orada  toplanan  əlavə  kapital  az  risqli  sənaye  sahəsinə  yönəlmiş 
olar(Eyni mənbə, səhfə: 124); 
ngiltərədə  merkantilist  doktrina  çərçivəsində  kraliça  I  Elizabeth  (1558-1603)  tərfindən  aqrar  sektor  xarici  rəqabətdən 
qorunmuşdur.  ngilis  yunlarının xammal  şəklində  ixracı qadağan  edimiş,  buğda qanunları  (“Corn  Laws”)  yolu  ilə buğda 
yığımının məhsuldar olduğu dövrlərdə ümumiyyətlə onun idxalı qadağan edilmiş, daxili təklifin az və qiymətlərin yüksək 
olduğu  zamanlarda  isə  aşağı  rüsumlarla  idxalını  nəzərdə  tutmuşdur  (William  J.  Barber,  “A  History  of  Economic 
Thought”,  October,  2002,  orginally  published  by  Preager  1968  and  Penguin  1967,  Elektron  kitab,  səhfə: 
http://www.wesleyan.edu/css/readings/Barber/intro1.htm
); 
3
XVIII əsrdə Fransada meydana gələn bu məktəb A.Smith tərəfindən “Millətlərin Sərvəti” adlı əsərin yazıldığı 1776-cı ilə 
qədər Fransa və digər Qərb ölkələrində hakim nəzəriyyə və siyasət doktrinası olmuşdur;  
4
Təbii Qanun” adlı əsərində F. Kene torpaq və daşınar əmlakda özəl mülkiyyət, müqavilə azadlığı, iqtisadi təşəbbüskarlıq 
azadlığı,  ticarət  azadlığı  kimi  təbii  hüquqları  qabardaraq  göstərir  ki,  bu  hüquqlar  yalnız  dövlətin  ideal  hüquq  sistemi 
vasitəsilə reallaşdırılarsa səmərəli ola bilər;   


 

etməməsini,  sadəcə  daxili  və  xarici  təhlükəsizliyi  təmin  edərək  bəzi  infrastruktur 
xidmətlərini  göstərməli  olduğunu  düşünən  fiziokratlar  hesab  edirdilər  ki,  dəyərin 
mənbəyi  kənd  təsərrüfatıdır,  əlavə  dəyər  yalnız  kənd  təsərrüfatında  yaradılır  və  buna 
görə bu sektor yeganə məhsuldar sektordur, faiz aqrar kapitalın gəliridir, kapital yalnız 
aqrar  sektora  qoyulmalıdır,  ixracat  yalnız  aqrar  məhsullara  dayanmalıdır,  yeganə 
məhsuldar  sektor  aqrar  sektor  və  yeganə  məhsuldar  sinif  kənd  təsərrüfatı  istehsalçıları 
olduğundan  dövlət  də  vergini  ancaq  bu  sektordan  toplamalıdır.  Əlavə  dəyərin(surplus) 
yalnız aqrar sektorda yarandığını qeyd edən fiziokratların ən böyük nümayəndəsi doktor 
Fransua  Kene  bu  dəyərin  siniflər  arasında  necə  bölüşdürüldüyünü  göstərən  məşhur 
“ qtisadi  Cədvəli”  (Tableau  Economique)  ilə  bir  növ  iqtisadi  analizin  də  əsasını 
qoymuşdur
5
.   
Adam  Smitin  məşhur  “Millətlərin  Sərvəti”(Wealth  of  Nations)  adlı  əsərini  çap 
etdirdiyi  1776-cı  ildən  meydana  gələn  klassik  iqtisadi  məktəb  iqtisadiyyata  dövlət 
müdaxiləsinin  minimumlaşdırılması,  şəxsi  azadlıq,  əmək  bölgüsü,  azad  bazar 
mexanizmi kimi prinsipləri müdafiə edərək iqtisadi sistemi kompleks şəkildə öyrənmiş 
ilk  məktəb  və  sənaye  kapitalizminin  ideoloji  gücü  olmuşdur.  Aqrar  sektorda  renta, 
torpağın  məhsuldarlığı,  əmək  bölgüsü,  istehsal  vasitələrinin  yeniləşdirilməsi,  əhalinin 
ə
rzaqla təminatı, dövlətin bu sektor fəaliyyətlərinə müdaxilə həddi kimi məsələləri geniş 
şə
rh  edən  klassik  iqtisadçılar  sərvətin  mənbəyinin  yalnız  bu  sektorda  olmadığını, 
sənayenin  də  məhsuldar  sektor  olduğu  fikrini  müdafiə  etmiş  və  sənayenin  inkişaf 
etdirilməsində  aqrar  sektorun  rolu  və  bu  rolun  artırılması  məsələləri  üzərində 
dayanmışlar
6
.  
Klassik iqtisadi məktəbi tənqid edən cəryanlardan biri,  əsasını alman Fridrix Listin 
qoyduğu  milli  iqtisadiyyat  cəryanı  da  aqrar  sektor  fəaliyyətləri  və  dövlətin  aqrar 
siyasəti baxımından öyrənilməsi zəruridir. Həmin dövrdə əsasən aqrar ölkə olan və hələ 
sənayeləşə  bilməyən  ölkələrin  klassik  iqtisadçıların  göstərdiyi  azad  xarici  ticarət 
prinsipi əsasında artıq sənayeləşmiş ölkələrlə rəqabət apara bilməyəcəyi fikrini müdafiə 
                                                 
5
F.  Kene  aqrar  sektorda  yaradılan  əlavə  dəyəri  belə  izah  edir:  Əlavə  dəyər  =Torpaqdan  əldə  edilən  ümumi  məhsul  – 
Torpaqda  işləyənlərin  xərcləri;  Bundan  sonra  yaranan  həmin  əlavə  dəyərin  3  sinif  ,  əkinçilər,  torpaq  sahibləri  və  tacir, 
sənayeçi,  azad  peşə sahibləri  və bürokratlardan  ibarət  qısır  sinif(sterile) dediyi  siniflər arasında necə bölüşdürülərək  dövr 
etdiyini məşhur cədvəlində göstərir; 
6
Ümumiyyətlə  bu  məktəb  çərçivəsində  ortaya  çıxan  Smitin  “mütləq  üstünlüklər”,  Rikardonun  “renta”,  “müqayisəli 
üstünlüklər”,  “azalan  məhsuldarlıq”,  Maltusun  “əhali  qanunu”,  Seyin  “Bazar  və  ya  məxrəclər  qanunu”  kimi 
nəzəriyyələri  o  dövr  iqtisadi  düşüncə  və  siyasət  doktrinasında  əhəmiyyətli  olmuş  və  bu  gün  də  az-çox  aktuallıqlarını 
qorumaqdadırlar;   


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə