Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə10/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

 
25 
istiqamətli  infrastruktur  xidmətlərini  həyata  keçirən  müəssisələrlə  yanaşı,  həyata 
keçirilən  dövlət  siyasətinə  uyğun  yaradılmış  aqrar  sektoru  kreditlə,  xammal  və 
yanacaqla  təmin  edən,  onlara  anbarlaşdırma  xidməti  göstərən,  kənd  təsərrüfatı 
məhsullarını  təyin  edilmiş  qiymətlərlə  tədarük  edib,  sonradan  müxtəlif  bazarlarda 
reallaşdıran dövlət tədarük müəssisələri kimi qurumlar daxildir. 
Bazar  iqtisadiyyatı  şəraitində  aqrar  sahə  də  daxil  olmaqla  perespektivə  yönəlmiş 
iqtisadi idarəetmə komanda iqtisadiyyatında olduğu kimi direktiv planlaşdırmaya deyil, 
strateji-indiqativ  plan,  proqnoz  və  proqramlara  əsaslanır.  Məhz  bu  mexanizmlərdən 
istifadə  edilməsi  dövlətə  imkan  verir  ki,  bazar  iqtisadiyyatının  mürəkkəb,  dəyişkən  və 
bəzi hallarda qeyri-müəyyən xarakterini nəzərə alaraq aqrar sektorda iqtisadi prossesləri 
öz  nəzarəti  altında  saxlaya  bilsin  və  onların  gələcəkdəki  inkişafını  yönləndirsin. 
Proqnozlaşdırma  ilə  başlayıb  müxtəlif  istiqamətli  proqramların  həyata  keçirilməsi  ilə 
başa çatan bu fasiləsiz prosses təxminən belə baş verir: 
1.
 
Ə
vvəlcə  aqrar  sektorda  baş  verən  sosial-iqtisadi  prosseslərin  inkişaf  meylini 
müəyyənləşdirən kompleks və ayrı-ayrı istiqamətli proqnozlar işlənib hazırlanır. Bu 
proqnozlar  cari  (1  illik),  orta  (1-5  illik)  və  uzunmüddətli  (5  ildən  çox)  dövrü  əhatə 
etməklə  axtarış  (mövcud  obyektin  gələcəkdəki  vəziyyəti  haqqında  məlumat  verən) 
və  normativ  (görüləcək  tədbirlər  nəticəsində  obyektin  gələcəkdə  necə  dəyişəcəyi 
haqqında məlumat verən) xarakterli ola bilər; 
2.
 
kinci mərhələdə proqnoz məlumatları qiymətləndirilir, sektorda mövcud və baş verə 
biləcək  problemləri  aradan  qaldırmaq  və  onun  gələcək  inkişafına  yön  vermək  üçün 
ASK-nın  inkişaf  məqsədlərini  və  bu  məqsədlərə  nail  olmaq  yolunda  zəruri  olan 
vasitələri  özündə  birləşdirən  kompleks  plan  sənədləri  işlənib  hazırlanır.  Bu 
sənədlərdə planlaşdırılan dövr üçün inkişaf hədəfləri təyin edilir və onlara nail olmaq 
üçün  qarşıdakı  dövrə  aqrar  siyasətin  əsas  istiqamətləri,  prinsip  və  metodları  təsbit 
edilir, həmçinin məqsədli proqramlar üçün zəruri hədəflər ortaya qoyulur; 
3.
 
Sonuncu mərhələdə isə planlaşdırma nəticəsində təsbit edilən ən mühüm problemləri 
həll  etmək  və  hədəflərə  nail  olmaq  məqsədilə  mövcud  hökumət  tərəfindən  konkret 
istiqamətlərə  yönəldilmiş,  konkret  dövrə  və  maliyyələşmə  mənbələrinə  sahib 
proqramlar  işlənib  hazırlanaraq  həyata  keçirilir.  Məs,  Aqrar  sektorda  enerji 


 
26 
təminatının  yaxşılaşdırılması  haqqında,  Torpaqların  münbitliyinin  artırılması 
haqqında v.s; 
Beləliklə, son olaraq onu qeyd edək ki, bazar iqtisadiyyatı şəraitində aqrar sektorun 
dövlət  tənzimlənməsinin  yuxarıda  xarakterizə  etdiyimiz  əsas  forma  və  metodları  ayrı-
ayrılıqda  deyil,  yalnız  birgə  tətbiq  edilir  və  belə  də  olmalıdır.  Bu  forma  və  metodlar 
yalnız  kompleks,  bir-biri  ilə  əlaqəli  və  harmonizə  edilmiş  şəkildə  həyata  keçirildiyi 
təqdirdə səmərə verə bilər və qarşıya qoyulmuş məqsədlərə nail olmaq olar.        
 Növbəti paraqrafda isə xüsusilə keçid iqtisadiyyatı şəraitində aqrar sektorda dövlət 
tənzimlənməsinin  əsas  forma  və  mexanizmlərindən  olan  hüquqi  tənzimləmə,  onun 
xarakteri və əsas prinsiplərindən geniş şəkildə bəhs etməyə çalışacağıq.     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
27 
1.3 Aqrar sahibkarlıqda hüquqi tənzimlənmənin prinsipləri 
Bilindiyi  kimi  hər  bir  cəmiyyət  öz  varlığını  müəyyən  bir  sistem(quruluş) 
çərçivəsində  qoruyub  inkişaf  etdirir.  Ümumiyyətlə  elmi  ədəbiyyatlarda  sistemlərin 
aşağıdakı üç tipini göstərirlər
21

1.
 
Təbii  sistemlər:  Təbii  sistemlər  elə  sistemlərdir  ki,  onlar  insanın  iradəsindən  asılı 
olmadan  mövcuddur  və  onun  davranış  və  fəaliyyətindən  asılı  deyildir.  Məs,  günəş 
sistemi, kristallar, orqanizmlər və.s; 
2.
 
Spontan sistemlər: Bu sistemlər insanlar tərəfindən planlı şəkildə formalaşdırılmasa 
da,  onların  fəaliyyət  və  davranışlarının  nəticəsində  özlüyündən  əmələ  gələn 
sistemlərdir. Məs, dil, yazı, pul, əxlaq və.s; 
3.
 
Artifisyal  sistemlər:  Başqa  sözlə  “qeyri-təbii”  adlandıra  biləcəyimiz  bu  sistemlər 
insanın  planlı  şəkildə  formalaşdırdığı,  onun  fəaliyyət  və  davranışları  nəticəsində 
yaranan sistemlərdir. Məs, texniki sistemlər, binalar, maşınlar və.s; 
Yuxarıda  göstərilənlər  fonunda  deyə  bilərik  ki,  ictimai  sistemlər  bütövlükdə 
özlüyündən  formalaşan,  inkişaf  edən  və  ahəngdar  şəkildə  fəaliyyət  göstərən  bir  sistem 
deyildir.  Başqa  sözlə  bu  sistemlərin  bütün  sferalarında  sağlam  işləyən  qayda  və 
qanunların  olduğunu  iddia  etmək  doğru  deyildir.  Bu  fikir  ictimai  sistemin  bir  növ  alt 
sistemi  kimi  çıxış  edən,  lakin  onun  əhəmiyyətli  bir  hissəsini  təşkil  edən  iqtisadi 
sistemlərə də aiddir.
22
 Məsələn, bazar özlüyündən formalaşan sistem olsa da, onu təbii 
axarına  buraxdıqda  bəzi  xoşagəlməz  nəticələrə  səbəb  olur.  Bu  baxımdan  bazar 
sisteminin  əsas  prinsip,  qayda  və  institutlarının  dövlət  tərəfindən  formalaşdırılması, 
instutsionallaşdırılması və tənzimlənməsi qaçılmazdır.  
Göründüyü kimi iqtisadi subyektlərin qərarvermə sferaları və fəaliyyətlərini həyata 
keçirdikləri mühitin uzun müddətdə formalaşan şərtlərini təyin edən qaydalar, normalar 
və  institutların  məcmusu  olan  iqtisadi  sistem  dövlət  müdaxiləsi  olmadan  da  mövcud 
olduğu  halda,  onun  tam  mükəmməl  işləməsi  üçün  bu  qayda,  norma  və  qurumların 
dövlət  tərəfindən  məqsədli  şəkildə  formalaşdırılmasına  ehtiyac  vardır.  Başqa  sözlə 
                                                 
21
http://www.canaktan.org/ekonomi/iktisat-okullari/okullar/freiburg.htm
 ,Prof. Dr Coşkun Can Aktan, “Freiburg  ktisat ve 
Hukuk Okulu”;  
22
Fiziokrat və Klassik iqtisadi nəzəriyyələrin müdafiə etdikləri ictimai sistem və onun əsas hissəsi olan iqtisadi sistemin 
özlüyündən formalaşan və heç bir kənar müdaxiləyə imkan verməyən təbii sistem olduqları fikri ilk dəfə 1930-40cı illərdə 
Almaniyada fomalaşan Freyburq iqtisad və hüquq məktəbi nümayəndələrinin ortaya qoyduqları  qtisadi sistem və  qtisadi 
Konstitusiya  Hüququ  nəzəriyyələri  çərçivəsində  geniş  şəkildə  tənqid  edilərək  bu  sistemlərin  formalaşdırıcı  və 
tənzimləyici müdaxilələrə ehtiyacı olduğu qeyd edilmişdir; 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə