Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə18/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

 
47 
sistemimizdə  vergilər  bilavasitə  mənbədən  və  bəyannamə  üzrə  olmaqla  iki  formada 
tutulur. Dövlət vergilərinə fiziki şəxslərin gəlir, hüquqi şəxslərin mənfəət, əlavə dəyər, 
aksiz,  hüquqi  şəxslərin  əmlak,  hüquqi  şəxslərin  torpaq,  tranzit  yol,  mədən, 
sadələşdirilmiş  sistem  üzrə  vergilər,  Muxtar  Respublika  vergilərinə  yol  vergisi  istisna 
olmaqla bütün Dövlət vergiləri, Yerli vergilərə isə fiziki şəxslərin torpaq, fizki şəxslərin 
ə
mlak,  yerli  əhəmiyyətli  tikinti  materialları  üzrə  mədən,  bələdiyyə  mülkiyyətində  olan 
müəssisə və təşkilatların əmlak vergiləri aiddir. Məcəllədə dövlət vergilərinin ən yüksək 
həddləri  təyin  edilmiş,  lakin  hər  il  Dövlət  Büdcəsi  Haqqında  qanun  qəbul  edilərkən 
onların  dərəcələrinə  yenidən  baxıla  bilər.  Bu  prinsip  Muxtar  Respublika  və  Yerli 
vergilərə də aid edilir və həmin subyektlər də hər il bu dərəcələri yenidən müəyyən edə 
bilərlər. Aqrar sektorda hüquqi baxımdan sahibkarlıq fəaliyyəti hüquqi şəxs yaratmaqla 
və  fiziki  şəxs  statusunda  həyata  keçirilə  bildiyindən  deyə  bilərik  ki,  adı  çəkilən 
vergilərin hamısı aqrar sektor təsərrüfatlarında tətbiq edilə bilər. Hal-hazırda əgər aqrar 
təsərrüfatçılıq  hüquqi  şəxs  statusunda  həyata  keçirilirsə,  müəssisə  öz  balans 
mənfəətindən 
24% 
həddində 
mənfəət 
vergisi(əgər 
müəssisə 
bələdiyyə 
mülkiyyətindədirsə,  onda  həmin  vergi  bələdiyyə  büdcəsinə  köçürülür),  əmlakının  orta 
illik  dəyərinin  1%-i  həddində  əmlak  vergisi,  satışını  həyata  keçirdiyi  aksizli  məhsullar 
üzrə  onların  satış  qiymətinə  müxtəlif  tariflərlə  daxil  edilən  aksiz  vergisi,  əlavə  dəyər 
vergisinə  düşən  iqtisadi  əməliyyatlarının  dəyərinin  18%-i  həddində  ƏDV-i,  yerin 
təkindən  çıxardıqları  faydalı  qazıntıların  növündən  asılı  olaraq  onların  topdansatış 
qiymətinə daxil edilmiş 3-26% həddində mədən vergisi, sahib olduqları kənd təsərrüfatı 
torpaqları  üzrə  1  şərti  bal  üçün  şərti  maliyyə  vahidinin  5%-i  həddində,  həyətyanı  sahə 
torpaqları  üçünsə  hər  kvadrat  metrə  regionlardan  asılı  olaraq  şərti  maliyyə  vahidinin 
1,0-5,5%-i  həddində  torpaq  vergisi,  mülkiyyətlərində  olan  minik  avtomobilləri  üzrə 
mühərrikin hər kub santimetrinə görə şərti maliyyə vahidinin 1%-i, avtobuslar və digər 
nəqliyyat  vasitələri  üzrə  2%-i  həddində  illik  yol  vergisi,  müqavilə  ilə  çalışdırdıqları 
işçilərinə  verdikləri  əmək  haqqından  ödəmə  mənbəyində  14-35%  arası  tutulan  fiziki 
şə
xslərin gəlir vergisi, qanunla müəyyən edilən yolla sadələşdirilmiş sistem üzrə vergiyə 
cəlb  ediliblərsə  Bakı  şəhəri  üzrə  ümumi  dövriyəsinin  4%-i,  digər  regionlarda  isə  2%-i 
həddində  sadələşdirilmiş  sistem  üzrə  vergiləri  ödəyirlər.  Fiziki  şəxs  statusunda  aqrar 


 
48 
sahibkarlıqla  məşğul  olanlar  isə  mənfəət  vergisindən  başqa  qalan  bütün  digər 
vergilərin ödəyicisi kimi çıxış edə bilərlər.           
Məcəllədə  həm  də  vergi  orqanlarının  təsərrüfat  subyektlərinin  büdcəyə  ödəməli 
olduqları  vəsaitlərinin  qanuna  uyğun  toplanılması  məqsədilə  iki  formada  vergi 
nəzarətini  həyata  keçirmələri  nəzərdə  tutulmuşdur.  Kameral  yoxlama  adlanan  birinci 
formada  vergi  orqanları  yerlərə  getmədən  mükəlləf  tərəfindən  təqdim  edilən  vergi 
hesabatları  və  digər  sənədlər  üzərində  həyata  keçirildiyi  halda,  ikinci  forma  adlanan 
səyyar yoxlamada isə vergi orqanları yerlərə gedərək birbaşa vergi obyektləri üzərində 
nəzarəti həyata keçirirlər. 
Nəhayət,  bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar  yenidən  qurulan  münasibət 
sistemlərindən  biri  də  aqrar  təsərrüfatlararası  iqtisadi  münasibət  sistemidir.  Keçmiş 
sosialist təsərrüfatından fərqli olaraq artıq bu münasibət sistemi mərkəzi plan orqanları 
tərəfindən deyil, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün bazar 
subyektlərinin öz aralarında müstəqil şəkildə bağladıqları müqavilələrlə həyata keçirilir. 
Tərəflər  haqqında  informasiyaları,  müqavilənin  predmetini,  qiymətini,  müddətini, 
tərəflərin  hüquq  və  vəzifələrini,  müqavilənin  dəyişdirilməsi  və  xitamı  şərtləri  kimi 
məsələləri  özündə  birləşdirən  müqavilələrin  Mülki  Məcəllədə  göstərilən  Alqı-satqı, 
Dəyişdirmə,  Bağlaşma,  Əmlak  kirayəsi,  carə,  Françayzinq,  Əvəzsiz  istifadə,  Borc, 
Lizinq,  Podrat,  Tapşırıq,  Brokerlik,  Ticarət  nümayəndəsi(agent),  Konsessiya, 
Komissiya,  Saxlama,  Daşıma,  Turist  xidmətlərinin  göstərilməsi(agent),  Renta,  Barışıq 
razılaşması, Sığorta, Bank əmanəti, Bank hesabı formaları mövcuddur
27
.  
Aqrar  təsərrüfatlar  öz  fəaliyytlərində  demək  olar  ki,  yuxarıda  göstərilən  müqavilə 
formalarının  hamısından  istifadə  edirlər  və  öz  fəaliyyətlərində  bağladıqları 
müqavilələrdən  irəli  gələn  öhdəlikləri  yerinə  yetirməyə  məcburdurlar.  Əks  halda  onlar 
mövcud  qanunvericiliyə  uyğun  olaraq  mülki,  inzibati  və  bəzi  hallarda  cinayət 
məsuliyyəti daşıyırlar. 
Beləliklə,  iqtisadi  baxımdan  mübadilələr  məcmusu  olan  iqtisadiyyat  və  həm  də 
aqrar  iqtisadiyyat  hüquqi  baxımdan  müqavilələr  məcmusu  kimi  öz  mövcudluğunu 
qoruyub  saxlayır  və  inkişaf  edir.  Dövlətin  vəzifəsi  də  məhz  bu  müqavilələrin  lazımı 
şə
kildə icrası üçün əlverişli hüquqi mühiti yaratmaqdır. Əks halda icra olunmayan və ya 
                                                 
27
Bax: “AR-nin Mülki Məcəlləsi”, Bakı-Qanun-2001, səhfə: 239-427;  


 
49 
lazımı  şəkildə  icra  olunmayan  müqavilələrdən  ibarət  iqtisadiyyatda  heç  vaxt  yüksək 
səmərəlilik  əldə  etmək  olmaz  və  ümumiyyətlə  iqtisadi  sistem  qeyri-işlək  bir  vəziyyətə 
düşmüş  olar.  Çünki  səmərəli  iqtisadiyyat  mənafelərin  uzlaşdığı  və  reallaşdığı 
iqtisadiyyat  hesab  olunur  ki,  bu  da  özünü  bazar  subyektlərinin  azad  iradə  ifadəsi  olan 
müqavilə sistemində göstərir. 
Göründüyü  kimi  yuxarıda  sosialist  aqrar  sektoru  ilə  bazar  iqtisadiyyatı  aqrar 
sektorunun 
ə
sas 
xüsusiyyətlərinə, 
onlar 
arasındakı 
ə
sas 
fərqlərə, 
sosialist 
iqtisadiyyatından bazar iqtisadiyyatına keçidin obyektiv zəruriliyinə, həyata keçiriləcək 
keçid  prossesinin  aqrar  sektordakı  əsas  hədəflərinə  və  ölkəmizdə  bazar  iqtisadiyyatına 
keçid  şəraitində  dövlətin  bütövlükdə  iqtisadiyyatda  və  xüsusi  olaraq  da  aqrar  sektorda 
iqtisadi  münasibətlərin  tənzimləməsi  prossesinin  iqtisadi  və  hüquqi  bazasına  ətraflı 
nəzər saldıq. Növbəti paraqrafda isə bu sektorda bazar iqtisadiyyatına keçidlə əlaqədar 
həyata  keçirilən  islahatların  mühüm  istiqamətindən,  özəlləşdirmə  və  yeni  mülkiyyət 
münasibətlərinin qurulmasından danışılacaq.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə