Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə20/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   16   17   18   19   20   21   22   23   ...   48

 
52 
qanunlarının  qəbul  edilməsinə  icazə  verirdi  ki,  bu  da  torpaq  islahatı  prossesinin 
başlanması demək idi. Həmin dövrdən Azərbaycan Respublikasında qəbul olunan əksər 
qanunlarda ölkədə torpaq da daxil olmaqla əmlak üzərində mülkiyyətin əvvəlki illərdən 
fərqli  olaraq  sadəcə  dövlət  mülkiyyəti  formasında  deyil,  müxtəlif  mülkiyyət 
formalarında  ola  bilməsi  öz  əksini  tapmışdır.  Xüsusilə,  “AR  iqtisadi  müstəqilliyinin 
ə
sasları  haqqında”  Konstitusiya  Qanununun(25.05.1991)  3-cü  maddəsi,  “AR  dövlə
müstəqilliyi  haqqında”  Konstitusiya  Aqtının(18.10.1991)  22-ci  maddəsi,  bütövlükdə 
Mülkiyyət haqqında” AR Qanunu(09.11.1991) və “AR Konstitusiyası”nın 13 və 29-
cu  maddələri  ilə  torpaq  da  daxil  olmaqla  ölkədə  əmlak  üzərində  dövlət,  bələdiyyə  və 
xüsusi  olmaqla  3  formada  mülkiyyət  hüququnun  olması  təsbit  edilmişdir.Beləliklə, 
sonradan aparılacaq torpaq islahatı da məhz torpaq üzərində bu mülkiyyət formalarının 
formalaşdırılmasına  xidmət  etməli  idi.  Həqiqətən  də  “Aqrar  islahatların  əsasları 
haqqında”  Qanunun  5-ci  maddəsi  və  “Torpaq  islahatı  haqqında”  Qanunun    1-ci 
maddəsi  ilə  açıq  şəkildə  göstərilir  ki,  torpaq  islahatının  məqsədi  dövlət  və  bələdiyyə 
torpaqlarını ayırmaq və müvafiq qaydada xüsusi mülkiyyətə verilməsindən ibarətdir. Bu 
zaman həmin torpaqlar aşağıdakı yollarla formalaşır: 
Dövlət torpaqları  
-li Əlavənin məlumatlarından göründüyü kimi islahatlar nəticəsində 8600 min 
ha  olan  ümumi  torpaq  fondunun  3800  min  ha  və  ya  44,2%-i  dövlət  mülkiyyətində 
saxlanılır  ki,  bunlara  da  “Torpaq  islahatı  haqqında”  AR  Qanununun  6-cı  maddəsinə 
ə
sasən aşağıdakı torpaqlar aiddir: 
 
Dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 
 
Dövlət obyektləri, magistral boru kəmərləri, nəqliyyat, rabitə və müdafiə obyektləri, 
dövlət sərhəd zolaqları, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi 
torpaqlar; 
 
Yay və qış otlaqları, mal-qara düşərgələri və köç yollarının torpaqları; 
 
Meşə  fondu  torpaqları(dövlət  kənd  təsərrüfatı  müəssisələrinin  meşələri  də  daxil 
olmaqla); 
 
Xəzər dənizinin AR-ə mənsub olan bölməsinin su fondu torpaqları; 


 
53 
 
Təbiəti  mühafizə,  təbii-qoruq,  sağlamlaşdırma,  istirahət,  tarixi-mədəniyyət 
təyinatlı  torpaqlar,  habelə  üzərində  təsərrüfat  fəaliyyəti  qadağan  edilmiş  qanunla 
qorunan ərazilərin torpaqları; 
 
Dövlət  elmi-tədqiqat  və  tədris  müəssisələrinin,  onların  təcrübə  bazalarının,  maşın-
sınaq  stansiyalarının,  dövlət  sort-sınaq  xidmətinin,  toxumçuluq  və  damazlıq 
təsərrüfatlarının torpaqları; 
 
Dövlət  müəssisə  idarə  və  təşkilatların  daimi  istifadəsində  olan  və  ya  dövlət 
obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 
 
Dövlət ehtiyat fondu torpaqları;  
Bu  torpaqlar  dövlətin  müstəsna  mülkiyyətində  olmaqla  yanaşı  qanunla  müəyyən 
edilmiş qaydada istifadəyə və ya icarəyə verilə bilərlər. Onların istifadəsi və mühafizəsi 
sahəsində  dövlət  idarəetməsini  öz  səlahiyyətləri  daxilində  müvafiq  icra  hakimiyyəti 
orqanları  aparır  və  bu  torpaqların  bələdiyyə  və  xüsusi  mülkiyyətə  verilməsi  yalnız 
qanunla təyin edilir. 
Bələdiyyə torpaqları  
Bələdiyyə  torpaqları  2100  min  ha  və  ya  ümumi  torpaq  fondunun  31,4%-ni  təşkil 
etməklə  müvafiq  inzibati  ərazi  daxilində  dövlət  mülkiyyətində  saxlanılan  və  xüsusi 
mülkiyyətə  verilən  torpaqlar  çıxılmaqla  qalan  torpaqlardan  ibarətdir.  Bu  torpaqlara 
ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar 
və ehtiyat fondu torpaqları aiddir
30
:  
 
Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd 
yaşayış  məntəqələrinin,  küçələrin,  meydanların,  parkların,  meşə-parkların, 
sututarların,  stadionların,  idman  meydançalarının  altındakı,  habelə  əhalinin  mal-
qarası üçün örüş sahələri, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, tarlaqoruyucu 
meşə  zolaqlarının,  yerli  əhəmiyyətli  su  təsərrüfatı  obyektlərinin,  hidrotexniki 
qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar; 
 
Fiziki  və  hüquqi  şəxslərin  istifadəsində  olan  torpaqlara  onların  daimi  və  ya 
müvəqqəti  (qısamüddətli  və  uzunmüddətli)  istifadəsində,  eləcə  də  icarəsində 
istifadəsində olan bələdiyyə torpaqları; 
                                                 
30
Torpaq islahatı haqqında” AR Qanunu, 16.07.1996, maddə:7;   


 
54 
 
Ehtiyat  fondu  torpaqlarına  isə    yaşayış  məntəqələrinin  perspektiv  inkişafı  üçün 
ayrılan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən 
bələdiyyə  torpaqları  və  ehtiyat  məqsədləri  daşıyan  digər  bələdiyyə  torpaqlarından 
ibarətdir;  
Ehtiyat  fondu  torpaqları  həm  də  qanunvericiliyə  uyğun  olaraq  ümumi  istifadəyə, 
fiziki  və  hüquqi  şəxslərin  istifadəsinə,  icarəsinə  və  AR  vətəndaşlarının  və  hüquqi 
şə
xslərinin  mülkiyyətinə  verilə  bilər.  Onun  kənd  təsərrüfatına  yararlı  torpaqları  kənd 
təsərrüfatı istehsalı üçün yalnız istifadəyə və icarəyə aşağıdakı növbəliliyə əməl etməklə 
verilir: müvafiq ərazidə  müvəqqəti  məskunlaşmış  məcburi köçkünlər; AR-nin  müvafiq 
rayonunun (şəhərinin) ərazisində yaşayan torpaq payı almamış fiziki və hüquqi şəxslər; 
müvafiq  ərazidə  torpaq  payı  almış  fiziki  və  hüquqi  şəxslər;  AR-nin  digər  fiziki  və 
hüquqi  şəxsləri;  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər,  xarici  ölkələrin  hüquqi 
şə
xsləri;  
Bələdiyyə  mülkiyyətində  olan  torpaqlara  sərəncam  verilməsi,  həmin  torpaqların 
istifadəsi və mühafizəsi sahəsində idarəetmə yalnız bələdiyyələrə məxsusdur. 
Xüsusi mülkiyyət torpaqları 
AR-də  torpaq  üzərində  xüsusi  mülkiyyətin  ilkin  mənbəyi  kimi  Əlavə  7-də  də 
göstərildiyi üzrə ümumi torpaq fondunun 24,4%-ni əhatə edən 2100 min ha-lıq pulsuz 
özəlləşdiriləcək  ərazilərdir.  Sonradan  bu  mülkiyyət  formalı  torpaqların  dövlət  və 
bələdiyyə  torpaqlarının  digər  qanuni  yollarla  əldə  edilməsi  nəticəsində  artırılması  da 
mümkündür.  Beləliklə  ilkin  dövrdə  xüsusi  mülkiyyətli  torpaqlar  aşağıdakı  yollarla 
formalaşır: 
 
Vətəndaşların  qanuni  istifadəsindəki  torpaq  sahələrinin  özəlləşdirilməsi
Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni 
istifadəsindəki  fərdi  yaşayış  evlərinin,  həyətyanı  sahələrin,  fərdi,  kollektiv  və 
kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların altında 
olan  torpaqlar  islahat  zamanı  əvəzsiz  olaraq  onların  mülkiyyətinə  verilir.  Qanunun 
10-cu  maddəsinə  əsasən  də  bağ  sahələrinin  torpaqları  özəlləşdirilən  zaman  onların 
üzərindəki  tikililər,  ağaclar  və  digər  obyektlər  də  əvəzsiz  olaraq  bağ  sahiblərinin 
mülkiyyətinə  keçir.  Bu  zaman  həmin  özəlləşdirilən  sahələrlə  bağlı  şəhadətnamə 
vətəndaşların ərizələri və o torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə