Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə28/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   24   25   26   27   28   29   30   31   ...   48

 
75 
müəyyənləşdirilmiş,  28  noyabr  2002-ci  il  NK-nın  189  №-li  “Ölkədə  sahibkarlığın 
inkişafı ilə bağlı digər mənbələrdə nəzərdə tutulan vəsaitlərin AR-nin Sahibkarlığ
Kömək  Milli  Fondunda  cəmləşdirilməsi  haqqında”  Qərarı  ilə  dövlət  büdcəsində 
Kiçik  sahibkarlığa  investisiya  yardımı”,  o  cümlədən  “Kənd  təsərrüfatı  ilə  məşğul 
olmaq  üçün  məcburi  köçkünlərə  kreditlərin  verilməsi”,  “Fermer  təsərrüfatlarına 
kredit  güzəştləri  fondu”  üçün  nəzərdə  tutulan  vəsaitlərin,  məşğulluq  tədbirlərinin 
maliyyələşdirilməsi  çərçivəsində  yeni  iş  yerlərinin  yaradılması  ilə  bağlı  xərclərin  və 
dövlət  əmlakının  özəlləşdirilməsi  nəticəsində  əldə  edilən  pul  vəsaitinin  sahibkarlığa 
dövlət  koməyinin  maliyyələşdirilməsi  üçün  qanunvericiliklə  nəzərdə  tutulan  hissəsinin 
Fonda cəlb olunması nəzərdə tutulmuşdur. 
Sahibkarlığın  inkişafının  tənzimlənməsində  atılan  mühüm  addımlardan  biri 
fəaliyyət  göstərilməsi  üçün  xüsusi  razılıq(lisenziya)  tələb  olunan  sahələrin 
müəyyənləşdirilməsi  istiqamətində  olmuşdur.  Belə  ki,  2  sentyabr  2002-ci  ildə 
Prezidentin  “Bəzi  fəaliyyət  növlərinə  xüsusi  razılıq  (lisenziya)  verilməsi 
qaydalarının təkmilləşdirilməsi haqqında” fərmanı ilə bu sahədə mövcud olan hərc-
mərcliyi  aradan  qaldırmaq  məqsədilə  lisenziyalaşdırma  sahəsində  xüsusi  səlahiyyətli 
orqan kimi  qtisadi  nkişaf Nazirliyi təyin edilərək, xüsusi razılıq tələb olunan sahələrin 
sayı  240-dan  30-a  endirilmiş,  hər  sahədə  xüsusi  lisenziya  verməli  olan  orqanlar  açıq 
müəyyənləşdirilmiş,  sonradan  artırılmasının  mümkünlüyü  şərti  ilə  5  il  müddətinə 
verilən  lisenziyaların  alınması  ilə  bağlı  verilən  ərizələrə  15  gün  müddətində  müvafiq 
orqan  tərəfindən  konkret  qərar  qəbul  edilməsi  nəzərdə  tutulmuşdur.  Hal-hazırda  ASK-
da yalnız etil(yeyinti) spirtlərinin və alkoqollu içkilərin və tütün məmulatının istehsalı, 
idxalı  və  satışı  sahəsində  fəaliyyətlə  bağlı  xüsusi  lisenziyaların  alınması  nəzərdə 
tutulmuşdur. Fərmandan irəli gələrək 7 noyabr 2002-ci il NK-nın 174 №-li “Fəaliyyə
növlərinin  xüsusiyyətindən  asılı  olaraq  xüsusi  razılıq  (lisenziya)  verilməsi  üçün 
tələb  olunan  əlavə  şərtlər  barədə”  Qərarı  ilə  25  fəaliyyət  növü  üzrə  xüsusi 
lisenziyanın  verilməsinin  əlavə  şərtləri  müəyyənləşdirilmiş,  18  noyabr  2002-ci  ildə  isə 
180  №-li  “Xüsusi  razılıq  (lisenziya)  alınması  tələb  olunan  bəzi  fəaliyyət  növlərinə 
xüsusi  razılıq(lisenziya)  verilməsinə  görə  ödənilən  dövlət  rüsumunun  məbləğləri 
barədə”  Qərarı  ilə  bu  sahədə  dövlət  rüsumları  fəaliyyət  növlərindən  asılı  olaraq 


 
76 
minimum  şərti  maliyyə  vahidinin  120  mislindən  maksimum  5000  mislinədək  olan 
həddə dəyişərək konkret olaraq təsdiq edilmişdir. 
10  sentyabr  2002-ci  ildə  sahibkarlığın  inkişafına  dövlət  himayəsini  daha  da 
artırmaq,  sahibkarlıq  fəaliyyətinin  hüquqi  bazasını  təkmilləşdirmək  və  ona  zəruri 
maliyyə  dəstəyi  vermək  məqsədilə  “Sahibkarlı_ğın_inki_şafına_dövl_ət_himay_əsi_sah_əsind_ə_əlav_ə_t_ədbirl_ər_haqqında'>Sahibkarlığın  inkişafına  dövlət  himayəsi 
sahəsində  əlavə  tədbirlər  haqqında”  adlı  mühüm  bir  fərman  da  imazalanmışdır. 
Fərmanda vergi sistemində dərəcələrin regionlar və sahələr üzrə differensiallaşdırılaraq 
aşağı  salınması  və  sadələşdirilmiş  sistemin  geniş  yayılması,  sosial  sığorta  haqqlarının 
azaldılması,  təbii  inhisar  qymətlərinin  təkmilləşdirilməsi,  beynəlxalq  maliyyə-kredit 
qurumlarının  sahibkarlığın  inkişafı  məqsədilə  ölkəyə  ayırdıqları  vəsaitlərdən  səmərəli 
istifadə  edilməsi,  daxili  bazarı  qoruyan  və  ixracı  həvəsləndirən  gömrük  rüsumlarının 
tətbiq edilməsi, sərbəst gömrük zona və anbarlarının yaradılması, kredit müqavilələrinin 
genişlənməsini  təmin  etmək  məqsədilə  daşınmaz  əmlakın  vahid  dövlət  reyestrinin 
yaradılması,  inhisarçılığın  qarşısının  alınması  və  sağlam  rəqabətin  təmin  edilməsi, 
özəlləşdirmənin  tam  aşkarlıq  təmin  edilməklə  sürətləndirilməsi,  dövlət  əmlakının 
icarəyə  verilməsi  prossesinin  təkmilləşdirilməsi,  mərkəzləşdirilmiş  uçot  dərəcələrinin 
aşağı  salınması,  uzunmüddətli  kreditlərin  xüsusi  çəkisinin  artırılması,  sahibkarlığın 
dövlət  qeydiyyatı  prosedurlarının  sadələşdirilməsi  və  onların  fəaliyyətinə  dövlət 
müdaxiləsinin qarşısının alınması ilə bağlı geniş miqyaslı tədbirlər öz əksini tapmışdır. 
Bunlarla  yanaşı  2003-2005-ci  illərin  dövlət  büdcəsində  sahibkarlığın  inkişafına  250 
mlrd. manat (2003-də 50 mlrd) vəsaitin ayrılması, KOS-un inkişafına yardım məqsədilə 
Bakı  şəhərində  texnoloji  biznes-inqubator  mərkəzinin,  sənaye  şəhərciyinin  və  Sərgi-
Satış  Mərkəzinin  yaradılması,  “Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  və  reyestri 
haqqında”  və  “Daşınmaz  əmlakın  dövlət  reyestri  haqqında”  qanunların  qəbul 
olunması,  ayrı-ayrı  rayonlarda  sahibkarlığın  biznes  mərkəzlərinin  yaradılması,  xarici 
investorların  təsisçiliyi  ilə  mikrokredit  bankının  yaradılması  kimi  konkret  tədbirlər  də 
öz əksini tapmışdır.     
Digər  tədbirlər  isə  sahibkarlıq  subyektləri  ilə  dövlət  nəzarət  orqanları  arasında 
münasibətlərin tənzimlənməsinin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə olan yersiz 
müdaxilələrin qarşısının alınması sahəsində olmuşdur. Bu məqsədlə 28 sentyabr 2002-ci 
il  tarixli  ”Sahibkarlığın  inkişafına  mane  olan  müdaxilələrin  qarşısının  alınması 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə