Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə31/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   27   28   29   30   31   32   33   34   ...   48

 
82 
3.2  Aqrar  sektorun  idarəetmə  strukturları  və  onların  təkmilləşdirilməsi 
istiqamətləri 
Bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar  olaraq  iqtisadi  münasibətlərin  yenidən 
qurulması  ilə  yanaşı  bu  münasibətlərin  tənzimlənməsində  və  məqsədyönlü  idarə 
edilməsində  mühüm  rol  oynayan  dövlət  idarəetmə  orqanlarının  statusu  və  instutsional 
strukturu da yenidən qurularaq bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılır. Keçmiş 
SSR   sistemindəki  idarəetmə  strukturlarından  fərqli  olaraq  bazar  iqtisadiyyatı 
sistemində  idarəetmə  orqanları  hüquqi  dövlət  prinsipinə  uyğun  olaraq  təkcə  oyun 
qaydalarını müəyyənləşdirən deyil, həm də bu qaydalara əməl edən orqanlara çevrilirlər. 
Başqa  sözlə  onların  hüquq  və  vəzifələri  mövcud  qanunvericilik  və  sahib  olduqları 
ə
sasnamələrə uyğun konkret olaraq təsbit edilir. 
Azərbaycan  Respublikası  da  müstəqilliyini  əldə  etdikdən  sonra  iqtisadi  sistem 
olaraq  bazar  iqtisadiyyatını  da  seçməsilə  idarəetmə  orqanlarının  yeni  iqtisadi  sistemin 
tələblərinə  uyğun  qurulması  məqsədilə  struktur  islahatarına  başlamağa  məcbur 
olmuşdur.  Aparılan  islahatlar  idarəetmənin  bütün  istiqamətləri  ilə  yanaşı  ölkəmizdə 
iqtisadiyyatın  mühüm  sahəsi  olan  aqrar  sahəni  də  əhatə  edir  və  bu  zaman  idarəetmə 
strukturları əsasən aşağıdakı iqtiqamətlərdə islahatlara məruz qalır: 
 
Kənd  təsərrüfatı  orqanları  sistemində  aqrar  islahatları  aparan  idarəetmə  orqanları 
ayrılır; 
 
mperativ-inzibati  strukturların  idarəçilik  orqanları  birlik,  assosiasiya  və  ya  ASK 
sahələrində  kənd  təsərrüfatına  xidmət  edən  bu  və  ya  digər  sahələrin  təsərrüfat 
funksiyalarını həyata keçirən şirkətlərə çevrilir; 
 
Kənd təsərrüfatı istehsalı və emalı sahələrinin idarəçilik orqanlarının ayrılması və ya 
birləşməsi baş verir; 
 
Kənd  təsərrüfatı  orqanlarının  aqrar  subyektlər  üçün  məcburi  xarakter  daşıyan 
normativ aqtlar dərc etmək hüququ qalsa da maksimum şəkildə məhdudlaşdırılır və 
ə
sasən torpaqların mühafizəsi və səmərəli istifadəsi, karantin tədbirlərinin və sanitar-
baytar nəzarətinin həyata keçirilməsi məsələlərini əhatə edir; 
 
Dövlət  idarəetmə  orqanlarının  göstərdiyi  bir  sıra  xidmətlərin  həyata  keçirilməsində 
mümkün olduğu qədər özəl bölməyə imkan yaradılır; 


 
83 
Ölkədə  aparılan  aqrar  islahatlar  hüquq  və  vəzifələri  və  iş  qaydaları  müvafiq 
ə
sasnamələrlə  tənzimlənən  və  islahatla  əlaqəli  bütün  maraq  qruplarının  bu  prossesdə 
iştirakını təmin etməyə şərait yaradan aşağıdakı komissiyalar tərəfindən həyata keçirilir: 
1.
 
Azərbaycan Respublikası Dövlət Aqrar  slahat Komissiyası; 
2.
 
Naxçıvan Muxtar Respublikası Aqrar  slahat Komissiyası; 
3.
 
Rayon aqrar islahat komissiyaları; 
4.
 
Yerli aqrar islahat komissiyaları; 
Dövlət  Aqrar  slahat  Komissiyası  tərkibinə  ASK  idarəçiliyini  həyata  keçirən 
mərkəzi  dövlət  idarəetmə  orqanlarının  rəhbərləri,  qtisadi  nkişaf,  Maliyyə  və  Vergilər 
Nazirliklərinin,  Milli  Bankın,  Dövlət  Sosial  Müdafiə  Fondunun,  Dövlət  Statistika 
Komitəsinin,  ASK 
ş
çiləri  Həmkarlar 
ttifaqının  Respublika  Komitəsinin,  elmi 
idarələrin  və  ictimaiyyətin  nümayaəndələri  daxil  edilməklə  Prezident  tərəfindən  təşkil 
edilir, sədri təyin edilir və Komissiya Prezidentə hesabat verir. Komissiyanın vəzifələri 
aşağıdakılardan ibarətdir
36

 
Aqrar  islahatın  dövlət  proqramını  hazırlayır,  Prezidentin  təsdiqinə  verir  və  həyata 
keçirilməsini təşkil edir; 
 
slahat  qanunlarının  tətbiqi  üçün  təlimatları,  tövsiyələri  və  digər  sənədləri,  zəruri 
materialları hazırlayır, onlara əməl olunmasını təmin edir; 
 
Dövlət  mülkiyyətində  saxlanılan  və  bələdiyyə  mülkiyyətinə  verilən  obyektlərin 
siyahısını müəyyənləşdirir və Prezidentə təqdim edir; 
 
slahatın  maliyyə  təminatı  ilə  əlaqədar  təkliflər  verir,  ayrılan  vəsaitlərin  bölgüsünü 
aparır və təyinatı üzrə istifadəsini təmin edir; 
 
NMR-nin, rayon və yerli aqrar islahat komissiyalarının əsasnamələrini hazırlayır və 
təsdiq edir; 
 
slahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və.s; 
Naxçıvan  Muxtar  Respublikası  Aqrar  slahat  Komissiyası  tərkibi  və  sədri 
Dövlət  Aqrar  slahat  Komissiyası  tərəfindən  təsdiq  edilərək  muxtar  respublikanın 
xüsusiyyətləri  nəzərə  alınmaqla  Dövlət  Aqrar  slahat  Komissiyası  ilə  eyni  əsaslarla 
yaradılır və göstərilən vəzifələri muxtar respublika ərazisində həyata keçirir
37

                                                 
36
Sovxoz və kolxozların islahatı haqqında”AR Qanunu, 18.02.1995, maddə: 5;  
37
Sovxoz və kolxozların islahatı haqqında”AR Qanunu, 18.02.1995, maddə: 6;  


 
84 
Rayon  Aqrar  slahat  Komissiyası  rayon(şəhər)  icra  hakimiyyətinin  başçısı 
tərəfindən  təşkil  olunur  və  onun  tərkibi  ilə  bağlı  sərəncamı  müvafiq  olaraq  Dövlət  və 
Naxçıvan  Muxtar  Respublikası  Aqrar  slahat  Komissiyası  təsdiq  edərək  sədrini  təyin 
edir.  Tərkibinə  rayon  (şəhər)  icra  hakimiyyətinin,  keçmiş  rayon  xalq  deputatlar 
sovetinin, kənd təsərrüfatı idarəsinin,  N-nin yerli şöbəsinin, torpaq şöbəsinin, statistika 
idarəsinin,  aqrar-sənaye  kompleksi  işçiləri  həmkarlar  ittifaqının  rayon  komitəsinin, 
təsərrüfatların,  rayon  ictimaiyyətinin  nümayəndələrinin  daxil  edildiyi  komissiya 
müvafiq  olaraq  Dövlət  və  Naxçıvan  Muxtar  Respublikası  Aqrar  slahat  Komissiyasına 
hesabat verməklə aşağıdakı vəzifələri icra edir
38

 
Rayon  aqrar  islahat  proqramını  hazırlayır  və  Dövlət  Aqrar  slahat  Komissiyasının 
(NMR-nin Aqrar  slahat Komissiyasının) təsdiqinə təqdim edir; 
 
Rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir; 
 
slahatın  maliyyə  təminatı  ilə  əlaqədar  təkliflərini  aidiyyəti  üzrə  müvafiq  orqanlara 
təqdim edir və ayrılan vəsaitin təyinatı üzrə istifadəsini təmin edir; 
 
Bələdiyyə  mülkiyyətinə  veriləcək  torpaq  və  əmlak  haqqında  təkliflərini  (müvafiq 
nazirlik və baş idarələrin rə'yləri ilə) Dövlət Aqrar  slahat Komissiyasına və ya NMR 
Aqrar  slahat Komissiyasına təqdim edir; 
 
Yerli  aqrar  islahat  komissiyalarına  səlahiyyətinə  aid  məsələlər  üzrə  zəruri  normativ 
sənədləri və tə'limatları çatdırır, komissiyaların üzvlərinə məsləhətlər verir; 
 
slahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və.s; 
Yerli  Aqrar  slahat  Komissiyası  isə  sovxozun  və  kolxozun  ümumi  yığıncağı 
tərəfindən  təşkil  edilməklə,  tərkibi  rayon  aqrar  islahat  komissiyası  tərəfindən  təsdiq 
edilir  və  islahatın  gedişi  haqqında  rayon  aqrar  islahat  komissiyasına  hesabat  verir. 
Komissiyanın  tərkibinə  təsərrüfatın  rəhbəri,  əmək  kollektivinin,  icra  hakimiyyətinin, 
təsərrüfatın  ərazisində  yaşayan  vətəndaşların  nümayəndələri  daxil  edilməklə  aşağıdakı 
vəzifələri yerinə yetirir
39
:   
 
Aqrar islahat haqqında izahat işi aparır; 
 
Ə
mək  kollektivi  və  ərazidə  yaşayan  vətəndaşların  rəyi  nəzərə  alınmaqla  torpaq  və 
ə
mlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında 
                                                 
38
Yenə orada, maddə: 7;  
39
Sovxoz və kolxozların islahatı haqqında”AR Qanunu, 18.02.1995, maddə: 8; 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə