Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə34/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   30   31   32   33   34   35   36   37   ...   48

 
91 
peşəkar  idarəetmə  sisteminin  qurulmasına  yönəldirlər  ki,  bu  da  onların 
məhsuldarlığını yüksəldir. 
darəetmə  orqanlarında  şəffaflıq  və  demokratizm  gücləndirilməlidir.  Belə  ki, 
bazar  iqtisadiyyatı  şəraitində  dövlət  idarəetmə  orqanları  bir  növ  vətəndaşların  və  ya 
bazar subyektlərinin verdiyi vergilər hesabına maliyyələşərək onlara xidmət etməli olan 
qurumlardır.  Bu  baxımdan  onların  fəaliyyəti  kifayət  qədər  şəffaf  və  demokratik 
idarəçilik  prinsipləri  əsasında  qurulmalıdır.  Nəticədə  həmin  qurumların  fəaliyyətinin 
getdikcə  daha  da  təkmilləşdirilməsinə,  onların  etibarının  yüksəldilməsinə  və  bazar 
subyektləri arasında sağlam rəqabətin təmin edilməsinə nail olmaq olar. 
darəetmə sistemində desentralizasiya meyli gücləndirilməlidir. Bunda məqsəd bir 
tərəfdən  məhsuldarlıq  və  səmərəliliyi  təmin  etməkdirsə,  digər  tərəfdən  ictimai 
xidmətləri  xalqa  yaxınlaşdırmaq  və  demokratik  idarəetməni  gücləndirməkdir.  Bu 
məqsədlə  aqrar  sektorda  dövlət  idarəetmə  oraqanları  funksiyalarının  mühüm  bir 
hissəsinin  onların  yerli  strukturlarına  və  ya  yeni  yaranmış  bələdiyyə  orqanlarına 
ötürülməsi təmin edilməlidir. 
Son  illər  dünya  ölkələri  arasında  geniş  yayılmağa  başlayan  elektron  hökumət(e-
government – e-hökumət) layihələrinin ölkəmizdə də tətbiq edilməsi bütövlükdə dövlət 
idarəetmə  orqanlarını  istər  kəmiyyət,  istərsə  də  keyfiyyət  baxımından  köklü 
dəyişikliklərə məruz qoya bilər ki, bu da onların daha səmərəli fəaliyyət göstərmələrinə 
şə
rait  yaradacaqdır.  Ən  ümumi  formada  dövlət  və  vətəndaş  münasibətlərinin  internet 
vasitəsilə  elektron  şəkildə  qurulmasını  nəzərdə  tutan  e-hökumət  sistemi  ildən  ilə  çox 
geniş  sahələri  əhatə  etməkdədir.  Hal-hazırda  ölkəmizdə  də  bu  sistem  kortəbii  olsa  da 
yayılmağa başlamışdır. Artıq bir sıra nazirlik, dövlət komitəsi və komissiyaları elektron 
dövlət  sisteminin  bəzi  üstünlüklərindən  istifadə  etməyə  çalışır,  lakin  aqrar  sektorun 
dövlət  idarəetmə  orqanları  hələ  də  bu  prossesdən  demək  olar  ki,  kənardadır.  Əgər  bu 
orqanlarda  e-hökumət  sistemi  doğru  düzgün  qurularsa  nternet  texnologiyaları  həmin 
orqanların  xalq  açıq  olan  infromasiyalarını  əldə  etməyi,  elektron  səsvermə,  elektron 
vergiləndirmə  və  ya  digər  ödəmələri  köçürməyi,  vətəndaşların  dövlət  orqanlarının 


 
92 
idarəedilməsində  iştirakını  asanlaşdırmağı,  onlarla  dövlət  məmurları  arasında  sıx 
ə
laqənin qurulmasını təmin etməyi mümkün edir ki, bu da aşağıdakı məqsədləri güdür
41

 
Dövlət  xidmətlərini  daha  geniş  təbəqələrə  yaymaq  və  onların  bu  xidmətlərdən 
asanlıqla istifadə etmələrini təmin etmək; 
 
Dövlət  xidmətlərinin  həyata  keçirilməsi  prossesində  vətəndaşların  istək  və 
arzularının  daha  çox  nəzərə  alınmasını  təmin  etmək  və  iştirakçı  demokratiyanın 
səviyyəsini yüksəltmək; 
 
Dövlət orqanlarının daha rasional və məhsuldar fəaliyyət göstərməsini təmin etmək; 
 
Xüsusilə, bazar iqtisadiyyatı şəraitində aqrar sektorun idarəetmə orqanlarının əsasən 
elmi-metodik,  maarifləndirmə  və  məsləhətvericilik  funksiyaları  daha  çox  aktuallıq 
kəsb  etdiyindən  bu  sahədə  e-hökumət  layihələrinin  həyata  keçirilməsi  daha  yüksək 
effektliyin əldə edilməsinə imkan yaradacaqdır; 
Beləliklə,  bu  paraqrafda  aqrar  sektorun  idarəetmə  orqanları,  sektorun  inkişafında 
onların  rolu,  ölkəmizdə  aqrar  idarəetmə  strukturlarının  bazar  iqtisadiyyatına  keçidlə 
bağlı  məruz  qaldıqları  islahatlar,  onların  mövcud  vəziyyəti,  həyata  keçirdikləri 
funksiyalar  və    təkmilləşdirilməsi  məsələlərinə  toxunduq,  növbəti  paraqrafda  isə  aqrar 
sektorla bağlı xarici ölkələrin iqtisadi-hüquqi tənzimləmə təcrübəsinə qısa nəzər salaraq 
ölkəmiz üçün mümkün nəticələrin çıxarılmasına çalışacağıq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
41
Ahmet  Büke,  “E-devlet  Kavramı  ve  Türkiye’de  E-devlet”, 
http://www.izto.org.tr/rapor/edevletd.htm
,  zmir  Ticaret 
Odası, 15 Ocak 2002;  


 
93 
3.4 Xarici ölkələrdə aqrar sektorun iqtisadi-hüquqi tənzimlənməsi təcrübəsi 
və ondan istifadə  
Aqrar  sektorun tənzimlənməsi  ilə  bağlı  dünya  təcrübəsini  araşdırarkən  beynəlxalq 
miqyasda  həyata  keçirilən  ölkələrin  təsnifat  meyarından  istifadə  etmək  zəruridir.  Belə 
ki, əvvəllər kapitalist və sosialist ölkələri olaraq təsnif edilən dünya ölkələri sosializmin 
dağılmasından  sonra  praktiki  olaraq  keçid  və  bazar  iqtisadiyyatı  ölkələri  kimi 
fərqləndirilməyə  başlandılar.  Keçid  iqtisadiyyatlı  ölkələr  iqtisadiyyatın  bütün 
sahələrində olduğu kimi aqrar sektorda da keçid dövrünə qədəm qoymuş və bu sektorda 
mövcud  bazar  iqtisadiyyatı  prinsiplərinin  bərqərar  olunmasına  çalışırlar.  Bazar 
iqtisadiyyatlı  ölkələr  isə  uzun  illərdən  bəri  sahib  olduqları  ənənəvi  sektorlardan  olan 
aqrar  sektoru  dövlətin  himayəsi  altında,  ancaq  bazar  prinsipləri  əsasında  inkişaf 
etdirilməsinə  çalışırlar.  Lakin  XX  əsrdə  bu  ölkələrin  aqrar  siyasətində  də  ümumi 
dəyişikliklər  baş  vermiş  və  II  Dünya  müharibəsindən  sonra  bu  sektorda  tətbiq  olunan 
aktiv proteksionist siyasət ÜTT-nin 1994-cü il Uruqvay Raundundan sonra zəifləməyə 
başlamışdır.  Bununla  yanaşı  bazar  iqtisadiyyatlı  ölklərdə  aqrar  siyasət  onların  inkişaf 
səviyyələrindən  asılı  olaraq  da  müəyyən  fərqliliklər  göstərir  ki,  bu  da  onları  EÖ  və 
EOÖ şəklində fərqləndirərək tədqiq etməyi zəruri edir.  
Beləliklə,  xarici  ölkələrin  aqrar  siyasət  təcrübəsini  aşağıdakı  istiqamətlər  üzrə 
tədqiq etmək daha döğru hesab olunmalıdır: 
1.
 
nkişaf etmiş ölkələrin aqrar siyasət təcrübəsi; 
2.
 
nkişaf etməkdə olan ölkələrin aqrar siyasət təcrübəsi; 
3.
 
Keçid iqtisadiyyatlı ölkələrin aqrar siyasət təcrübəsi; 
  cəmiyyətləri  sosial-iqtisadi  inkişafın  indiyə  qədər  olan  bütün  dalğalarını 
(aqrar,  sənaye,  informasiya)  yaşayaraq  onların  öncüsü  rolunu  oynamış  və 
oynamaqdadırlar.  Hal-hazırda  post-indastrial(və  ya  informasiya)  dövrünün  reallıqlarını 
yaşayan  bu  ölkələr  təsərrüfatçılığın  ən  qədim  sahəsi  olan  aqrar  sektoru  da  həmin 
reallıqlara  uyğun  qoruyub  inkişaf  etdirir  və  bu  sektorun  tənzimlənməsində  zəngin 
təcrübəyə  malik  olmaqla  dünyanın  digər  ölkələri  üçün  örnək  təşkil  etməkdədirlər. 
Aşağıda bu ölkələrin təcrübəsini dünya iqtisadiyyatının 80%-dən çoxunu əhatə edən üç 
mərkəz – ABŞ, AB və Yaponiyanın tipmsalında öyrənməyə çalışacağıq.   
 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə