Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə32/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   28   29   30   31   32   33   34   35   ...   48

 
85 
təkliflər  hazırlayır,  aidiyyəti  üzrə  təqdim  edir,  səlahiyyətinə  aid  məsələlər  üzrə 
qərarlar qəbul edir və icrasını həyata keçirir;  
 
slahatın qanunvericiliyə uyğun həyata keçirilməsini tə'min edir; 
 
Ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; 
 
slahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və.s;  
Göründüyü  kimi  aqrar  islahatları  həyata  keçirən  orqanların  qanunda  digər 
idarəetmə  orqanlarından  tamamilə  müstəqil  şəkildə  və  kifayət  qədər  də  demokratik 
prinsiplər əsasında qurulması nəzərdə tutulmuşdur. 
Ə
vvəllər Azərbaycan Respublikasında ASK üzrə dövlət siyasətini formalaşdıran və 
həyata  keçirən  mərkəzi  icra  orqanı  statusunda  Kənd  Təsərrüfatı  Nazirliyi  ilə  yanaşı 
baytarlıq,  bitki  mühafizəsi,  meliorasiya  və  su  təsərrüfatı,  torpaqların  mühafizəsi  və 
idarəedilməsi  sahəsində  müstəqil  orqanlar  fəaliyyət  göstərirdi.  Lakin  aqrar  bölmədə 
aparılan  struktur  islahatları  nəticəsində  bu  gün  fərqli  mənzərə  ilə  qarşılaşırıq.  Belə  ki, 
ilk  öncə  4  fevral  2000-ci  il  272  №-li  “AR-də  aqrar  bölmənin  idarəetmə  sisteminin 
təkmilləşdirilməsi  haqqında”  fərmanla  NK  yanında  Dövlət  Baytarlıq  Komitəsi  və 
Dövlət  Bitkilərin  Karantini  Müfəttişliyi  ləğv  olunaraq  onların  səlahiyyətləri  Kənd 
Təsərrüfatı Nazirliyinə verildi. 7 fevral 2000-ci il 275 №-li “Kənd təsərrüfatında özə
təsərrüfatların  formalaşmasına  yardım  üzrə  Dövlət  Komissiyası  Haqqında”  adlı 
digər bir fərmanla isə aqrar sektorda aparılan islahatların daha da dərinləşdirilməsini və 
sahibkarlığın  inkişafının  hərtərəfli  dəstəklənməsini,  habelə  AR  ilə  Beynəlxalq  nkişaf 
Assosiasiyası  arasında  kənd  təsərrüfatının  inkişafı  və  kreditləşdirilməsi  layihəsi 
çərçivəsində imzalanmış “ nkişaf üçün kredit haqqında” sazişin icrasını təmin etmək 
məqsədilə  1996-cı  il  19  sentyabr  495  №-li  fərmanla  yaradılmış  Kənd  təsərrüfatında 
nümunəvi  özəl  təsərrüfatların  formalaşmasına  Yardım  üzrə  Dövlət  Komissiyası  Kənd 
təsərrüfatında  özəl  təsərrüfatların  formalaşmasına  Yardım  üzrə  Dövlət  Komissiyası  və 
özəl  kənd  təsərrüfatı  müəssisələrinin  yaradılması  üzrə  mərkəzi  işçi  orqan  Kənd 
Təsərrüfatında Özəl Bölmənin  nkişafına Yardım Agentliyi adlandırıldı. 
Aparılan  islahatların  növbəti  mərhələsi  isə  “Aqrar  bölmədə  idarəetmənin 
təkmilləşdirilməsi  tədbirləri  haqqında”  23  oktyabr  Prezident  sərəncamı  ilə 
başlamışdır. Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyinin yenidən təşkil edilməsi və 
onun  AR-də  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  və  emalı,  istehsalçılara  zəruri 


 
86 
xidmətlərin  göstərilməsi,  meliorasiya  və  su  təsərrüfatı,  baytarlıq,  bitki  karantini, 
torpaqların  səmərəli  istifadəsi  də  daxil  olmaqla,  aqrar  bölmədə  dövlət  siyasətini  və 
iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı 
funksiyalarını  həyata  keçirməsi  nəzərdə  tutulmuşdur.  Bununla  yanaşı  Nazirliyinin 
nəzdində aşağıdakı qurumlar yaradılır: 
1.
 
Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi; 
2.
 
Dövlət Baytarlıq Xidməti; 
3.
 
Dövlət Fitosanitar Nəzarəti Xidməti; 
4.
 
Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi; 
Sərəncama  əsasən  NK  yanında  fəaliyyət  göstərən  Meliorasiya  və  Su  Təsərrüfatı 
Komitəsi  də  ləğv  edilmiş  və  onun  balansında  olan  əmlak  Kənd  Təsərrüfatı  Nazirliyi 
yanında  yaradılan  Dövlət  Meliorasiya  və  Su  Təsərrüfatı  Agentliyinə  verilmişdir. 
Göründüyü  kimi  Torpaq  və  Xəritəçəkmə  Komitəsindən  başqa  ASK  üzrə  fəaliyyət 
göstərən  bütün  müstəqil  idarəetmə  orqanları  Kənd  Təsərrüfatı  Nazirliyinə 
birləşdirilmişdir.  Adı  çəkilən  sərəncamın  1-ci  bəndində  torpaqların  səmərəli  istifadəsi 
ilə  bağlı  məsələlərin  də  Kənd  Təsərrüfatı  Nazirliyinin  səlahiyyətlərinə  aid  edilməsinə 
baxmayaraq  Torpaq  və  Xəritəçəkmə  Komitəsinin  müstəqil  fəaliyyət  göstərməsi  bir 
qədər başa düşülən deyil və növbəti illərdə aqrar bölmədə struktur islahatlarının bu iki 
orqan  arasında  səlahiyyətlərin  aydınlaşdırılması  istiqamətində  olacağı  qaçılmaz  hesab 
oluna bilər. 
Göründüyü  kimi  dövlət  bazar  iqtisadiyyatı  şəraitində  aqrar  sektorda  idarəetmə 
sistemini  mərkəzdə  Kənd Təsərrüfatı Nazirliyi dayanmaqla  onun tərkibində funksional 
prinsipə  uyğun  qurmağa  çalışdığı  bir  sıra  qurumlar  vasitəsilə  həyata  keçirməyə  çalışır 
ki,  bu  zaman  da  idarəetmənin  obyekti  kimi  əsasən  aşağıdakı  funksional  istiqamətlər 
çıxış edir:  
Meliorasiya və su təsərrüfatı 
Torpaqların 
hidrotexniki, 
mədəni-texniki, 
kimyəvi, 
aqrotexniki, 
aqro-
meşəmeliorasiya və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılmsını təmin 
edən  meliorasiya  və  təbii  su  çatışmazlığı  olan  torpaqlarda  əkinlərə  suyun  mühəndis-
texniki  və  digər  tədbirlər  aparılması  yolu  ilə  verilməsini  təmin  edən  irriqasiya 
təsərrüfatından  ibarət  olan  bu  sahədə  dövlət  idarəetməsini  əvvəllər  NK  yanında 


 
87 
Meliorasiya  və  Su  Təsərrüfatı  Komitəsi  həyata  keçirirdisə,  indi  Kənd  Təsərrüfatı 
Nazirliyi  yanında  müvafiq  agentlik  həyata  keçirir  ki,  bu  zaman  da  onun  səlahiyyətləri 
aşağıdakı şəkildə təyin edilir
40

 
Mülkiyyət  formasından  asılı  olmayaraq  torpaq  istifadəçilərini  suvarma  suyu  ilə 
təmin etmək;  
 
Meliorasiya  və  irriqasiya  sahəsində  respublika  və  regional  (rayon)  proqramlarının 
hazırlanması və həyata keçirilməsi; 
 
Meliorasiya və irriqasiya tədbirlərinin maliyyələşdirilməsinin təşkili; 
 
Dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri istismarının təşkili;  
 
Su  obyektlərindən  götürülən  suların  müəyyən  edilmiş  qaydada  bölüşdürülməsi  və 
sudan istifadəyə nəzarət edilməsi;  
 
Meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması və kadastrının aparılması; 
 
Suvarılan  və  meliorasiya  olunmuş  torpaqların  uçotunun  təşkili  və  monitorinqinin 
aparılması; 
 
Meliorasiya  və  irriqasiya  sahəsində  standartların,  normaların  və  qaydaların  işlənib 
hazırlanması; 
 
Meliorasiya  və  irriqasiya  sistemləri  layihələrinin  dövlət  ekspertizasının  aparılması, 
onların təsdiq edilməsi; 
 
Meliorasiya  və  irriqasiya  sahəsində  elmi-tədqiqat  və  təcrübə-konstruktor  işlərinin 
təşkili; 
 
Suvarılan və meliorasiya olunmuş torpaqların vəziyyətinə, meliorasiya və irriqasiya 
sistemlərinin istismarına nəzarət edilməsi və.s;   
Baytarlıq xidməti 
Baytarlıq  xidməti  əvvəllər  NK  yanında  Baytarlıq  Komitəsi  tərəfindən  həyata 
keçirilirdisə,  indi  isə  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  müvafiq  xidmət  tərəfindən 
həyata  keçirilir.  Dövlət  baytarlıq  xidməti  ölkədə  heyvan  xəstəliklərinin  qarşısının 
alınmasını,  təhlükəsiz  heyvandarlıq  məhsullarının  istehsalını,  həm  insanlar,  həm  də 
heyvanlar üçün ümumi olan xəstəliklərdən əhalinin qorunmasını təmin etmək məqsədilə 
yaradılmışdır.  Tərkibində  elmi  tədqiqat  baytarlıq  institutları,  baytarlıq  labaratoriyaları, 
epizootiyaya qarşı dəstələr və ekspedisiyalar, dövlət sərhəddində və nəqliyyatda dövlət 
                                                 
40
Meliorasiya və irriqasiya haqqında” AR Qanunu, 26.09.1996, maddə: 13;  


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə